Month: January 2019

  • Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi

    Azərbaycanın Avstraliyadakı səfirliyinə göndərilən şübhəli bağlama hüquq-mühafizə orqanlarına təhvil verilib.

    Median.Az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Agentliyin ölkə üzrə xüsusi müxbirinə bildirib.

    E.Həbibzadə qeyd edib ki, şübhəli bağlama yanvarın 9-da səfirliyə daxil olub. Onun üzərində göndərildiyi ünvan və şəxsin adının göstərilməməsi şübhə doğurub. Yanvarın 8-də Avstraliya Xarici İşlər və Ticarət Departamentindən daxil olan xəbərdarlıq nəzərə alınaraq, dərhal polislə əlaqə yaradılıb. Yanvarın 10-da səhər saatlarında səfirliyə gələn polis əməkdaşları bağlamanı təhvil alıblar.

    Müvəqqəti işlər vəkili əlavə edib ki, hazırda səfirliyin fəaliyyəti üçün heç bir təhlükə yoxdur və diplomatik heyət işini müvafiq qaydada davam etdirir.

    Xəbər verdiyimiz kimi, yanvarın 10-da Avstraliya Federal Polisi bu ölkədəki diplomatik missiyalara təhlükəli bağlamalar göndərən şəxsin həbsi barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Avstraliyanın cənub-şərqində yerləşən Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub. Hazırda bağlamaların tərkibi məhkəmə-tibb ekspertizası tərəfindən yoxlanılır.

    Həmin şəxs yanvarın 10-da Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. O, bir sıra ölkələrin Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şübhəli bağlama göndərib. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.

  • Aygün Kazımova bu dəfə makiyajsız – FOTO

    Xalq artisti Aygün Kazımova makiyajsız fotosunu paylaşıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, müğənninin 776 minlik İnstaqram-ında yayımladığı fotosuna 8 mindən çox bəyəni gəlib.

    Kazımovanın “Sabahınız gözəl açılsın” şərhini yazdığı şəklinə izləyiciləri təriflər yazıblar. Onlar Aygünün makiyajsız da gözəl göründüyünü qeyd ediblər.


  • “Keçən il məni burada maşın vurdu” – Övladını məktəbə yola salan valideynlərin QORXUSU – VİDEO

    Valideyn övladını məktəbə göndərkən fikri də onun yanında qalır. Yolu necə keçdi? Rahat çatdımı? Bu və digər formada narahatlıq yaşayır. Bu səbədəndir ki, məcbur qalıb maşınla özü aparır və nəticədə günün pik saatlarında məktəbyanı ərazilərdə aləm bir-birinə qarışır.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hər zaman aktual qalan məsələ həllini tapacaq. Çünki ölkə başçısının imzaladığı 2009-2023-cü il dövlət proqramında problem diqqətdə saxlanılıb.

    Valideyn: “Harada saxlayıb düşürüm? Maşını ən azı 300-350 metr yuxarıda saxlamışam. İndi hava xoşdur gedirik, amma yağış yağanda, su, palçıq olanda, oradan düşüb gələnə kimi ayaqqabılar su içində olur”.

    Yol kənarında yerləşən məktəblərdə hər gün, demək olar ki, eyni vəziyyətin şahidi oluruq, tıxac. Yolu təyin edilməyən yerdən keçən kim, maşınla yolu kəsən kim. Təbii ki, səbəblər var.

    Valideyn: “Aşağıda dayanacaq var, orada bizə yer ayrılmalıdır. Heç olmasa oradan düşüb parkın içərisi ilə uşağımızı məktəbə gətirək”.

    Azər Allahverənov – nəqliyyat eksperti: “Məktəbətrafı səkilər çox dar olur. Həmin səkilərlə hərəkət edən uşaqlar əksər hallarda səki ilə belə hərəkət etmirlər, yola çıxırlar. Bu zaman onunla paralel hərəkətdə olan avtomobil əgər saatda 60 km/saat sürətlə gedirsə, bu, uşaq üçün potensial təhlükəlidir. Ümumiyyətlə, məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir”.

    Şagird: “Keçən il məni burada maşın vurdu. Sürətlə gəlirdi”.

    Çox ərazilərdə yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Valideynlər özləri də günahkardır.

    Valideyn: “Uşaqların təhlükəsizliyi üçün yaxşı yer deyil, məcbur hamı burada saxlayır”.

    Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, növbəti 5 il ərzində bu problem həllini tapmalıdır. Bunun üçün müvafiq orqanlara təkliflər planının hazırlanması tapışırığı verilib. Ekspertlər deyir ki, həmin təkliflər planında beynəlxalq təcrübənin də yer alması yaxşı olar.

    Azər Allahverənov – nəqliyyat eksperti: “Müvafiq qaydada nişanlanmanın aparılması, müxtəlif müşahidə kameraları vasitəsi ilə müşahidələrin aparılması, ümumiyyətlə, səyyar qaydada hərəkət edən yol patrul xidmətinin əməkdaşlarının bu məsələdə nəzarətinin daha təkmil şəkildə qurulması hayata keçiriləcək tədbirlər planının tərkib hissəsində olmalıdır. Beynəlxalq praktikada xüsusi diqqət təhsil müəssisələrinin təcrid olunan ərazilərdə yerləşdirilməsinə yönəlir. Təbii ki, əgər şəhər infrastukturu buna imkan verirsə”.

    Azərbaycanda tədris ocaqlarının nəqliyyat sıxlığının aradan qaldırılması üçün hazırlanacaq tədbir planında nələrin yer alacağını isə yaxın zamanlarda görmək mümkün olacaq.

  • Zakir Qaralov prokurorların yerini dəyişdi

    Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.

    Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna göndərilib.

    Quba rayon prokuroru Valeh Səmədov isə İmişli rayonuna gedib.

    Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.

  • Gəncədə 31 yaşlı kişi azyaşlı qızları maşınında dəfələrlə zorlayıb – Məhkəmə

    Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadla xəbər verir ki, Namiq Məmmədov daha öncə də zorlama ittihamı üzrə məhkum olunub. O, 2012-ci ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib. Həmin il Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    İlk məhkumluq

    Gəncə Apelyasiya Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Namiq Məmmədovun cəzası 1 il 6 aya endirilib. 1 il 6 ay həbsxanada cəza çəkən Namiq Məmmədov azadlığa çıxıb. O, azadlığa çıxandan sonra yenə də zorlama və seksual xarakterli zorakılıq hərəkətləri törədib.

    O, 4 dekabr 2014-cü il tarixdə 2000-ci il təvəllüdlü Məlahət İbrahimovaya qarşı seksual xarakterli hərəkətlər edib.

    Belə ki, Namiq Məmmədov Məlahətin köməksiz vəziyyətindən istifadə etməklə, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra azyaşlı qıza qarşı fiziki zor göstərməklə, onunla zorla cinsi əlaqədə olub.

    Həbsdən çıxdı, azyaşlını zorladı

    Namiq həmin gün Məlahətdən əl çəkməyib. O, 10 nömrəli tam orta məktəbində təhsil alan Məlahətlə yenidən görüşüb.

    Namiq Məlahəti 4 dekabr 2014-cü ildə, saat 14 radələrində onu gəzintiyə aparacağı adı ilə aldadaraq, idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib və istintaqa məlum olmayan kimsəsiz yerə aparıb. Namiq orada avtomaşını saxlayaraq Məlahətə hədə-qorxu gəlib, zorla onunla cinsi əlaqədə olub.

    Dülgər sexində zorakılıq

    Daha sonra Namiq Məlahətə qarşı əxlaqsızlıq hərəkətlər edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    2015-ci ilin martında yenidən Namiq Məlahətə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.

    Bundan əlavə Namiq martın sonlarında Məlahəti aldadaraq idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib və Gəncə şəhəri, Avtozavod yolu deyilən ərazidə yerləşən özünün işlədiyi dülgər sexinə aparıb.

    Orada Namiq Məlahətə qarşı seksual xarakterli hərəkətlər edib. O, Mətanətə qarşı ən iyrənc formada seksual hərəkətlər edib.

    Namiq qıza qarşı əxlaqsızlıq hərəkətlər etdikdən sonra əvvəlcə onunla qeyri-təbii yolla, daha sonra isə təbii yolla cinsi əlaqədə olaraq, ona qarşı zorakılıq göstərib.

    Təcavüzə məruz qalan qızın intihar cəhdi

    Namiq tərəfindən zorlanan və iyrənc seksual hərəkətlərə məruz qalan Məlahətin psixoloji durumu pozulub. Buna görə də o, özünü öldürmək üçün zəhər qəbul edib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

    Məlahət üzləşdiyi çirkin əməllər barədə ailəsinə bir söz deməyib. O, evdən qaçıb. Polis tərəfindən tapılan azyaşlı ifadəsində Namiq tərəfindən zorlandığını bildirib.

    Bundan sonra Məlahətin ailəsi bu biabırçılığa dözməyərək evlərini sataraq başqa yerə köçüblər. Amma Namiq yenə də öz əməlindən əl çəkməyib. O, çirkin əməllərini başqa qızlara qarşı da davam etdirib.

    Bir qız ailəsi ilə evdən qaçdı, başqa qız təcavüzə məruz qaldı

    Namiq 2015-ci ilin fevralında 1994-cü il təvəllüdlü Səbinə Vəliyevaya qarşı zorakılıq edib. O, Səbinə Vəliyevanı hədələyərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan başqa, Namiq həmin ilin fevralın 26-da Səbinə Vəliyevanı öldürəcəyi ilə hədələyərək ona qarşı zor tətbiq edib. Bu zaman Namiq Səbinəni döyərək sağlamlığına xəsarət yetirib.

    Daha sonra zorla onunla cinsi əlaqədə olub. O, Səbinə Vəliyeva ilə ayrı-ayrı vaxtlarda iki dəfə cinsi əlaqədə olub.

    İttiham aktında göstərilir ki, Namiq 2015-ci ilin fevralında Səbinə Vəliyeva ilə evlənəcəyini vəd edib. O, gəzmək adı ilə Səbinə Vəliyevanı Gəncə şəhərində kirayədə yaşadığı evə gətirib.

    Namiq Səbinə Vəliyevanı evə gətirəndən sonra yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Şəkillərini sosial şəbəkədə yaymaq hədəsi

    Bundan bir neçə gün sonra Namiq Səbinə Vəliyeva ilə danışıb. Ona bildirib ki, bir neçə gün əvvəl onu soyunduraraq seksual xarakterli zorakılıq hərəkətləri edərkən, çılpaq fotolarını çəkib.

    Namiq Səbinəni onunla görüşməkdən imtina edəcəyi təqdirdə həmin fotoları valideynlərinə və yaxın qohumlarına göstərəcəyini, həmçinin sosial şəbəkədə yayacağı ilə hədələyib.

    Namiq Səbinə Vəliyevaya qarşı seksual xarakterli hərəkətlər edən zaman çəkdiyi fotonu Vatsap səhifəsində profil şəkili kimi istifadə edərək qadına təzyiq göstərib.

    Daha sonra Namiq Səbinəni oyuncaq silahla hədələyərək, onu yenidən idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib, Gəncə şəhərindəki evə aparıb. O, Səbinə Vəliyevaya qarşı əxlaqsızlıq hərəkətlər edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Namiq fevralın 26-də, saat 11 radələrində Səbinə Vəliyevaya onunla görüşməkdən imtina edəcəyi halda, çılpaq fotolarını sosial şəbəkədə paylaşacağını deyərək onu Gəncədəki evə aparıb və orada yenidən təcavüz edib.

    4 maddəli cinayət işi və 14 il cəza

    İstintaq orqanı tərəfindən Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla zorlama), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

    Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Namiq Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Seksual manyakın istəyi reallaşmadı

    Bu hökmdən narazı qalan Namiq Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu qeyd edib. Namiq Məmmədov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

    Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Namiq Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

    Bu qərardan narazı qalan Namiq Məmmədov eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti bu günlərdə qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Namiq Məmmədovun kasasiya şikayəti də təmin olunmayıb.

  • Rəqsanə ögey oğlu haqda: “Onu mən dünyaya gətirməmişəm, amma…”

    Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin ilk nikahdan olan övladı haqda paylaşım edib.

    Median.Az axşam.az-a istinadən bildirir ki, qızı Aysunla Elvinin şəklini yerləşdirən ifaçı bunları yazıb:

    “Allah hər zaman bizi mehriban etsin və hər ikinizi qorusun. Toyunuzu görək, İnşallah. Elvin mənim üçün Aysun necədirsə elədir. “Ögey” sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm.

    Həyat yoldaşım o qədər gözəl xasiyyətə malik insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən – bizdə ayrıseçkilik yoxdur”.

  • Азербайджан привлечет в страну инвестиции и туристов из Саудовской Аравии

    Конфедерация ассоциаций туризма в Саудовской Аравии разрабатывает “дорожную карту”, которая предусматривает содействие привлечению арабских туристов в Азербайджан, сказал Trend в пятницу исполнительный директор Ассоциации сотрудничества Азербайджана с арабскими странами (ААСС) Ялчын Алиев, передает Median.Az.

    По его словам, “дорожная карта” рассчитана на пять лет. Все аспекты сотрудничества сторон будут координироваться с правительством в лице Государственного агентства по туризму Азербайджана. Алиев добавил, что арабская сторона также займется привлечением туристов в Азербайджан, и обеспечит годовой прирост инвестиций в страну на уровне как минимум пяти процентов.

    Говоря о планах по расширению сотрудничества с арабскими странами, собеседник агентства отметил, что в этом году запланированы взаимные визиты азербайджанских делегаций в Катар, Кувейт, Саудовскую Аравию и Иорданию.

    “В минувшем году Азербайджан посетили делегации из Иордании, Ирака, ОАЭ и Катара. Аналогичные встречи состоятся и в текущем году. Полагаю, что точные даты визитов будут определены до конца января. Кроме того, предусматривается проведение в Баку масштабного мероприятия – первого азербайджано-арабского инвестиционного форума. Этот вопрос будет обсужден на днях в Бейруте с Палатой арабских ассоциаций”, – сказал Алиев.

    Отметим, что до сегодняшнего дня государственные и частные компании Саудовской Аравии инвестировали в экономику Азербайджана около 370 миллионов долларов. Товарооборот между двумя странами [по данным Государственного комитета по статистике] в январе-ноябре 2018 года составил 17,7 миллиона долларов.

    По данным Государственного комитета по статистике, в январе-ноябре 2018 года в Азербайджан прибыли 2,63 миллиона иностранцев или лиц без гражданства из 195 стран. Около 2,7 процента из прибывших в страну приходятся на граждан Саудовской Аравии.

    В течение 11 месяцев прошлого года наибольший рост среди приехавших наблюдался среди граждан стран Персидского залива (за исключением ОАЭ и Ирана). В сравнении с январем-ноябрем 2017 года число приехавших в страну граждан Саудовской Аравии выросло в 2,2 раза, граждан Бахрейна – в 2,1 раза, Кувейта – в 1,9 раза, Катара – в 1,6 раза, Ирака – на 10,4 процента, Омана – на 8,5 процента.

  • Азербайджанская нефть резко подорожала

    Стоимость барреля азербайджанской нефти Azeri LT CIF на мировом рынке повысилась на 2,86 доллара или 4,8%.

    Как сообщает Median.Az со ссылкой на Report, в настоящее время стоимость нефти марки Azeri Light составляет 62,49 доллара/баррель.

    Напомним, что минимальная цена на Azeri LT CIF была зафиксирована в декабре 2001 года (19,15 долларов), максимальная – в июле 2008 года (149,66 долларов).

  • Во Франции загорелось жилое здание, много пострадавших – ФОТО

    Пожар возник в жилом старом здании во французском городе Тулузе в ночь на четверг, 19 человек, в том числе двое пожарных, пострадали в результате возгорания. Об этом сообщает радиостанция France Bleu, передает Median.Az со ссылкой на РИА Новости.

    Сообщения о возгорании в старом доме поступили около 2.40 по местному времени. По предварительным данным, в результате пожара два человека тяжело ранены, 17 получили незначительные травмы. Спасатели эвакуировали жителей дома, также из мер предосторожности эвакуированы 60 человек из прилегающей к зданию гостиницы.


    С огнем борются 90 пожарных, в результате возгорания обрушилась внутренняя лестница. О причинах пожара не сообщается. Как отмечает радиостанция, дом был построен в начале 20 века.

  • В Азербайджане подорожали эти драгметаллы

    Цены на золотые и серебряные слитки в Азербайджане повысились. Об этом сообщает Trend в четверг со ссылкой на данные Центрального банка, передает Median.Az.

    Так, унция золота десятого января подорожала по сравнению с предыдущим показателем на 23,171 маната, составив 2202,8515 маната, унция серебра подорожала на 0,2096, до 26,772 маната, платины – на 6,4345 маната, до 1405,492 маната, палладия – на 34,459 маната, до 2238,526 маната.

    Название 10.01.2019 09.01.2019
    Золото XAU 2202,8515 2179,6805
    Серебро XAG 26,772 26,5624
     
    Платина XPT 1405,492 1399,0575
    Палладий XPD 2238,526 2272,985

    Банковские металлы – это золото, серебро, платина и металлы платиновой группы (палладий, иридий, рутений, родий, осмий), доведенные до наивысшей пробы (999,9). Банковские металлы продаются в слитках, монетах или порошках и имеют соответствующий сертификат качества.

    Тройская унция – единица измерения массы, равная 31,1034768 грамма.