Month: January 2019

  • Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

    Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan “Uçmaq istəyirəm” (I want to fly) filmi “İtaliya-Azərbaycan” beynəlxalq film festivalında nümayiş olunub.

    Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.

    Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.

    Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.//milli.az

  • Şamaxı sakinindən qeyri-adi ixtira – VİDEO

    Havaların soyuq olduğu bir zamanda Şamaxı sakinin ixtirası çoxlarını sevindirib. Belə ki, Rəşad Şeydayev yanacağa 80 faiz qənaət edən soba hazırlayıb.

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxının Dəmirçi kənd sakini Rəşad Şeydayev öz ixtirası ilə diqqət mərkəzinə düşüb. Belə ki, o yanacağa qənaət edən soba hazırlayıb. Bu sobanı digərlərindən fərqləndirən bir sıra özəlliklər var.

    Soba həm odunla, həm də mavi yanacağla qızdırılır. Ustanın sözlərinə görə yanacağa 80 faiz qənaət edən bu soba, həmdə tam təhlükəsizdir.

    Qızdırıcı vasitənin kənarlarına yerləşdirilən xüsusi detallar onun qaz və odun sərfiyyatını ciddi şəkildə azaldır. Sobanın üst mərtəbəsində isə müxtəlif yeməklər bişirmək mümkündür.

    Evə daxil olan soyuq su sobaya yerlədirilmiş xüsusi borudan keçərək isidilir və evə bərabər şəkildə paylanılır. Bununla da bütün otaqlar qısa zaman ərzində eyni dərəcədə qızır.

    Qeyd edək ki, usta bu vaxta qədər 100-dən çox soba hazırlayıb. 3 günə hazırlanan sobanın qiyməti ölçüsünə görə dəyişir. 250-350 manat aralığında satışa çıxarılan soba indidən özünə müştəri toplamağı da bacarıb.

  • Ötən il Azərbaycanda 10 min 182 nəfərin cəza müddəti başa çatıb

    Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

    Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2018-ci ildə hərtərəfli tərəqqisinin təmin olunduğunu və yüksək nailiyyətlərin qazanıldığını vurğulayıb, ədliyyə fəaliyyətinin müasirləşdirilməsi üzrə ardıcıl islahatların davam etdirildiyini qeyd edib, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, cəza siyasətinin humanistləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası sahəsində işin təkmilləşdirilməsi üzrə görülən işlərdən, həmçinin “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsinin hazırlanması üzrə İcra baş idarəsində yaradılmış işçi qrupu tərəfindən qısa müddətdə əldə edilmiş nəticələrdən danışıb.

    Sonra İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi – baş probasiya məmuru Akşin Ziyadov və İstintaq idarəsinin rəisi Zakir Qafarov hesabat məruzəsi ilə çıxış ediblər.

    İclasda bildirilib ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların təxminən yarısı, 10.182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 527 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 46 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

    Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidməti tərəfindən hesabat dövründə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb. 2018-ci ildə azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 605 şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə məhkumlardan isə qolbaqlar çıxarılıb.

    Ölkə başçısının qeyd olunan Sərəncamında verilmiş tapşırığa əsasən ötən il ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, onun icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurularaq, ictimai işlərin həyata keçiriləcəyi iş yerlərinin siyahısı və müvafiq işlər üçün tələb olunan şəxslərin sayı müəyyən edilib, bununla bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyəti artırılıb.

    2018-ci il ərzində məhkəmənin qərarlarına əsasən 1.030 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 603-ü ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 70 faiz artaraq 2.5 milyon manatı ötüb.

    Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsində bir çox əməllərin dekriminallaşdırılması nəticəsində probasiya xidmətinin qeydiyyatında olan 1200-dən çox şəxs məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib və ya cəza müddəti azaldılıb.

    Hesabat dövründə nazirliyin İstintaq idarəsinin icraatında olmuş 1.078 cinayət işinin 673-nün ibtidai istintaqı tamamlanıb, onlardan 276-sı alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçıran şəxslərlə bağlı olub, fiziki və hüquqi şəxslərə vurulmuş 1.9 milyon manatdan çox vəsaitin istintaq zamanı ödətdirilməsinə nail olunub.

    İclasda görülən tədbirlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

    Müşavirəyə yekun vuran nazir müavini ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə qərarlarının və azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının düzgün və səmərəli icrasına diqqətin artırılması, “Elektron icra” informasiya sisteminin tətbiqinin və “Elektron sənəd dövriyyəsi”nin genişləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə istintaq işinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verib.//yenicag.az

  • “ВКонтакте” ввела новую функцию

    “ВКонтакте” позволит скрывать старые публикации и отправлять их в архив. Об этом сообщил управляющий директор социальной сети Андрей Рогозов, передает Median.az со ссылкой на РИА Новости.

    В рамках работы над сохранением личных данных пользователей “ВКонтакте” ввела новую функцию – архив записей.

    “Теперь вместо удаления записей можно просто добавить их в архив – они будут скрыты из общего доступа и открыты только вам”, – написал Рогозов во “ВКонтакте”.

    При желании посты можно будет восстановить.

    Нововведение доступно в веб-версии, а в дальнейшем оно появится на мобильных устройствах.
    Представляя новую функцию социальной сети, Рогозов призвал пользователей с осторожностью относиться к публикации личных данных в интернете.

  • DİQQƏT! Qrip olmaq istəmirsinizsə…

    Qış mövsümündə qrip və digər soyuqdəymə xəstəliklərinin sayı artır.

    Median.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bəzi qidaları mütəmadi olaraq qəbul edərək, qrip olmağın qarşısını ala bilərsiniz.

    Balıq qrip olmağın qarşısını alan önəmli qidalardandır. Balığın tərkibində Omega 3 yağ turşuları nəfəs yolları iltihablanmasının qarşısını alır. Beləliklə tıxanma və ağrı problemi aradan qalxır.

    Qripin qarşısını ala bilmək üçün somonş ton balığı, ringa və digər balıq növlərindən istifadə edə bilərsiniz. Balıq immun sistemi gücləndirir və digər xəstəliklərər qarşı da müqavimət yaradır.

    Qrip olmağın qarşısını alan qidalardan biri də qoxusunu çox adamın sevmədiyi sarımsaq bitkisidir.

    Sarımsaq təbii antibiotik hesab edilir. Sarımsaq həzm sistemini rahatlaşdırlr, burun tıxanması və digər müxtəlif infeksion xəstəliklərin yaranmasının qarşısını alır.

    İspanaq da qripin qarşını ala biləcək qidalardandır. Tərkibində bol miqdrada dəmir və vitamin C olduğu üçün qripin qarşını alır. Kalorisi az olduğu üçün isə rahat həzm edilir.

    Qripin yaranmasının qarşısını alan qidalar arasında mandarin və portağal da var. Tərkibində C vitmaini olduğu üçün mütəmadi olaraq mandarin və portağal yemək hüceyrələri yeniləyir və qripin qarşısını alır.

    Nar da qripin yaranmasının qarşısnı alan qidalardandır.Qrip olmamaq üçün narı qatıqla və tək yeyə bilərsiniz.

  • Xalq artistinin həyat yoldaşı polkovnik rütbəsi aldı — FOTO

    Xalq artisti Mələkxanım Əyyubovanın hüquq-mühafizə orqanlarında çalışan həyat yoldaşı Xosrov bəy polkovnik rütbəsi alıb.

    Median.az xəbər verir ki, muğam və xalq mahnılarının peşəkar ifaçısı həyat yoldaşını bu münasibətlə sosial şəbəkə vasitəsilə təbrik edib.
    Mələkxanım eyni zamanda doğum günü olan həyat yoldaşının adına hazırlanan maraqlı tortun fotosunu paylaşaraq bu sözləri yazıb:

    “Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayırıq! Doğum günün mübarək”!

  • Мусульмане ополчились на Nike за имя Аллаха на подошве

    Кроссовки модели Air Max американского производителя спортивной одежды Nike оскорбили религиозные чувства мусульман. Об этом сообщает Footwear News, передает Median.az со ссылкой на Lenta.ru.

    Активистка по имени Сайка Норин (Saiqa Noreen) обратила внимание, что в логотипе, напечатанном на подошве кроссовок, якобы зашифровано имя Аллаха на арабском языке. По мнению женщины, нанесение указанного слова на обувь, а тем более на соприкасающуюся с землей подошву, – недопустимо.

    Норин создала петицию на сайте Change.org, призывая компанию прекратить поставку кроссовок на мировой рынок, поскольку их дизайн оскорбителен для мусульман. На момент публикации петиция собрала около шести тысяч подписей.

  • Şirkət ayaqqabının altında “Allah” sözü yazdı, aləm bir-birinə dəydi – FOTO

    “Nike” şirkətinin “Air Max” modeli müsəlmanların qəzəbinə tuş gəlib. Ayaqqabı firmasının onların dini hisslərini təhqir etdiyini düşünürlər.

    Median.az xaricimedia.com-a istinadən xəbər verir ki, qalmaqal ictimai fəal Sayka Norinin açıqlamasından sonra yaranıb. O, idman ayaqqabısında “Allah” yazıldığını iddia edib və aləm bir-birinə dəyib. Norin şirkətin bunu bilərəkdən etdiyini deyir. Onun sözlərinə görə, “Allah” ifadəsi çox aydın oxunur və ayaqqabının altında yazılması birbaşa təhqir etmək məramından xəbər verir.

    Norin artıq petisiya da yaradıb. Bu petisiyada həmin ayaqqabıların dünya bazarına çıxarılmasına etiraz olunur. İndiyə qədər petisiyaya təxminən 6 min adam qoşulub. Norin rəqəmin yüzminləri keçəcəyinə inanır.


    “Nike” ilk dəfə deyil belə qalmaqallarla üzləşir. Keçən il başqa bir məhsula görə şirkəti boykot etmişdilər. Onda “Nike” London kriminal mədəniyyətini təbliğ etməkdə ittiham olunmuşdu.

  • ““Polis qorxdu” kimi fikirlər gerçəklikdən çox uzaqdır” – Ramil Usubov

    Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

    Median.az xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov son günlər əsasən radikal müxalifəti təmsil edən destruktiv qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi, əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət bildirib.

    O, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, “polis qorxdu”, “hökumət geri çəkildi” kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladıb.

    DİN rəhbəri qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.

  • Bakıda kişi küçənin ortasında öldü

    Bakıda yaşlı kişi küçənin ortasında qəflətən ölüb.

    Median.az xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində Yeni Günəşli qəsəbəsi AB yaşayış massivində yerləşən “Ballı market”in qarşısında qeydə alınıb.

    Məlumata görə, 50-60 yaşlarında olan kişi yolu keçmək istəyərkən yerə yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.//qafqazinfo.az