Month: February 2019

  • Qazaxıstanlı ağsaqqal aparıcıların sinə dekoltesinə qəzəbləndi

    Qazaxıstanın nüfuzlu “Veçerneqo Taldıkorqana” qəzetində bir ağsaqqalın adından Rusiyanın NTV kanalına ünvanlanmış rəsmi müraciət dərc edilib.

    Bu barədə rambler.ru məlumat yayıb.

    Ağsaqqalı telekanalın aparıcıların sinə dekoltesi narahat edib : “Teleaparıcıların sinəsinin bu qədər açıq olması hansı məqsəd daşıyır? Nə üçün onların “süd vəziləri” həmişə açıq qalır. Bu bizi bərk narahat edir və qıcıqlandırır. Mən telekanal rəhbərliyini bu biabırçılığa son qoymağa çağırıram”.

    Qəzetin redaktoru Yelena Burlutskaya bildirib ki, onların mətbu orqanı hər zaman xalqın səsini çatdırmağa çalışıb. Və indi onlar NTV kanalının rəhbərliyindən cavab gözləyirlər.

  • В Швейцарии могут легализовать продажу марихуаны

    В швейцарском правительстве обсуждается возможность проведения исследований по легализации продажи марихуаны. Об этом, как передает Median.Az со ссылкой на Gazeta.ru, сообщает AP.

    Как отмечается, около 200 тысяч человек в стране употребляют марихуану в реакционных целях (при населении в восемь миллионов ), несмотря на запрет. В результате этого процветает черный рынок.

    В правительстве предложили запустить жестко регламентируемые пилотные проекты по изучению преимуществ и недостатков продажи марихуаны на максимальный срок до 10 лет. Полученные результаты затем будут проанализированы.

    Подчеркивается, что любая либерализация в этом вопросе, однако, может быть воплощена в жизнь только в отдаленном будущем.

  • “El-Klassiko”nun hakimi dəyişdirildi – zədələnib

    La Liqanın 26-cı turunda keçiriləcək “Real” – “Barselona” oyununun hakimi dəyişdirilib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanı Alxandro Ernandes Ernandes idarə etməli olsa da, referi zədələndiyindən, görüş Alberto Undiano Malenkoya həvalə olunub.

    Qeyd edək ki, martın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. “Barselona” dünən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə “Real”ı 3:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

  • Новруз Мамедов собрал министров

    28 февраля прошло очередное заседание Кабинета министров под председательством премьер-министра Новруза Мамедова.

    Об этом сообщает АЗЕРТАДЖ.

    В повестку заседания были включены следующие темы: «Итоги реализации пилотного проекта по внедрению обязательного медицинского страхования», «Оценка эффективности налоговых и таможенных льгот и обеспечение прозрачности в налоговой сфере, формирование налоговой культуры, определение реального налогового потенциала, проблемы на пути создания благоприятной налоговой среды», а также «Вопросы специализации экономических районов по производству сельскохозяйственной продукции с учетом природных, климатических и других особенностей».

    После вступительной речи премьер-министра Н.Мамедова, были заслушаны доклады председателя правления Государственного агентства по обязательному медицинскому страхованию Заура Алиева, министра по налогам Микаила Джаббарова и главы Минсельхоза Инама Керимова.

  • “Canavarlar meşədə yaşayır” – Fermer şikayət edir, icra nümayəndəsi inanmır…

    Yırtıcıların ev heyvanlarına növbəti hücumu Lənkəran rayonunun Urqa kəndi yaxınlığında baş verib.

    Median.Az bildirir ki, bunu Sputnik Azərbaycan-a Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kəndindəki icra nümayəndəi Yusif Xamiyev bildirib. Məsələnin sirli tərəfi ondan ibarətdir ki, meşədə yaşayan canavarların ov dalınca dənizin sahilinə endiyinə icra nümayəndələri şübhə ilə yanaşırlar.

    Xamiyevin sözlərinə görə, bu günlərdə heyvandarlıqla məşğul olan yerli sakin Savalan Rəhimov İcra Hakimiyyətinə müraciət edib. Kişi bildirib ki, bir neçə gün əvvəl canavar onun iki inəyini parçalayıb. Fevralın 25-də isə canavar yenidən heyvanlara hücum edib və onlardan birini yaralayıb.

    Lakin fermerin şikayəti İcra Hakimiyyətinin nümayəndələri arasında inamsızlıq yaradıb.

    “İş orasındadır ki, bizdə heç vaxt canavar olmayıb. Kənd sahil ərazisində yerləşir, canavarlar isə meşədə yaşayır. Mən baş vermiş hadisədən xəbər tutan kimi əlaqədar orqanlara, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Baytarlıq Xidmətinə məlumat vermişəm” – deyə icra nümayəndəsi bildirib.

    Xamiyev deyib ki, o, fermerin danışdıqları ilə razılaşır. Çünki heyvanlara hücum bir neçə il əvvəl Xəzər dənizinin sahildən içərilərə doğru çəkilməsindən sonra yaranan qamışlıqda baş verib. Öz növbəsində baytarlar və ekoloqlar da hadisə yerinə və zərərçəkmiş heyvanlara baxış keçirərkən o nəticəyə gəliblər ki, həqiqətən də heyvanlara yırtıcılar hücum edib. Lakin o yırtıcının canavar, çaqqal, tülkü və yaxud başqa heyvan olduğunu hələlik müəyyən etmək mümkün olmayıb.

    Xamiyev onu da bildirib ki, bu, kənddə baş verən ilk belə haldır. Qamışlığın yanında digər fermerlərin də heyvanları otlayır, lakin hələlik heç kəs belə bir hücumla rastlaşmayıb.

    Baş verənlərdə qəribə olan həm də odur ki, ətrafda canavarı görüb-görmədiyini heç fermer özü də dəqiq bilmir.

    Son zamanlar Azərbaycanın ayrı-ayrı rayonlarında canavarların ev heyvanlarına hücum etməsi halları çoxalıb. Belə ki, fevralın ortalarında canavarlar Goranboy rayonunun Eyvazlılar kəndi yaxınlığında otlaqdakı sürülərə hücum ediblər və çoban tərəfindən fərq edilmədən beş qoyunu aparıblar. Sürüyə canavarın girdiyini görən çoban haray salıb ki, onları qovsun. Çobanın dediyinə görə, o, yırtıcıları qovmağa müvəffəq olub. Kəndə qayıdanda isə sürüdən beş qoyunun yoxa çıxdığını görüb.

    Oxşar hadisə bu il fevral ayının 22-də Ağdaş rayonunda da baş verib. Rayonun Yenicə kəndində canavarlar sürüyə hücum edib. Kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib. Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb.

    Analoji hadisə fevralın 20-də Şəkinin Aşağı Göynük kəndində baş verib. Təsərrüfata soxulan canavar Şahin İbrahimova məxsus boğaz inəyi parçalayıb.

  • Азербайджан может вернуть детсады в подчинение минобразования

    Уполномоченный по правам человека (омбудсмен) в Азербайджане Эльмира Сулейманова предложила вернуть дошкольные образовательные учреждения в подчинение министерства образования, чтобы они финансировались из бюджета этой структуры.

    Об этом, как передает Median.Az со ссылкой на Trend, говорится в ежегодном отчете омбудсмена “О состоянии обеспечения и защиты прав и свобод человека в Азербайджане” за 2018 год.

    В отчете также предлагается усовершенствовать процесс приема учащихся в первый класс общеобразовательных школ, уточнять территориальную принадлежность школ до процесса приема и заранее объявлять соответствующую информацию.

    Омбудсмен также предлагает, чтобы при комплектации классов соблюдались требования по количеству учеников и детей в подготовительных группах.

  • Uşaqlarınız təhlükədədir, diqqətli olun

    Həkimlər valideynlərə uşaqlarının sağlamlığı ilə bağlı mühüm xəbərdar ediblər.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, valideynlər uşaqlara qazlı içkilərdən, tez hazırlanan qidalardan, paketlənmiş məhsullardan uzaq tutmağı tövsiyə edir. Texnoloji cihazların qarşısında isə iki saatdan artıq oturmağa icazə verilməməlidir. Eləcə də, kompüter və digər texnoloji cihazların qarşısında yemək yemələrinə imkan verilməməlidir. Bütün bunlar şəkər xəstəliyinə, təzyiq, artıq çəki, piylənmə və ürək xəstəliklərinə yol aça bilər. Uşaqların bir çox xəstəliklərinin yaranma səbəblərindən biri də fiziki hərəkətlərdən uzaq olmalarıdır.

    “Hətta ana hamilə zamanı düzgün qidalanmayanda da uşağın xəstə doğulmasına səbəb ola bilir. Şirin və yağlı qidalar da xəstəliklərə yol açır. Ona görə də qatıq, süd və bu kimi qidalara üstünlük verilməlidir. Eyni zamanda yuxuya da diqqət etmək lazımdır”, – deyə diyetoloq Betül Dəmir əlavə edib.

  • Fədayə Laçından xəbər var

    Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Median.Az-ın “Report”a istinadən xəbərinə görə, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Elan olunub ki, təqsirləndirilən Əli Ağami apellyasiya şikayəti verməyib.

    Məhkəmədə vəkillər vəsatət qaldıraraq apellyasiya şikayətini qismən istintaq yolu ilə aparılmasını istəyiblər.

    Daha sonra təqsirləndirilən Tərlan Zeynalovun vəkili Eynulla Vəliyev müvəkkili barəsində cinayət işinə xitam verilməsini və dərhal azadlığa buraxılmasına tələb edib.

    Vəsatətlər təmin edilməyib.

    Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.

    Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

  • Azərbaycanda bu regionların kəndlərində əhali azalır

    Azərbaycanın iri şəhərləri arasında demoqrafik baxımdan ən zəif templə inkişaf edən şəhər Mingəçevirdir. Bu şəhərin əhalisi son 20 ildə cəmi 10,5 min nəfər (11%) artıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov deyib.

    Mütəxəssisin sözlərinə görə, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib. Həmçinin regionlarda orta hesabla əhalinin hər nəfərinə düşən mənzil sahəsinin azaldığı diqqətə çatdırılıb.

    Qeyd edilib ki, 1999-cu il siyahıyaalınmasına əsasən əhalisi 10-20 min arasında olmuş inzibati rayon mərkəzlərinin demoqrafik inkişafı əsasən ləng gedir. Son 20 il ərzində onların əksəriyyətində əhalinin orta illik artımı 1%-dən aşağı olub, bu kateqoriyadan olan inzibati rayon mərkəzləri arasında yalnız Ağsu, Biləsuvar, həmçinin Neftçala şəhərlərində nisbətən sürətli artım qeydə alınıb.

    R.Kərimov son illərdə əhalisi azalan kəndlərin nisbətən çox olduğu regionlar kimi Quba-Xaçmaz, Lənkəran-Astara, həmçinin Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi-coğrafi rayonlarını qeyd edib . O, apardığı tədqiqatın nəticəsi olaraq inzibati rayonların əhalisinin sayını, artım tempini, mövcud demoqrafik potensialı ifadə edən bir neçə xəritə hazırlayıb və onlar əsasında təhlil aparıb.

  • Президент наградил Садагат Гахраманову

    Садагат Мамедъяр гызы Гахраманова награждена орденом «Эмек» («Труда») второй степени.

    Соответствующее распоряжение подписал Президент Ильхам Алиев.

    С.Гахраманова удостоена награды за активное участие в общественно-политической жизни Азербайджана.

    Отметим, что С.Гахраманова занимает должность заместителя председателя Госкомитета по проблемам семьи, женщин и детей.

    Она в 1995-2005 гг. занимала пост главы Исполнительной власти города Али-Байрамлы (нынешний город Ширван-ред.)

    1 марта ей исполнится 70 лет.