Month: January 2019

  • Çox yeyib kökəlməyənlərin SİRRİ AÇILDI

    Kembric universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

    Median.az xəbər verir ki, “Science Daily”dəki məqaləyə əsasən, alimlər bəzi insanların istədikləri qədər yemək yeyib kökəlmədiklərinin səbəbini tapıblar. Məlum olub ki, bu insanlar genetik mutasiya sayəsində kökəlmirlər.

    Alimlər 2 mindən çox insan üzərində təcrübə aparıblar. Onlar bu məlumatları müxtəlif çəkisi olan 14 min insanın DNA məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, arıqlıq və köklük əvvəllər heç vaxt tədqiq edilməmiş genetik mutasiya ilə bağlı ola bilər.
    Tədqiqatın müəllifləri qeyd edirlər ki, bəzi genlər artıq çəkinin yaranma riskini artırır. Amma hələ də məlum deyil ki, kəşf edilən genlər iştahın artması və ya yeyərək kökəlməməyə nə dərəcədə təsir edir.

  • Üç gün sonra əsgər gedəcəkdi, ürəyindən bıçaqlandı — Dəhşətli qətlin təfərrüatları

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva ifadə verib. O, bildirib ki, axşam saatlarında oğlunun qətlə yetirildiyini öyrənib.

    Daha sonra digər şahid Arzu Xəlilova dindirilib. O, qeyd edib ki, hadisənin baş verdiyi sexin yanındakı mağazada çalışır.
    Şahid deyib ki, hadisəni telefonla çəkib:

    “Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Qafar ölməmişdən iki saat əvvəl də mağazaya gəlmişdi. O, sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üstü-başı qan idi. Mən də telefonumla çəkməyə başladım”.

    Metal qəbulu sexinin işçisi Tərlan Talıbov isə ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib:
    “Sexin rəhbəri Sübhan oranı mənə tapşırmışdı. Hadisə zamanı onlar mübahisə edirdilər, mən də ayırdım. Daha sonra Ərəstun Qafarın anasına söydü. Bu zaman Qafar əlində dəmir parçası ilə onun üstünə getdi. Ərəstunun da əlində bıçaq var idi. Bir də gördüm ki, Qafar yerə yıxıldı. Bıçaq onun ürəyinə batmışdı. Qandan qorxduğum üçün yaxın gedə bilmədim”.
    Metal qəbulu sexinin rəhbəri Sübhan Niftəliyev də dindirilib. O, qeyd edib ki, hadisə günü işdə olmayıb:

    “Rayona gedirdim. Tərlan zəng edib, Ərəstunun Qafarı öldürdüyünü bildirdi. Ora gəldim və Qafarın atasının nömrəsini tapdım. Eşitdim ki, Ərəstun Qafara söyüş söyüb”.

    Məhkəmədə elan olunub ki, hadisəyə Ə.Ərəbovun sexə dəmir gətirməsi, mərhum Q.Hüseynovun isə metalı 15 qəpikdən götürməsi səbəb olub:
    “Ərəstun deyib ki, həmişə Sübhana dəmiri 20 qəpikdən verib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə, Ərəstun onu qətlə yetirib”. Təqsirləndirilən Ə.Ərəbov Q.Hüseynovun onu əvvəl təhqir etdiyini və sonra dəmirlə vurduğunu deyib.

    Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov və iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə, o, iş yoldaşı Q.Hüseynovu vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub. Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər. Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə yollanacaqmış. Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.//Ölkə.az

  • Kür çayının səviyyəsi 8 santimetr azalıb

    Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 100 kubmetr olmaqla ongünlük normanın 64 faizini təşkil edir.

    Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr təşkil etməklə ongünlük normanın 79 faizinə bərabərdir.

    Yanvarın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

    Hazırda suyun səviyyəsi Surra məntəqəsində 418, Şirvanda 299, Salyanda 257, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 135 santimetrə bərabərdir.//Qafqazinfo.az

  • На Гавану обрушился торнадо: есть погибшие и раненые – ФОТО

    На кубинскую столицу Гавану обрушился сильнейший торнадо, в результате которого три человека погибли и 172 получили ранения.

    Как передает Median.az со ссылкой на gazeta.ru, торнадо оставил большую часть города без электричества. Сильные ветры повредили здания и вызвали наводнения в низменных районах Гаваны. Согласно правительственному заявлению, также были затронуты провинции Пинар-дель-Рио, Артемиса и Маябек.

    Как передает CNN, президент Кубы Мигель Диас-Канель Бермудес в своем твиттере написал, что ущерб был «серьезным».

  • Əlvan metalların hazır məhsul adı altında ixrac edilməsi iddiasına rəsmi – Cavab

    Dövlət Gömrük Komitəsi ATEF adlı şirkət tərəfindən xammal şəklindəki əlvan metalların hazır məhsul adı altında Bakı Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda kodu bilərəkdən dəyişdirilərək sənədləşdirildiyi və “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində həmin yükü daşıyan nəqliyyat vasitələrinin saxlanıldığına dair iddiaya münasibət bildirib.

    DGK-dan daxil olan məlumatda bildirilir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində həyata keçirilən rüşvət, korrupsiya və inhisarçılığa qarşı mübarizə tədbirlərini şübhə altına alan yazılar, şərhlər yayımlanıb.

    “İlk növbədə onu vurğulayaq ki, yazıda iddia olunduğu kimi gömrük orqanları tərəfindən ATEF şirkətinə məxsus yükləri daşıyan hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb. Lakin qeyd olunan istiqamətdə başqa şirkətlərə məxsus nəqliyyat vasitələri saxlanılıb ki, hazırda da Qərb Ərazi Baş Gömrük İdarəsində müvafiq araşdırmalar aparılır. Üstəlik araşdırma konkret olaraq malların düzgün bəyan olunmaması istiqamətində aparılır və korrupsiya faktının mövcudluğu haqqında araşdırmaların nəticəsindən sonra fikir söyləmək mümkün ola bilər.

    Digər tərəfdən istər gömrük orqanlarında, istərsə də digər dövlət təsisatları və ya özəl qurumlarda qanundankənar əməllərin törədilməsi mümkündür. Lakin bu faktı həmin qurumun rəhbərliyinin bilgisi daxilində baş vermiş kimi ictimailəşdirmək və şərh etmək, birbaşa həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etmək ən azı mədəniyyətsizlikdir.

    Üstəlik korrupsiya, rüşvət, bir sözlə gömrük qanunvericiliyin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

    Qeyd olunan faktla bağlı araşdırma aparıldığından hələlik onun nəticələri barədə hər hansı açıqlama vermək məqsədəuyğun deyil və araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

    Kimlərinsə ucuz sensasiyalar hesabına özünü cəmiyyətə “qəhrəman” kimi təqdim etməsinə isə ehtiyac yoxdur. Bu faktlar birbaşa gömrük orqanları tərəfindən aşkar edilib və araşdırılır, vəziyyət DGK-nın aidiyyəti qurumlarının nəzarəti altındadır.

    Ancaq son dövrlərdə gömrük sistemində həyata keçirilən və artıq nəticələri cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yüksək qiymətləndirilən islahatlar prosesinə əsassız iddialarla kölgə salmağa çalışmaq ən azı ədalətsizlikdir.

    “Tovuz Gömrük İdarəsi”nin aylardır ləğv edilməsindən, “Sınıq Körpü” adlı gömrük postunun adının dəyişdirilməsindən xəbərsiz olanların bu yazını hansı “əziyyətlə” və “zəhmətlə” hazırladığı, “dərin” araşdırmalar apardığı göz qabağındadır. Bu yazını hazırlayanların kimlərin dəyirmanına su tökdüyü gömrük sistemindən az-çox xəbərdar olan hər kəsə yaxşı məlumdur və artıq şərhə ehtiyac görmürük. Bir məsələni xatırlatmaqda isə yarar var.

    Dövlət Gömrük Komitəsi qarşısında ölkənin iqtisadi təhlükəsizliyni qorumaq, ixrac və tranzit potensialını artırmaq, sahibkarlığın inkişafına münbit şərait yaratmaq, şəffaflığı təmin etmək kimi mühüm vəzifələr qoyulub və bu vəzifələrin öhdəsindən layiqincə gəlindiyi hətta dünyanın ən mötəbər gömrük mütəxəssisləri tərəfindən qeyd olunaraq yüksək qiymətləndirilib, Azərbaycan gömrüyünün, xüsusilə şəffaflığın əldə olunması sahəsindəki təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

    Əslində gömrük xidmətinə qarşı xüsusi qaralama kampaniyası aparanların, bu kimi yazıları sifariş edənlərin də gömrük orqanlarının şəffaflığın təmin olunması istiqamətində əldə etdiyi təcrübələrdən faydalanması, öz daxillərində və zehniyyətlərində korrektələr etməsi yararlı olardı”, – məlumatda vurğulanıb.//qafqazinfo.az

  • Bekhem ailəsinin 31,5 milyonluq malikanəsi – FOTO

    Devid və Viktoriya Bekhem cütlüyü sosial mediada etdikləri paylaşımlarla Londondakı 31,5 milyon sterlinq dəyəri olan evlərini nümayiş etdirirlər.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, Londonun ən nüfuzlu bölgələrindən biri olan “Holland Park”da yerləşən evdə 6 yataq otağı var.

    Cütlük 19-cu əsrdə inşa edilən evi 2013-cü ildə alsa da, oraya 2016-cı ildə köçüb.

    Viktoriya Bekhem evin 7-ci yataq otağını qarderob otağına çevirib.

    Evin dekorasiyasında daha çox diqqət çəkənlər əntiq vazlar və güzgülərdir.

    Üç mərtəbəli evdə Bekhemın dörd övladının da özünə aid otağı, idman zalı, iş və şərab otağı var.

  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv etdi

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

    Median.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Z.İsmixanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 22 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin nümayəndəsinin, mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərara alınıb ki, Zərri İsmixanovanın Rəhman Ələkbərova qarşı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 22 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

  • Дорожная полиция о скорости движения на одной из магистральных дорог

    Несмотря на то, что лимит скорости в Азербайджане на магистральных дорогах составляет 110 километров в час, данный лимит на автодороге Баку-Шамахы-Евлах составляет 60-90 километров в час.

    То есть, несмотря на расширение автодороги и четыре полосы движения, лимит скорости остался прежним.

    Как сказал в понедельник Trend глава пресс-службы Главного управления государственной дорожной полиции Руфат Гулиев, это связано с рельефом местности, где проходит автодорога Баку-Шамахы-Евлах, передает Median.az.

    “Лимит скорости на автодорогах страны устанавливается в соответствии с территорией. Автомобильная дорога Баку-Шамахы-Евлах проходит через несколько населенных пунктов. С связи с этим для обеспечения безопасности движения лимит скорости на этих территориях составляет 60-90 километров в час. Также учитывается и рельеф. Эта дорога проходит через несколько перевалов”, – отметил Гулиев.

  • В бакинских школах проходит Олимпиада по русскому языку и литературе – ФОТО

    В школах Баку прошел второй тур ХI Республиканской олимпиады по русскому языку и литературе, сообщили Trend в пресс-службе представительства Россотрудничества, передает Median.az.

    В школе № 168 в олимпиаде приняли участие учащиеся из десяти школ Пираллахинского района. К участникам со словами приветствия обратились руководитель представительства Россотрудничества в Азербайджане Валентин Денисов, инспектор Управления образования города Баку Афган Искендеров, директор школы № 168 города Баку Мехпара Мансырова и председатель Ассоциации преподавателей русскоязычных учебных заведений Азербайджана Любовь Якунина.

    Учащиеся школ № 168 и № 235 представили литературно-музыкальную композицию по мотивам азербайджанских и русских сказок. Учащиеся 7 и 8 классов азербайджанского и русского секторов обучения – выполнили тестовые задания. Среди гостей были представитель Министерства образования Азербайджана Ильгар Дадашев и директора школ Пираллахинского района.

    В школе № 114 города в олимпиаде приняли участие учащихся 7 – 8 классов из школ Сабунчинского и Сураханского районов. Участников приветствовали руководитель представительства Россотрудничества в Азербайджане Валентин Денисов, старший советник Управления образования города Баку Беюкага Ахмедов, директор школы №114 им. А. Сафарова Джейран Новрузова, председатель Ассоциациии преподавателей русскоязычных учебных заведений Азербайджана Любовь Якунина. Учащиеся школы представили литературно-музыкальную композицию о значении русского языка.

    Организаторы – посольство России и представительство Россотрудничества в Азербайджане, Министерство образования и Ассоциация преподавателей русскоязычных учебных заведений Азербайджана.

  • “11 yaşımda metrolarda alver edirdim” – Zamiq

    Müğənni Zamiq Hüseynov MTV-ə yayımlanan “3 canlı” proqramına qonaq olub.

    Median.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, verilişin xüsusi buraxılışında aparıcı Rəhim Rəhimlinin suallarını cavablandırıb. O, efirdə ikinci dəfə ailə qurması barədə yayılan xəbərlərə bir daha aydınlıq gətirib:

    “O zamanlar üstümə çox düşdülər, dedim ki, toy olacaq. Toy mənim üçün xoşbəxtlik deyil. Mənim bir dəfə toyum olub. O anlar təmiz ağlımdan silinib. Özümə bunu “yox” deyə bilirəm. Bu gün güclü olmağımın səbəbi ötən illərimdir. İnsanın xoşbəxtliyi öz əlindədir. Nə xoşdursa, onu yaşayıram. Hər bir insan istəyər ki, qurduğu həyat xoşbəxtlik gətirsin. Bu da bir qismətdir. Həyatdır, yazılır, biz də yaşayırıq”.

    Bundan əlavə, Zamiq canlı efirdə bildirib ki, onun həyatından kitab yazmaq istəyirlər: “Yaxın dostlarıma belə yaşadıqlarımı danışmağı sevmirəm. Bir-iki dəfə şair, yazar dostlarımıza danışmışam. Onlar həyatımdan kitab yazmaq istəyirdilər. İnsanlar şərh yazandan sonra həyatım barədə danışmağa başlamışam. Mənim 10 il əvvəl yaşayışımı görsəydiz, indi öz halınıza şükür edərdiz. Mən keçmiş illərimi fəxrlə danışıram. 11-12 yaşımda metrolarda alver edirdim. 16 yaşımdan sonra isə toylara getməyə başladım. Bütün xırdalıqları danışmaq istəmirəm”.

    Sənətçi həmçinin proqramda atasının telefon işlətmədiyini vurğulayıb: “Atamın mobil telefonu yoxdur. Istəmir. O, təbiəti sevir, ağac əkir, bəhrəsini görür. İndi valideynlərim bağda qalır, şəhərə gələndə sıxılır, rahat olmur”.