Month: February 2019

  • В Шабране ребенок умер после укола

    В Шабране восьмилетняя Гюльнур Дадашева почувствовала себя плохо после введения ей укола. Несмотря на оказанную медицинскую помощь, ребенок скончался.

    Как сообщили haqqin.az в пресс-службе Министерства здравоохранения, для спасения жизни Гюльнур врачи сделали все возможное, однако результата это не принесло, передаёт Median.Az.

    «Родители девочки, увидев, что Гюльнур внезапно почувствовала себя плохо, отвели ее к проживавшему неподалеку знакомому медицинскому работнику. Этот медработник сделал ребенку укол, однако после этого состояние девочки еще больше ухудшилось и она впала в кому.

    Г.Дадашеву госпитализировали в отделение реанимации Шабранской центральной районной больницы. Несмотря на оказание медицинской помощи, в состоянии ребенка не произошло никаких изменений, поэтому ее перевели в Бакинскую детскую клиническую больницу №2 имени А.Караева”, – сообщили в пресс-службе Минздрава.

    Девочка была подключена к аппарату искусственного дыхания, но несмотря на все усилия врачей скончалась.

    В связи с произошедшим в Шабранской районной прокуратуре ведется расследование.

  • Martın hava proqnozu

    Mart ayında hava şəraiti dəyişkən olacaq.

    Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    Onun sözlərinə görə, mart qışdan yaza keçid ayı olduğu üçün hava şəraiti dəyişkənliyi ilə xarakterizə olunur:

    “Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın olacağı ehtimalı var. Bəzi yerlərdə isə aylıq yağıntının miqdarının iqlim normasından çox olacağı proqnozlaşdırılır. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olacağı gözlənilir”.

    Gülşad Məmmədova qeyd edib ki, yaxın üç gündə havanın temperaturu dəyişkən buludlu olacaq:

    “Ölkə ərazisində hava şəraiti nisbətən sabit keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək”.

  • Ильхам Алиев принял Андреса Пастрана – ФОТО

    28 февраля Президент Азербайджана Ильхам Алиев принял президента Центристского демократического интернационала Андреса Пастрана.

    Как передаёт Median.Az, об этом сообщил АЗЕРТАДЖ.


  • İlham Əliyev Andres Pastrananı qəbul edib – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokrat İnternasionalının prezidenti Andres Pastrananı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məıumat yayıb.


  • Rəsmi Bakı Hindistan-Pakistan münaqişəsində kimin tərəfindədir? – AÇIQLAMA

    Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir.

    Bunu oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

    XİN rəsmisi bildirib ki, Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur.

    “Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də, sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir”, – deyə Leyla Abdullayeva qeyd edib.

    Qeyd edək ki, Pakistanla Hindistan arasında gərginlik yaranıb. Buna səbəb Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozması olub. Pakistan Hindistanın nəzarətində olan mübahisəli Kəşmir bölgəsinin hava məkanında uçan Hindistan hava qüvvələrinə aid iki qırıcını vurub. Cavab olaraq isə Hindistan Pakistan qırıcısını vurub.

  • Плачевное состояние дороги в бакинском поселке – ВИДЕО

    Проспект Нобеля в так называемом поселке Электроток, который расположен в Хатаинском районе Баку, уже 10 лет находится в крайне плохом состоянии.

    Это мешает движению автомобилей и пешеходов.

    По словам жителей, они неоднократно обращались в соответствующие структуры, но проблемой никто не занимается.

    //oxu.az

  • Bakının bu qəsəbəsində yollar bərbad vəziyyətdədir – VİDEO

    Nobel prospekti, Elektrotok qəsəbəsində yollar düz 10 ildir bərbad vəziyyətdədir.

    Bu da ərazidə yaşayan insanların gediş-gəlişində və avtomobillərin hərəkətində problemlərə səbəb olur.

    Sakinlərin dediyinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, məsələ öz həllini tapmayıb.

    //oxu.az

  • Атака пакистанских военных на самолет ВВС Индии попала на видео

    Телеканал Samaa TV опубликовал видео, на котором запечатлен момент атаки пакистанских военных на самолет ВВС Индии.

    На кадрах видно, как охваченный огнем истребитель падает на землю.

    Ранее пакистанская армия заявила, что сбила два самолета ВВС Индии, нарушивших воздушное пространство страны в спорном регионе Кашмир. В ответ в Дели заявили о воздушном бое, в результате которого обе стороны потеряли по истребителю.

  • Hindistan qırıcısının vurulma anı – VİDEO

    “Samaa” TV telekanalı pakistanlı hərbçilərin Hindistan hərbi hava qüvvələrinə aid qırıcıya hücumunu əks etdirən görüntünü yayıb.

    Kadrlarda açılan atəşdən sonra yanan qırıcının yerə düşdüyünü görmək olur.

    Bundan əvvəl Pakistan ordusu mübahisəli Kəşmir bölgəsində hava məkanını pozan Hindistan HHQ-ə aid iki təyyarəni vurduğunu bildirmişdi. Hindistan tərəfi isə hava savaşının getdiyini və hər iki tərəfin bir qırıcı itirdiyini açıqlamışdı.

  • AzTA sədri: Ərəb turistləri itirdik

    Təəssüf ki, ərəb turistlərin Azərbaycana axını əhəmiyyətli dərəcədə azalıb. Son zamanlar turizmdən gələn gəlirlərin əsas hissəsi onların payına düşür. Hazırda axın azalıb, ümumilikdə götürdükdə ötən illə müqayisədə, bu il hotellərin cəmi 10-20 faizi dolub.

    Bunu Media.Az-a verdiyi açıqlamada Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

    Qeyd edək ki, 2019-cu ilin əvvəlində Azərbaycan Respublikasına 143 ölkənin vətəndaşı, daha dəqiq desək, 191,6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib. Turist axınında ən böyük artım may ayında Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə) vətəndaşları arasında müşahidə olunub.

    Ancaq Körfəz ölkələrindən olan qonaqların sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə, 13,3 % və ya 28,5 min nəfər azalıb. Avropa ölkələrindən gələnlərin sayı 0,9% artıb, MDB ölkələrindən axın isə 0,2% çoxalıb.

    Nahid Bağırovun sözlərinə görə, statistik məlumatlara əsasən, Rusiya vətəndaşları Azərbaycana gələn turistlər arasında birinci yerdədir. Ancaq bir məsələni anlamaq vacibdir ki, onların 95%-i əslən azərbaycanlı olan Rusiya vətəndaşlarıdır. İldə bir neçə dəfə doğma vətənlərinə gəlirlər.

    “Onları əsl turistlər hesab etmək olmaz. Bizim ölkəyə real turist axını Körfəz ölkələrindən qaynaqlanıb. Biz turizm sahəsində aparılan yanlış siyasətə görə onları itirdik. Digər yandan, Gürcüstana turist axını isə əksinə, daha da artıb”, – deyə Bağırov bildirib

    AzTA rəhbəri hesab edir ki, turizm sahəsi hərtərəfli nəzarət və diqqətli yanaşma tələb edir. Söhbət yalnız marketinq və ya piardan getmir. Bu gün rəqib bazarların sayı-hesabı yoxdur, Azərbaycan rahatlaşsa, hər şey əldən çıxacaq.

    “Ərəb turistlər bir çox ölkələr üçün dadlı tikədir. 2016-cı ildən 2018-ci ilin əvvəlinə kimi ölkəmiz inanılmaz nəticələrə nail olub. Körfəz ölkələrindən Azərbaycana nəhəng turist axını müşahidə olunub. Ancaq təəsüflər olsun ki, onu qoruyub-saxlaya bilmədik. Halbuki məhz ərəb turistlər Azərbaycanda daha böyük pullar xərcləyirdi. Avropalılar və MDB ölkələrindən olan turistlər onlar qədər pul xərcləmir”.

    Onun sözlərinə görə, bu gün məhz bu istiqamətdə səyləri artırmaq vacibdir, belə ki, hotellər faktiki olaraq boş qalıb:

    “Mart bayramları ilə əlaqədar İrandan ölkəyə çox sayda turistin gələcəyinə ümid edirdik. Ancaq dolların milli valyuta ilə müqayisədə, məzənnəsinin kəskin şəkildə artdığını nəzərə alsaq, İrandan böyük turist axını gözləməyin mənası yoxdur”.

    Bağırovın sözlərinə görə, əvvəllər Bakıda hotel qiymətlərinin çox baha olduğu deyilirdi. Ancaq bu gün Booking.com-a daxil olmaqla asanlıqla günü 18-25 dollara hotel otaqları axtarıb tapmaq olar. Söhbət hotellərdən gedir, qonaq evləri və ya hostellərdən yox.