Month: January 2019

  • Bakıda “Chevrolet”i qaçıran şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 27-i saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən, paytaxt sakini A.Soltanovun idarə etdiyi “Chevrolet” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə müraciət daxil olub.

    Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü polis bölməsi və Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini İ.Həsənov Xətai rayonun Gəncə prospektində avtomobillə birgə saxlanılmışdır.

    Faktla bağlı araşdırma aparılır.

  • 15 yaşlı qızı maşın vurdu

    Göyçay rayonunda piyadanı maşın vurub.

    Median.az Trend-ə istinadən bildirir ki, N.Nərimanov küçəsi, 11 saylı ünvanda yaşayan, 2004-cü il təvəllüdlü Həsənli Nəzrin Araz qızı yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

    Azyaşlı Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda broyler fabrikinin yaxınlığında mərmi tapıldı – FOTO

    Xızı rayonunda mərmi aşkarlanıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində bir ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə “Giləzi Quşçuluq fabriki”nin yaxınlığına baxış keçiriblər.

    Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmisinin ətrafında 3.000 kv.m əraziyə yerüstü, 2.000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//oxu.az

  • Nazpəri Aşıqlar Birliyinə üzv seçildi — FOTOLAR

    Xalq artisti Nazpəri Dostəliyeva Aşıqlar Birliyinə üzv seçilib.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda məlumat verib.

    “Saz sənəti atam Aşıq Əhmədəlinin mənə sevdirdiyi, ruhuma, qanıma qarışan bir sənətdir. Bu gün Azərbaycan Aşıqlar Birliyinin sədri,
    professor Məhərrəm Qasımlının təşəbbüsü ilə birliyin üzvü oldum. Sevincliyəm” deyə, Nazpəri yazıb.

  • Biləsuvarda yanğın olub

    Biləsuvarda yanğın olub.

    Median.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbr verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

    Ümumi sahəsi 120 m² olan bir mərtəbəli üç otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur

    Müasir smartfonlar çoxlu sayda komponentlərdən ibarətdir və onların istehsalı üçün ən müxtəlif kimyəvi elementlər istifadə olunur. Alimlərin sözlərinə görə, həmin kimyəvi elementlərin bəziləri məhdud saydadır, hətta bəziləri tükənmək üzrədir.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, smartfon istehsalında təxminən 30 kimyəvi elementdən istifadə olunur. Bu kimyəvi elementlərin bəziləri təbiətdə olduqca məhdud saydadır.

    “Dünyada mövcud olan kimyəvi elementlərin hər biri məhdud saydadır və biz bu ehtiyatı çox sürətlə istifadə edirik, buna görə 100 ildən də az bir müddətdə hansısa kimyəvi element tükənəcək” – Şotlandiyanın “Sent-Endryus” universitetinin alimi Devid Koul-Hamilton deyib.

    Alimlər təbiətdə müxtəlif kimyəvi elementlərin tükənməsinin qarşısını almaq üçün insanları köhnə telefonları vaxtında utilizasiya etməyə səsləyiblər. Məlumata görə, Avropa Birliyi ölkələrində hər ay təxminən 10 milyon smartfon tullanılır və ya əvəz olunur.

  • “Eurovision-2019” mahnı müsabiqəsinin aparıcısı bu model olacaq

    Bu ilin mayında İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli və şoumen Erez Tal olacaq.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, The Times of Israel qəzetinin yaydığı məlumata görə, onların namizədliyi Avropa Yayım İttifaqından keçib və təsdiqlənib. “Pul vəsaitlərinin yuyulmasına və vergilərdən yayınmaya görə mümkün ittiham irəli sürülməsinə baxmayaraq, supermodel müsabiqəni aparacaq”, – qəzet belə yazır. Rafaeli və Tal mahnı müsabiqəsinin əsas aparıcıları olacaqlar.

    Üç il əvvəl Bar Rafaeli ona dünyanın aparıcı dizaynerləri tərəfindən hədiyyə olunmuş geyim və aksessuar əşyalarını müvafiq vergi ödəmədən sistematik satdığına görə bir neçə dəfə İsrail vergi idarəsində dindirilmişdi. Bundan başqa, Rafaeli 2015-ci ildə vergidən 260 min dollar yayındırmaqda şübhəli bilinərək saxlanılmış və 200 min dollar maliyyə zəmanəti ilə azadlığa buraxılmışdı.

    Top-model ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

  • Uşaq bezlərində təhlükə aşkarlandı

    Fransanın Sanitar Təhlükəsizlik Agentliyi (ANSES) təkistifadəlik uşaq bezləri ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Nəticələrin ictimailəşməsi dünyanın dörd bucağından olan anaların ciddi narahatlığına səbəb olub.

    Median.az-ın news24.az-a istinadən məlumatına əsasən, adi uşaq bezlərində körpələrin sağlamlığı üçün potensial təhlükə daşıyan toksik maddələr, o cümlədən, onkoloji xəstəliklərə yol aça bilən kanserogenlər aşkarlanıb.

    Bezlərdə alimlər qlifosat – insektisidlərdə tətbiq olunan kimyəvi maddə tapıb. Məhz qlifosat qeyri-Hockin limfomasına və hətta DNT-nin zədələnməsinə səbəb ola bilər.

    Fransız bezlərində tapılmış təhlükəli substansiyalar arasında bəzi kosmetik məhsulların hazırlanmasında tətbiq olunan butilfenil metilpropional, həmçinin, aromatik hidrokarbonlar yer alır.

    Ekspertlər vurğulayır ki, təhlükəli maddələrin miqdarı normaları aşır və onlar uşaqların sağlamlığına ciddi ziyan vura bilər. Buna görə belə məhsul istehsal edən şirkətlərin istehsalatı dayandıraraq, onun tərkibinə təkrar baxış keçirmələri tövsiyə olunub.

    Fransa hökuməti uşaq bezi istehsalçılarına müvafiq ölçülərin götürülməsi və istehsalat prosesində təhlükəli maddələrin çıxarılmasına 15 gün vaxt verdiyini elan edib.

  • Тель-Авив получил ключ Евровидения-2019

    Израильский Тель-Авив получил от португальской столицы Лиссабона ключ Евровидения – символ города-хозяина музыкального конкурса, передает Trend со ссылкой на РИА Новости.

    Церемония в тель-авивском Музее искусств стала первым официальным мероприятием Евровидения 2019 года, который состоится в мае во втором по величине городе Израиля, его деловой столице и самом популярном средиземноморском курорте.

    “Дамы и господа, теперь это официально. Евровидение переехало в Тель-Авив”, – объявила ведущая, когда вице-мэр Лиссабона Дуарте Кордейро вручил ключ мэру израильского города Рону Хульдаи.

    Согласно традиции, берущей начало с 2008 года, он прикрепил на кольцо с ключом символ Лиссабона – в дополнение к атрибутике других городов, принимавших конкурс.

    “Сотни людей начали работать… с одной целью – сделать так, чтобы Евровидение этого года стало лучшим шоу в самом крутом городе мира”, – сказал Хульдаи.

    После передачи ключа в музее пройдет жеребьевка, которая определит порядок, в котором страны будут состязаться в полуфиналах.

  • 2 sualla 17 min cütlüyü ayırdı

    Şotlandiyalı komediya aktyoru Daniel Sloss iki sualla 17 min cütlüyün ayrılmağına səbəb olub.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, Daniel sevgi münasibətlərindən danışıb. O, bir çox insanın düzgün seçim etmədiyini bildirib:

    “Bəzən tək qalmaqdansa, kiminləsə olaq” deyirik və həyatımıza məcburi kimisə salırıq. Amma 5, 10 il sonra “Sənin burada nə işin var?” deyə fikirləşirik. Ona görə ailə qurmazdan öncə özünüzə iki sual verin. Həyatımın 5, 10 ilini hədər yerə sərf etmişəm?, Həyatımın geri qalan hissəsini hədər etmək istəyirəm?”.

    Danielin fikrincə bu gün boşanmaların sayının çox olmasına səbəb 30 yaşadək düşünülmədən qurulan ailələrdir. Daha sonra bir çox cütlük Slossa sosial mediada mesaj yazaraq sevgilisi ilə münasibətlərə son qoyduğunu qeyd edib. Bəlli olub ki, mesaj yazanların sayı 17 mindən çox olub.