Month: February 2019

  • Мехрибан Алиева встретилась с президентом Грузии – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева встретилась с президентом Грузии Саломе Зурабишвили, находящейся с официальным визитом в Азербайджане.

    Отметив, что рада видеть президента Грузии Саломе Зурабишвили в Азербайджане, первый вице-президент Мехрибан Алиева выразила уверенность в том, что нынешний визит внесет вклад в дальнейшее расширение отношений между нашими дружественными странами.

    Подчеркнув, что рада визиту в Азербайджан, президент Саломе Зурабишвили отметила значение проведенных здесь встреч с точки зрения развития наших связей.

    На встрече состоялся обмен мнениями о перспективах сотрудничества между нашими странами в различных сферах.




  • Təranə Qumralla Nazənininin keçmişi qalmaqala səbəb oldu – VİDEO

    Müğənni Təranə Qumral 1998-ci ildə AzTV-də yayımlanan “Gəl, səhərim” adlı proqramdan arxiv görüntülərini paylaşıb.

    Median.Az axşam.az xəbər verir ki, sözügedən videoda Musa Musayev də yer alıb. Təranə paylaşımına “Mən keçmişimi sevirəm” sözlərini yazıb.

    O, bu fikirləri ilə bir neçə gün öncə eyni proqramdan görüntüləri yayılan uzun illərdir danışmadığı müğənni Nazənin Salayevaya söz atıb.

    Belə ki, Nazəninin həmin verilişdən olan kadrları birmənalı qarşılanmamış, sosial mediada müzakirə mövzusuna çevirilmişdi. Bu paylaşımlardan sonra isə Nazənin onun videosunu paylaşan İnstaqram səhifələrinə təzyiq etməyə, görüntüləri sildirməyə çalışmışdı.

  • “İran rəsmiləri mənə ömürlük qadağa qoydu” – Namiq (VİDEO)

    Meyxanaçı Namiq Qaraçuxurlu vaxtı ilə İranda ona qadağa qoyulduğunu açıqlayıb.

    İfaçı İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:

    “2003-cü il, Zəncan şəhərində stadion konsertinin ikinci günü. Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci konserti isə ləğv etmək qərarına gəldilər. Oteldən çıxmaq qadağasıyla razılaşsaq da, konsertin ləğvini heç cur qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar bizi başa düşdülər və konsertə icazə verdilər, yalnız bir şərtlə: Ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm.

    Nəzərə alsaq ki, İran adət və ya qanununa görə səhnədə hətta qol qaldırıb rəqs etmək də qəbahət sayılır. Demək bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər. Xülasə, ikinci gün konsertinə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçıyla ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyunuz görüntüdə konsertin sonu gəldi. Sonra isə mənə oralara getmək qadağası ömürlük qoyuldu. İllər sonra, yəni yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertində isə qadağaların nisbətən azaldığının şahidi oldum”.
    //Baku.ws

  • В бакинском аэропорту будет работать только одна компания такси – ФОТО

    Отныне на территории Международного аэропорта Гейдар Алиев местных жителей и туристов будет обслуживать только одна компания такси – ООО “Bakı Taksi Xidməti”.

    Как передает Median.Az, об сообщает Trend со ссылкой на министерство транспорта, связи и высоких технологий.

    Компания организует безопасные, комфортные пассажироперевозки по стандартным ценам таксометра от Международного аэропорта Гейдар Алиев в любую точку Баку и Абшеронского полуострова.

    Для удобного принятия заказов клиентов внутри аэропорта установлен информационный стенд.

    Контроль над работой такси на территории аэропорта усилен. Клиент платит только за расстояние по таксометру. Впервые в сфере услуг такси водители ООО “Bakı Taksi Xidməti” обеспечены униформой.

    Также на работу принимаются лица, прошедшие специальный тренинг и владеющие иностранным языком для свободного общения с иностранными гостями. Также начал работать call-center компании «1848».





  • Bu taksilər Bakı aeroportundan uzaqlaşdırıldı – FOTO

    Bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətini yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC göstərir.

    Median.Az Nazirliyə istinadən xəbər verir ki, müştərilərin sifarişinin qəbulu üçün hava limanında məlumat stendi quraşdırlıb, taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib.

    “Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti”nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.

    Yeni fəaliyyətə başlamış “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdıracaq. 





  • Bazarda saxta yağlar var — Kərə yağını necə tanıyaq? – VİDEO

    Marketlərdə hər cür qiymətə kərə yağı adı ilə yağlar satılır. Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlayıb. Qurum bazarda kərə yağı adı ilə satılan yağlar arasındakı qiymət fərqinin səbəblərini də açıqlayıb.

    Marketlərdə 6 manata da, 19 manata da kərə yağı satılır. Bu isə vətəndaşlar üçün əsl kərə yağını seçməkdə çətinlik yaradır. Kərə yağının keyfiyyətini isə hər vətəndaş öz üsulu ilə müəyyən edir.

    Qida Təhlükəsizliyi Agentliyi İnstitutundan isə Xəzər Xəbərə bildirdilər ki, kərə yağının çoxsaylı əlamətləri mövcuddur. İnstitutun sektor müdiri Aynurə Rzayeva bildirir ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur.

    Aynurə Rzayeva bildirir ki, əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə deməli o təmiz kərə yağı hesab olunmur. Ancaq əlamətlər təkcə bununla bitmir.

    Bundan başqa kərə yağının bir hissəsini qaynar suya salaraq da yoxlamaq mümkündür. Əgər yağın həll olması bərabər gedirsə kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir. Qida Agentliyi İnstutunun sektor müdiri bildirir ki, satışda kərə yağı adı satılan saxta yağlar mövcud olub və aşkar edildikcə onlar barəsində lazımı tədbirlər görülür.

    Onu da qeyd edək ki, aldıqları yağın tərkibi ilə bağlı şübhə duyan vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinin İnstitutuna yağın nümunəsi ilə müraciət edərək onun tərkibi barədə məlumat ala bilərlər. Əgər yağın tərkibi üzərində qeyd olunan məlumatlardan fərqli olarsa onda qanuna uyğun olaraq tədbirlər görüləcək.

  • Nazir prorektora yüksək vəzifə verdi – FOTO

    Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib.

    Median.Az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə, Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

    Xəbəri Səhiyyə Nazirliyindən təsdiq ediblər.

    Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 24.10.1976-cı ildə Bakıda anadan olub. O bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.

    Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.

  • Azərbaycanlı qızları Türkiyəyə aparıb, fahişəliyə cəlb edən qadın həbs edildi – FOTO

    nsan Alveri ilə məşğul olan Yaqut Məmmədzadə adlı qadın həbs edilib.

    İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi Məmmədzadə Yaqut Güloğlan qızını həbs edib.

    Məlumata görə, Yaqut Məmmədzadə Azərbaycan qadınlarını yoldan çıxararaq Türkiyə Respublikasına aparırmış və orda apardığı qadınları pul müqabilində cinsi istismara cəlb edirmiş.

  • İcra başçısı dəm qazından zəhərlənibmiş – Ekspertiza təyin edildi

    Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

    Bakı Şəhər Prokurorluğundan azxeber.com-a verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.

    Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.

  • Novruz bayramında “Kənddən şəhərə” yarmarkası keçiriləcək – VAXTI isə…

    Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək “Kənddən şəhərə” kənd təsərrüfatı yarmarkasının vaxtı məlum olub.

    Median.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami küçəsi, 154 (Landmark Biznes Mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək:

    “Martın 15-dən etibarən 1 həftə ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər”.

    Şirkətdən bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.

    Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

    Martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.