Month: February 2019

  • Gündüzlər “parkovşik”lik, gecələr xarratlıq edən gənclə – VİDEOREPORTAJ

    Şəhərin mərkəzində gəzərkən səkinin üzərində müxtəlif texnikaların taxtadan düzəldilmiş mini maketlərini görüb ayaq saxlayırıq.

    Ətrafdakı kişilərdən bir neçəsi maraqlandığımızı görüb, “Səmədağa müştəri var” deyə səsləyib gənc bir oğlanı çağırırlar. Maşınların park etməsinə kömək edən həmin oğlan bizə yaxınlaşaraq salamlaşır. Maketlərin qiymətləri ilə, nə qədər vaxta düzətldiyi ilə maraqlanırıq.

    O, yaxınlıqda “parkovşik” işlədiyini və maketləri yalnız gecələr düzəltdiyini deyir: “Buradakı maketlərin sahibləri var. Sizə də düzəldə bilərəm”.

    Müsahibim bu maketlərlə ən çox uşaqların maraqlandığını deyir: “Buna görə də yapışqandan çox az istifadə edirəm. İstifadə etdiyim yerlərə də əl dəymir. Mən işlərimə rəng də vurmuram. İstəsələr öz zövqlərinə görə rəngələyə də bilərlər. Əvvəllər xanımlar üçün maşından asmağa ürəklər düzəldirdim. İndi daha çox belə maketlər edirəm. İki ildir ki bu işlə məşğulam. Günü-gündən maraq göstərənlərin sayı da artır. Elə o marağa görə “İnstagram” hesabı da açmışam. Oradan da yazıb istəyənlər olur. Qiymətləri işin həcmindən, çətinliyindən asılı olaraq dəyişdiyinə görə konkret rəqəm yoxdur”. (open.az)

  • Azərbaycanda nə qədər Türkiyə vətəndaşı yaşayır?

    Azərbaycanda 55 min Türkiyə vətəndaşı yaşayır.

    Median.Az xəbər verir ki, bu barədə Trend Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

    Azərbaycandan başqa, Rusiya və Qazaxıstanda hər birində 40 min, İranda 5 min, Özbəkistanda isə 2 min Türkiyə vətəndaşı yaşayır.

    Ümumilikdə xaricdə 5 milyon Türkiyə vətəndaşının yaşadığı bildirilir. Onların da ən çoxu – 2 milyonu Almaniyadadır.

    Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2018-ci ildə Türkiyə əhalisi 2017-ci illə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib. Ölkə əhalisinin 50,2 faizi kişi, 49,8 faizi isə qadındır.

  • Первый вице-президент Мехрибан Алиева встретилась с Саломе Зурабишвили – ФОТО

    27 февраля Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева встретилась с Президентом Грузии Саломе Зурабишвили, находящейся с официальным визитом в нашей стране.

    Об этом сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ.

    Отметив, что рада видеть Президента Грузии Саломе Зурабишвили в Азербайджане, Первый вице-президент Мехрибан Алиева выразила уверенность в том, что нынешний визит внесет вклад в дальнейшее расширение отношений между нашими дружественными странами.

    Подчеркнув, что рада визиту в Азербайджан, Президент Саломе Зурабишвили отметила значение проведенных здесь встреч с точки зрения развития наших связей.

    На встрече состоялся обмен мнениями о перспективах сотрудничества между нашими странами в различных сферах.

  • Gürcüstana yeni qrip dalğası yaxınlaşır

    Gürcü infeksionistlər martda ölkədə qrip virusuna yoluxma hallarının artacağını istisna etmirlər.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın ictimai sağlamlıq və xəstəliklərlə mübarizə mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

    Dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virsuna (“donuz qripi”) yoluxanların sayı xeyli artmış, xəstəlikdən ölənlərin sayı 22 nəfərə çatmışdı. Hazırda yoluxma halı azalsa da, virus aktivliyini qoruyur. Sonuncu məlumatlara görə, xəstələrin sayı hər 100 min nəfərə 100 nəfər təşkil edir. Hər 100 min nəfərə 450 yoluxma halı qeydə alınarsa, bu artıq epidemiya hesab olunur.

    Qamkrelidze vurğulayıb ki, yeni qrip dalğası martda özünü göstərəcək. O, insanları gigiyena qaydalarına əməl etməyə və ehtiyatlı olmağa çağırıb.

  • Ukraynada daha bir qrup “Eurovision”dan imtina etdi

    Daha bir qrup – “Brunnetes Shoot Blondes” Ukraynanı “Eurovision -2019”da təmsil etmək niyyətində deyil.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, milli seçim turlarında 4-cü yeri tutan qrup onlara müsabiqədə iştirakla bağlı təklif gələrsə, razılaşmayacaqlarını bəyan ediblər:

    “Əvvəlcədən bildirmək istəyirik ki, “Eurovision-2019″da iştirak etməyimizlə bağlı təklif gələrsə, rədd edəcəyik. Çünki biz milli seçimləri qazanmamışıq və bu səfər bizim deyil”.

    Xatırladaq ki, “Eurovision”un milli seçim turlarında müğənni Maruv qalib gəlmiş, ancaq Rusiyaya qastrol səfərləri səbəbindən siyasi qalmaqalın mərkəzinə çevrilmişdi. Daha sonra məlum olmuşdu ki, Maruva təşkilatçılar tərəfindən Rusiyaya səfəri qadağan edən müqavilə təqdim olunub. Maruv isə müqaviləni imzalamaqdan imtina edərək “Eurovision”a getməyəcəyini açıqlayıb.

    Maruvdan sonra milli seçim turlarında ikinci yeri tutmuş “Freedom-Jazz Girls Band” və üçüncü yerin sahibi “Kazka” qrupları da “Eurovision”da iştirakdan imtina ediblər.

  • Nigar Eldarın ağ saçlarını ələ saldı

    “Eurovision 2011” qalibi Nigar Camal həmkarı Eldar Qasımovun yeni imicini ələ salıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi “ATV maqazin onlarla”ya açıqlamasında Eldarın ağ saçlarını bəyənmədiyini deyib:

    “Ağ edib. Eldarın köhnə imicinə daha çox alışqın idim, bəyənirdim. Ona belə xoşdursa, etsin”.

    Nigar Eldarın ondan bu sözlərinə görə inciməyəcəyinə də əmin olduğunu söyləyib:

    “İnanın ki, mənim atmacam Eldarın vecinə deyil. Onu yaxşı tanıyıram”.

    Qeyd edək ki, bir neçə gün əvvəl Eldar saçlarını yenidən tünd rəngə boyatdırıb.

  • “Kids Best Model of Azerbaijan 2019” yarışması keçiriləcək

    3 mart tarixində “Holiday Inn” otelində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə “Kids Best Model of Azerbaijan 2019” yarışması keçiriləcək.

    Median.Az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcəklər. Tədbirdə 91 model iştirak edəcək. Modellərin 48-i qız, 43-ü oğlandır.

    Tədbirin layihə rəhbəri “Star Kids Group MMC” şirkətinin direktoru və tədbirin lahiyə rəhbəri Aygün Əliyevadır.


  • Американский пенсионер трижды выиграл в одной лотерее

    В США пенсионер три раза выигрывал крупную сумму денег в одной и той же лотерее. Об этом сообщает UPI, передает Median.Az со ссылкой на Gazeta.ru.

    Отмечается, что 69-летний житель все время выигрывал в лотерею более $10 тыс.

    Пенсионер рассказал, что это уже третий удачный билет в его жизни. До этого он уже выигрывал в эту лотерею и очень удивился, когда обнаружил, что третий билет тоже счастливый.

    “Я был шокирован и удивлен, поэтому я проверил три раза, чтобы убедиться”, – поделился мужчина.

    По словам пенсионера, на выигранные деньги он сводил свою семью в ресторан, а все оставшиеся отдаст жене и дочери.

  • “Stresdən kökəlirəm” – Mətanət İsgəndərli

    Müğənnilərin gecə-gündüzü olmur. Sənətçinin işi çox çətindir.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərli “Faydalı saat” verilişində deyib. Son günlər çox kökələn müğənni plastik əməliyyat etdirmək istədiyini bildirib:

    “Hərdən deyirəm gedəcəm əməliyyata. Dilim deyir, amma… Gah deyirəm heç vaxt etmərəm. İndi dəbdir, hamı etdirir. Kimi dindirirsən əməliyyata gedib. Xatirə İslam deyir ki, səni özüm aparıb əməliyyatla arıqladacam.

    Dəfələrlə dietoloq məsləhəti ilə arıqlamağa çalışdım. Məni normaya salırlar, düzgün qidaya başlayıram. Bol su içirəm, sağlam qidalanıram. Onda 30 kiloqram da arıqlamışam. Heç dərim də sallanmayıb. Amma davamlı edə bilmirəm.

    Mənim qayğılarım çoxdur. Həyatımı toyla qazanıb, yaşayıram. Çörək yerim toydur, amma sənətim də var axı… Evin həm kişisi, həm qadını, həm anası, həm də atasıyam. İndi də nəvələrim var, iş də stres. Məni stres kökəldir, rejimsiz yaşayıram. Görürəm, elə stresdəyəm ki, canavara dönürəm. Yeməsəm, yata bilmərəm”.

  • Mehriban Əliyeva Gürcüstan Prezidenti ilə görüşüb

    Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

    Median.Az report-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

    Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.