Month: February 2019

  • В Швеции задержали второго российского шпиона

    Полиция Стокгольма задержала еще одного подозреваемого в шпионаже в пользу России.

    Как сообщает Dagens Nyheter, задержанный собирал данные с апреля по сентябрь 2018 года.

    Также в полиции сообщили, что это задержание не связано с произведенным накануне.

    27 февраля полиция безопасности Швеции СЕПО задержала человека, который также подозревается в шпионаже в пользу России.

  • Dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı

    Səhər saatlarından yağmağa başlayan qarın qalınlığı 40-50 sm-ə çatıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, güclü qar Tovuzun dağ kəndlərinə, xüsusilə də Molla Ayrım, Hacı Həsənli, Kirən, Soflar, Xatıncan və Qalaboyuna gedən əsas yolda sürücülərə çətin anlar yaşadıb. Əksər yerlərdə isə qarın qalınlığı 20-30 sm təşkil edib. Sürücülər bildirirlər ki, daha çox səhər və axşam saatlarında çətinliklə üzləşirlər. Hava soyuq olduğuna görə yollar buz bağlayır.

    Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 26 nömrəli Yol İstismar İdarəsindən “XəzərXəbər”ə bildirildi ki, hazırda Tovuz-Böyük Qışlaq yolunda vəziyyət daha təhlükəli olduğu üçün orada təhlükəsizlik tədbirləri görülür. Növbəli şəkildə sözügedən yol qum və duz ehtiyatı ilə təmin edilir.

  • “Qobustan palçıq vulkanları” geoloji parkı yaradılır

    Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü – geoloji parklar yaradılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklər edilir.

    Qanuna təklif edilən yeni əlavəyə əsasən, geologi parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

    Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

    Qeyd edək ki, Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanuna dəyişikliklərin qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.

  • Кто имеет право бесплатного проезда в Азербайджане?

    В ежегодном докладе омбудсмена Азербайджана Эльмиры Сулеймановой за 2018 год затрагивается внедрение механизма льготного проезда на общественном транспорте для школьников и студентов из семей с доходом ниже прожиточного минимума.

    «Со школьников и пенсионеров нет необходимости взимать деньги за проезд. Кроме того, можно было бы ввести льготный проезд для инвалидов. Безусловно, для этого необходимо будет выделить из Государственного бюджета Азербайджана определенную сумму денег. На это дело будет уходить приблизительно около шести миллионов манатов в месяц. Но для такой страны, как наша, эта сумма не является очень большой», – сказал Media.Az председатель Центра исследований устойчивого развития Нариман Агаев.

    По его словам, до конца 90-х годов в стране действовали льготы, которые позволяли ветеранам войны и лицам с инвалидностью пользоваться общественным транспортом бесплатно, предоставив соответствующее удостоверение. Но после того, как большая часть общественного транспорта была передана в частные руки, данные льготы потеряли свою силу.

    Эксперт напомнил, что в поселке Балаханы Сабунчинского района Баку водитель автобуса бесплатно перевозит школьников-отличников. Мужчина проверяет дневники ребятишек. Если последняя отметка школьника «5», то он не берет с него денег.

    «Я считаю, что бесплатно пользоваться общественным транспортом должны и пенсионеры. Конечно, льготный проезд должен быть и в отношении лиц с инвалидностью. Разве можно, например, с колясочника брать деньги за проезд?!», – резюмировал Нариман Агаев.

    И вправду, раньше ветераны войны и лица с инвалидностью, показав свое удостоверение, могли бесплатно воспользоваться услугами общественного транспорта. Сегодня же эти льготы не действительны. Как рассказалMedia.Az завотделом по общественным связям Бакинского транспортного агентства Маис Агаев, в настоящее время правом на бесплатный проезд в общественном транспорте могут воспользоваться дети до пяти лет, работники полиции при исполнении, а также лица, проходящие действительную военную службу, то есть солдаты.

    Правом на бесплатный проезд в метро могут воспользоваться шесть категорий граждан. Как рассказал Media.Az глава пресс-службы ЗАО «Бакинский метрополитен» Бахтияр Мамедов, бесплатно пользоваться метро могут дети до семи лет, работники метрополитена, бывшие работники метрополитена, получившие статус «Ветеран», работники полиции при исполнении, работники полиции Министерства юстиции, а также лица, проходящие действительную военную службу.

  • Antibiotiklər həkimləri qarşı-qarşıya qoydu – “PROB” QALMAQALI

    İki gün əvvəl Şabranda faciəvi şəkildə ölən 8 yaşlı Gülnurun həyatını itirməsinin səbəbləri hələ də müzakirə edilir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Gülnurun ölüm səbəbi kimi ilk olaraq ona antibiotikin “prob”suz vurulduğu və bu səbəbdən komaya düşdüyü göstərilirdi.

    Ancaq antibiotiklərin istifadə qaydası ilə bağlı həkimlərin özü belə fərqli fikirlərə sahibdir. Bəzi həkimlərin antibiotiklərin “prob”suz istifadə edilə biləcəyini və dünyada ümumiyyətlə “prob”la bağlı tələbin olmadığını bildirsə də, bir qrup həkim isə “prob”suz antibiotik istifadəsinin xəstədə pis effekt verə biləcəyini onu komaya sala biləcəyini, hətta öldürə biləcəyini deyir.

    Pediatr Nigar Sədiyeva bildirib ki, dünyada antibiotik istifadəsi zamanı xəstəyə hökmən “prob” qoyulmalı olduğu barədə bir qayda yoxdur: “Dünyada belə bir qəbul edilmiş üsul yoxdur. İstənilən antibiotik vurula bilər və o antibiotikə lokal və ümumi reaksiya ola bilər. Bu reaksiya isə anaflaktik şoka qədər gedə bilər. Heç kim onu öncədən bilə bilməz ki, antibiotikin reaksiya nə olacaq”.

    Pediatr Ülvi Əliyev də məsələyə eyni prizmadan baxır. Həkim bədbəxt hadisə ilə əlaqədar Medicina.az-a deyib ki, dünyanın hər yerində antibiotiklər artıq “prob”suz vurulur: “Sadəcə, tibb məntəqəsində və yaxud tibbi təchizatı olan xəstəxanalarda iynə vurulmalıdır. İynə vurulmadan əvvəl 30 və ya 45 dəqiqə həkim nəzarətində olunmalıdır”.

    Pediatr Günel Zeynalova isə tamamilə əks fikirdədir. Həkim medicina.az-a açıqlamasında antibiotiklərin “prob”suz istifadəsini riskli hesab etdiyini deyib: “Antibiotik inyeksiyasından ölüm halı ola bilər. Çünki antibiotik zülallı maddədir.Yad cisimdir, alergendir. Orqanizmə daxil olduqda alergik reaksiya törədir. Bəzən antibiotik özü canlı və sintetik olmaqla iki hissəyə bölünür və qeyri-sintetiklər daha tez allergik reaksiyalar törədə bilir. Orqanizmə daxil olanda yad cisim olduğu üçün immun sistemi allergik reaksiya göstərir.”

    Həkimin sözlərinə görə, bu zaman xəstənin vəziyyət ağırlaşa bilər. Bu zaman anaflaktik şok – yəni həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyət yarana bilər. Bu durum sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir”.

    Günel Zeynalova deyib ki, anaflaktik şokun əlamətləri boğulma, ürək tənəffüs sistemi çatışmazlığı, mərkəzi sinir sistemi tərəfindən baş ağrıları, baş gicəllənmələri, qarın nahiyəsində ağrı, mədə-bağırsaq sistemində ağrı, arterial təzyiqin enməsi, temperaturun enməsi və s. şəkildə özünü göstərə bilər. Pediatr onu da vurğulayıb ki, antibiotiklərin “prob”suz istifadəsi faciəvi nəticələnə bilər: “Vurulma nahiyəsindən asılı olaraq, əgər parenteral, yəni vena daxili vurulubsa, dərhal iynə vurduqda belə, ölüm verə bilər. Əgər “prob” qoyulmayıbsa, əzələ daxili vurulubsa, bir saat müddətində ölüm verə bilər, peros verilibsə, yəni ağızdan verilibsə, 1-3 saat müddətində ölüm verə bilər. Buna görə də biz hər dəfə tələb edirik ki, antibiotiki vurmamışdan əvvəl “prob” qoysunlar”.

    Qeyd edək ki, Gülnur Dadaşovanın ölümü ilə bağlı cinayət Məcəlləsinin 124.1 maddəsi ilə, yəni ehtiyatsızlıqdan adam öldürmə ilə cinayət işi açılıb. Faktla bağlı istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi isə istintaq başa çatdıqdan sonra məlum olacaq.

  • “Azərbaycan nağılları” Ermənistanı çalxaladı- FOTO

    Ermənistanın Təhsil Nazirliyi ölkədə yayılan “Azərbaycan nağılları” kitabı ilə bağlı açıqlama verib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, “Azərbaycan nağılları” toplusunun Ermənistanda dərc edilməsi barədə xəbəri “168.am” yayıb.

    KİV nümayəndələrinin çoxsaylı müraciətinə cavab olaraq Ermənistan Təhsil Nazirliyi bildirib ki, kitablar “Save the children” beynəlxalq təşkilatının proqramı çərçivəsində dərc edilib və uşaqlarda tolerantlıq tərbiyəsinin inkişaf etdirilməsini nəzərdə tutur.

    Qeyd edək ki, sözügedən kitab hələ 2008-ci ildə Təhsil Nazirliyinin ayırdığı qrantla dərc edilib. Kitaba Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının nağıl və hekayələri daxil edilib. Həmin toplu 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyəsi ilə, 2019-cu ildə isə Ermənistan Qırmızı Xaç Cəmiyyətinin təşəbbüsü ilə yenidən dərc edilib.

  • На Атакаме найдены неизвестные науке организмы

    Экспериментальный марсоход Zoë нашел почвенные бактерии в пустыне Атакама в Чили, приспособленные к экстремально засушливому климату. Некоторые из них неизвестны науке.

    Об этом сообщает издание Science Alert.

    По словам биолога Стивена Пойнтинга из колледжа Йельского университета и Национального университета Сингапура, автономный ровер продемонстрировал, что он может извлекать образцы подповерхностной почвы и находить следы жизни в местах с очень суровыми условиями среды. Пустыня Атакама считается самым сухим местом на Земле, и метеостанции в некоторых ее областях никогда не регистрировали дождь.

    Марсоход просверлил отверстия глубиной 80 сантиметров, извлек 90 проб и обнаружил, что в некоторых из них содержатся микроорганизмы. С увеличением глубины в микробных сообществах начинают преобладать бактерии, приспособленные к жизни в чрезвычайно соленых и щелочных почвах. На самом дне скважин они заменяются одноклеточными организмами, использующими для выживания метан. Всего были выявлены три основные группы одноклеточных.

    Обнаружение микроорганизмов в Атакаме повышает вероятность существования подобных организмов на Марсе.

  • Qısqandı, arvadını öldürmək istədi – Arvadı xəstəxanaya, özü həbsə düşdü

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 11 il 3 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

    1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub.

    R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

    Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

    Onların birgə nikahdan 2 uşağı var.

  • Netanyahu korrupsiyada ittiham olunacaq

    İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahunu rüşvətxorluqda və dələduzluqda ittiham etmək niyyətində olduğunu bildirib.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə İsrail televiziyasına istinadən “Bloomberg” bildirib.

    Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var.

    Daha əvvəl İsrailin bir neçə səfiri baş nazir Binyamin Netanyahu ilə görüşdə ona Xarici İşlər Nazirliyinin və xarici diplomatik nümayəndəliklərin maliyyələşməsi ilə bağlı şikayət ediblər.

  • Sahibkarlar üçün sayt istifadəyə veriləcək

    Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlar üçün yeni sayt istifadəyə verəcək.

    Bu barədə DGK-nın “Azərterminalkompleks” Birliyinin broker işinin təşkili şöbəsinin rəisi Anar Şükürov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

    O bildirib ki, saytın əsas məqsədi qısa idxal bəyannamələrinin onlayn tərtibatını, həmçinin idxal-ixrac əməliyyatlarında bəyannamələrin onlayn tranzit sisteminin daha dəqiq işləməsini təmin etməkdir: “Eyni zamanda, bu sayt vasitəsilə “Azərteminalkompleks”ə aid ödəmələrin daha rahat və şəffaf həyata keçirilməsi mümkün olacaq. Yeni sayt yaxın zamanlarda sahibkarların istifadəsinə veriləcək”.