Month: January 2019

  • Prezident Zərdabın icra başçısı ilə bağlı sərəncam imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.

    Median.Az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Məlumat üçün deyək ki, Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.

  • В Насиминском районе у бывшего зэка изъяли 0,5 кг. героина

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП в результате проведенной операции задержали жителя столицы, ранее судимого С.Магеррамова, у которого при личном осмотре изъяли 509 грамм героина.

    В Следственном отделе Насиминского РУП по факту возбуждено уголовное дело.

  • Nəsimi rayonunda keçmiş məhkumdan 0,5 kq. heroin aşkar edilib

    Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məhərrəmov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 509 qram olan heroin aşkar edilib.

    Nəsimi RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • Toyuq yumurtasından xərçəng əleyhinə dərman hazırlanacaq

    Şotlandiyalı alimlər insan zülalı olan yumurtalar yumurtlayacaq yeni genetik modifikasiya olunmuş toyuq növü yaradıblar.

    Median.Az EurekAlert-ə istinadən xəbər verir ki, tədqiqatçılar insan orqanizmində zülal istehsal edən gen aşkar ediblər.

    Onun elementlərini cücələrin DNT-sinə implantasiya ediblər. Beləliklə, artıq cücələr böyüdükdən sonra tərkibində lazımi zülal olan yumurtalar yumurtlayacaqlar.

    Artıq tərkibində insan proteini olan yumurtaların ilk partiyası əldə edilib. Bu cür zülallar virus əleyhinə və xərçəng əlieyhinə xüsusiyyətlərə malikdirlər, həmçinin, zədələnmiş toxumaların bərpa olunmasına da xidmət edirlər.

    Dərmanların yumurtalardan hazırlanması onların laboratoriyada sintez edilməsindən təqribən 100 dəfə ucuz başa gələcək. Beləliklə, virus əleyhinə və xərçəng əleyhinə olan yeni dərmanlar kifayət qədər ucuz ola bilər.

  • В Сабаильском районе “BMW” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 28-го января примерно в 16 часов на Сальянском шоссе автомобиль марки “BMW”, управляемый жителем столицы Э.Мамедзаде сбил насмерть жителя столицы Г.Остраханкина.

    В Сабаильском РУП по факту ведется расследование.

  • Səbail rayonunda “BMW” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, yanvarın 28-i saat 16 radələrində Salyan yolu küçəsində Bakı şəhər sakini E.Məmmədzadə idarə etdiyi “BMW” markalı avtomobillə paytaxt sakini G.Ostraxankini vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.

  • DİN rəsmisi: Baş inspektor həbs olunub

    Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov vəzifəsində azad edilib.

    Bu barədə oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

    Onun sözlərinə görə, Ş.Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub.

    “Nazirliyin nüfuzuna və polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə Şahin Əhmədov daxili işlər orqanlarında tutduğu vəzifəsindən və daxili işlər orqanlarında xidmətdən azad olunub. Faktla bağlı araşdırma müddətində toplanan materiallar isə hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə O.Mansurzadə qeyd edib.

    DİN rəsmisi nazirliyin 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

    “Yayılan məlumatlar şişirdilmiş və əsassızdır”, – deyə o vurğulayıb.

  • Prezident icra başçısını təltif etdi

    Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    Bu barədə müvafiq sərəncamı yanvarın 29-da prezident İlham Əliyev imzalayıb.

    L.Babayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb.

    Qeyd edək ki, L.Babayev 2007-ci ildən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

  • Reklamla bağlı iki məcəllədə dəyişiklik edilir

    Reklam qurğularının tikintisinə icazənin verilməsi proseduru sadələşdirilir.

    Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilir.

    Məcəllənin 81-ci (Reklam qurğularının tikintisinə icazənin verilməsi) maddəsinə əsasən, hazırda açıq məkanda ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.

    Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir.

    Dəyişikliklə reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq.

    Layihə parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Вернул 10 манатов на дорогу: в Баку задержан «любезный» грабитель

    25 января житель столицы Фарид Гасанов обратился в 18 полицейских участок Наримановского районного отдела полиции и заявил, что когда он выходил из интернет-клуба, неизвестный человек подошел к нему и отнял 187 манатов.

    В ходе оперативно-разыскных мероприятий был задержан подозреваемый – ранее судимый житель Наримановского района Джейхун Султанов.

    В результате расследования было установлено, что задержанный хотел украсть деньги у пострадавшего в клубе. Но сделать это ему не удалось, поэтому он подождал, пока Ф.Гасанов покинет клуб.

    Задержанный забрал 197 манатов из кошелька пострадавшего и вернул 10 манатов Ф.Гасанову на дорогу.

    Материалы, собранные сотрудниками полицейского участка по делу подозреваемого, были переданы на рассмотрение в Отдел расследований Наримановского районного полицейского управления.