Month: January 2019

  • Xalq artistinadən Nəsimi ilə bağlı SƏRT SÖZLƏR: “Ağlınızı başınıza yığın…”

    “Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın”.

    Median.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqram səhifəsində dahi şair İmadəddin Nəsiminin qəzəlini hind mahnıları tərzində ifa edən Afət Fərmanqızı haqqında yazıb. O, A.Fərmanqızının videosunu instaqramda paylaşaraq onun ünvanına kəskin ittihamlar səsləndirib:

    “Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyəm var: Övladlarım, pis mahnıya ikinci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız”.

    Xatırladaq ki, adıçəkilən ifaçının Nəsiminin qəzəlini hindsayağı oxuması Xalq artisti Rasim Balayevi də özündən çıxartmışdı.

    “Sənətdə başsızlıq tüğyan edir. Yaxşı ki çırtmayla Nəsimini oxumurlar, meyxanaya döndərmirlər. Hər kəs hər şey eləyə bilər artıq. Qoruq yox, qaytaq yox. Kim nə bilir, onu eləyir. Ağlına və ağzına gələni ortaya qoyur. Səviyyəsiz adamlar nə istəyirlər eləyirlər. Gərək bir qayda-qanun ola. Çox adamın ağlından çox fikir keçir. Amma bunu efirə buraxmamaq lazımdır. Hər şey efirə çıxmamalıdır. Bunlar isə ucuz, reytinqə işləyən nə olursa, buraxırlar efirə, milləti də bədbəxt edirlər. Belə şeyləri efirə buraxmaq olmaz axı. İndi deyirsiniz ki, hind mahnısı üzərində Nəsiminin qəzəlini oxuyublar. Vaxt gələcək çırtmayla da oxuyacaqlar, meyxanayla da. Açıq qapıdır, hərə bildiyini eləyir” , – deyə R.Balayev bu barədə bildirmişdi.

  • Bakı-Şamaxı-Yevlax yolunda sürət həddi niyə artırılmır?

    Ölkədə əksər magistrallarda sürət həddi 110 km/saat olsa da, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bu hədd saatda 60-90 km müəyyənləşdirilib.

    Yəni avtomobil yolunun genişləndirilməsi və 4 hərəkət zolaqlı olmasına baxmayaraq, sürət həddi əvvəlki kimi saxlanılıb.

    Məsələ ilə bağlı Trend-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev bunu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun relyefi ilə əlaqələndirib: “Ölkə ərazisindəki avtomobil yollarında sürət həddi həmin əraziyə uyğun müəyyən edilir. Bakı-Şamaxı-Yevlax avtomobil yolu bir neçə yaşayış məntəqəsindən keçir. Bu baxımdan hərəkət təhlükəsizliyini təmin etmək üçün həmin ərazilərdə sürət həddi 60-90 km/saat olaraq müəyyənləşdirilib. Eyni zamanda relyef də nəzərə alınır. Bu yolda bir neçə aşırım mövcuddur”.

  • BP-yə məxsus “Land Cruiser” “07”-ni vurdu: 1 ölü, 2 yaralı (FOTO)

    Avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib

    Ötən həftənin cümə günü Xocahəsən yolunda BP şirkətinə məxsus olan H 021 705 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil ilə toqquşub. Bu barədə hadisə şahidləri məlumat verib. Nəticədə “07”-də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, ikisi ağır yaralanıb.

    Qeyd edək ki, avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib. Sürücü heç bir xəsarət almayıb.

    Xatırladaq ki, BP-yə məxsus olan avtomobillərin sürücüləri bir vaxtlar digərlərinə nümunə olaraq göstərilirdi. Görünür artıq bu ənənə keçmişdə qalıb.//Avtosfer.az

  • Ильхам Алиев внес изменения в указ о выплатах семьям шехидов

    Президент Азербайджана Ильхам Алиев в понедельник подписал указ о внесении изменений в указ «О дополнительных мерах по улучшению социальной защиты членов семей военнослужащих, погибших за территориальную целостность Азербайджанской Республики и пропавших без вести во время военных операций» от 19 апреля 2018 года.

    Согласно изменениям, единовременная выплата также выплачивается не получившим страховую выплату в сумме 11 тысяч манатов (с учетом обязательных выплат, предусмотренных законом) наследникам военнослужащих и сотрудников органов внутренних дел, в отношении которых нет вступивших в законную силу судебных актов о страховой выплате в связи с объявлением их умершими из-за гибели и пропавшими без вести во время военной службы.

    Министерству внутренних дел Азербайджана поручено до 15 февраля 2019 года определить список сотрудников органов внутренних дел, погибших за территориальную целостность Азербайджанской Республики и пропавших без вести во время военных операций до 2 августа 1997 года, и представить Министерству финансов и Министерству труда и социальной защиты населения.

    Кабинету министров поручено в течение трех месяцев подготовить предложения по приведению актов президента Азербайджана в соответствие с указом и представить главе государства; в течение трех месяцев обеспечить приведение нормативно-правовых актов Кабмина в соответствие с этим указом и проинформировать президента Азербайджана; проконтролировать приведение нормативно-правовых актов центральных органов Исполнительной власти в соответствие с этим указом и в течение пяти месяцев проинформировать главу государства об исполнении; решить другие вопросы, вытекающие из указа.

    Министерству юстиции поручено привести в соответствие с указом нормативно-правовые акты центральных органов Исполнительной власти и акты нормативного характера и проинформировать Кабинет министров.

    Министерству труда и социальной защиты населения, Министерству внутренних дел и Министерству финансов поручено решить вопросы, вытекающие из указа.

  • Bakıda sabiq hakim məhkəmə zalında həbs edildi

    Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesdə başlayıb.

    Median.az-ın xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

    Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

    İttiham aktına əsasən, T.Zeynalova Asif Bağırova qarşı xeyli miqdarda dəqləduz edib.

    O, A.Bağırovun etibarından sui-istifadə edərək, ondan 20 min manat pul alıb.

    Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi./Report/

  • “Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” – RƏSMİ AÇIQLAMA

    Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.

    Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumat yalandır: “Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.

  • Prezident əlillərə və şəhid ailələrinə 35 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35,0 (otuz beş) milyon manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İsmayıl Şıxlının 100 illik yubileyi keçiriləcək

    Prezident İlham Əliyev Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər.

    Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur.

    İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır.

    Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır.

    Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

  • Tanışlıq saytlarının təhlükəsi açıqlandı

    Britaniya polisi “Tinder” tanışlıq tətbiqi vasitəsilə edilən çoxlu sayda aldatma və cinayət əməlləri ilə bağlı mesajların artımını qeydə alıb.

    Median.az xəbər verir ki, rəqəmləri “Daily Mail” nəşri dərc edib.

    Son üç il ərzində sosial şəbəkədə tapdıqları məşuqlarından zərərçəkənlərin sayı iki dəfə çoxalıb. 2015-ci ildə qanun keşikçiləri 442 müraciət qeydə almışdılarsa, 2018-ci ildə müraciətlərin sayı 1100 olub.

    Polis qurbanların müraciətlərinin xarakterini dəqiqləşdirməyib. Nəşr bildirir ki, tanışlıq tətbiqində oğruların, qatillərin olması halları məlumdur. Bu cür servislərdə qanun pozuntularının üçdə biri seksual xarakterli cinayətlərin payına düşür.

    44 yaşlı britaniyalı Anna Rou öz hekayəsini açıqladıqdan sonra yerli orqanlar bu problemə diqqət göstərməyə başlayıblar. A.Rou “Tinder”də tanış olduğu Entoni Rey adlı evli bir kişi tərəfindən aldadılıb.

    Altı aylıq münasibətlərdən sonra məşuqu yoxa çıxdıqda A.Rou müəyyən edib ki, o, başqa şəxsin şəkillərindən və saxta bioqrafiyadan istifadə edib. A.Rou höküməti tətbiqdəki saxta hesabları qanuni yolla qadağan etməyi xahiş edib.

  • За кражу из почтового отделения в Билясуваре задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Билясуварского РОП в ходе оперативно-розыскных мер задержали жителя города С.Сарварли и жителя района А.Буньятова, которые 26-го января украли из почтового отделения сейф, стоимостью в 1271 манатов, принтер, декодер, ключ и конверты.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц) УК Азербайджана.