Month: February 2019

  • Hacıqabulda maşın su kanalına düşüb, 1 nəfər xəsarət alıb

    Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

     Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Abdulabad kəndində qeydə alınıb.

    İlkin məlumata görə, minik avtomobili idarəetməni itirərək yaxınlıqdakı kanala düşüb. Sürücünün xəsarət aldığı bildirilir. Onun şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl Abşeronda idarə rəisi yol qəzasında ağır yaralanıb.

  • Aspirin bu ağacdan hazırlanır – Çayı 10 dərdə dərmandır

    Söyüd yarpağının bel ağrılarının müalicəsində ən güclü üsullardan biri olduğunu bilirdiniz?

    Median.Az medicina.az-a istinadən söyüd yarpağının bu inanılmaz faydası barədə yazını təqdim edir.

    Söyüd yarpağı çayı

    Söyüd ağacı yarpağının bir neçə faydası var. Aspirin, söyüd qabığından əldə edilib. Çünki söyüd qabığında bol miqdarda salisil turşusu var. Əks təsiri yoxdur, çox istifadəsi isə birbaşa sinirlərə zərərlidir.

    Hippokrat ağrılı və yüksək hərarətli insanlara söyüd qabığını çeynəməyi tövsiyə edib. Söyüd qabığını qaynadıb, dəmləməsini içmək bel ağrılarının, o cümlədən mədə ağrılarının qarşısını alır.

    Söyüd qabığı çayını hazırlamağın qaydası

    Bir çay qaşığı quru söyüd qabığını bir çay stəkanı suda qaynadın. Əldə olunan məhsulu gündə 2-3 dəfə qəbul edə bilərsiniz.

  • Задержан убийца бойца ММА Ахмеда Гасанова

    В Ивановской области сотрудники уголовного розыска задержали 33-летнего местного жителя, подозреваемого в убийстве бойца смешанного стиля (ММА) местного клуба Ахмеда Гасанова.

    Как передает gazeta.ru, сотрудниками полиции была установлена личность подозреваемого. Далее им удалось выяснить, что он покинул Тейково и скрылся в городе Иваново.

    Предполагаемый преступник был пойман на съемной квартире в Октябрьском районе областного центра.

    Оперативниками уже обнаружено оружие, из которого предположительно стрелял задержанный во время криминального инцидента.

    Инцидент, повлекший за собой убийство 30-летнего бойца, произошел во время празднования 23 февраля в шашлычной, где разгорелся конфликт с участием нескольких человек.

    «Тело мужчины было обнаружено возле кафе-шашлычной в Тейкове 23 февраля. У него огнестрельные ранения головы, туловища и конечностей. По данному факту СУ СК России по Ивановской области возбуждено уголовное дело по ч. 1 ст. 105 УК РФ («Убийство»)», – сообщили в следственном управлении СК РФ по Ивановской области.

  • Bazarda saxta yağlar var — Kərə yağını necə tanıyaq? – VİDEO

    Marketlərdə hər cür qiymətə kərə yağı adı ilə yağlar satılır. Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlayıb. Qurum bazarda kərə yağı adı ilə satılan yağlar arasındakı qiymət fərqinin səbəblərini də açıqlayıb.

    Marketlərdə 6 manata da, 19 manata da kərə yağı satılır. Bu isə vətəndaşlar üçün əsl kərə yağını seçməkdə çətinlik yaradır. Kərə yağının keyfiyyətini isə hər vətəndaş öz üsulu ilə müəyyən edir.

    Baku.ws-in məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi İnstitutundan isə Xəzər Xəbərə bildirdilər ki, kərə yağının çoxsaylı əlamətləri mövcuddur. İnstitutun sektor müdiri Aynurə Rzayeva bildirir ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur.

    Aynurə Rzayeva bildirir ki, əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə deməli o təmiz kərə yağı hesab olunmur. Ancaq əlamətlər təkcə bununla bitmir.

    Bundan başqa kərə yağının bir hissəsini qaynar suya salaraq da yoxlamaq mümkündür. Əgər yağın həll olması bərabər gedirsə kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir. Qida Agentliyi İnstutunun sektor müdiri bildirir ki, satışda kərə yağı adı satılan saxta yağlar mövcud olub və aşkar edildikcə onlar barəsində lazımı tədbirlər görülür.

    Onu da qeyd edək ki, aldıqları yağın tərkibi ilə bağlı şübhə duyan vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinin İnstitutuna yağın nümunəsi ilə müraciət edərək onun tərkibi barədə məlumat ala bilərlər. Əgər yağın tərkibi üzərində qeyd olunan məlumatlardan fərqli olarsa onda qanuna uyğun olaraq tədbirlər görüləcək.

  • Novruz bayramında “Kənddən şəhərə” yarmarkası keçiriləcək – VAXTI isə…

    Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək “Kənddən şəhərə” kənd təsərrüfatı yarmarkasının vaxtı məlum olub.

    Median.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami küçəsi, 154 (Landmark Biznes Mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək:

    “Martın 15-dən etibarən 1 həftə ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər”.

    Şirkətdən bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.

    Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

    Martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.

  • Ukrayna Azərbaycana yeni səfir təyin edib

    Ukrayna prezidenti Petro Poroşenko Vladislav Kanevskini Azərbaycana yeni səfir təyin edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytı məlumat yayıb.

    Bildirilir ki, prezident müvafiq fərmanı çərşənbə günü imzalayıb.

    Vladislav Kanevski əvvəllər Ukrayna Xarici İşlər Nazirliyi Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri – Departament direktorunun müavini vəzifəsində çalışıb.

    Poroşenkonun digər fərmanları ilə Vadim Vaxruşev Ukraynanın Yəməndə, Aleksandr Mişenko isə Latviyadakı səfiri təyin olunub.

    Bundan əlavə, dövlət başçısı Ukraynanın Misirdəki səfiri Gennadi Lati və Qatardakı səfir Yevgeni Mikitenkonu tutduğu vəzifələrindən azad edib.

  • Порошенко назначил нового посла в Азербайджан

    Президент Украины Петр Порошенко назначил Владислава Каневского послом Украины в Азербайджане. Об этом сообщается на официальном сайте главы украинского государства.

    Соответствующий указ президент подписал в среду.

    Владислав Каневский ранее занимал должность заместителя директора департамента – начальника отдела анализа и планирования департамента секретариата Министерства иностранных дел Украины. Указом Порошенко от 2017 года ему был присвоен дипломатический ранг чрезвычайного и полномочного посла первого класса.

    Порошенко с другими указами назначил Вадима Вахрушева – послом Украины в Йемене и Александра Мищенко – послом Украины в Латвии.

  • Həbib əsəbiləşdi:”Soyunmaq qadağan edilsin!”

    Dağıstanın qaydasız döyüş üzrə idmançısı Həbib Nurməhəmmədov fevralın 23-də paytaxt Mahaçqalada teatrların birində göstərilən “Kişi ovu” adlanan tamaşanı tənqid edərək “çirkab” adlandırıb.

    Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, idmançı tamaşada gördüyü açıq-saçıq epizodu telefonuna çəkərək sosial şəbəkədə paylaşıb və bu məsələyə görə cavab verilməsini tələb edib:

    “Qadın və kişi soyunub öpüşür. Qanun hara baxır?”.

    İdmançı Dağıstanda qoyulan tamaşalarda aktyorların soyunmasını qadağan etməyə çağırıb. O, həmçinin dağıstanlı kişilərə səslənərək, onları ayılmağa və tədbir görməyə çağırıb.

    Tezlilkə tamaşanın aktyoru və prodüseri İvan Jidkov dağıstanlılardan üzr istəyib və epizodun mahiyyətininin açıq səhnələrdə olmadığını anlatmağa çalışıb.

    Xatırladaq ki, bu, Həbib Nurməhəmmədovun ilk tənqidi deyil. Bundan əvvəl o, Eqor Kridin və Timatinin konsertlərinə qarşı çıxmış, hip-hop musiqisinə rəqs edən dağıstanlı gənclərə irad bildirmişdi.

    Dağıstan müftisi də olanlara münasibət bildirərək regionun dini-mənəvi dəyərlərini nəzərə almağa, sakinləri mənəvi deqradasiyaya aparmamağa çağırıb.

    Sosial şəbəkədə Həbibin tənqidləri birmənalı qarşılanmayıb. Belə ki, idmançının özü də əxlaq nümunəsi sayılmır. Bundan əvvəl o, küçədə yaşayan, “bomj” görünüşlü birinə istehza edərək, aşağılamaqla qalmaqala səbəb olmuşdu.

  • Süpürgəçi qadınları bayram, istirahət, hətta matəm günləri də işlədir, əlavə pul yazmırlar

    “Xətai rayonunda Mənzil Kommunat Təsərrüfatı Birliyi (MKTB) işçiləri, xüsusən də Əhmədli ərazində çalışan xadimələr, küçə süpürən əməkdaşlar bayram, istirahət günləri, hətta matəm günləri də işləyirlər. Xətai rayonu ərazisində hər gün səhər gəzintisi zamanı Xətai rayon MKTB işçilərinin yol və küçələri təmizlədiklərinin şahidi oluram”.

    Bunu Modern.az-a paytaxt sakini Rahim Axundov söyləyib.

    O, misal da çəkərək, Zığ yolu, Cavanşir küçəsi, Rahib Məmmədov küçəsi və s. yerlərdə hər gün səhər tezdən xadimələri iş başında gördüyünü vurğulayıb:

    “Ürəyim yanıb, bazar və matəm günü – yəni 20 yanvar tarixində küçə süpürən azərbaycanlı xanıma yaxınlaşdım. Bu gün bazar və matəm günü olduğunu ona desəm də, qeyd etdi ki, onları hər gün işlədirlər. Əmək Məcəlləsinin 43-cü maddəsinin ə) bəndinə görə, “işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması müddəaları əmək müqaviləsində öz əksini tapmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi hara baxır? Prezident cənab İlham Əliyevin fərmanı var və orada yazılıb ki, Əmək Müfəttişliyi vətəndaşların istirahət hüququnu təmin etməlidir. Bəs niyə eləmir? Nə işlə məşğuldurlar? Sadəcə hər gün işə gəlib kabinetdə oturmaq hələ dövlətə xidmət etmək demək deyil”.

    Vətəndaş aidiyyatı quruma sual ünvanlayıb:

    “Dövlət Əmək Müfəttişliyinin işçiləri də, görəsən, bazar və matəm günləri işləyirlərmi? Küçəni süpürən xadimə bacımız deyir ki, istirahət günü olmadan çalışır və əlavə haqq onlara ödənilmir. Onlara bazar günü işlədiklərinə görə əmək haqlarına əlavələr hesablanmalıdır. Hesablama Palatası Xətai rayon MKTB-nin maliyə və mühasibatlıq fəaliyyətini yoxlayıb müəyyən etməlidir ki, istirahət günləri olmadan işləyən xadimələrin əmək haqlarına əlavələr hesablanıbmı? Xətai rayon MKTB və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz tabeliyində olan struktur bölmələrdə qayda-qanun yaratmalıdır. 15-ci əsr qaydasında işləmək olmaz. Bu barədə əslində mən yazmamalıyam. Bu sadəcə mənim vətəndaşlıq borcumdur”.

  • Bölgələr üzrə boşanma statistikası (SİYAHI)

    2018-ci ildə Azərbaycanda 14 min 857 boşanma rəsmiləşib. Novator.az Dövlət Statistika Komitəsinin saytında bölgələr üzrə göstəricilərə nəzər salıb:

    Bakı – 4772 boşanma

    Sumqayıt – 687

    Gəncə – 654

    Naxçıvan Muxtar Respublikası – 496

    Ağdam – 365

    Abşeron – 322

    Lənkəran – 289

    Mingəçevir – 264

    Tovuz – 261

    Yevlax – 250

    Xaçmaz – 248

    Füzuli – 247

    Şəmkir – 245

    Masallı – 237

    Bərdə – 203

    Şəki – 196

    Quba – 188

    Salyan – 173

    Kəlbəcər – 172

    Sabirabad – 172

    Göyçay – 165

    Şirvan şəhəri – 158

    Balakən – 151

    Ağcabədi – 150

    Ağdaş – 148

    Tərtər – 146

    Zaqatala – 143

    Cəbrayıl – 141

    Laçın – 140

    Qusar – 138

    Goranboy – 131

    Cəlilabad – 127

    Astara – 123

    Şamaxı – 122

    İmişli – 120

    Ağsu – 115

    Qəbələ – 112

    Beyləqan – 110

    Neftçala – 107

    Qazax – 107

    Kürdəmir – 106

    Göygöl – 103

    İsmayıllı – 100

    Ağstafa – 98

    Zəngilan – 97

    Samux – 89

    Gədəbəy – 88

    Şabran – 87

    Biləsuvar – 84

    Ucar – 82

    Hacıqabul – 80

    Qubadlı – 80

    Saatlı – 80

    Qax – 70

    Zərdab – 69

    Daşkəsən – 65

    Oğuz – 61

    Şuşa – 55

    Siyəzən – 53

    Lerik – 52

    Yardımlı – 37

    Qobustan – 28

    Xocalı – 27

    Xocavənd – 23

    Naftalan – 20

    Xızı – 17.