Month: January 2019

  • Gürcüstana səyahət nə dərəcədə təhlükəlidir?

    Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı 19 nəfərə çatıb. Bu haqda Gürcüstan mətbuatı məlumat yayıb (24 yanvara olan informasiya – red). Halbuki ölkənin Səhiyyə Nazirliyi epidemiyanın təhlükəli olmadığını və xəstəliyə yoluxma səviyyəsinin aşağı düşdüyünü deyir.

    Median.az xəbər verir ki, “Media.Az” Azərbaycan vətəndaşlarının yaxın zamanlarda qonşu ölkəyə səyahət etmələrinin nə dərəcədə məqsədəuyğun olub-olmamasını ekspertlərdən öyrənməyə çalışıb.

    Rəsmi hesablamalara görə, Gürcüstanda “donuz qripi”nə doqquz min nəfər yoluxub. Onlardan 42 nəfərin vəziyyəti ağırdır və hazırda reanimasiyada ölümlə çarpışırlar.

    Gürcüstanda qızılcaya yoluxmuş insanların sayı da gündən-günə artır. 2019-cu ilin əvvəlindən bu infeksion viruslu xəstəliyə 335 nəfərin yoluxduğu qeydə alınıb. Bu haqda Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri David Serqeyenko açıqlama verib. Ölkədə epidemiya elan olunub. İnfeksiyaya yoluxmuş vətəndaşlar arasında azyaşlılar və 15-40 yaşları arasında olan pasiyentlər üstünlük təşkil edir.

    Bu, əhalinin virusa qarşı immunitetinin olmaması ilə əlaqəlidir. Ölkədə peyvənd olunmamış insanların sayı 200 minə yaxındır. Ona görə də Serqeyenkonun sözlərinə inansaq, Gürcüstan hökuməti bütün vətəndaşları pulsuz peyvəndlə təmin etmək niyyətindədir.

    Mütəxəssislər “donuz qripi”nin ikinci dalğasının başlanacağını proqnozlaşdırır. Proqnozlara inansaq, bu, mart ayında baş verəcək. Həmin ayda Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində azərbaycanlılar kütləvi şəkildə Gürcüstana səfər edirlər.

    Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın dediyinə görə, “donuz qripi”nin ikinci dalğasının olub-olmayacağını indidən demək tezdir.

    “Bizim əhali bu gün Gürcüstanda baş verənlər haqqında yaxşı məlumatlıdır. Vətəndaşlarımızın vacib səfərlər istisna olmaqla, ora yollanacağına şübhə edirəm. Gürcüstana işlə bağlı və ya başqa səbəblərlə gedənlər başqa məsələ. Kiminsə Gürcüstana və ya başqa ölkələrə getməsinə qadağa qoya bilmərik. Bizim işimiz əhalini məlumatlandırmaqdır. Hesab edirəm ki, bu tapşırığın öhdəsindən kifayət qədər yaxşı gəlirik. Gürcüstana səfər etməyi planlaşdıran insanlara vaksinasiyadan keçmək tövsiyə edə bilərik.

    Ölkəmizdə mövsümi qripə qarşı yalnız özəl səhiyyə sektorunda peyvənd etdirmək olur. Gürcüstanda “donuz qripi”nin ikinci dalğasına gəlincə, bunun baş verməyəcəyinə ümid edirəm. Hazırda Gürcüstanda əhalinin vaksinasiyası aparılır. Bu növbəti xəstəlik dalğasından qaçmağa kömək edə bilər. Azərbaycana gəlincə, bizdə epidemioloji vəziyyət sabitdir, hələlik H1N1 virusuna bir yoluxma halı belə qeydə alınmayıb. Bütün sərhəd məntəqələrində ciddi epidemioloji nəzarət həyata keçirilir”, – deyə A. Əliyeva bildirib.

    Azərbaycanın Turizm Assosasiyasının sədri Nahid Bağırov isə hesab edir ki, qonşu ölkədə “donuz qripi”nə yoluxma ilə bağlı artım tendensiyası davam etsə, nəticə etibarı ilə Gürcüstana turist axını zəifləyəcək.

    “Ancaq hələ ki, Gürcüstanda turistlərin sayının azalması ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin Azərbaycanın heç bir rəsmi instansiyası qonşu ölkəyə səfər etməməklə bağlı xəbərdarlıq etməyib.

    İnanıram ki, Gürcüstan tərəfi epidemiyanın qarşısını almaq üçün əlindən gələni edəcək. Turizm Gürcüstanın əsas gəlir mənbəyindən biridir. Ölkənin imici və beynəlxalq nüfuzuna xələl gəlməməsi üçün əhalinin vaksinasiyası istiqamətində lazımı ölçülər götürəcəklər. Ona görə düşünürəm ki, bizim vətəndaşlar hər il olduğu kimi bu il mart bayramlarında Gürcüstana yollanacaq. Hadisələr başqa ssenari üzrə inkişaf etsə, vəziyyət daha dramatik olsa, böyük ehtimalla həmyerlilərimiz Novruz bayramını Gürcüstanda yox, Türkiyədə qeyd edəcək”, – deyə N. Bağırov bildirib.

  • “Gedək çay içək…” – Gəncədə imkansız qadınları pis yola çəkən Cəmilənin ŞOK ƏMƏLLƏRİ

    Gəncə şəhərində imkansız qadınları fahişəliyə cəlb etməkdə, əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Cəmilə Babayevanın (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cəmilə Babayeva 2008-ci ilin yay aylarında tanışı Məhəbbət Səlimovanın maddi cəhətdən imkansız olduğunu bilib. Onu özünün yaşadığı Gəncə şəhəri, Kəpəz rayonundakı mənzilinə gətirib.

    İmkansız qadının fahişəliyi…

    Cəmilə evində Məhəbbəti kişi müştərilərlə pul müqabilində görüşməyi, göstərilən intim xidmətə görə müştərilərdən əldə olunacaq gəliri aralarında bölməyi təklif edib. O, Məhəbbətə özü müştəri tapacağını deyib. Məhəbbət təklifə razılıq verib.

    Cəmilə həmin dövrdən 2016-cı ilin yay aylarınadək müddət ərzində müxtəlif tarixlərdə mənzilində Məhəbbəti tapdığı ayrı-ayrı kişilərlə görüşdürüb.

    Kişilərdən fərqli məbləğlərdə pulu Cəmilə alıb, daha sonra mənzilində Məhəbbətlə görüşə şərait yaradıb.

    Tanışlıq və fahişəlik

    Cəmilə Babayeva 2012-ci ilin yay aylarında Səlbinaz Məlikova ilə tanış olub, onu özünün yaşadığı mənzilə gətirib.

    Cəmilə təzə “rəfiqə”sinin imkansız olduğunu bilib və ona pul müqabilində kişi müştərilərlə görüş təklif edib, yaxşı gəlir əldə edəcəyinə inandırıb.

    Səlbinazın razılığını alandan sonra Cəmilə deyib ki, əldə olunan gəlirin 40 faizi ona çatacaq, qalan hissəsini isə özü götürəcək. Səlbinaz intim xidmətə görə əldə olunan gəlirin 40 faizini özünə götürməklə təklifə hə deyib.

    Həmin zamandan Səlbinaz Cəmilənin tapdığı kişi müştərilərlə sonuncunun yaşadığı mənzildə görüşüb.

    O, 2016-cı ilin payız aylarınadək müxtəlif tarixlərdə Cəmilənin tapdığı ayrı-ayrı kişi müştərilərlə fərqli məbləğli pul müqabilində cinsi əlaqədə olub.

    Parkda tanışlıq

    2013-cü ilə Gəncə şəhərində parklardan birində Cəmilə Babayeva Aybəniz Səmədova ilə tanış olub. Söhbət zamanı o, Aybənizin imkansız olduğunu bilib. Aybənizi evinə gətirib, qabağına çay qoyub, çörək yeyiblər.

    Sonra təzə qonağına pul qazanmağın yollarından danışıb. Bundan əvvəl iki qadını evində başqa-başqa kişilərlə görüşdürdüyünü, həmin görüşdən gəlir əldə etdiklərini deyib. Eyni xidməti Aybənizə də təklif edib.

    Aybəniz razılaşdıqdan sonra Cəmilə ona intim xidmət üçün kişi müştərilər tapıb.

    Qadın Cəmilənin evində 2017-ci ilin fevral ayınadək kişi müştərilərlə görüşə gəlib…

    Əməli ifşa edildi, amma azadlıqda qaldı

    Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cəmilə Babayevanın əməli ifşa edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlanıb.

    İstintaq aparıldığı müddətdə Cəmilə Babayevanın barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Azadlıqda qalmasından faydalanan qadın zərərçəkmişlərə ifadələrini dəyişmələri üçün hədə-qorxu gəlməyə başlayıb.

    O, şəxsiyyəti istintaqla araşdırılan Elvin adlı şəxslə cinayət əlaqəsinə girib. Zərərçəkmiş Aybəniz Səmədovaya cinayət prosesini aparan orqana poçt vasitəsilə şikayətinin olmaması barədə yeni ərizə ilə müraciət etməyi və ibtidai araşdırma zamanı verdiyi ifadəsini 1000 manat pul müqabilində dəyişməyi təklif edib.

    Zərərçəkmişlər yalan ifadə verməyə məcbur edildi

    Aybəniz onun təklifini rədd edəndə Cəmilə yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ almağa cəhd edib. Bu yolla niyyətinə nail ola bilmədikdə isə Elvin adlı şəxslə birgə qadını şantajla, sağlamlığına zərər vurmaqla, özünü və yaxın qohumlarını öldürməklə hədələyib.

    Beləliklə, Aybəniz yalan ifadə verməyə məcbur olunub.

    Cəmilə Babayeva iş üzrə digər zərərçəkmişlər – Məhəbbət və Səlbinazı da ifadələrini dəyişməyə məcbur edib.

    Həbs və əlavə ittihamlar

    Bundan xəbər tutan istintaq orqanının təqdimatı ilə Cəmilə Babayeva barəsində həbs qətimkan tədbiri seçilib.

    Ona əlavə olaraq Cinayət Məcəlləsinin 29,299.1-ci (şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə pulla ələ almağa cəhd) və 299.2-ci (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə – habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırdıqda şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə törədildikdə – cəhd etmə) maddələri ilə ittiham elan edilib.

    Şərti cəza

    Kəpəz rayon Məhkəməsinin hökmü ilə Cəmilə Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumluq) maddəsi tətbiq edilib.

    Ona 1 il sınaq müddəti olmaqla 2 il 10 ay 1 gün müddətinə şərti cəza kəsilib.

    Cəmilə Babayevanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Hökmdən narazı qalan Cəmilə Babayeva apelyasiya şikayəti verib. O, zərərçəkmişlərin böhtanları ilə üzləşdiyini göstərib və barəsində bəraət hökmümün çıxarılmasını istəyib.

    Bəraət və həbs davası

    Həmçinin zərərçəkmişlər tərəfindən də apelyasiya şikayəti verilib. Onlar Cəmilə Babayevanın həbsini istəyiblər.

    Tərəflərin şikayətləri Gəncə Apelyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya şikayətlərinin dəlillərini araşdırandan sonda qərar elan edib. Nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmişlərin şikayəti təmin olunub.

    Qərardan narazı qalan Cəmilə Babayevanın vəkili kasasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü istəyib.

    Zərərçəkmişlər də Cəmilə Babayevanın həbs edilməsi barədə kasasiya şikayəti veriblər. Onların şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Tərəflərin şikayəti yenə təmin olunmayıb.

  • Фермера из Агджабеди убили из-за 13 баранов

    Число 13 для фермера из Агджабединского района оказалось роковым. Сотрудниками районного управления полиции задержан мужчина, подозреваемый в совершении умышленного убийства. Об этом сообщили в пресс-службе министерства внутренних дел АР.

    Ранее местные СМИ писали о том, что житель села Хиндарх некий Джаннатов 20 января обратился в районное управление полиции и заявил, что его отец, 63-летний Ахлиман Джаннатов пошел на ферму, расположенную на территории села, и не обнаружил там принадлежащих ему 13 голов мелкого рогатого скота. После этого мужчина не вернулся домой.

    Вскоре следственно-оперативная группа, организованная по факту пропажи человека, выяснила, что 19 января земляк Джаннатова, 39-летний Мансур Гасымов и родственник последнего, житель села Шарафханлы 31-летний Сархан Мамедзаде ударили фермера тупым предметом, а затем задушили его. Тело Джаннатова подозреваемые закопали недалеко от фермы. Затем преступники погрузили 13 овец в автомобиль Гасымова марки “ВАЗ-2107” и отвезли для продажи на рынок, расположенный в селе Хюсюлю.

    Оперативники уголовного розыска задержали Мамедзаде. В настоящее время ведется работа по задержанию Гасымова. Что касается тела Джаннатова, то оно эксгумировано.

    Следствие по факту продолжается.//Sputnik.az

  • Ərini öldürdü, parçalara ayırdı, sonra… – Qadından TÜKÜRPƏDƏN CİNAYƏT

    Türkiyənin Hatay şəhərində qan donduracaq dəhşətli hadisə baş verib.

    Median.az yerli mediaya istinadən xəbər verir ki, 35 yaşlı Havva Z. 40 yaşlı həyat yoldaşı Mikail Z.-ni bıçaqlayaraq öldürüb, daha sonra onu parçalayıb.

    Qadın ərinin meyitini 4 hissəyə parçalayıb, sonra onları palaza bükərək həyətdə basdırıb. Hadisə barədə qonşuları polisə məlumat verib. Belə ki, qonşular əvvəl evdən dava səsləri eşidib. Daha sonra qadının binanın həyətində nə isə basdırmasından şübhələnib polisə məlumat veriblər. Qadın polisə ifadəsində ərini öldürüb, parçalara ayırıb həyətdə basdırdığını etiraf edib.

  • Ev sahibi oğrunu tutub polisə verdi

    Sumqayıtda oğurluq etmək istəyən şəxs cinayət başında ələ keçib.

    Hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindəki evlərin birindən baş verib. Oğurluğa cəhd göstərən şəxs ev sahibi tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

    Araşdırılmalar zamanı onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəzərov olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. (Olke.az)

  • “Azərenerji” ASC-yə yeni vitse-prezident təyin edildi

    “Azərişıq” ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

    Median.az Report-a istinadən xəbər verir ki, onun yerinə Rasim Həsənov təyin edilib.

    “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında faktı təsdiq edib.

    Qeyd edək ki, “Azərişıq”ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev “Azərenerji” ASC-yə vitse-prezident təyin edilib.

  • Məhkəmə qərar verdi: Jurnalistin atasını öldürən şəxs 141 min 931 manat ödəməlidir

    Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.

    Trend-in məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılıb.

    Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Prokuror çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini istəyib.

    Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Abil Bayramov çıxışında ümumilikdə 166 min 531 manatlıq mülki iddianın tam təmin edilməsini istəyib: “Mülki iddiamızın əsaslılığını sübuta yetirən kifayət qədər dəlil-sübutu məhkəməyə təqdim etmişik. Ona görə də, mülki iddiamız tam əsaslıdır. Təmin olunmasını xahiş edirik”.

    İmdad Əlizadə vəkili ilə razı olduğunu və dəyən maddi zərərə görə 151 min 531 manat və mənəvi zərərə görə 15 min manatın təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsini istəyib.

    Seymur Qarayevin vəkili Mirzəmməd Rəhimov isə mülki iddianı qəbul etmədiklərini bildirib.

    Təqsirləndirilən şəxs son sözündə yalnız dəfn xərclərini ödəməyə hazır olduğunu deyib.

    Məhkəmə İmdad Əlizadənin şikayətini qismən təmin edib. Qərara əsasən, təqsirləndirilən Seymur Qarayevdən ümumilikdə 141 min 931 manat tutularaq mülki iddiaçı İmdad Əlizadəyə ödənilməlidir.

    Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

    Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

    Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manat).

    Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

    Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

    Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.

    Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, məhkəmə 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi barədə qərar çıxarıb. Bu, Mərkəzi Klinika və “Avrasiya” hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. Qərara əsasən 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməli idi.

    İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası qüvvədə saxlanılıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

  • Azərbaycanda elektrobusların yığılmasına başlanacaq (FOTO)

    Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

    Bu barədə Trend-ə Gəncə Avtomobil Zavodundan bildiriblər.

    Bununla bağlı saziş Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfəri çərçivəsində imzalanıb.

    Tərəflər Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb.

  • Əllə yazmaqdan imtina insan beynində dəyişikliklərə səbəb olur

    Texnologiyaların inkişafı nəticəsində indiki nəslə mənsub olan uşaqlar get-gedə daha çox hallarda əl ilə yazmaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, bu səbəbdən, uşaqlarda əl ilə yazmaq vərdişi yaranmır.

    “MedikForum” portalı xəbər verir ki, mütəxəssislərin fikrincə, bu trendin sabitləşməsi gələcək nəsillərin beyinində dəyişiklik yaradacaq.

    Əl ilə yazma vərdişləri kiçik motorikanın və insan beyninin inkişafının çox mühüm funksiyası ilə bağlıdır. Kalliqrafiya (xəttatlıq) sahəsində ekspert Yuri Koverdyayevin fikrincə, əl ilə yazmaqdan hazırda müşahidə edilən dərəcədə imtina edilməsi təhlükəli olmayacaq, lakin o, insanlara, xüsusən uşaqlara hökmən mənfi təsir göstərəcək.

    Koverdyayev göstərir ki, texnologiyalar inkişaf etdikcə müasir insanlar arasında müşahidə olunan təkcə onların əl ilə yazmaqdan imtina etməsi deyil. Hətta klaviaturda mətn yığarkən əl ilə işləmək istəməyən, səsli məlumatlara üstünlük verən insanların da sayı tədricən artır. Nəticədə adamlar mətni əl ilə yazmağı yadırğayırlar.

    Ekspert deyib: “Bu, uşaqlar üçün və gələcəkdə onların uşaqları üçün təhlükəlidir. Əgər indi uşaqlar əl ilə yazmağa vərdiş etməsələr, onlar öz uşaqlarına əl ilə yazmağı öyrədə bilməyəcəklər”.

    2017-ci ildə Böyük Britaniyada aparılmış araşdırma nəticəsində məlum olub ki, insanlar əl ilə yazmağı tərgidirlər və çox ehtimal ki, gələcəkdə bu vərdiş tamam sıradan çıxacaq. Mütəxəssislər hələ o vaxt bildiriblər ki, müasir insanlar ən çoxu qısa qeydləri və ya xatırlatmaları qələmlə yazırlar. Hazırda yaşlı insan orta hesabla ay yarımda bir dəfə əl ilə yazmağa başlayır, yaşlı insanların orta hesabla üçdə bir hissəsi yarım ildə cəmi bir dəfə əl ilə yazır. (AzərTAc)

  • Bu da Rəsulzadənin yeni barelyefi (FOTO)

    Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.

    Median.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

    Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.