Month: February 2019

  • Mərkəzi Bank artıq kredit ödənişi edənlərin pulunu qaytaracaq

    “Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq”.

    Bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın müzakirəsi zamanı deyib:

    “Söhbət devalvasiya zamanı götürülən dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir”.
    //Baku.ws

  • Qeydiyyata alınmayan binalardan mənzillərin satılması qadağan ediləcək

    Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.

    Median.Az Trend-ə istinadən bildirir ki, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

    Məruzədə təklif edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına və məskunlaşmaya qadağa qoyulsun.

    Bununla yanaşı, aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üçün mexanizmin hazırlanması təklif edilir.

  • Президент Грузии в Гахе – ФОТО

    28 февраля Президент Грузии Саломе Зурабишвили в рамках официального визита в Азербайджан прибыла в Гахский район, передаёт Median.Az со ссылкой на АЗЕРТАДЖ.

    Президента Грузии в Загатальском международном аэропорту встречали посол по особым поручениям Министерства иностранных дел Азербайджана Азер Гусейн, посол нашей страны в Грузии Дурсун Гасанов, глава Исполнительной власти Загатальского района Мубариз Ахмедзаде и другие официальные лица.

  • Gürcüstan prezidenti Qaxdadır – FOTO

    Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gedib.

    AZƏRTAC xəbər verir ki, Gürcüstan prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

  • Хикмет Гаджиев ответил Николу Пашиняну

    Формат переговоров по урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта известен, изменение формата не является темой для обсуждения. Процесс переговоров ведется между сторонами конфликта – Арменией и Азербайджаном – при посредничестве сопредседателей Минской группы ОБСЕ.

    Как передаёт Median.Az, об этом oxu.az сказал заведующий отделом по вопросам внешней политики Администрации президента Хикмет Гаджиев.

    Х.Гаджиев заявил, что после смены власти в Армении президент Ильхам Алиев и премьер-министр Никол Пашинян провели три встречи, а главы МИД Армении и Азербайджана – четыре, что является наглядным примером проведения переговоров в текущем формате.

    «Заявления армянского руководства об изменении формата переговорного процесса – не что иное, как преднамеренная попытка подорвать переговоры и сорвать переговорный процесс. Именно поэтому полную ответственность за это несет армянская сторона», – отметил представитель Администрации президента.

  • Hikmət Hacıyev Nikol Paşinyana cavab verib

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır.

    Bunu oxu.az-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    H.Hacıyev bildirib ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir.

    “Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”, – deyə PA rəsmisi qeyd edib.

    “Danışıqlar prosesində hökumətin prioritet tapşırıqlarından biri Qarabağın subyektliyinin artırılmasıdır. Azərbaycanlı prezidentlə görüşməliyik. Görüşdə hər hansı gündəm olmayacaq, bununla belə, əsas istiqamət olaraq danışıqlar prosesinin formatı müzakirə olunacaq”, – “Tert.am” xəbər saytı N.Paşinyanın bəyanatından sitat gətirib.

    “Bu format ətrafında razılıq əldə olunmayınca, təmasları rəsmi danışıqlar hesab etmək olmaz. Biz danışıqlar prosesində Qarabağın yeni subyektlik səviyyəsinə çatması üçün əlimizdən gələni etməliyik”, – deyə Ermənistan baş naziri bildirib.

  • Найдено тело пропавшего молодого человека

    Найдено тело Пярвиза Гулиева 1990 года рождения, пропавшего 22 февраля.

    Выяснилось, что он покончил с собой на одном из объектов на побережье в Сумгайыте.

    Сообщается, что П.Гулиев повесился. Причины суицида пока неизвестны.

    По факту в Сумгайытской городской прокуратуре ведется расследование.

    Отметим, что 24 февраля появилась информация об исчезновении П.Гулиева. В последний раз его видели возле станции метро «Азадлыг».

    Молодой человек работал монтажером на различных телеканалах и новостных сайтах Азербайджана.

  • İtkin düşən gəncin meyiti tapıldı: İntihar edib

    Fevralın 22-də itkin düşən 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun meyiti tapılıb.

    Onun Sumqayıtda yerləşən dəniz kənarında olan obyektlərin birində intihar etdiyi məlum olub.

    Məlumata görə, P.Quliyev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, fevralın 24-də onun itkin düşməsi ilə bağlı məlumat yayılıb. P.Quliyev sonuncu dəfə metronun “Azadlıq” stansiyasının yaxınlığında görünüb və ondan sonra yoxa çıxıb. O, Azərbaycanın müxtəlif televiziya və xəbər saytlarında montajçı kimi çalışıb.

  • Задержан житель Шамкира, укравший из фермы 43 овец

    Как сообщает Median.Az, сотрудники Шамкирского РОП в результате оперативно-розыскных мер задержали жителя района, ранее судимого С.Нагиева, который 11-го ноября прошлого года украл из фермы жителя района Т.Мамедова 43 овец.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Şəmkir polisi 43 baş qoyunu oğurlayan şəxsi saxlayıb

    Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 11-də, rayon sakini T.Məmmədova məxsus fermadan 43 baş qoyun oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş S.Nağıyev tutulub.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.