Month: February 2019

  • Abşeronda “Toyota” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, fevralın 27-i saat 22 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, Şamaxı rayon sakini O.İsrafilov idarə etdiyi “Toyota” markalı avtomobillə qəsəbə sakini S.Əvəzovu vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Faiq: Peşman olsa, Brilliantla bu dəqiqə barışaram – VİDEO

    Xalq artisti Faiq Ağayev MTV-də yayımlanan “Söhbətsiz” proqramının qonağı olarkən maraqlı açıqlamalar verib.

    Küsülü olduğu həmkarı, Xalq artisti Brilliant Dadaşova ilə olan qalmaqalından bəhs edən Ağayev küsülülüyü unudub, onunla barışmaq imkanlarından söhbət açıb.

    O, aparıcı Samir Bayramlının “20 ildir ki, Brilliant və Faiq arasında münasibət yoxdur. Baxmayaraq ki, Ağayev Dadaşova haqqında dəfələrlə xoş sözlər söyləyib. Amma Brilliant qəti şəkildə həmkarı haqqında danışmır. Aranızda yaşanan bütün məsələlərinizi aydınlaşdırsanız, sıfırdan yeni münasibət yaratmaq mümkündür?” sualına bu cür münasibət bildirib:

    “Bir dəqiqə sonra bunu etməyə hazıram, yetər ki, qarşı tərəfdən barışıq istəyi, keçmişə görə peşmanlıq mövqeyi görüm”.

    Qeyd edək ki, Xalq artistlərinin münasibətlərinin pozulmasına səbəb qatıldıqları el şənliklərinin birində baş vermiş hadisə səbəb olub. Bundan sonra B.Dadaşova F.Ağayevin iştirak etdiyi məclislərə qatılmır və hazırda onunla düşmən mövqeyindədir.

    //oxu.az

  • В Москве избили экс-замминистра – ВИДЕО

    В центре Москвы избили бывшего замминистра промышленности генерал-полковника в отставке Александра Бриндикова.

    Как передает Median.Az со ссылкой на российскую прессу, конфликт произошел накануне вечером. Бриндиков подъехал на своем автомобиле к одному из зданий, однако ему загородил дорогу другой автомобиль. Он посигналил с просьбой пропустить, после чего между водителями началась перепалка, закончившаяся дракой.

    Избитого генерал-полковника доставили в военный госпиталь имени Мандрыка с травмами головы и лица.

    Александр Бриндиков — бывший первый заместитель министра промышленности, науки и технологий, замдиректора департамента оборонно-промышленного комплекса. В настоящее время руководит экспертной группой «Объединенной приборостроительной корпорации».

  • В Азербайджане начинается призыв в армию

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о призыве граждан на срочную военную службу с 1 по 30 апреля 2019 года и увольнении в запас военнослужащих, передаёт Median.Az со ссылкой на АзерТАдж.

    Согласно распоряжению, с 1 по 30 апреля 2019 года объявляется призыв на срочную действительную военную службу граждан Азербайджана 2001 года рождения, которым к дню призыва (включая и этот день) исполнилось 18 лет, а также 1984-2000 годов рождения, в возрасте до 35 лет, не прошедших срочную действительную военную службу, не имеющих права отсрочки от призыва на срочную действительную военную службу или не освобожденных от призыва на срочную действительную военную службу в Вооруженных силах Азербайджана.

    Также, согласно распоряжению главы государства, с 1 по 30 апреля 2019 года будут уволены в запас военнослужащие срочной действительной военной службы, прошедшие срок службы, предусмотренный статьей 38.1.1 закона “О военной обязанности и военной службе”.

    Кабинету министров поручено для исполнения данного распоряжения осуществить меры, предусмотренные законодательством.

  • “Pulu gətirsələr də, o xəstəni əməliyyat etməyəcəm” – 15 yaşlı Sevdanın həkimi danışdı

    “Baku Medikal Plaza”nın uzman otroped travmatoloqu Vüsal Mahmudov 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmaması ilə bağlı xəstənin yaxınlarının yaydığı məlumata münasibət bildirib.

    Median.Az xəbər verir ki, həkim Medicina.az-a açıqlamasında ailəni yanlış məlumat yaymaqda ittiham edib: “O ailə düzgün məlumat verməyib. Çox səhifələr və saytlar da elə onların dediklərini verir, amma həkimin rəyini, fikrini öyrənmirlər. Yayılan informasiya həqiqətə uyğun deyil. 15 yaşlı Sevda Məmmədova beyin iflici xəstəsidir, o xəstələr sağalmır, gəzmir. O xəstə də illərdir yataqda qaldığından ayaqları, qolları əyilib, vətərləri inkişafdan qalıb”.

    Həkim deyir ki, xəstədə həm yumşaq toxumada, həm də sümüklərdə problemlər var: “Biz ailəyə dedik ki, əgər təkcə yumşaq toxuma əməliyyatı olacaqsa, məbləğ cəmi 4000 manat edir. Sonradan biz baxacağıq, sümüklərə də ehtiyac olacaqsa, sonra da sümüklər olunmalıdır. Ola da bilər ki, hamısı birlikdə olunsun. Onlar gedib növbəti dəfə gəldilər ki, bizim 2000 manatımız var, siz vətərlərin yarısını əməliyyat edin, sonra qalan yarısını. Bu, absurd bir şeydir. Ailənin istəyilə usağı yarı-yarı əməliyyat etmək mümkün deyil. Dedik, uşaq yazıqdır, həm də bu, mümkün deyil. Biz rentgen çəkdik, gördük sümüklər də əyilib. Ona görə dedik ki, bu uşaqda eyni vaxtda 12 əməliyyat olacaq, həm vətərlər, həm sümüklər. Bunun yolu budur”.

    Həkimin sözlərinə görə, ailə daha sonra buna razı olub və deyiblər ki, onlara rəsmi kağız verək ki, bu qızın əməliyyatına bu qədər pul lazımdır, onlar da televiziyalara elan versin, pulu toplasınlar. Biz razılaşdıq. Biz həqiqətən o qıza kömək etmək istəyirdik. Biz həkimik. Pulu alıb cibimizə qoymuruq. Bura özəl klinikadır, ödəmə kassaya olunur. Bu qədər əməliyyat üçün tam normal, hətta güzəştli bir rəqəm demişik. Məbləğ 12 min yox, 10 min manat deyilib. Biz ailə ilə dəfələrlə üzbəüz söhbət etmişik, izah etmişik, öncədən hər şeyi razılaşmışdıq. Bizə təşəkkür etdilər, indi də belə xəbər yayırlar. Ayıbdır”.

    V.Mahmudov deyib ki, onlar xəstəyə əməliyyat təyin edib, sonra imtina etməyiblər: “Biz onlardan pul almamışıq. Xəstəyə baxmışıq, kömək etmək istəmişik. Bu məgər günahdır? Belə bir şikayət hansı məntiqə sığır”.

    Həkim bundan sonra ailə əməliyyata lazım olan 10.000 manatı toplasa belə, bir daha həmin xəstəni qəbul etməyəcəyini də bəyan edib.

    Xatırladaq ki, Ağcabədi rayon sakini 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmamasına görə qohumları Baku Medikal Plaza və həkimlərinin onları aldatması ilə bağlı məlumat yayıblar.

  • Азербайджан повысит зарплаты госслужащим

    Состоялось заседание рабочей группы по формированию системы оплаты труда и устойчивых социальных выплат.

    Как передает Median.Az, об этом Report сообщили в отделе по связям с общественностью и коммуникациям министерства труда и социальной защиты населения.

    Председатель рабочей группы, замминистра труда и социальной защиты населения Метин Керимли отметил, что доведение с 1 марта суммы минимальной ежемесячной зарплаты до прожиточного минимума (180 манатов), является важной мерой социальной защиты. В связи с повышением минимальной зарплаты, также должны быть увеличены и урегулированы ежемесячные должностные зарплаты.

    Касаясь законопроекта “О системе оплаты труда госслужащих”, М.Керимли сказал, что данный проект направлен на усовершенствование системы оплаты труда государственных служащих на основе новых подходов.

  • В Баку в связи с незаконным оборотом наркотиков задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с наркотиками (ГУБН) МВД на основании полученной оперативной информации в Низаминском районе задержали жителя столицы, ранее судимого Ф.Зейналова, у которого изъяли примерно 9 грамм героина и псиохотропное вещество – метамфетамин.

    Во время разбирательства выяснилось, что наркотики продал ему житель Евлахского района, ранее судимый Р.Мамедоглу. При задержании у него обнаружили 93 грамм героина, метамфетамин, а в принадлежащей ему автомашине марки “Hyundai” электронные весы.

    Кроме этого, сотрудники Ясамальского РУП в ходе проведенной операции задержали жителя столицы, ранее судимого М.Джаббарова, у которого в доме обнаружили 485 грамм марихуаны и героин.

    По фактам возбуждены уголовные дела, ведется следствие.

  • Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Zeynalovdan 9 qrama yaxın heroin, həmçinin metamfetamin götürüblər.

    Araşdırma zamanı narkotik vasitəni ona satan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədoğlu müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 93 qrama yaxın heroin, metamfetamin, “Hyundai” markalı avtomobilindən isə elektron tərəzi aşkar edilib.

    Bundan başqa, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Cabbarovun evindən 485 qram marixuana, habelə heroin aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Ailəli olan əmisiqızı ilə eşq yaşadı, oteldə boğub öldürdü — MƏHKƏMƏ

    Bakıda 5 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyev Ali Məhkəməyə kassasiya şikayəti verib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, əmisi qızını boğaraq öldürən A.Ağamalıyevin məhkəmə prosesi aprel ayının 16-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

    Xatırladaq ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb.

    Mərhumu qohumunun – Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib. Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub.

    2014-cü ilin noyabrın 20-də gecə “Vulkan” otelində hadisə baş verən zaman Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub. “Vulkan” otelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb.

    Otel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib. İlkin məlumatda qadını əyləndiyi kişinin bıçaqladığı qeyd edilsə də, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olunub.

    Əməliyyat-istintaq tədbirlərindən sonra Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürülüb. Lakin araşdırmalar zamanı məlum olub ki, Afaq Şükürova öz doğma əmisi oğlu Asim Ağamalıyev tərəfindən oteldə zorlanıb.

    Sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Asim Ağamalıyev Aşaq Şükürovanı öldürüb.

    Asim Ağamalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 29,149.1 (zorlamaya cəhd) maddələri ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsinsdə çıxardığı hökmü ağır olduğu bildirib.

    Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Asim Ağamalıyevin barəsində olan hökm dəyişdirilib. Yeni hökmə əsasən, Asim Ağamalıyevin cəzası 16 ilə endirilib.

    Bu qərardan narazı qalan Asim Ağamalıyevin vəkilləri kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırma aparılan zaman Asim Ağamalıyev cəza çəkdiyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərib.

    Məhkum ərizəsində kasasiya şikayətinə baxılmasından imtina etdiyini göstərib və xahiş edib ki, kasasiya şikayəti baxılammış saxlanılsın. Hakim heyəti onun istəyini nəzərə alıb və şikayət baxılmamış saxlanılıb.

  • Захарова об участии российских депутатов в шествии в Баку

    Официальный представитель МИД России Мария Захарова ответила на вопрос армянских журналистов об участии российских депутатов во всенародном шествии в Баку, посвященном 27 годовщине Ходжалинской трагедии.

    «В первую очередь, хотела бы сказать, что страшный кровавый карабахский конфликт принес множество страданий невинным людей. Россия всегда считала и продолжает считать это огромной трагедией. Я хотела бы, хотя мне кажется, это известная позиция, еще раз ее подтвердить: наша страна прилагает значительные, очень большие, решительные усилия по содействию сторонам в поиске путей урегулирования этого конфликта», – заявила М.Захарова.

    «Вы сказали, что там принимали участие российские депутаты. Мне кажется, было бы справедливым относительно того, как они самоорганизовались, задать вопрос именно им, направить этот вопрос непосредственно тем, кто принимал участие в этом мероприятии. Официальная позиция России по этому вопросу всем хорошо известна», – заявила М.Захарова.