Month: January 2019

  • Azərbaycanlının şirkəti “Amazon”da “Best seller” oldu – Foto

    Azərbaycanın fındıq şirkətinin məhsulları dünyanın nəhəng satış platforması olan “Amazon”da “Best sellers” (ən çox satılanlar) bölməsinə düşüb.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Aznut” şirkətinin qurucusu Samir Kazımov məlumat yayıb. O bildirib ki, şirkət bir il əvvəl yaransa da, hazırda xeyli Amerika fındıq şirkətini qabaqlaya və birinci ola bilib:

    “200 Amerikan şirkəti arasında ən yaxşı fındıq şatışı bizdə olub. Təzə şirkət üçün bu, böyük uğurdur. Komandama və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

    Qeyd edək ki, şirkətin fındıq bağlamalarının qiyməti 7.99-14.59 $ arasında dəyişir.

  • Сиявуш Новрузов: «Освободите Мехмана Гусейнова…»

    «Я всегда говорил, освободите их. Много писали про Ильгара Мамедова. Ну, вышел он на свободу, и что сделал?». Об этом в интервью газете «Ени Мусават» заявил заместитель исполнительного секретаря правящей партии «Ени Азербайджан» Сиявуш Новрузов, комментируя ситуацию вокруг арестованного блогера Мехмана Гусейнова.

    «Содержание Мехмана Гусейнова под арестом… А что он сделает, выйдя на свободу? У нас правовое государство. Но есть вещи, которые плохо влияют на людей, подталкивают их к нарушению закона. Неважно, кто он, член ЙАП, ПНФА, Мусават или другой организации, он не должен нарушать закон. Не стоит думать, что если я член партии, то меня защитят. Закон для всех един», – сказал он.

    Сиявуш Новрузов также посетовал на то, что проживающие за границей азербайджанцы ничего не пишут о Дильгаме Аскерове, которого армяне приговорили к пожизненному заключению за посещение могил своих родителей в Карабахе. И в то же время пишут о Мехмане Гусейнове.

    «У каждого человека есть право собственности. Кто-то зарабатывает законным путем, кто-то – нет. С незаконными действиями пусть разбирается суд. Кто-то организовал себе бизнес в России, заработал деньги и построил дом в Азербайджане. Кто дает тебе право лезть в его собственность? Сейчас все говорят, что они блогеры и журналисты. Уволенные вчера с работы, сегодня представляют себя правозащитниками. Тогда и я объявлю себя президентом США. Разве такое возможно?», – считает С.Новрузов.//haqqin.az

  • “Guya, Mehman həbsdən çıxıb neyləyəcək?”

    “Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki?”

    Median.Az xəbər verir ki, bu sözləri “Yeni-Müsavat”a müsahibəsində YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

    O, Mehman Hüseynovla bağlı son günlər baş verən proseslərə də münasibət bildirib:

    “Vallah onun həbsdə saxlanılması… Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, blogger üçün də!

    Xaricdə oturanlar Dilqəm haqqında bircə yazı yazmır. Hansı ki, ermənilər Azərbaycanın ərazisində ona ömürlük cəza veriblər və nə qədər işgəncələrə məruz qalır. Bir nəfər onunla bağlı yazı yazmır. Amma birdən-birə nə oldu Mehmana? Dilqəm öz torpağına, Kəlbəcərə ata-babasının qəbrini ziyarət etməyə getmişdi. Lakin “Washington Post”da, digərində bir adam onun məsələsini qaldırmır.

    Kimliyindən asılı olmayaraq, dünyada ən mühüm hüquq mülkiyyət hüququdur. Bir misal çəkim: Peyğəmbərin əmisi Abbas var idi. Onun Məkkənin yanında torpağı var idi. Yığışıb dedilər ki, sən bu torpağı satmalısan. Razılaşmadı. Qazilər Şurası yığışdı, Abbasın xeyrinə qərar verdi ki, bura onun şəxsi mülkiyyətidir. Abbas ondan sonra ərazini bağışladı. Dedi, mən birinci hüququmu təsdiq etmək istəyirdim. Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?”

  • ADIF огласил объем выплаченных компенсаций вкладчикам закрывшихся в Азербайджане банков

    Азербайджанский фонд страхования вкладов (ADIF) по состоянию на первое января 2019 года выплатил вкладчикам Parabank, Zaminbank, Dekabank, Kredobank, Кавказского банка развития, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank, United Credit Bank, Royal Bank, DemirBank и Bank Standard компенсации на 824,3 миллиона манатов, сообщает в четверг Median.Az со ссылкой на Фонд.

    Перечень закрывшихся банков и объем выплаченныхкомпенсаций на первое января:

    Банки Размер выплаченных компенсаций (в млн манатов) Доля выплаченных компенсаций от общего объема застрахованных вкладов (%)
    Parabank 43,2 98
    Zaminbank 72,5 99
    Kredobank 27,9 99,6
    Dekabank 3,1 99
    Atrabank 14,4 98
    Кавказский банк развития 2 96
    Bank Standard 438,6 99
    United Credit Bank 1,8 88
    Bank of Azerbaijan 24,2 97
    Ganjabank 0,98 94
    Texnikabank 120,4 98
    Demirbank 61,98 98
    Royal Bank 13,2 89

    Напомним, что прием заявок на получение компенсаций от застрахованных вкладчиков Bank of Azerbaijan был приостановлен с 27 января, Gandjabank – с четвертого февраля, а Texnikabank – с 12 февраля 2016 года. Прием заявок на получение компенсаций от застрахованных вкладчиков Kredobank, Parabank, Dekabank и Zaminbank приостановлен с первого августа, Кавказского банка развития и Atrabank – с 22 августа 2016 года, а Bank Standard – c 10 октября 2017 года.

    Азербайджанский фонд страхования вкладов приступил к деятельности 13 августа 2007 года. Верхняя планка процентной ставки по страхуемым вкладам в иностранной валюте составляет три процента. Максимальный уровень годовой процентной ставки по страхуемым вкладам в национальной валюте не должен превышать 15 процентов.

    Согласно закону “О полном страховании вкладов”, в течение трех лет депозиты населения, годовая процентная ставка по которым не превышает максимального уровня, установленного Попечительским советом ADIF, будут застрахованы, независимо от суммы вклада.
    Официальный курс на десятое января составляет 1,7 AZN/USD.

  • Zaqatalada 84 kq mənşəyi məlum olmayan ət aşkar edilib

    Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

    DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir yanvarın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Zaqatala şəhəri ərazisində keçirilib.

    Şəhər ərazisində yaşayan Knyaz Hüseynovun evinin həyətinə baxış zamanı oradan 84 kiloqram çəkidə mənşəyi məlum olmayan ət aşkar edilib.

    Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

  • İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətini “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və “Qırmızı dəhliz”ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut “Novartis Femara 2.5 mg” markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut “Novartis Femara 2.5 mg” markalı dərman preparatları aşkar edilib.

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda ümumi 10 ədəd həb, üzərində “Novartis Femara 2,5 mg” sözləri yazılmış, sarı rəngli dairəvi formalı həblər letrozol tərkibli dərman preparatıdır və bu dərman preparatının 813 konvalyutunun qiyməti 47967 manat müəyyən edilib ki, bu da külli miqdar hesab olunur.

    Faktla bağlı araşdırma aparılır.

  • 22 karateçimiz Xorvatiyada Qran Pri turnirində iştirak edəcək

    Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalar 11-13 yanvar tarixlərində Xorvatiyaya məsul yarışa yollanıb. Samoborda 28-ci Qran Pri turnirində 22 idmançı iştirak edəcək.

    Bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

    Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdə 5 idmançının, müxtəlif yaşlı gənclərdə isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib. 14-15 yaşlı yeniyetmələrdə Ramil Balakişiyev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), 16-17 yaşlı gənclər arasında Fərid Əbdülkərimov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tural Yaqubov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (-48 kq), Ayla Rzazadə (-59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (-60 kq), Qəşəm İskəndərov (-75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (-55 kq), Bəsti İsmayılova (-61 kq), Zamira Rzayeva (-68 kq) tatamiyə çıxacaq.

    Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdə Emin Namazovun, 16-17 yaşlı gənclərdə Ceyhun İsgəndərovun, 18-20 yaşlı gənclərdə Roman Heydərovun yarışda mübarizə aparmasını məqbul sayıb. Qran Pri turnirinə həmçinin kata üzrə məşqçi Anar Əhmədov, milli hakimlər MirCabbar Seyidov, Seymur Məmmədov, və Mehman Mədətov da yola düşüb.

    Xorvatiyada Qran Pri turnirində 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi iştirak edəcək.

  • Nazirlik donuzçuluq təsərrüfatlarında tədbirlərə başladı – “donuz qripi” səbəbindən

    Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi”nin (A-H1N1 tipi) sürətlə yayılmasını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən məlumata görə, belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən Oğuz şəhər sakini Toskoynov Qeorqiyə məxsus 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 3 aydan yuxarı 15 baş donuzda qarayara xəstəliyinə qarşı peyvənd edərək 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

    Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

    Hazırda Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb.

    Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

    Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

    Xatırladaq ki, Gürcüstanda donuz qripindən ölənlərin sayı 14 nəfər çatıb.

  • Güclü külək Heydər Əliyev Hava Limanının işinə təsir etməyib

    Bakıda güclü külək Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

    Bu barədə Trend-ə aeroportdan bildiriblər.

    Qeyd olunub ki, bütün uçuşlar cədvəl üzrə həyata keçirilir.

    Xatırladaq ki, son günlər Bakıda güclü külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 10-da da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyini bildirir.

  • Mədəsində “xəzinə” daşıyan qadına yeni ittihamlar – VİDEO

    Ötən gün gömrük əməkdaşlarının Bakı-Moskva aviareysi ilə gedən Rusiya vətəndaşının üzərindən külli miqdarda zərgərlik məmulatları aşkarlaması barədə xəbər vermişdik.

    Belə ki, sərnişinin daxili orqanında iki ədəd kiçik həcmli kisələr müəyyən edilmişdi.

    Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları – beş ədəd boyunbağı, beş ədəd üzük-sırğa cütü dəsti, bir ədəd kulon-üzük-sırğa cütü dəsti, dörd cüt sırğa və bir ədəd üzük aşkar edilib.

    Median.Az-ın məlumatına görə, “Xəzər” televiziyasına müraciət edən Mingəçevir sakini həmin zinət əşyalarının bəzilərinin ona məxsus olduğunu iddia edib.

    O bildirib ki, bir qadın onun oğlunun başına pis hadisə gələcəyini deyərək aldadıb, pulunu və qızıllarını alaraq aradan çıxıb. O, aldadılaraq əlindən alınan qızıllarını xəbərlərdə görərək tanıyıb.