Month: January 2019

  • Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa etdilər

    Xilasedicilər İngiltərənin “Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

    Onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.

    Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.

  • Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

    Tanınmış jurnalist Səfurə Çərkəzqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri təyin edilib.

    Median..az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatı xəbəri nazirliyin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib.

    Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. “P.S. Gənclik”, “7 Gün”, “Rezonans”, “Həftə içi ” qəzetlərində, “Lider”, ARB televiziyalarında çalışıb. Nazirlikdəki təyinatdan öncə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu. “And olsun atlara!” və “Sevdalılar ” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.

  • Bakıda yeznə qaynını məhkəmənin qarşısında çəkiclə öldürdü

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Növbəti proses yanvar ayının 31-nə təyin olunub.
    Xatırladaq ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib.

    İttihama görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib və Bakıda yeznəsi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Buna görə onların arasında mübahisə düşüb, iş məhkəməyə verilib. Binəqədi rayon məhkəməsinin qarşısında E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. E.Məmmədov yerdə M.Quliyevə daha 9 zərbə endirib. Xəstəxanaya yerləşdirilən M.Quliyev orada ölüb.

  • “Oğullarımın atasını tapmağıma peşman oldum” — Roza

    “Uşağı acından öldürməmək, mitildə qalmamaq üçün iki uşağa 1000 manat lazımdır”.
    Median.az
    -ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli “Bizimləsən” verilişində deyib. Sənətçinin dediyi sözlərlə proqramın digər qonaqları razılaşmayıblar. Onlar arasında mübahisə başlayıb.

    Zərgərli daha sonra övladlarından danışıb. O, övladlığa götürdüyü iki oğlu haqda bunları deyib:
    “Bioloji anası olmadığım oğullarım əsgərlikdədir. Onların getməmək iqtidarı var, çünki ata və anası yoxdur. Amma onları könüllü olaraq yazdırdım və hərbi xidmətə göndərdim. Yazırlar ki, müğənni övladıdır, tapşırıb. Böyük oğlumun yanına bircə dəfə Andiçmədə getmişəm. Kiçik oğluma söz vermişəm ki, ayda bir dəfə gələcəm, çünki o, balacadır.

    Onları övladlığa götürəndə dedim ki, valideyninizi tapım? Anasını tapdım və müalicə etdirdim. Amma sağ qalmadı. Atasını isə böyük istədi, kiçik yox. Axtardım tapdım, amma ikisi də peşman oldu”.

  • Ağcabədidə torpağa basdırılmış meyit tapılıb – Amansızlıqla öldürülüb

    Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra meyitinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.
    Ə.Cənnətovun meyiti ekshumasiya edilib.

    İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.//AZXEBER.COM

  • В Баку наказали более 10 прокуроров – FOTO

    В 2018 году 12 сотрудников Бакинской городской прокуратуры за различные нарушения соответствующими приказами генерального прокурора Азербайджана были привлечены к дисциплинарной ответственности, трое из них были освобождены от занимаемой должности, двое были уволены из органов прокуратуры.

    Об этом, как передает Median.az, в четверг сказал прокурор Баку Ильгар Аббасов на совещании, посвященном работе, проделанной в 2018 году в области укрепления законности и правопорядка, усиления борьбы с преступностью, защиты прав и свобод человека и гражданина, и предстоящим задачам, сообщает Trend со ссылкой на Бакинскую городскую прокуратуру.

    Прокурор отметил, что за отчетный период в органы городской прокуратуры поступило 15 745 обращений, 4105 из которых были решены, а также обеспечены 1404 обращения. В 2018 году было принято 5866 граждан.

    Было отмечено, что в отчетный период выросла требовательность к работникам, которые в своей работе совершили незаконные действия и действия, не подобающие работнику прокуратуры.

    Было потребовано, чтобы во всех структурах городской прокуратуры были приняты самые решительные меры по укреплению служебной, исполнительской и трудовой дисциплины, повышению чувства ответственности сотрудников за порученную работу и принципиальности в отношении негативных явлений.

    Заместитель прокурора Баку Азер Аскеров, прокуроры районов города подробно рассказали о проделанной в отчетном периоде работе, о существующих недочетах и предстоящих задачах.

  • Millət vəkilinin oğlunun ölümünün DETALLARI AÇIQLANDI

    Milli Məclisin deputatı Əsabil Qasımovun 29 yaşlı oğlu Elçin Qasımovun İsveçrədə ölümünün detalları məlum olub.

    Median.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, Elçin Qasımov yüksək təzyiqdən vəfat edib. Belə ki, xizəklə sürüşmək üçün yüksəkliyə qalxan 29 yaşlı gəncin qəfildən burnundan qan açılıb.

    Ona ilkin yardım göstərilərək hadisə yerinə təcili yardım helikopteri çağırılıb. Lakin onun hıyatını xilas etmək mümkün olmayıb. O, helikopterdə dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

  • Yanukoviç 13 il azadlıqdan məhrum edilib – Video

    Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi qiyabi olaraq 13 il azadlıqdan məhrum edib.

    Median.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçi dövlət çevrilişində və təcavüzkar müharibə aparmaqda ittiham olunur. Məhkəmə Yanukoviçin əmlakına da həbs qoyub.

    Xatırladaq ki, Yanukoviçə qarşı istintaq 2017-ci ilin iyunundan başlayıb. Ona qarşı cinayət işi hazırkı hökumət tərəfindən açılıb.

  • Sumqayıtda dəhşətli qətl — Ögey xalasını öldürüb evi soydu

    Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.

    Median.az “ölkə.az”a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.

    Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə təyin ediləcək.

    Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb.

    Oradan 800 manat pul və bir ədəd kompüter aparıb. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

    Xatırladaq ki, R. Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

  • Известный турецкий певец попросил молодого азербайджанца больше не петь

    Выступление молодого азербайджанского исполнителя Фархада Рагимли на музыкальном конкурсе Ben Şarkı Söylersem (“Если я начну петь”) на турецком телеканале TRT Müzik настолько растрогало турецкого певца Колая Авчи, что тот попросил бакинца больше не петь.

    Для азербайджанского певца это был первый международный проект, поэтому он очень переживал, признался Рагимли в интервью Sputnik Азербайджан. В конкурсе приняли участие огромное количество певцов, но лишь пять из них прошли в полуфинал.

    “Азербайджан в этом проекте представлял только я. Безумно волновался. Не ожидал, что меня пригласят в Турцию. Я исполнил там знаменитую азербайджанскую песню Nazəndə sevgilim (“Моя нежная, любимая”) из репертуара народного артиста СССР Рашида Бейбутова”, – сказал Рагимли.

    Своим исполнением певец растрогал членов жюри, в состав которого вошли турецкий исполнитель Корай Авчи и ведущая Дуйгу Атакан. Им настолько понравилось выступление Рагимли, что они попросили его еще раз исполнить ту же песню, чтобы оставить для себя на память запись.

    “Корай Авчи попросил меня больше не петь, так как не мог остановить своих слез. Из двух финалистов члены жюри выбрали меня и объявили победителем проекта. Я был безумно рад. По условиям конкурса, я теперь должен исполнить дуэт с Кораем”, – сказал Рагимли.

    Певец не намерен останавливаться на достигнутом. Он хочет прославить азербайджанские классические песни во всем мире.