Month: February 2019

  • Умер обладатель четырех «Оскаров»

    Умер композитор и дирижер Андре Превин, четырехкратный обладатель премии “Оскар”. Об этом сообщает Deadline, передает Median.Az со ссылкой на Gazeta.ru.

    Как отмечается, ему было 89 лет.

    По информации издания, он умер в своем доме.

    Андре Превин стал обладателем “Оскара” за музыку к “Жижи” (1958), “Порги и Бесс” (1959), “Нежной Ирме” (1963) и “Моей прекрасной леди” (1964).

    Среди многих других наград он также получил премию “Грэмми” за жизненные достижения.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Balaca şahzadə” tamaşasının premyerasında iştirak edib – FOTO

    Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

    Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. “Tamaşanın ərsəyə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premyerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premyerasına toplaşmışıq”, – deyə o qeyd edib.

    Səhnə əsərinin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

    Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.

    Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

    Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru – adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıblar. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

  • İstanbul-Moskva sərnişin təyyarəsi Odessada qəza enişi edib – FOTO

    Türkiyənin İstanbul şəhərindən Rusiyanın paytaxı Moskvaya uçan “Turkish Airlines” hava şirkətinə məxsus sərnişin təyyarəsi Odessada qəza enişi edib.

    Median.Az “Report”a istinadən bildirir ki, hadisə vaxtı “Boeing 737″də 122 sərnişin olub. Təyyarə yüksəklik məsafəsini kəskin şəkildə aşağı salıb və Odessada hava limanına eniş edib. Təyyarənin heyət üzvləri enmədən əvvəl hava maşınının sistemində yağın təzyiqinin aşağı olduğunu bildiriblər.

    Hazırda mütəxəssislər təyyarəyə baxış keçirirlər.

  • Генпрокурор Израиля предъявит обвинения Нетаньяху

    Генпрокурор Израиля Авихай Мандельблит объявил о намерении предъявить премьер-министру Биньямину Нетаньяху обвинения в коррупции, но дает возможность переубедить себя на досудебных слушаниях, сообщили местные телеканалы, передает РИА Новости.

    Готовность Мандельблита частично принять рекомендации полиции, расследовавшей три уголовных дела против Нетаньяху, едва ли приведет к немедленной отставке главы правительства, но может повлиять на его шансы переизбраться в апреле на четвертый подряд и пятый в карьере премьерский срок.

    «Генеральный прокурор решил: премьер-министру будут в зависимости от исхода слушаний предъявлены обвинения в коррупции по «делу 400», мошенничестве и злоупотреблении доверием по «делам 1000 и 2000», – передает телерадиокомпания «Кан».

    Так называемое «дело 1000» касается подозрений в получении Нетаньяху дорогостоящих подарков от представителей деловых кругов, суммарную стоимость которых следствие оценило почти в 300 тысяч долларов.

    В «деле 2000» речь идет о попытках премьер-министра договориться с владельцем одной из крупнейших в стране медиа-групп «Едиот Ахрон» о благосклонном освещении деятельности правительства в обмен на принятие закона, который бы ограничивал возможности ее конкурента – бесплатной ежедневной газеты «Исраэль ха-Йом».

    Следователи, занимавшиеся «делом 4000» утверждают, что нашли доказательства лоббирования интересов крупнейшей в стране телекоммуникационной группы «Безек» в обмен на позитивное отношение к Нетаньяху на подконтрольном компании популярном новостном интернет-ресурсе Walla.

    Во всех случаях глава правительства настаивает на своей невиновности, выражает уверенность, что расследования против него завершатся ничем, и обещает еще многие годы руководить страной. Его представители безуспешно убеждали прокуратуру повременить с оглашением выводов до окончания выборов, назначенных на 9 апреля, требовали публикации ключевых следственных материалов и очных ставок с государственными свидетелями.

  • Azərbaycanın ən yaşlı sakini odur – 18 nəticəsi, 5 kötücəsi var

    Xəbər verdiyimiz kimi Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib. Tədqiqatlara əsasən, hazırda Azərbaycanın ən yaşlı vətəndaşı Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarovadır.

    Median.Az xəbər verir ki, Alxas Cabbarov ölkənin ən yaşlı sakininin oğludur. O, Azvision.az -a bildirib ki, anası 3 oğul övladı dünyaya gətirib. Hazırda 10 nəvəsi, 18 nəticəsi və 5 kötücəsi var.

    “Anamın atasıgil çəltikçilik, pambıqçılıq, çayçılıqla məşğul olublar. Onların öz təsərrüfatları olub. Mal-qara, toyuq-cücə saxlayıblar. Zəhmətkeş insanlardılar. Anam uşaqlıqdan ailəsinə kömək edib, uzun illər təsərrüfatda işləyib. Anamın ata tərəfi uzunömürlüdür. Anası 108, atası 102 yaşında vəfat edib”.

    A.Cabbarov indiyədək anasının səhhətində ciddi problemin olmadığını deyib: “İndi bir az gözü zəifləyib. Yəqin ki, yaşla əlaqədardır. Səhhətində başqa problem yoxdur. Normal gəzir, özünə yemək hazırlayır, çay süzür. Anam hazırda nəvələri və gəlinləri ilə birlikdə yaşayır. Deyir, gülür, gəlinləri onunla zarafatlaşır. Ürəyi istəyəndə bağda gəzir. Nəvələri onu çox istəyir, sözündən çıxmırlar. Anam aldığı təqaüdü onlara verir. Həyatından razıdır. Deyir, Allah nə qədər ömür veribsə, o qədər də yaşayacaq”.

    Mirzadə Cabbarovanın həyat yoldaşı 72 yaşında dünyasını dəyişib: “Onda anamın 82 yaşı var idi”.

  • Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı – ŞOK ARAŞDIRMA

    Antibiotiklərin bağırsaq bakteriyalarına mənfi təsir etməsi barədə fikirlər təsdiqini tapdıqdan sonra həkimlər antibiotik kursunun sona kimi qəbul olunmamasını məsləhət görür. Antibiotiklərin zərəri barədə hər il yeni araşdırmalar aparılsa da, həkimlər yenə eyni həvəslə çox xəstəliklərdə antibiotik yazmaqda davam edir və yazdığı preparatın əks göstərişləri barədə nə özləri araşdırma aparır, nə də xəstələri xəbərdar edir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Harvard institutunun alimləri antibiotiklərlə bağlı yeni araşdırma aparıb, dəhşətli nəticəyə gəliblər. Məlum olub ki, antibiotiklər öz müttəfiq bakteriya və hüceyrələrini də aradan götürür.

    Onlar metabolitlərin və immun hüceyrələrin iş qabiliyyətini aşağı salır, bir komanda şəklində infeksiya və viruslara qarşı birləşməli olduğu faydalı hüceyrələri də sıradan çıxarır.

    Aparıcı müəllif Ceyson Yanq qrupu ilə birgə siçanlar üzərində apardığı təcrübədə tapıb ki, bir neçə tip antibiotiklər siçanlarda mitoxondriyanı zədələyir, bu da metobolik prosesə mənfi təsir göstərir. Metobolitlər isə hüceyrələr tərəfindən sintez olunur və müalicə zamanı vacib rol oynayır.

    Eksperiment zamanı siçanları bağırsaq çöplərinə yoluxdurublar və onları Çiprofloksasin adlı məşhur antibiotiklə müalicə ediblər. İnsana yazılan dozada tətbiq edilib.

    Bu preparat siçanların toxumalarına təsir edərək, metobolik prosesləri pozub, nəticədə metabolitlər sanki başlarını itirərək düşmənə tərəf işləməyə başlayaraq, bağırsaq çöplərini daha da gücləndiribər.

    Dərman həmçinin immun sistem hüceyrələrinin işini azaldıb. O, bakteriyaları tutub zərərsizləşdirən makrofaqları da zəiflədib.
    Antibiotikin yaratdığı biokimyəvi mühitdə immun hüceyrələri sanki boğulub.

    Hesab edilirdi ki, antibiotiklər bakterial hüceyrələrə təsir edir, amma əslində onlar immun sistem hüceyrələrə də toxunur.

    Bu elmi komanda indi uzun müddət antibiotik qəbul etmiş pasiyentlərin immun hüceyrələrində hansı dəyişikliklərin baş verdiyini araşdırmaq istəyir.

    Qeyd edək ki, 26 fevral tarixində Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

    Medicina.az “Report”a istinadən xəbər verir ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.

    Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin “prob” qoyulmadan vurulması olub.

  • Пользователи сообщают о сбоях в работе YouTube

    Пользователи онлайн-видеохостинга YouTube по всему миру сообщают о сбое в работе сервиса, следует из данных портала Downdetector, отслеживающего работу популярных интернет-ресурсов, передаёт Median.Az со ссылкой на ТАСС.

    Сбой произошел в четверг около 19:58. Чаще всего пользователи сервиса жалуются на проблемы с просмотром видео (69%), у 22% из проинформировавших о сбое не работает сайт YouTube, еще 8% не могут войти в свои аккаунты.

    Проблемы в работе сервиса наблюдаются по всему миру, в том числе в России.

  • “YouTube”də problem yaranıb

    Bu axşam “YouTube” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

    Bu barədə gazeta.ru məlumat yayıb.

    Xəbər verilir ki, Bakı vaxtı ilə saat 20:00-dan etibarən, sosial şəbəkədəki problemlərlə bağlı kütləvi şikayətlər daxil olmağa başlayıb.

    Şikayətlərin 67 faizi videoçarxların açılmaması, 21 faizi səhifənin ümumi işi ilə bağlı olub. Bir çoxları isə öz akkauntlarına girə bilmədiklərini qeyd ediblər.

    Problem əsasən Rusiya, Ukrayna, ABŞ, Meksika və Braziliyada qeydə alınıb.

  • Faytonçu Nazim 4 avtomobili birdən əzdi – FOTO

    “Bir həftə bundan qabaq yağışlı havada evə gəlirdim. Vaxtında əyləci basa bilmədim, gedib maşına vurdum. O da başqası ilə toqquşdu, digəri də o biri maşınla… Zəncirvari qəza oldu”.

    Median.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Nazim Pişyarı (Faytonçu) törətdiyi qəzanı şərh edərkən deyib. O, qəza zamanı 4 maşının zərər gördüyünü bildirib:

    “Həm öz maşınıma, həm də digərlərinə ziyan dəydi. Hamısını təmir etdirirəm. Maşınım icbari sığorta olunduğuna görə bunun üçün cəmi 5 min manat ödənəcək. Qalan bütün xərcləri özüm qarşılayıram. Şükürlər olsun ki, salamatlıqdır. Hadisə yerindən də qaçmamışam. Polis də hadisə yerinə gəldi, hər şey həll olunduqdan sonra məkandan uzaqlaşmışam”.

  • Yerdə çox güclü maqnit qasırğası başlayıb: Təsirləri və qorunma yolları

    Bu günlərdə meteohəssas insanlarda narahatlıq yarana bilər. Çünki, yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. Martın 2-dək davam edəcək qasırğa sağlam insanların da səhhətində narahatlıq yarada bilər.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.

    Beynəlxalq hava mərkəzlərinin məlumatına görə, təbiət hadisəsi martın 2-dək davam edəcək. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyir ki, geomaqnit qasırğası Günəşdə gedən proseslərdən biridir və periodik olaraq daim davam edir.

    Qasırğa yer kürəsinə təsirsiz ötüşməyəcək. Ənvər Əliyevin sözlərinə görə, yerin maqnit sahələri onları əks qüvvə ilə lokallaşdırır. Lakin Günəş küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

    Həkimlər bildirir ki, bu halda həmin insanlar dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidirlər. Müalicə almayan xəstə insanlar isə narahatlıq hiss etdikdə həkimə müraciət etsin. Geomaqnit qasırğası sağlam insanların da səhhətində narahtlıq yarada bilər. Mütəxəssislər həmin günlərdə açıq havada çox gəzməməyi, evdə olduqda isə pəncərləri bağlı saxlamağı məsləhət görür. Geomaqnit qasırğası səbəbindən peyk rabitəsi və naviqasiya sistemlərində də müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.