Month: February 2019

  • Alimlərdən ciddi xəbərdarlıq: Əsrin sonunda dəhşətli fəlakət gözlənilir

    Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar.

    Median.Az xəbər verir ki, Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

    Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.

    Himalay buzları 70 milyon il əvvəl yaranıb və tempratura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.

  • Университет АДА стал государственным вузом – Указ Президента Ильхама Алиева

    Президент Азербайджана Ильхам Алиев в четверг подписал указ о внесении изменений в “Устав Университета “АДА”, утвержденный указом Президента Азербайджана от 8 июля 2014 года.

    Об этом передает Median.Az со ссылкой на Trend.

    Согласно изменению, Университет АДА будет государственным высшим учебным заведением, осуществляющим подготовку кадров по всем уровням высшего образования и по среднему специальному образованию, осуществляющим программы высшего, среднего специального и дополнительного образования, а также проводящим фундаментальные, теоретико-методологические, педагогико-методические и прикладные научные исследования.

  • ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Fərmanda qeyd olunur ki, “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 1.3-cü bəndə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

    1.2. 2.1-ci bəndin ikinci cümləsinə “institutlar” sözündən sonra “, kolleclər“ sözü əlavə edilsin;

    1.3. 5.1.2-ci yarımbəndə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin;

    1.4. 5.2.1-ci yarımbənddən “üzrə üç səviyyədən ibarət” sözləri çıxarılsın və həmin bəndə “doktorantura” sözündən sonra “, habelə orta ixtisas təhsili üzrə” sözləri əlavə edilsin;

    1.5. 5.5-ci bəndin birinci cümləsinə “magistratura” sözündən sonra “, habelə orta ixtisas” sözləri əlavə edilsin.

    Dəyişikliyə əsasən ADA Universiteti ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili üzrə kadr hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi olacaq.

  • Cəlilabadda ata və oğlu bıçaqlanıb

    Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakinləri – 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasınaa yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Трогательный жест от Президента Ильхама Алиева – ВИДЕО

    Как сообщалось ранее, Президент Ильхам Алиев 7 февраля посетил Шамахинский район, где накануне произошло землетрясение.

    Как передает Median.Az, глава государства встретился с жителями дома номер 33 на улице Салмана Мумтаза в городе Шамахы, который наиболее пострадал от бедствия.

    Президент Ильхам Алиев ознакомился с ситуацией и дал поручение по скорейшему возмещению нанесенного ущерба.

    В ходе встречи хозяйка дома поблагодарила главу государства, и попыталась поцеловать его руку, однако Президент Ильхам Алиев сделал трогательный жест, наклонившись к пожилой женщине и поцеловав ее руку. Глава государства отметил, что каждому пострадавшему будет оказана вся необходимая помощь.

  • Şəmkirdə uşaq bağçasını qarət edən şəxs tutuldu – VİDEO

    Şəmkirdə körpələr evi-uşaq bağçası qarət edilib.

    Oxu.Az-ın verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib.

    Gecə saatlarında qapını sındırıb içəri daxil olan şəxs əvvəlcə mətbəxdən qab-qacaq, sonra isə bağça müdirinin otağından kompüter dəsti və digər qiymətli əşyaları oğurlayıb. “Qəhrəman” körpələrin yataq otağını da altı-üst edib.

    Hadisədən sonra müəssisə rəhbərliyi Şəmkir polisinə məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və polis əməkdaşları bağçanın Aşağı Seyfəli kənd sakini, 34 yaşlı Mahir Qurbanov tərəfindən qarət olunduğunu müəyyən ediblər.

    M. Qurbanovun oğurladığı əşyalar yaşadığı evdə aşkarlanaraq maddi sübut kimi götürülüb. O, ifadəsində hadisə vaxtı sərxoş olduğunu və törətdiyi əməldən peşmanlıq keçirdiyini deyib.

    İstintaqın yekununda tərbiyə müəssisəsinin əmlakına gözə dikən şəxsin əməlinə hüquqi qiymət veriləcək.

  • В Азербайджане раскрыто более 150 преступлений, связанных с умышленным убийством

    В Азербайджане в прошлом году раскрыто 153 преступления, связанных с умышленным убийством.

    Об этом, как передает Median.Az, в четверг на расширенном заседании коллегии, посвященном состоянию проделанной органами прокуратуры работы в 2018 году и предстоящим задачам, сказал генеральный прокурор Закир Гаралов, передает Trend со ссылкой на Генпрокуратуру. В заседании принял участие руководящий состав Центрального аппарата Генпрокуратуры, Республиканской военной прокуратуры, прокуратуры Нахчыванской Автономной Республики, Военной прокуратуры Нахчыванской Автономной Республики и Бакинской городской прокуратуры, районных (городских) и участковых военных прокуроров.

    Было отмечено, что за отчетный период в результате совместных оперативно-следственных мероприятий, проведенных генпрокуратурой совместно с МВД и другими оперативными структурами, удалось раскрыть 153 из 159 преступлений, связанных с умышленным убийством, а также 69 происшествий, приведших к убийству двух и более лиц.

  • Sumqayıtda yaşayan məcburi köçkünlərə ŞAD XƏBƏR – Köçürülürlər (FOTO)

    Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb.

    Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

    Kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır.

    Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.//Baku.ws

  • Gömrükdən rüsumsuz nə qədər mal keçirmək olar? – SİYAHI

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Komitədən verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 305 saylı Qərarı ilə bağlı həqiqətə uyğun olmayan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürəcək şərhlərə imkan yaradan, sensasiya xarakterli məlumatlar yayılıb.

    Komitə bildirir ki, Nazirlər Kabinetinin 305 saylı qərarı 2013-cü ildə qüvvəyə minməsinə və qüvvəyə mindiyi andan tətbiq edilməsinə baxmayaraq sənəd şərh edilərkən məhdudiyyətlərin yeni olduğuna dair iddialar irəli sürülür. Halbuki bununla bağlı indiyə qədər DGK tərəfindən onlarla açıqlamalar verilib, reklam çarxları hazırlanıb, hətta gömrük xidmətinin jurnalistlər üçün təşkil etdiyi təlimlərdə bu qərardan ayrıca bəhs olunub.

    Ən çox müzakirə edilən məsələ isə qeyri-kommersiya, yəni şəxsi istifadə məqsədilə və 305 saylı qərarda nəzərdə tutulandan artıq miqdarda gətirilən mallarla bağlıdır. Belə ki, istər KİV-də, istərsə də sosial şəbəkələrdə bəziləri qanunvericlikdə nəzərdə tutulandan artıq miqdarda gətirilən malların müsadirə ediləcəyini, bəziləri anbara vurulacağını, bəziləri geri qaytarılacağını bildirirlər. Bu məsələ Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“ haqqında 305 saylı qərarında aydın şəkildə öz əksini tapıb.

    Qərarın 1.5 bəndində bildirilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

    Yəni gömrük sərhədinə idxal nəzarəti zonasından daxil olan hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan, yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir. Qanunvericilik miqdardan artıq olan malların kommersiya, yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etməyi də xüsusi qaydalar əsasında gömrük orqanına həvalə edib.

    Gətirilən malların dəyəri qanunda nəzərdə tutulandan artıq olduqda isə 305 saylı qərarın 2.2 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

    Yəni malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirlən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir.

    Eyni zamanda malların kommersiya məqsədilə gətirildiyi müəyyən edilərsə, həmin mallar akt tərtib edilərək saxlanc anbarına qoyulur və ekspertizanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.

    Aparılan araşdırma zamanı o da məlum olub ki, 195 qaynar xətti vasitəsilə sualları cavablandıran gömrük əməkdaşı qanunvericiliyin tələblərinə uyğun olaraq bütün detallarla bağlı düzgün və ətraflı izah verib. Lakin gömrük əməkdaşının verdiyi izahı birbaşa eşitməyənlərin yanlış şərh olunmuş məlumatlarla hazırlanan yazını əsas götürərək gömrük orqanlarının fəaliyyəti haqqında ironik çıxışları naşılıq, qeyri-peşəkarlıqdır və yolverilməzdir. Əks halda görünür bu naşılıq və ya qeyri-peşəkarlığı görməməzlikdən gəlmək, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək onların şəxsi mənafeələrinə daha uyğundur.

    Son dövrlərdə Azərbaycanda gömrük işinin səmərəli, müasir standartlara və çağırışlara uyğun, şəffaf və çevik şəkildə həyata keçirilməsi məqsədilə ortaya qoyulan siyasi iradə, istər ölkə rəhbərliyi, istərsə də dünyanın ən mötəbər gömrük mütəxəssiləri tərəfindən təqdirlə qarşılanan və yüksək qiymətləndirilən icra mexanizmi və fəaliyyət var. Lakin dəfələrlə edilən əməkdaşlıq çağırışları və tövsiyələrə baxmayaraq cəmiyyətin intellektual hissəsi hesab edilən, yenilikləri ən tez eşidən və tətbiq edən jurnalistlərin gömrük sahəsində görülən işlərə etinasız yanaşması, şəxsi mövqedən və mənafedən çıxış etməsi ən azı təəssüf doğurur.//Baku.ws

  • Bakıda dördotaqlı evdə yanğın

    Bakının Səbail rayonunda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli dördotaqlı evin 1 otağının tavanı və ev əşyaları 15 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//yenicag.az