Month: January 2019

  • Bakıda soyğunçuluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 1-də Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini olan qadına zor tətbiq edərək, içərisində 2550 manat və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Gəncə şəhər sakini Sadiq Quliyev saxlanılıb.

    Bundan başqa, Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T. İbrahimovaya məxsus, içərisində 40 manat pul və bankomat kartları olan çantanı soyğunçuluq yolu ilə alan Bərdə rayon sakini olan bir azyaşlı saxlanılıb.

    Faktlarla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В Азербайджане появится новая дорога

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по продолжению работ по строительству автомобильной дороги Сусай-Хыналыг Губинского района.

    Согласно распоряжению, с целью продолжения работ по строительству автомобильной дороги Сусай-Хыналыг из средств, предусмотренных для строительства и реконструкции автомобильных дорог в разделе расходов государственных капвложений госбюджета на 2019 год, Государственному агентству автомобильных дорог будет выделено 13 миллионов манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении.

  • Azərbaycanda yeni yol tikiləcək – 13 milyon manat ayrıldı

    Prezident İlham Əliyev yanvarın 7-də “Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

    Səkkiz min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • В Сумгайыте за серийные кражи задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 1-го отделения полиции Сумгайытского ГУП в ходе следственно-розыскных мер задержали жителя города Сиявуша Исрафилова, который на территории города украл из четырех квартир деньги, мобильные телефоны и аристон, с одного автомобиля 170 манатов и банковские карты, с одного дворового участка велосипед, у двух женщин в пассажирском автобусе мобильные телефоны.

    Кроме этого, сотрудники 2-го отделения полиции Сумгайытского ГУП задержали жителя города, ранее судимого Анара Велиева, который украл из трех домов и четырех дворовых участков предметы быта, стройматериалы и электрические провода, из двух объектов на берегу моря две металлические лестницы.

    Сотрудники 4-го отделения полиции Сумгайытского ГУП задержали жителя города, ранее судимого Эльчина Вахабова, укравшего из автомобиля марки “Mitsubishi” мобильный телефон, у одного гражданина велосипед, из одного дома золотое кольцо, с одного дворового участка стройматериалы, из одного цеха 100 манатов и одного магазина 80 манатов.

    Сотрудники 4-го отделения полиции Сумгайытского ГУП задержали жителя города, ранее судимого Абдула Мамедова, который украл из четырех автомобилей деньги, аккумулятор, магнитофон и парфюмерию.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda silsilə oğurluqlar törədən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində, 1 avtomobildən 170 manat pul və bank kartları, 4 evdən pul, mobil telefon və su qızdırıcısı, 1 həyətyanı sahədən velosiped, marşrut avtobusunda 2 qadının çantasından mobil telefon oğurlayan şəhər sakini Səyavuş İsrafilov saxlanılıb.

    Bundan başqa, Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 3 evdən və 4 həyətyanı sahədən məişət əşyaları, inşaat materialları və elektrik naqili, dəniz kənarında yerləşən obyektlərin birindən 2 ədəd metal pilləkən oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev saxlanılıb.

    Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “Mitsubishi” markalı avtomobildən mobil telefon, 1 nəfərin velosipedini, 1 evdən qızıl üzük, 1 həyətyanı sahədən inşaat materialları, 1 sexdən 100 manat pul və 1 mağazadan 80 manat pul oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vahabov saxlanılıb.

    Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 4 avtomobildən pul, akkumulyator, maqnitofon və ətir oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Abdul Məmmədov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В Баку с крыш жилых зданий демонтируют водяные баки – ФОТО

    В Низаминском районе столицы с крыш жилых зданий демонтируют принадлежащие жителям водяные баки.


    Как передает Median.Az со ссылкой на Trend, об этом сказал председатель Объединения жилищно-коммунального хозяйства Рамсин Абдуллаев.

    По его словам, демонтаж водяных баков связан с установкой в зданиях новых современных лифтов и заменой кровли.

    Р.Абдуллаев заявил, что большинство водяных баков на крышах зданий установлено над шахтами лифтов:

    «Во все здания на территории района подают питьевую воду 24 часа в сутки. Поэтому необходимости в водяных баках нет. Эти баки простаивают без дела и приходят в непригодное состояние, в результате чего засоряют двигатели и двери лифтов, что приводит к скорому выходу из строя этих лифтов».






















  • Eldar Əzizovdan daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın! – FOTO

    Paytaxtın Nizami rayonu ərazisindəki yaşayış binalarının damında sakinlərə məxsus su çənləri yığışdırılır.

    Median.Az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayev deyib.

    Birlik sədri bildirib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni, müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədardır:

    “Bizim balansımızda 114 yaşayış binası var. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə 9 mərtəbəli yaşayış binalarının istifadə müddətini başa vuran liftləri yenisi ilə əvəzlənir, 5 mərtəbəli yaşayış binalarının isə dam örtükləri təzələnir. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Nizami rayonu üzrə ümumilikdə 146 liftin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 114-ü bizim Birliyin balansındakı binalarda quraşdırılacaq”.

    R.Abdullayev bildirib ki, binaların damındakı su çənlərinin əksəriyyəti lift şaxtalarının üzərində yerləşdirilib:

    “Rayon ərazisində bütün binalara 24 saat içməli su verilir. Ona görə də su çənlərinə ehtiyac yoxdur. Bu çənlər istifadəsiz qaldığından yararsız vəziyyətə düşür və nəticədə su liftlərin mühərrik yerinə, qapılarına tökülür. Bu da həmin liftlərin tez sıradan çıxmasına səbəb olur”.

    Birlik sədri qeyd edib ki, binalarda liftlərin və dam örtüklərinin il ərzində dəyişdirilməsi nəzərdə tutulur.






















  • Mirşahin Mehmandan danışdı: Hansısa küçə uşağı… – VİDEO

    Real TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin öz müəllif proqramında sosial şəbəkədə aktual olan mövzu – Mehman Hüseynovun aclıq aksiyası və onu “müdafiə edənlərin” söyüş kampaniyasını təhlil edib.

    – Hansısa virtual küçə uşağı Mehmanın həbsxanada guya aclıq aksiyası keçirməsini “dövlətin əsas problemi” kimi qələmə vermək, hətta prezidentdən belə bu “çooox dəhşətli hadisə”yə görə “cavab verməyi” tələb etmək qeyri-ciddi “soçset” uşaq-muşaqlarının bütün bacardıqlarıdır,- deyə jurnalist hazırda sosial şəbəkədə yaranmış vəziyyəti təsvir edib.

  • Житель Шамкира зверски избил жену бутылкой – ФОТО

    В Шамкире муж до полусмерти избил супругу.

    Как передает Median.Az, родственники жительницы села Гараджамирли Шамкирского района Гюльнары Кязымовой 1985 года рождения, которую избил муж, обратились в общественное объединение «Тямиз дунья».

    Сообщается, что муж женщины злоупотребляет спиртным. Ночью он пришел домой пьяным и безо всяких причин избил жену.

    Глава общественного объединения «Тямиз дунья» Мехрибан Зейналова заявила Media.Az, что женщина попросила у них помощи:

    «Эту женщину избил муж бутылкой от спиртного. В семье двое детей. Женщина и раньше подвергалась жестокому обращению, но терпела из-за детей. А в этот раз муж перешел все границы. Подано заявление в полицию, муж женщины сразу же был задержан».


  • Azərbaycanda 8-9 ballıq zəlzələ riski olan ƏRAZİLƏR

    Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir.

    Median.Az xəbər verir ki, tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Azərbaycan ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə rayonlaşdırılması aparılıb.

    Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:

    “Azərbaycanın iqtisadi gücünün – sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500 yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür”.

    N.Paşayev qeyd edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin çox ziyan vurduğu rayona Mingəçevir şəhəri, Gəncə-Qazax (Gəncə şəhəri istisna olmaqla), Şəki-Zaqatala (Zaqatala və Balakən istisna olmaqla) və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonları daxildir. Bu rayonda əhalisi 1,2 milyon nəfərə yaxın olan 1073 yaşayış məntəqəsi zəlzələ riski altındadır.

    Əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin orta dərəcədə ziyan vurduğu rayona Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonları, Xızı və Qobustan bölgələri daxildir. Bu rayonda əhalisi 600 min nəfər olan 1227 yaşayış məntəqəsi, əsasən, dəniz səviyyəsindən 0-200 metrdən 1000-1500 m-ə qədər yüksəklikdə, 7 ballıq zəlzələ zonasında yerləşir.

    Alim əlavə edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin az ziyan vurduğu rayona 1787,6 min nəfər əhalinin məskunlaşdığı 844 yaşayış məntəqəsini əhatə edən Aran iqtisadi rayonunun (Mingəçevir şəhəri istisna olmaqla) ərazisi daxildir.