Month: January 2019

  • Bakıda ağır qəza – YARALILAR VAR

    Bakı şəhərinin Nizami rayonu ərazisində ağır yol qəzası baş verib.

    Median.az xəbər verir ki, Oqtay Vəliyev küçəsində “Mercedes” və “Azsamand” markalı iki minik avtomobili toqquşub.

    Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıb.

    Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.//Publika.az

  • Назван самый загруженный аэропорт мира

    Международный аэропорт Дубая (Dubai International, DXB) в 2018 году сохранил звание самого загруженного аэропорта мира по объему международных пассажирских перевозок по итогам пятого года подряд. Об этом передает Median.az со ссылкой на “Интерфакс”.

    Как сообщается в пресс-релизе компании-оператора Dubai Airports, за минувший год через аэропорт Дубая прошло рекордные 89,149 млн пассажиров, совершающих международные рейсы. Это на 1% превышает показатель за 2017 год.

    Среднемесячный трафик в прошлом году составлял 7,4 млн человек, при этом отметка в 8 млн пассажиров была превышена дважды – в июле (8,2 млн) и в августе (8,4 млн). В результате минувший август стал самым загруженным месяцем в 58-летней истории аэропорта.

    Количество рейсов в дубайской гавани в 2018 году снизилось на 0,3% – до 408,251 тыс. Среднее число пассажиров на каждом рейсе повысилось на 1,3% и достигло 226.

    Самый большой поток пассажиров среди стран приходился на Индию (около 12,28 млн человек). Далее в рейтинге государств следуют Саудовская Аравия (свыше 6,471 млн человек) и Великобритания (почти 6,285 млн человек).

    Поток путешествующих из/в Россию подскочил на 14,5% – до 1,534 млн человек, отмечается в сообщении.

    Среди городов лидерами стали Лондон (3,818 млн человек), Мумбай (2,541 млн человек) и Кувейт (2,195 млн человек).

    Наиболее значительный процентный рост загруженности был зафиксирован на маршрутах в/из Восточной Европы – на 16,7%, далее следуют СНГ – на 12,9% и Африка – на 9,8%.

    DXB в 2018 году обработал более 2,641 млн тонн грузов, что на 0,5% меньше объема за предшествующий год.

    Международный аэропорт Дубая впервые обошел лондонский Хитроу, став лидером по числу перевезенных за рубеж пассажиров, в 2014 году и с тех пор сохраняет за собой первое место по этому показателю.

    Dubai Airports владеет и управляет двумя дубайскими воздушными гаванями – международным аэропортом Дубая (Dubai International) и международным аэропортом Аль-Мактум (Dubai World Central, DWC).

    Аэропорт Хартсфилд-Джексон Атланта в США является самым загруженным мировым аэропортом с учетом внутренних рейсов.

  • Ekspertlərdən SOS: Planşet və televizorların uşaqlara təsiri açıqlandı

    Televizor ekranı və ya planşet kompüterinin qarşısında çox vaxt keçirən uşaqlar problemləri çətin həll edir, öz həmyaşıdları ilə pis ünsiyyət qurur və 5 yaş dövrü üçün inkişaf vərdişlərini daha zəif nümayiş etdirirlər.

    Median.az Azərtac-a istinadən xəbər verir ki, bu qənaətə kanadalı ekspertlər gəliblər.

    Kiçik yaşlı uşaqların valideynləri özlərinə az da olsa vaxt qazanmaqdan ötrü körpəsini televizor və ya planşet kompüterinin qarşısına qoymaq fürsətindən istifadə etməyə çox həvəsli olurlar. Məlumdur ki, uşaqlar onların valideynləri ev işləri görərkən və yaxud dostları ilə ünsiyyətdə olarkən sözün əsl mənasında ekrana “yapışırlar”. Tədqiqatlar sübut edib ki, bu üsul uşağın inkişafında mənfi nəticələrə gətirib çıxarır. Onun müəllifləri ünsiyyət, problemlərin həlli və digər şəxsi inkişaf vərdişlərini 2, 3 və 5 yaşında olan 2400 uşaq üzərində qiymətləndiriblər.

    Müəyyən edilib ki, vaxtının çoxunu ekran qarşısında keçirən 2 yaşınadək uşaqlarda artıq 3 yaşında olarkən ləng inkişafın əlamətləri görünür. Televizor ekranlarının və planşet kompüterlərinin qarşısından çəkilməyən 3 yaşlı uşaqlar artıq 5 yaşında öz yaşıdlarından inkişafda gözəçarpacaq dərəcədə geri qalıblar. Bununla əlaqədar Kalqari Universitetindən olan tədqiqatçılar azyaşlıların valideynlərini öz həyatlarını bəsitləşdirməməyə, ünsiyyət vasitəsilə və təkcə əyləncəni deyil, həm də təlimi nəzərdə tutan müxtəlif fəal oyunların köməyi ilə uşağın inkişafında şəxsən iştirak etməyə çağırırlar.

    Bununla yanaşı, tədqiqatçılar bəzi qadcetlərin uşağın təlimi üçün yüksək potensiala malik olmasını etiraf edirlər. Lakin valideynlər həmin cihazlardan heç də bu məqsədlər üçün istifadə etmirlər. Uşaqlar əksər hallarda cizgi filmlərinə baxır və ya onların diqqətini ifrat dərəcədə çəkən hansısa oyuncaqla oynayırlar. Bu, uşaqların bu və digər vərdişlərinin inkişafına kömək etmir.

  • Azərbaycana qanunsuz gətirilən spirtli içki və siqaret aşkarlanıb

    Ölkəyə qanunsuz yolla gətirilən spirtli içki və siqaret aşkar edilib.

    Median.az Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi VAZ-2106 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

    Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda – ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində “Hlibny Dar” yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində “Gold Mount” yazılan 4800 ədəd siqaret aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Владимир Крамник завершил карьеру

    Четырнадцатый чемпион мира по шахматам Владимир Крамник объявил о завершении карьеры. Заявление 43-летнего шахматиста приводится на официальном сайте супертурнира в голландском Вейк-ан-Зее, который завершился в воскресенье. Об этом передает Median.az со ссылкой на ТАСС.

    На соревнованиях, которые проходили с 12 по 27 января, российский гроссмейстер разделил последнее, 14-е место с голландцем Йорденом ван Форестом.

    “Я принял решение закончить свою профессиональную шахматную карьеру пару месяцев назад, и теперь, сыграв свой последний турнир, я хотел бы объявить об этом публично”, – сказал Крамник.

    “Жизнь профессионального шахматиста была великим путешествием, и я очень благодарен шахматам за все, что они мне дали. Иногда это было трудно, иногда гораздо лучше, чем я мог себе представить, но в любом случае это был бесценный опыт для меня. Я всегда изо всех сил старался показать все, на что я способен, и всегда был полностью погружен в свою работу”, – добавил он.

    “Я все еще хотел бы иногда принимать участие в турнирах по быстрым шахматам или блицу или проводить турниры, подобные тому, что прошел в здании парламента Нидерландов, а также участвовать во всевозможных мероприятиях, связанных с шахматами и их популяризацией”, – также сказал Крамник.

    Крамник являлся чемпионом мира с 2000 по 2006 год по версии Профессиональной шахматной ассоциации (организация, созданная в 1993 году в результате конфликта в Международной шахматной федерации). В 2006 году титулы чемпиона мира вновь были объединены – Крамник выиграл в объединительном матче у болгарина Веселина Топалова, став 14-м чемпионом мира. В 2007 году уступил мировую шахматную корону индийцу Вишванатану Ананду.

  • Çayxanaya gedənlərə BƏD XƏBƏR! – VİDEO – FOTO

    Bir çoxumuz boş vaxtlarımızda kafelərə, çayxanalara üz tuturuq. Dostlarımızla dərdləşmək üçün, çay içmək üçün. Bəs çay içdiyimiz bu stəkanlar necə yuyulur? Ümumiyyətlə bu tip obyektlərdə sanitar gigiyenik normalara necə əməl olunmalıdı?

    Median.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramının əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıb.

    Fəsildən asılı olmayaraq çox insanın üz tutduğu məkanların başında çayxanalar, kafelər durur. Həm paytaxtda, həm də bölgələrdə belə məkanlar demək olar ki, heç vaxt müştəri sarıdan korluq çəkmir. Amma bəzi çayxanalar təmizlik baxımından korluq çəkdikləri ilk baxışdan hiss olunur. Natəmiz stəkanlar, sınıq-sökük çayniklər, illərdir dəyişilməyən köhnə masalar. Xidmət sektorunda standartların yüksəlməsi, müştəri məmnuniyyəti və gigyenik normalar sanki bu cür məkanlara tanış deyil.

    Sakin: “Çirkabdır”.

    Sakin: “Ucuz yerlərdə natəmizlik var. Adətən bahalı yerlər daha təmizdir”.

    Sakin: “Gigiyena olmalıdır. Bu önəmlidir”.

    Bu tip məkanlarda stəkan və nəlbəkilərin gur su altında yuyulması üçün böyük vannalar olmalıdır. İstifadə edilən stəkan və nəlbəkilər yuyucu vasitə ilə qarışdırılmış suda saxlanılmalı, ilıq su ilə yuyulduqdan sonra təkrar istifadə edilə bilər.

    Elmar Göyüşov – çayçı: “Çay dəsgahını aparırıq, müştəri qalxıb gedəndən sonra gətirib yuycu vasitə ilə yuyub suya çəkib yerinə yığırıq.

    Şamil Hacıyev – Kafe Administratoru: “Məsuliyyətli işdir. İşi bilə n üçün çətin deyil. Sadəcə təmizliyə diqqət etmək lazımdır”.

    Düzgün şəkildə yuyulmayan bu cür vasitələrdən isə insanlar saysız hesabsız virus yoluxa bilər.

    Ehtibar Kərimov – Həkim: “Yuxarı tənəffüs yollarının infeksiyası, göbələk və ağızdan yoluxan hepatit A xəstəliyinə yoluxa bilərlər”.

    Çox zaman vətəndaşların özünün də bu cür hallara laqeyd yanaşması problemin həllinə maneə törədən amillərdəndir.

    Ehtibar Kərimov – Həkim: “İnsanlar özləri də çay içdikləri çayxanalarda əgər görürlər ki, natəmizlik var çəkinməsinlər sadəcə demək lazımdır ki, bu stəkanları yuyuyn, arada xlorlayın ki, insanlar kütləvi sürətdə infeksiya yoluxmasınlar”.

    Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, əhalinin sağlamlığının qorunması məsələsi onların da nəzarətindədir və mütəmadi olaraq bununla bağlı monitoriqnlər keçirilir. Vətəndaşların antisanitar hallarla rastlaşdıqda agentliyin “1003” qaynar xəttinə müraciət edə bilərlər.

  • Azərbaycanlı klub rəhbəri otelə 88 min “atdı”

    Türkiyənin II Liqa təmsilçisi “Darıca Gənclərbirliyi” pis günlər yaşayır. Hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun azərbaycanlı prezidenti Rauf İsmayılova etiraz edib, ağır söyüşlər yağdırmışdılar.

    Fanatlar “Rauf, artıq yetər, çemodanını götür, cəhənnəm ol!”, “Bu klub darıcalılarındır”, “Hardasan, Allah bəlanı versin”, “Kimsə bizim şanlı tariximizi məhv edə bilməz” kimi şüarlar səsləndiriblər. Azarkeşlərin etirazlarında uğursuz nəticələrdən çox maliyyə problemləri, daha doğrusu komandanın Antalya toplanışında məskunlaşdığı oteldən qovulması böyük rol oynayıb.

    Türkiyə mətbuatında yer alan xəbərlərə görə, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı “Kervansaray Otel”dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəflərə klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. “Sarı-yaşıllar”ın toplanış çərçivəsində №Amedspor”la planlaşdırılan yoxlama oyunu da keçirilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri bir daha hiddətlənib. Buna görə də fanatlar bir müddətdir ki, Rauf İsmayılovu istefaya çağırır.

    Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur. (futbolpress.az).

  • Azərbaycanda bu sahənin istehsalçıları vergi güzəştləri ala bilər

    “Azərbaycanda quş yemi istehsalı sahəsində vergi güzəştləri tətbiq edilə bilər”.

    Median.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

    Nazir müavini bildirib ki, üç qurum – İqtisadiyyat, Kənd Təsərrüfatı və Vergilər nazirlikləri müvafiq təkliflər hazırlayır.

  • Cəlilabadda gənc qadın intihara cəhd edib

    Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

    Median.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Badamağac kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü İ.Ə özünü yaşadığı evin tavanından kəndirlə asaraq intihara cəhd edib.

    İ.Ə-nin özünü asdığını görən ailə üzvləri dərhal qadının boynundan kəndiri çıxarıblar və gənc qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas ediblər.

    Məlumata görə, qadın evlidir və bir övladı var. Onun hansı səbəbdən intihara cəhd etməsi hələ ki məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident gömrük işçilərini təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Hüseynov İsmayıl Xəlil oğlu

    Xəlilov Təmkin Həsən oğlu

    Qaralov Səməd Əsəd oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Abbasov Mehman Abbas oğlu

    Ağayev Ziya Ağadayı oğlu

    Əhmədov Vüqar Səməd oğlu

    Əliyev Ələkbər Abdulla oğlu

    Əsgərov Niyazi Məhərrəm oğlu

    Hüseynov Ruslan Sabir oğlu

    İsmayılov Aftandil Nizami oğlu

    Qəribov Mahin Heydar oğlu

    Mehdi Akif İbad oğlu

    Məmmədov Qalib Müslüm oğlu

    Məmmədov Rəşad Qurban oğlu

    Nəsirov Valid Mais oğlu

    Nəsirova Minayə Ramiz qızı

    Niyazova İradə Səməd qızı.