Month: February 2019

  • Lənkəran sakini özünü bıçaqlayıb

    Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az report-a istinadən verdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü İlqar Fədail oğlu Hüseynov Viyən kəndində qarın boşluğundan aldığı iki bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Yaralının yaxınlarının dediyinə görə, İ.Hüseynov özü-özünə xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Fast food” psixi xəstəliklərə səbəb olur – Alimlərdən açıqlama

    ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc ediblər. ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc ediblər.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, alimlər bu dəfə qeyri-sağlam qida qəbulu ilə psixi xəstəliklər arasındakı əlaqəni araşdırıblar.

    Mütəxəssislər müəyyən ediblər ki, qeyri-sağlam qida qəbul edənlər sağlam qida qəbul edənlərə nisbətən daha çox psixi pozğunluq yaşayıblar. Təcrübə zamanı alimlər 2005-2015-ci illər arasında keçirilmiş telefon sorğularını analiz ediblər. Sorğu 240 min nəfər arasında keçirilib.

    Həkimlərin qənaətinə əsasən, sorğuda iştirak edənlərin 17 faizi psixi xəstəlikdən, 13,2 faizi normal psixi pozuntu, 3.7 faizi isə ağır psixi pozuntulardan əziyyət çəkib. Müəyyən edilib ki, şəkər qəbulunu artırmaq bipolyar pozuntu, qidanı çox qəbul etmək isə depresiya ilə əlaqəlidir.

  • Böyük Britaniyada qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb

    Böyük Britaniyada, Uelsin qərb hissəsində qış fəslində mütləq temperatur rekordu qeydə alınıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Krallıq ərazisində ilin ən soyuq fəslində havanın temperaturu meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq 20 dərəcədən yüksək olub.

    Birləşmiş Krallığın meteoroloji xidmətinin məlumatında deyilir: “Kerediqion qraflığının Troskoyeda şəhərində temperatur 20,3 dərəcəyə çatıb. Həmin gün meteoroloji müşahidələr tarixində fevral ayının ən isti günü olub. Ümumiyyətlə, bu bölgədə qış vaxtı temperaturun 20 dərəcədən çox olması ilk dəfə qeydə alınıb”.

    Ekspertlər bu rekord göstəricini onunla izah edirlər ki, hazırda Avropanın mərkəzi hissəsində bərqərar olmuş yüksək təzyiq zonası Aralıq dənizi hövzəsindən gələn isti havanın şimal istiqamətində irəliləməsinə imkan yaradır.

    Qış fəslində bundan əvvəlki temperatur rekordu (19,7 dərəcə) 1998-ci il fevralın 13-də Londonun Qrinviç rayonunda qeydə alınıb. Xatırladaq ki, planetimizi qərb və şərq yarımkürələrinə bölən sıfırıncı meridian Qrinviçdən keçir.

  • Bakıda yanğın: sakinlər təxliyə edildi

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az Fövqladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətlərində baş verib.

    Yanğın zamanı yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahəsi əriyib, 1 nəfər isə tüstüdən zəhərlənib. 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Nazir yanğından sonra istefa verdi – Misirdə

    Misirin paytaxtı Qahirədə vağzalda baş vermiş yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, baş nazir Mustafa Mədbuli onun istefasını qəbul edib.

    Qeyd edək ki, səhər saatlarında vağzalda qatarların toqquşması nəticəsində partlayış və yanğın baş verib.

    Hadisə nəticəsində 29 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb.

  • Bu qalmaqal hələ çox davam edəcək – VİDEO

    Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal bitmək bilmir.

    Median.Az axşam.az-a istinadən bildirir ki, müğənninin sosial şəbəkədə yayımladığı yeni video mübahisəni daha da alovlandıracaq. Belə ki, Xatun “Ay mənim göyçək qızım” mahnısını oxuyub.

    İfaçı paylaşdığı videoya “Mahnı gözəl qızlarımıza, gəlinlərimizə gəlsin. Rəhmətlik Məmmədbağır Bağırzadənin repertuarından bir mahnı. Mahnını mənəvi qızım Fatimənin şərəfinə oxuyuram. Artıq toylarda, xınalarda məndən anaların, ataların istədiyi bir mahnı olacaq. Hər kəs ürəyinin, niyyətinin və əziyyətinin çörəyini yeyir” sözlərini yazıb.

    İzləyiciləri Xatunun yenə də Fatiməyə söz atdığını yazıblar.

    Qeyd edək ki, Fatimə ilə Xatun arasında artıq bir ildən çoxdur qalmaqal yaşanıb.

  • “WhatsApp”da yeni funksiya istifadəyə verildi

    “WhatsApp” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib.

    Xarici KİV-lər xəbər verir ki, yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.

    Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini göstərməlidir: müəyyən istifadəçi, kontaktlar siyahısından olan abunəçilər və ya heç kim. Üçüncü variant seçilən zaman istifadəçiyə qrupa əlavə edilmək üçün onun qəbul və ya rədd edəcəyi sorğu göndəriləcək.

    Yenilik “WhatsApp” rəhbərliyinin yalan məlumatların yayılması ilə mübarizə üzrə növbəti addımıdır. Bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra hazırlanıb.

  • Индия и Пакистан привели в боеготовность ядерные силы

    Индийские и пакистанские военные в связи с всплеском напряженности в Кашмире привели в боевую готовность силы ядерного сдерживания. Об этом говорится в сообщении Reuters.

    Между тем в соцсетях появляются сообщения о том, что армии сторон также начали «вести сильный огонь» у линии разграничения в Кашмире.

    Перед угрозой ядерной войны страны, арсеналы которых насчитывают до 120 ядерных боеголовок, находились и в 2002 году. Причиной этого стал совершенный боевиками-исламистами теракт в парламенте Индии. В итоге противники стянули к границе по 500 тыс. военнослужащих. Тогда ядерную войну остановили Москва и Вашингтон. «Россия вела переговоры с Индией, США — с Пакистаном. Сегодня на совместные действия РФ и США по урегулированию индо-пакистанского конфликта надеяться не приходится», — сетует агентство.

    Как сообщалось, Индия вчера ударила с воздуха по лагерю боевиков на пакистанской территории. В ответ армия Пакистана сбила два индийских истребителя.

  • Moskvada həbs olunan 26 azərbaycanlı ilə bağlı son xəbər

    Bu gün mətbuatda gedən məlumata görə Moskvada 26 nəfər azərbaycanlı polis tərəfindən saxlanılıb. Onların saxlanmasına səbəb çərşənbə axşamı günü Xocalı soyqırımı ilə bağlı yürüş keçirmələri göstərilir.

    Bəs görəsən onların aqibəti nə yerdədi?

    Modern.az sayıtının Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, aksiya zamanı Moskva polisi tərəfindən saxlanılan 26 nəfərdən 21-i artıq azadlığa buraxılıb. Hazırda 5 nəfərin məhkəməsi gedir. Yaxın saatlarda onlar azadlığa çıxacaqlar.

  • Allahşükür Paşazadə təltif edildi (FOTO)

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub.

    Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, respublikanın paytaxtı Çerkessk şəhərinin hava limanında A.Paşazadə və onu müşayiət edən şəxslər səmimi qarşılanıb.

    Çerkesskə səfər çərçivəsində QMİ sədri Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib. Şeyxülislamı səmimi salamlayan respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz respublikasının başçısı Rəşid Temrezova çatdıran A.Paşazadə iki xalq arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində – iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğu barədə danışan A.Paşazadə, XX əsrdə erməni ekstremistləri tərəfinfən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqəti çəkib.

    Qaraçay-Çərkəz respublikasının başçısı R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.

    A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi barədə respublika rəhbərinə məlumat verib və bildirib ki, bu dəfəki toplantı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunub.

    Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev görüşdə iştirak edib.

    Daha sonra Çerkessk şəhərində QXADŞ-nın növbəti iclası keçirilib. QMİ sədri Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevi anadan olmasının 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, bütün Qafqaz müsəlmanları, bölgə dindarları adından ona cansağlığı, uzun ömür və dəyərli fəaliyyətində yeni uğurlar arzulayıb.
    Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara təbrik məktubunu oxuyan A.Paşazadə təbriknaməsini və hədiyyəsini müftiyə təqdim edib.

    QXADŞ-nın üzvləri olan Şimali Qafqaz müftiləri adından Şimali Osetiya-Alaniya Müftisi Hacımurat Qatsalov, habelə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr çıxış edərək müfti İ.Berdiyevin dini lider və Əlaqələndirmə Mərkəzinin sədri qismində fəaliyyətini qiymətləndirərək, xidmətlərini sadalayaraq ona gələcək işlərində uğurlar diləyiblər.

    Azərbaycan nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı Hüseynbala Mirələmov müfti İsmayıl Berdiyevin Azərbaycanla Qaraçay-Çərkəz xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi işinə verdiyi töhfələri hər iki xalqın yüksək dəyərləndirdiyini bildirərək, yubilyara ümumqafqaz əhəmiyyətli fəaliyyətində yeni nailiyyətlər diləyib.

    İclasda QXADŞ-nın bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə şuranın sədri A.Paşazadə çıxış edib. Şuranın iclasında, həmçinin, cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

    Qaraçay-Çərkəz Respublikasına səfərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və Hikmət Məmmədov iştirak ediblər.

    Səfər başa çatıb.//qaynarinfo.az