Month: February 2019

  • Gömrükdə əməliyyat: mərmərdən narkotik “çıxdı”

    Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb.

    Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn 1979-cu il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15 A 827 dövlət nömrə nişanlı “Renault” markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub.

    15 A 838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman dörd ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8 kq 169 qram narkotik vasitə – tiryək aşkar edilərək götürülüb.

    Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikası üzərindən Avropaya gedəcəyi müəyyən olunub.

    Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həsənova Nəzakət Qafar qızı Naxçıvan Muxtar Respublikasına gələrkən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb.

    Hər iki fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

  • В Гяндже за совершение краж задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Кяпазского РУП в ходе оперативно-розыскных мер задержали жителя г.Гянджа Р.Зейналова, который в период времени с 18-го января по 13-е февраля украл из двух домов водяные насосы, 15 метров электрического провода из артезианового колодца, из четырех автомобилей деньги, аккумуляторы и предметы быта.

    Кроме этого, сотрудники Кяпазского РУП задержали жителя г.Гянджа Т.Рзаева, который с 15-го января по 20-е февраля украл из двух домов стройматериалы и предметы быта, из одного дворового участка металический колпак и из маркета системный блок компьютера.

    По фактам возбуждены уголовные дела по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Gəncədə oğurluğa görə 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən fevralın 13-dək olan müddətdə, rayon ərazisindəki 2 evdən su sayğacı, artezian quyusundan elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini, 4 avtomobildən pul, akkumulyator və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini R.Zeynalov saxlanılmışdır.

    Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən fevralın 20-dək olan müddətdə, rayon ərazisindəki 2 evdən inşaat materialları və məişət əşyaları, 1 həyətyanı sahədən 2 ədəd elektrik qutusunun metal qapağını və 1 marketdən, kompyuterin sistem blokunu oğurlayan Gəncə şəhər sakini T.Rzayev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.

  • «Файтончу Назим» совершил аварию и скрылся – ФОТО + ВИДЕО

    Популярный азербайджанский певец Назим Пишьяри, известный под псевдонимом «Файтончу Назим», стал виновником ДТП.

    Как передаёт Median.Az, об этом сообщает Qafqazinfo.

    Случай произошел 12 февраля на улице А.Саламзаде.

    Певец на своем автомобиле Toyota с номерным знаком 10 NF 022 потерял управление и врезался в Hyundai. Во время аварии никто не пострадал, но автомобилю был нанесен ущерб.

    Виновник аварии сразу покинул место происшествия. Позже был составлен протокол.


  • Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı – FOTO + VİDEO

    Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib.

    Bu barədə “Qafqazinfo” məlumat yayıb.

    Hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.

    Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib.

    Zəncirvari qəzaya səbəb olan N.Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.


  • Президент наградил Исмаила Бердиева

    Президент Ильхам Алиев подписал распоряжение о награждении И.А.Бердиева орденом «Достлуг».

    Соответствующий документ опубликовал АЗЕРТАДЖ.

    Бердиев Исмаил Алиевич награжден за многолетнюю плодотворную деятельность в укреплении дружеских связей между Азербайджаном и Россией.

    Исмаил Бердиев – председатель Координационного центра мусульман Северного Кавказа.

  • Prezident İsmayıl Berdiyevi təltif etdi

    Prezident İlham Əliyev İ.A.Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Berdiyev İsmayıl Aliyeviç Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

    İsmayıl Berdiyev Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin (ŞQMƏM) sədridir. O, Qaraçay-Çərkəzin müftisidir. Berdiyevin 65 yaşı tamam olur.

  • Количество трудовых договоров увеличилось

    В результате принятия в январе этого года мер число трудовых договоров резко увеличилось.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, за первый месяц текущего года их количество составило 20 тысяч.

    Министр труда и социальной защиты населения Сахиль Бабаев сообщил, что это произошло благодаря последним изменениям, внесенным в законодательство:

    «Мы считаем, что применение в частном секторе таких льгот, как повышение минимальной заработной платы и удержание подоходного налога, а также расширение сфер занятости, имеет большое значение с точки зрения легализации рынка труда и увеличения числа трудовых договоров.

    Отметим, что проведены правительственные реформы, и согласно статье 190 Налогового кодекса с 1 января 2019 года наемные работники, занятые в частном и ненефтяном секторах, чей месячный доход составляет меньше восьми тысяч манатов, не будут выплачивать подоходный налог. Это делает возможным обеспечение прозрачности их доходов.

  • Əmək müqavilələrinin sayındakı “ağarma” – RƏQƏM

    Əmək müqavilələrinin “ağarması” ilə bağlı bu ilin yanvarından başlanan tədbirlər rəqəmləri kəskin artırıb.

    Təkcə yanvar ayında əmək müqavilələrinin sayında 20 minədək artım müşahidə edilib.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, buna qanunvericilikdə aparılmış son dəyişikliklər səbəb olub:

    “Bizim düşüncəmiz belədir ki, həm minimum əməkhaqlarının artırılması, həm gəlir vergisinin tutulması ilə bağlı özəl sektorda böyük güzəştlərin tətbiq edilməsi, həm də məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi kimi amillər əmək bazarının leqallaşması və əmək müqavilələrinin artması baxımından böyük əhəmiyyət kəsb edir”.

    Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda əməkhaqqı fondunun ümumdaxili məhsuldakı xüsusi çəkisi 20 faizdən aşağıdır və bu, çox aşağı göstəricidir. Eyni zamanda, əhalinin pul gəlirlərinin strukturunda əmək ödənişlərinin payına baxaq, Azərbaycanda 25 faizdirsə, MDB ölkələrində 60-70 faiz arasında dəyişirdi.

    Ona görə də hökumət islahatlara getdi və 2019-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, özəl və qeyri-neft sektorunda çalışan, aylıq gəliri səkkiz min manatdan aşağı olan muzdlu işçilərin əməkhaqqından vergi tutulmur. Bu da işçilərin və onların gəlirlərinin uçotunun şəffaflaşmasına imkan verir.
    //oxu.az

  • Попытка сфотографировать Ына обернулось конфликтом

    Американские журналисты рассказали о небольшом конфликте, который произошел во Вьетнаме между представителем Белого дома и сотрудником службы безопасности КНДР.

    Как передаёт Median.Az со ссылкой на Рен ТВ, охранник обвинил американца в том, что тот пытался несанкционированно сфотографировать северокорейского лидера. Представитель Белого дома это отрицал.

    В ситуацию пришлось вмешаться сотруднику американских спецслужб, после чего конфликт был урегулирован.

    Отмечается, что фотографировать Ким Чен Ына разрешено только северокорейским журналистам.