Sumqayıtda silsilə oğurluqlar törədən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində, 1 avtomobildən 170 manat pul və bank kartları, 4 evdən pul, mobil telefon və su qızdırıcısı, 1 həyətyanı sahədən velosiped, marşrut avtobusunda 2 qadının çantasından mobil telefon oğurlayan şəhər sakini Səyavuş İsrafilov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 3 evdən və 4 həyətyanı sahədən məişət əşyaları, inşaat materialları və elektrik naqili, dəniz kənarında yerləşən obyektlərin birindən 2 ədəd metal pilləkən oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev saxlanılıb.

Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “Mitsubishi” markalı avtomobildən mobil telefon, 1 nəfərin velosipedini, 1 evdən qızıl üzük, 1 həyətyanı sahədən inşaat materialları, 1 sexdən 100 manat pul və 1 mağazadan 80 manat pul oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vahabov saxlanılıb.

Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 4 avtomobildən pul, akkumulyator, maqnitofon və ətir oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Abdul Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *