Month: January 2019

  • Biləsuvarda poçtdan oğurluq edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da şəhər ərazisindəki poçt məntəqəsindən 1271 manat dəyərində seyf, 320 manat dəyərində printer, 35 manat dəyərində dekoder aparatı, 40 manat dəyərində “e-token” açarı və 150 manat dəyərində zərflər oğurlayan şəhər sakini S.Sərvərli və rayon sakini A.Bünyadov saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Tolik efirə Ermənistanın gerbi əks olunan paltarda çıxdı – ŞOK İDDİA (FOTO + VİDEO)

    Məşhur prodüser Tarix Əliyevin (Tolik) “Hər şey daxil”in efirinə geyindiyi paltarla bağlı verilişinin tamaşaçıları ilginc iddialar irəli sürüblər.

    Prodüserin qara rəngli “cemper”inin üstündəki gerbin Ermənistana məxsus olduğunu iddia edən tamaşaçılar, Tolikin verilişdən sözügedən görüntülərini Milli.Az-ın redaksiyasına göndəriblər.

    Məsələ ilə bağlı Toliklə əlaqə saxlayıb, iddialara cavab almaq qərarına gəldik.

    Aparıcı-prodüser tamaşaçıların iddialarını əsassız adlandırıb:

    “Ay qardaş, “Zara”da satırlar. Köynəyə yaxından baxsınlar, görün onun gerblə əlaqəsi var ya yox! Mən bunu Gənclikdən almışam. Mənə nə var orada haranın gerbi var. Tamaşaçılar nə deyirlər, deyirlər mən erməniyəm? Mən heç bir mövqe bildirməyəcəm. O gerbə baxın, bir də mənim köynəyimin üstündəki gerbə. Bunu “Zara” satır. İllərdir Azərbaycanda fəaliyyət göstərir. Bu, “Zara” markasıdır. Mənə nə aidiyyatı var onun üstündə nə var nə yox. Mən bunu Ermənistandan almamışam ki, deyələr Ermənistanındır, ya da bunu mənə kimsə verməyib.

    Bu “Zara”nın satdığı köynəkdir, alıb geyinmişəm. Heç fikir də verməmişəm, ehtiyac da görmürəm fikir verməyə. İstəyir üstündə Mozambikin gerbi olsun, mən nə bilim. O gerbin altında sünbüldür, tərəzidir. Bu bir, ikincisi, gerbdə şirdi, mənimkinin üstündə pələngdir. Qanadı yoxdur, orada qanad da var. Bu birində qartaldır, məndə qartal deyil. Bu “Zara”nın satdığı köynəkdir. Mənim satdığım köynək deyil ki!”.

    Tolik sonra sözlərini təsdiq etmək üçün paltarı aldığı mağazanın loqosu əks olunan fotosunu göndərib:

  • Задержана жительница Джалилабада, привлекавшая женщин к сексуальной эксплуатации

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с торговлей людьми задержали жительницу Джалилабадского района С.Ихаеву, привлекавшую женщин к сексуальной эксплуатации за пределами Азербайджана.

    В результате оперативно-розыскных мер С.Ихаева была задержана и передана следствию.

    По факту возбуждено уголовное дело по статье 144-1 (торговля людьми) УК Азербайджана.

  • DİN əməkdaşları qadınları cinsi istismara məruz qoyan qadını saxlayıblar

    Median.Az xəbər verir ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla əlaqədar CM-nin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.

  • Фильм об азербайджанском паралимпийце был представлен на международном фестивале

    В рамках итало-азербайджанского международного кинофестиваля был показан фильм об азербайджанских паралимпийцах.

    Герой фильма Марии Ибрагимовой «Я хочу летать» – Кямал Мамедов, который получил травму позвоночника в результате дорожно-транспортного происшествия и с тех пор пользуется инвалидной коляской. Хотя после несчастного случая он стал лежачим больным, он продолжал жить и добиваться новых успехов благодаря своей воле и поддержке семьи.

    Сейчас Кямал Мамедов является генеральным секретарем Национального Паралимпийского комитета Азербайджанской Республики.

    Напомним, что 30 января в Киноцентре «Низами» состоится гала-вечер фестиваля. Будут объявлены победители фестиваля.

  • В Баку арестован бывший судья

    В Насиминском районном суде состоялось предварительное заседание по уголовному делу бывшего судьи Хатаинского районного суда Тамерлана Зейналова, обвиняемого в мошенничестве и склонении к взятке.

    На процессе под председательством судьи Шелали Гасановой были уточнены анкетные данные обвиняемого.

    Далее прокурор подал ходатайство относительно изменения меры пресечения в отношении обвиняемого с домашнего ареста на арест.

    Суд удовлетворил ходатайство, и Т.Зейналов был арестован в зале суда.

    Отметим, что Т.Зейналов совершил мошенничество в крупном размере против Асифа Багирова, взяв у него 20 тыс. манатов в качестве взятки.

  • Azərbaycanda keçmiş məhkəmə hakimi həbs edildi

    Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Xətai rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsini haqqında vəsatət qaldırıb.

    Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə iclas zalında həbs edilib.

    Qeyd edək ki, T.Zeynalova qarşı zərərçəkmiş şəxs Asif Bağırovun şikayəti əsasında iş başlanılıb. O, zərərçəkmişin 20 min manat məbləğində pulunu ələ keçirməkdə ittiham edilir.//oxu.az

  • Havaya atılan tullantıya görə zavod ikinci dəfə cərimələndi

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti araşdırma və monitorinq keçirilib.

    ETSN-dən oxu.az-a verilən məlumata görə, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

    Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin dekabr ayında zavod barəsində akt, protokol tərtib olunmuş və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

    Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib.

  • “Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına – MÜNASİBƏT

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin bahalı xidməti avtomobil almasına münasibət bildirilib.

    Komitədən oxu.az-a verilən məlumata görə, son günlər bəzi elektron kütləvi informasiya vasitələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər.

    Bununla əlaqədar olaraq bildirilib ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərinin təyinatı çərçivəsində baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib.

    Bu zaman xidməti avtomobilin baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb.

    Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.

    Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

  • Yeni fərman neçə şəhid vərəsəsinə şamil olunacaq? – RƏSMİ

    İki min 264 şəhid hərbi qulluqçu və 461 şəhid polis vərəsələrinə də birdəfəlik ödəmə veriləcək.

    Bu barədə oxu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Məlumata görə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

    Cənab prezidentin bu gün imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən, 11 min manatdan az sığorta ödənişi almış iki min 264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb.

    Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

    Nazirlik açıqlama verib ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4 min 200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Bu il isə daha 6444 şəhidin vərəsələrinə ödənişlər reallaşdırılacaq.