Month: January 2019

  • Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun hazırlanmalıdır

    Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır.

    Bunu tənzimləmək üçün də qanunda dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə təklif Milli Məclisin Elm və təhsil komitəsinin iclasında verilib.

    “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır. Qeyd edilib ki, dərsliklərin tərtib edilməsi ilə bağlı qanun layihəsində yeni müddəa nəzərdə tutulmalıdır. Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm də mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalırlar.

    Təhsil nazirinin müavini İdris İsayev isə bildirib ki, gələn ay dərsliklərlə bağlı normativ hüquqi akt hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq.

    İdris İsayev qeyd edib ki, ehtiyac yaranarsa, millət vəkillərinin təklifi əsasında qanun layihəsinə də dərsliklərlə bağlı müddəa salına bilər.

  • Makedoniyalı İsgəndərin ölüm səbəbi məlum olub – Nadir xəstəlikdən əziyyət çəkirmiş

    Yeni Zellandiyadan olan həkimlər Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər. Katerina Holl və onun kolleqalarının fikrinə görə, məşhur sərkərdənin ölümünə səbəb nadir xəstəlik olub.

    Median.az medicina.az-a istinadən bildirir ki, araşdırmaçılar sərkərdənin ölümü ilə bağlı irəli sürdükləri hipotezi sübutlarla da təsdiqləyiblər.

    Onlar belə hesab edirlər ki, onun ölüm səbəbi Guillain Barre sindromu olub. Çox nadir rast gəlinən bu sindrom insanın immun sistemi onun periferik sinirlərini məhv edir. Xəstəlik nəticəsində xəstə iflic ola və hətta dünyasını dəyişə bilər.

    Əldə edilən məlumatlara əsasən ölümdən bir neçə gün əvvəl 32 yaşlı hökümdarın qızdırması qalxıb, qarnında ağrılar olub. Eləcə də onda simmetrik iflic də müşahidə edilib.

    Xəstəlik səbəbindən Makedoniyalı İsgəndər bu xəstəlik ucbatından tamamilə iflic olaraq yalnız nəfəs almışdır. Buna görə də onu sağ ikən ölü olduğunu düşünmüşlər.

    Qeyd edək ki, Guillain Barre sindromu, iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur. Bu sindrom Campylobacter pylori adlanan infeksiyanın inkişafı ilə meydana çıxır.

    Xəstəlik çox vaxt ayaqlardan başlayaraq qollara, daha sonra üzə, çənə əzələlərinə, ağır formalarda isə tənəffüs əzələlərinə doğru yayılan əzələ zəifliyi ilə müşahidə edilir. Ağrılar bir müddət sonra belə və ayaqlara yayılır. Əzələlərdə vibrasiyayabənzər titrəmələr, gücsüzlük yaranır. Xəstəlik xəstənin tam iflic olması və bir çox hallarda ölümlə nəticələnir.

  • Doğuma görə birdəfəlik müavinətlə bağlı yenilik – Video

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması sürətləndirilir.

    “Xəzər Xəbər”-in məlumatına görə, pensiyaların avtomatlaşdırılmasından sonra yeni doğulan körpələrə görə verilən birdəfəlik müavinətlərin təyinatının avtomatlaşdırılması həyata keçiriləcək.

    Nazirliyin sektor müdiri Babək Hüseynov qeyd edib ki, sözügedən təyinatın avtomatlaşdırılmasından sonra valideynlərin işi xeyli asanlaşacaq.

    Bu məqsədlə valideynlər nazirliyin sosial müavinətlər alt sisteminə elektron qaydada müraciət edəcəklər. Hazırda müxtəlif qurumlarla əlaqəli şəkildə proqram təminatı üzərində işlər gedir.

    Sektor müdiri vurğulayıb ki, sistem bir neçə aydan sonra istifadəyə veriləcək.

  • Salanın axtarışları dayandırıldı

    “Kardiff Siti”də forma geyinən Emilyano Salanın olduğu və La-Manş boğazında yoxa çıxan təyyarənin axtarışları dayandırılıb.

    Median.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, nə pilota, nə də sərnişinlərə aid izə rast gəlinib. Axtarışlar 3 gündür Fransa və Böyük Britaniyanın ərazilərində aparılırdı.

  • Tikintiyə icazə alınması proseduru sadələşir (VİDEO)

    Tikinti sektorunda icazə üçün bir pəncərə sisteminin tətbiqinə başlanılır. Qaydalara əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir.

    Xezerxeber.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə keçirilən “Tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatların tikinti şirkətlərinə kommunikasiya” mövzusunda keçirilən seminarda bildirilib.

    Qeyd olunub ki, tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.

    Seminarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakının baş planı ilə bağlı da məlumat verib. Bildirib ki, Bakının baş planının birinci mərhələsi artıq yekunlaşıb. İkinci mərhələ yekunlaşdıqdan sonra isə paytaxtın baş planı hazır olacaq.

    Seminarda o da bildirilib ki, elektron sistemin tətbiqi biznes mühitinin və azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradacaq.

  • Gəncədə binanın damında qumbara tapıldı – FOTO

    Gəncədə qumbara tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində bir ədəd əl qumbarasının tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə 119B nömrəli binanın dam örtüyünə baxış keçirilib.

    Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.//Oxu.az

  • Китайский интернет зачистили от «вульгарной информации»

    Администрация киберпространства Китая удалила 9382 мобильных приложения и подвергла критике крупное новостное приложение Tencent за распространение «вульгарной информации».

    Как передает Median.az со ссылкой на lenta.ru, китайский наблюдатель за киберпространством добавил в своем заявлении, что также заблокировал 733 сайта. Акция является частью программы по очистке киберпространства от неприемлемой и вредоносной информации, которая началась в январе 2019 года.

    Социальная сеть для обмена фотографиями Huaban также подверглась критике со стороны китайского наблюдателя за киберпространством. Регулятор обвинил Huaban в том, что у приложения «серьезные проблемы с экосистемой». Социальная сеть сообщила на своем сайте, что ее онлайн-сервис временно отключен из-за обновлений.

    Всего в результате акции было удалено более 7 миллионов фрагментов информации.

    Ранее сообщалось, что правительство Китая наложило запрет на продажу Библии через интернет-магазины. Библию невозможно купить даже на Amazon или на его китайском аналоге Dangdang.

  • Azərbaycanda Rusiyanın gömrük nümayəndəliyi açılacaq

    Rusiyanın Federal Gömrük Xidməti (FGX) üç ölkədə – Azərbaycan, Niderland və Özbəkistanda yeni gömrük nümayəndəliyini açmağı planlaşdırır.

    Median.az TASS-a istinadən xəbər verir ki, bu barədə FGX rəhbərinin birinci müavini Ruslan Davıdov bildirib:

    “Bizim FGX-nin dünyanın 20 ölkəsində nümayəndəliyi var və daha üç ölkədə açmağı planlaşdırırıq”.

  • Pullu yolun istifadəyə veriləcəyi tarix açıqlandı – VİDEO

    Azərbaycanda pullu yol sistemi bu ilin sonuna kimi Ələt-Astara-İran sərhədi avtomobil yolunda tətbiq ediləcək.

    Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ”Xəzər Xəbər” ə açıqlayıb.

    Median.az Xəzər TV-yə istinadən xəbər verir ki, yolun Salyandan başlayaraq 170 km-lik hissəsi pullu olacaq. Artıq müasir sistemlərin alınması üçün müqavilə bağlanılıb və müvafiq vəsait ayrılan kimi bu avadanlıqlar ölkəmizə gətiriləcək.

    Bundan başqa, yaxın günlərdə yolun Astara və Salyan rayonları ərazisindəki giriş-çıxış hissəsi də geniləndiriləcək. Eyni zamanda, bütün yol qovşaqlarında da xüsusi avadanlıqlar qurulacaq ki, sürücü ordan çıxdıqda alın şüşəsinə vuracağı kartdan yolun pulu avtomatik qaydada çıxılacaq.

    Yolun hər kilometrinə görə ödənişinin nə qədər olacağı bilinməsə də, Anar Nəcəflinin sözlərinə görə, ödəniş günün tələbinə uyğun təyin ediləcək və yük maşınları minik maşınlarına nisbətən daha çox ödəniş edəcək. Amma bununla bərabər köhnə yolun da təmiri başa çatdırılacaq.

    Quba Rusiya sərhədi istiqamətinə çəkilən digər pullu yolun 10 km-lik hissəsində artıq işlər başa çatdırılıb.

  • Zabratda keçmiş məhkum heroinlə tutuldu

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

    Median.az Trend-ə istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

    Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.