Month: February 2019

  • Venesuelada tonlarla qızıl yoxa çıxıb

    Venesuelada davam edən siyasi-iqtisadi böhran fonunda ölkənin Mərkəzi Bankının xəzinəsindən azı səkkiz ton qızıl yoxa çıxıb.

    Bu barədə “Reuters” hökumətdən olan mənbələrə istinadən məlumat yayıb.

    İddiaya görə, qiymətli metallar Mərkəzi Bank sədri Kaliksto Orteqa ölkə xaricində olan gün hökumətə aid xüsusi nəqliyyat vasitəsi ilə naməlum istiqamətdə aparılıb. Hazırda qızılların yeri barədə heç bir məlumat yoxdur. Müxalifət nümayəndələri onların qanunsuz yolla baş ölkəyə satıldığını istisna etmir. Mərkəzi Bank isə bu informasiyanı şərh etməkdən imtina edib.

    Bundan əvvəl, fevralın 8-də Türkiyəyə aid “Sardes” şirkətinin Venesueladan Türkiyəyə ümumilikdə 900 milyon dollar dəyərində qızıl idxal etdiyi barədə xəbər yayılmışdı. Qeyd olunur ki, şirkət 2017-ci ilin dekabr ayında, Venesuela liderinin Ankarada keçirdiyi görüşlərdən sonra yaranıb.

  • Meteohəssas insanların nəzərinə – Güclü geomaqnit qasırğası başlayıb

    Bu gün Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.

    RenTV-nin məlumatına görə, təbiət hadisəsi martın 2-dək davam edəcək.

    Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

    Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.

  • MMA döyüşçüsü Əhməd Həsənovun qatili saxlanılıb

    Rusiyanın İvanovsk vilayətində MMA (qaydasız döyüş) döyüşçüsü Əhməd Həsənovun qətlində şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb.

    Gazeta.ru-nun məlumatına görə, polis qatilin şəxsiyyətini müəyyənləşdirib. O, Oktyabrsk rayonunda kirayə qaldığı evdə polis tərəfindən ələ keçirilib.

    Qeyd edək ki, idmançının qətli ilə nəticələnən insident fevralın 23-də baş verib. Bir neçə nəfərin iştirakı ilə baş verən davada MMA döyüşçüsü odlu silahdan başına atılan atəşlə öldürülüb.

  • Aygün Kazımova:Yenə göylərdədir mənim xəyalım – VİDEO

    Xəbər verdiyimiz kimi, martın 1-də paytaxtın dəbdəbəli klublarından birində xalq artisti Aygün Kazımova “Aygün Kazımova Show” adlı konsert proqramı ilə çıxış edəcək

    Sənətçi peşəkar rəqqaslarla birlikdə verəcəyi konsertin məşqlərini edir.

    Kazımova rəsmi “İnstagram” hesabında məşqlərdən görüntülər paylaşıb. “Yenə göylərdədir mənim xəyallarım” yazan pop kraliça hitə çevrilmiş mahnılarını canlı ifa edib.

    Məşhurun makiyajsiz halda və formada olması diqqətdən qaçmayıb. Hər zaman sarı uzun saçlarla dolaşan A.Kazımova onları qısa kəsdirib. İmici ilə izləyicilərini heyrətləndirən xalq artisti konsert öncəsi fərqli bir obrazda tamaşaçıların önünə çıxacaq.

    //oxu.az

  • Президент Грузии анонсировала важный проект с Азербайджаном

    Отношения между Грузией и Азербайджаном совершенны еще и потому, что сегодня мы обсуждаем новые перспективы между двумя странами.

    Как передаёт Median.Az, об этом в интервью АЗЕРТАДЖ заявила президент Грузии Саломе Зурабишвили, находящаяся в Азербайджане с официальным визитом.

    «Эти перспективы выходят за пределы границ двух стран. Потому что мы расположены в таком регионе, через который проходят многочисленные транспортные и торговые маршруты», – отметила президент Грузии.

    По ее словам, позиции Грузии и Азербайджана совпадают в вопросе реализации в регионе нового важного проекта:

    «Я имею в виду и Каспийское море, и Черное море, и более широкую географию, охватывающую как Восток, так и Запад. Это очень сложный, но вселяющий надежду проект. Полагаю, что наши плодотворные и дружественные отношения позволят нам справиться с такими амбициозными проектами. Обе страны очень амбициозны».

    По словам С.Зурабишвили, в июле в Батуми состоится важная конференция.

    «Основное внимание здесь будет уделено вопросам транспорта как одной из возможностей большого развития по обеим сторонам Черного моря. В этом смысле часть Каспийского моря чрезвычайно важна, так как, если мы говорим о транспорте, это означает необходимость соединения всех коридоров – среднего коридора и коридоров вдоль Черного моря», – сказала С.Зурабишвили.

    Президент Грузии считает, что в ХХI веке – это эквивалент Баку-Тбилиси-Джейхан ХХ века.

    «Оба являются революцией и огромным развитием. Думаю, что перспективы совершенны, все наши партнеры – Туркменистан, Казахстан проявляют большой интерес к этому.

    Хорошим знаком является достижение договоренности по Каспийскому морю. Мы со своей стороны развиваем порты, строим уже третий. Чрезвычайно высок интерес соседних стран и к противоположной стороне Черного моря. Таким образом, перспективы хорошие.

    Для этого мы, безусловно, нуждаемся в стабильности в регионе. Это самое главное. Сегодня мир и стабильность – наши основные, позитивные преимущества. Мы должны сохранить и развивать это», – сказала она.

  • Зурабишвили о совершенных отношениях с Азербайджаном

    Наши отношения исторически были совершенными. Потому что мы – две страны этого региона, имеющие похожую историю. Мы столкнулись с одинаковыми сложностями, не имея проблем друг с другом, пережили одинаковые конфликты, а иногда – одинаковые трагедии.

    Как передаёт Median.Az, об этом в интервью АЗЕРТАДЖ заявила президент Грузии Саломе Зурабишвили, находящаяся в Азербайджане с официальным визитом.

    По ее словам, отношения Азербайджана и Грузии потому совершенны, что «наша недалекая история была очень интересной, и за этот период мы реализовали ряд важных для всего региона проектов, которые, однако, не ограничиваются регионом».

    Как отметила грузинский лидер, никто не верил, что две страны смогут реализовать проект экспортного нефтепровода Баку-Тбилиси-Джейхан и другие проекты.

    «Это – история большого успеха. Завершение нами этого проекта не означает, что наше сотрудничество закончилось. Наши отношения совершенны еще и потому, что сегодня мы обсуждаем новые перспективы. Эти перспективы выходят за пределы границ двух стран», – заявила C.Зурабишвили.

  • Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir

    Bizim münasibətlər tarixən mükəmməl səviyyədə olub. Çünki biz bu regionun oxşar tarixi olan iki ölkəsiyik. Eyni çətinliklərlə üzləşmişik, eyni münaqişələri, hətta bəzən eyni faciələri yaşamışıq, bununla belə aramızda heç vaxt problem olmayıb.

    Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili AZƏRTAC-a verdiyi müsahibədə bildirib.

    “Bizim yaxın tarix çox maraqlı olub və bu dönəm ərzində biz region üçün vacib olan bir sıra layihələr gerçəkləşdirmişik. Ancaq bu layihələr təkcə bizim regionla məhdudlaşmır”, – deyə xanım prezident qeyd edib.

    Gürcüstan liderinin sözlərinə görə, bir vaxtlar iki ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələri gerçəkləşdirə biləcəyinə heç kim inanmırdı.

    “Bu, böyük uğur hekayəsidir. Bu layihəni başa çatdırmağımız bizim əməkdaşlığın sona çatdığı anlamına gəlməməlidir. Bizim münasibətlər həm də ona görə mükəmməl səviyyədədir ki, biz bu gün yeni perspektivləri müzakirə edirik. Bu perspektivlər iki ölkə sərhədlərini də ötüb keçir”, – deyə Zurabişvili bildirib.

  • Прошел 31 год со дня сумгайытских событий

    Сегодня исполняется 31 годовщина cумгайытских событий.

    В результате беспорядков в Сумгайыте в ночь с 27 на 28 февраля 1988 года погибли 32 человека: 26 – армяне, 6 – азербайджанцы.

    Сумгайытские события были организованы армянскими националистами. В совершении погромов особую роль сыграли группы свободно владевших азербайджанским языком армянских провокаторов – жителей Сумгайыта.

    Эти события были частью сценария, организованного Комитетом госбезопасности СССР совместно с армянами. В качестве организатора сумгайытских погромов был выбран армянин, ранее судимый Эдуард Григорян. Обвиняемый в организации сумгайытских событий азербайджанец Ахмед Ахмедов был приговорен к расстрелу, однако, согласно показаниям очевидцев, было доказано, что основным организатором погромов являлся Э.Григорян.

    Во время сумгайытской трагедии сотни азербайджанских семей, рискуя своими жизнями, спасали армянских соседей от разъяренной толпы.

    Бывший председатель КГБ Владимир Крючков признался, что события были организованы Москвой. Те группы, которым покровительствовал КГБ, учиняли беспорядки в различных частях города. Именно они убили 26 человек армянской национальности.

    Армейские части, вступившие в город под командованием генерала Краевина, наблюдали за этим со стороны и вмешались лишь 29 февраля. В результате шестеро азербайджанцев погибли под гусеницами танков, 400 человек получили ранения, 200 домов были разграблены, разрушены 50 объектов культурно-бытового назначения, более 40 автомобилей были приведены в негодное состояние.

    В основном убиты были армяне, которые отказались перечислять деньги на счета армянских террористических фондов. Э.Григорян лично убил пять армян, изнасиловал восемь армянских женщин. Однако армянские организации смогли помочь избежать наказания совершившему жестокие преступления Э.Григоряну.

    Он был приговорен к 12 годам лишения свободы, однако был освобожден через несколько лет. А.Ахмедов Московским судом был приговорен к расстрелу. Приговор привели в исполнение.

    Кроме того, за участие в беспорядках были арестованы около трех тысяч ни в чем не повинных жителей Сумгайыта. Из них 400 человек были привлечены к административной ответственности, в отношении 94 человек были возбуждены уголовные дела.

    Сегодня армяне продолжают использовать сумгайытские события в своих целях. Они стараются сформировать у мировой общественности ошибочное представление о них, а также вызвать антиазербайджанские настроения.

  • Sumqayıt hadisələrindən 31 il ötür

    Erməni millətçilərinin törətdiyi qanlı Sumqayıt hadisələrindən 31 il ötür.

    AZƏRTAC xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.

    Əsrlər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atıblar. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.

    Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyulub.

    Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

    Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edib. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

    1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutulub. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edilib. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradılıb.

    SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edilib. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olunub. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırılıb, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmayıb, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilməyib.

    Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilib və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib.

    İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.

    Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.

    Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.

    SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

    1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb.

    İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub.

    Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.

    Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra – SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb.

    Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

    İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub.

    Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir.

    Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər.

    Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.

    SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.

    Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

    Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • В мраморе обнаружили наркотики

    В результате мер по борьбе с незаконным оборотом наркотических веществ, предпринятых сотрудниками таможни, были пресечены две попытки контрабанды наркотиков.

    Об этом сообщил Государственный таможенный комитет.

    На пограничном таможенном пункте пропуска «Шахтахты» во время проводимого с помощью рентгеновского сканера досмотра грузовика марки Renault с номером государственной регистрации 15 А 827, управляемого гражданином Ирана Пейманом Голсанамлу 1979 года рождения и направлявшегося в Нахчыванскую Автономную Республику, были обнаружены подозрительные объекты внутри каменного груза.

    Сотрудниками таможни был проведен физический досмотр груза. Внутри мрамора, которым был заполнен прицеп с номером государственной регистрации 15 А 838, были обнаружены четыре пластиковые бутылки, в которых, в свою очередь, было обнаружено 8,169 г опиума.

    Отмечается, что транспортное средство направлялось в Европу транзитом через Нахчыванскую Автономную Республику и Турцию.

    Другой случай контрабанды наркотиков был зафиксирован на Джульфинском погранично-пропускном пункте. Так, гражданка Азербайджана Гасанова Назакет Гафар гызы 1978 года рождения, направлявшаяся в Нахчыванскую Автономную республику, прошла процедуру таможенного досмотра. У нее было обнаружено и изъято 46,8 г гашиша, 21,2 г марихуаны, 4,6 г метамфетамина.

    По обоим фактам Следственным отделом Государственного таможенного комитета Нахчыванской АР были возбуждены уголовные дела по статье 206.2 (Перемещение через таможенную границу Азербайджанской Республики наркотических средств, если это деяние совершено с сокрытием от таможенного контроля) УК.