Month: February 2019

  • Азербайджан разворачивает госпитали на границе с Грузией

    В связи со сложившейся в последнее время неудовлетворительной эпидемиологической ситуацией в Грузии Государственный таможенный комитет (ГТК) Азербайджана проводит на погранично-пропускных пунктах соответствующие санитарно-профилактические мероприятия. Об этом передает Median.Az со ссылкой на Trend.

    Как сообщили Trend в Госкомитете, ответственное за это дело Главное управление по организации работы таможенных погранично-пропускных пунктов предпринимает необходимые шаги для выполнения соответствующих обязательств.

    Для еще большего усиления превентивных мер, принимаемых на пограничных с Грузией таможенных пунктах пропуска “Красный мост”, “Садыхлы”, “Беюк Кесик” и “Мазымчай”, по приказу председателя ГТК Управлению медицинской службы Госкомитета также были даны соответствующие поручения. Согласно этому приказу, мобильный госпиталь и соответствующий медперсонал Управления медицинской службы были командированы на таможенные пункты пропуска, находящиеся на государственной границе с Грузией.

    Отметим, что Управление медициской службы планирует провести на всех контрольно-пропускных пунктах, расположенных на границе с Грузией, конкретные мероприятия.

    В рамках этих мероприятий, в первую очередь оказывается методическая поддержка в вопросе регулярной дезинфекции специальными средствами всех поверхностей, с которыми соприкасаются лица, въезжающие на территорию страны. В то же время, для защиты от эпидемии гриппа сотрудников таможни, которые напрямую контактируют с въезжающими на территорию таможни лицами, проводятся тренинги о правилах личной гигиены, а также вакцинация работников таможни от гриппа.

    Согласно сообщению, мобильный передвижной госпиталь с двумя спальными местами Управления медицинской службы уже действует на таможенном посту “Красный мост” с пятого февраля. В мобильном госпитале будут оказывать профессиональную помощь гражданам, у которых проблемы со здоровьем, а в случае необходимости инфекционные больные будут переправлены в соответствующие структуры Минздрава. В то же время, в мобильном госпитале имеется возможность следить за двумя больными в постельном режиме.

    Кроме того, планируется провести мероприятия для обеспечения оказания необходимой скорой медицинской помощи сотрудникам ГТК, несущим службу на пограничных контрольно-пропускных пунктах, а также лицам, пересекающим госграницу. Для этого Управление медицинской службы планирует организовать пункты первой медицинской помощи на всех пограничных контрольно-пропускных пунктах. Медпункты будут оснащены автоматическими дефибриляторами, оборудованием для оказания первой помощи, лекарственными препаратами и другими средствами для оказания первой медпомощи гражданам и работникам таможни в случае обнаружения проблем со здоровьем. Также врачи Управления медицинской службы ГТК будут проводить тренинги по оказанию первой медпомощи работающим на пограничных контрольно-пропускных пунктах таможенникам.

  • Çingiz Qurbanovun ailəsi yeni evlə təmin olundu (FOTOLAR)

    Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusar şəhərində yeni evlə təmin olunub.

    Fərdi yaşayış evi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni evin açarları fevralın 7-də Qurbanovlar ailəsinə təqdim olunub.

    Bu münasibətlə keçirilən mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının göstərişinə əsasən, sosial təminatının gücləndirilməsi məqsədilə Ç.Qurbanovun ailəsi həm Bakı şəhərində mənzil, həm də Qusarda fərdi yaşayış evi ilə təmin edilib.

    Bildirilib ki, fərdi yaşayış evinin tikilməsi üçün Qusar şəhərinin Şəmsəddin Piroğlanov küçəsində 10 sot həyətyanı torpaq sahəsi ayrılıb. Yeni tikilən birmərtəbəli, dördotaqlı evin ümumi sahəsi 230 kvadratmetrdir. Ev müasir istilik sistemi ilə təmin olunub. Həyətyanı torpaq sahəsinin 6 sotunda meyvə bağı salınıb.

    Milli Qəhrəmanın atası Salman Qurbanov ailəsi adından onlara hər cür dəstək göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyən S.Qurbanov bildirib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verib. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

    Mərasimdə çıxış edənlər Milli Qəhrəman Çingiz Qurbanovun qısa, lakin şərəfli ömür yoluna nəzər salıb, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adının əziz tutulduğunu, ailələrinin isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazan Milli Qəhrəman Çingiz Qurbanov öz igidliyi ilə hər bir hərbi qulluqçu üçün örnəkdir. Hazırda Ordumuzun sıralarında Çingiz kimi yüzlərlə, minlərlə igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

    Məlumat üçün qeyd edək ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

    2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. (AzərTAc)

  • ŞOK: Vərəm diaqnozu qoyulan 5 yaşlı qızın ağciyərindən qoz çıxdı

    Nəfəs borusuna düşən yad cisim və qida qalıqları ilə bağlı insanların ölümlə üz-üzə qalması barədə tibdə yetərli qədər faktlar var.

    Median.Az Medicina-ya istinadən Zaqatalada bir ailənin başına gələn hekayəni təqdim edir.

    Fatima Hacıyeva adlı bir xanım qızını ölümdən necə qurtarması barədə danışır:

    “Yeni il ərəfəsi 5 yaşlı qızımda güclü öskürək, boğulma hərarət, zəiflik başladı. Elə bildik soyuq dəyib. Amma heç vaxt belə öskürməmişdi. Təbii ki, ilk olaraq Zaqatalada həkimə apardım. Rentgenoloq ağciyərlərin kavernası, vərəm diaqnozu qoydu. Bunu eşidən kimi şoka düşdüm. 3 gün ağladım. Sonra elə rayondaca başqa həkimə rentgen çəkimini göstərdim. O dedi ki, burda vərəm yoxdur, onu deyən həkimə iş düşür. Uşağı təcili Bakıya apar.

    Uşaqla Bakıda Qarayev adına uşaq xəstəxanasına gəldik. Burda adını qeyd etmək istəmədiyim təcrübəli həkim dedi ki, plevritdir. Müalicə yazdı, bir az ürəyim sakitləşdi. Dərmanları alıb, rayona qayıtdıq. 1 həftə bu müalicəni etdik, amma uşağın vəziyyəti heç düzəlmirdi, əskinə ağırlaşırdı. Ondan sonra Bakıya 2 dəfə də gedib gəldik, hər dəfə də həkim yeni reseptlər yazırdı.

    Uşaq artıq boğulmağa başlayanda başılovlu Bakıya qaçdıq. Həmin həkim uşağın vəziyyətini görüb artıq bizdən qaçdı, yaxasını kənara çəkdi, başqa həkimlərə yönəltdi.

    Biz özümüz həkim axtarışına çıxdıq. Amma həkimlər uşağı görən kimi bizi qəbul etməkdən imtina etdilər. Yəqin, görürdülər ki, vəziyyət yaxşı deyil.
    Bizi 5 saylı xəstəxananın Allerqoloji şöbəsinə göndərdilər, orda da bizi qəbul etmədilər.

    Bakıdakı qohumlar elə bilirdi ki, uşaq vərəmdir, biz gizlədirik. Onlar da evlərində bizi çox saxlamaq istəmirdilər ki, öz uşaqlarına keçər.
    Mən ağlaya-ağlaya uşağımız gözümün önündə getdiyini görüb, Mahaçqaladakı qohumlarıma zəng etdim ki, bəlkə ora gedim. Dedilər gəl.

    Zülmlə xəstə uşaqla o yolu qət edib, Mahaçqalaya çatdım. Bizi dərhal təcili yardım qarşıladı, xəstəxanaya yerləşdirdilər. Analiz, rentgen cavabı çıxana kimi qızım boğulmağa başladı. Ürəyi dayandı. 3 təcili yardım və reanimasiya briqadası 3 saat ərzində onu həyata qaytarmaq üçün çarpışdı. Mən artıq özüm huşsuz yatırdım.

    Qızım komaya düşdü, 8 gün komada qaldı. Onu komadan çıxardılar və yalnız ondan sonra MRT etdilər. MRT cavabında həkim ağciyərin bir hissəsində yad cisim və ya polip kimi nəsə gördüyünü dedi. Mənə imza etdirib, bronxoskopiya etdilər.

    Bir az uzun çəkdi. Artıq ümidimi üzmüşdüm. Əməliyyat edən həkimin mənə gülə-gülə yaxınlaşdığını görəndə ilk olaraq anlamadım. O dedi ki: “bilirəm, sizdə Zaqatalada qoz fındıq çoxdur. Amma uşağa çox qoz verməyin. Arada ət də yedirin”.

    Sən demə, uşaq qoz yeyəndə qoz nəfəs yoluna düşmüş, bir hissəsi çıxsa da, çox kiçik bir hissəsi aşağı gedərək, bronxlarla ağciyər payına düşüb. Ona görə ağciyərlərdə iltihablaşma, boğulma baş verirdi. Əgər o qoz çıxarılmasaydı, qızım öləcəkdi.

    Ondan sonra qoz –fındıq görəndə qorxurdum. Uşağı qoruyurdum. İndi uşaq məktəbə gedir, əlaçıdır. Heç elə bil həmin xəstə uşaq deyil.
    Adi bir qozun necə faciələrə səbəb olacağını düşünmək də lazımdır.

    Mahaçqaladan qayıtdıqdan sonra Zaqatala və Bakıdakı birinci həkimi məhkəməyə vermək istədim. Onları hələ də bağışlamamışam”

  • Десятки преступников экстрадированы в Азербайджан

    Скрывавшиеся за рубежом 30 преступников экстрадированы в Азербайджан.

    Как сообщает Trend со ссылкой на пресс-службу Генпрокуратуры, об этом в четверг сказал генпрокурор Закир Гаралов в ходе расширенного заседания коллегии, посвященного состоянию проделанных в 2018 году органами прокуратуры работ и обсуждению предстоящих задач. Заседание прошло при участии руководящего состава Центрального аппарата, Республиканской военной прокуратуры, прокуратуры Нахчыванской АР, военной прокуратуры Нахчыванской АР и прокуратур города Баку, а также военных районных (городских) и участковых прокуроров, передает Median.Az.

    Было отмечено, что в результате эффективного сотрудничества Управления Генпрокуратуры по международным связям с соответствующими структурами иностранных государств совместно с министерством внутренних дел была произведена поимка и экстрадиция в Азербайджан 30 лиц, которые обвиняются в тяжких и особо тяжких преступлениях и долгое время скрывались от правосудия за рубежом. Также было обеспечено исполнение следственных поручений в связи с правовой поддержкой уголовных дел, следствие по которым продолжается.

  • Təmir işləri apararkən elektrik enerjisi vurub – Ağdamda bədbəxt hadisə

    Ağdamda bədbəxt hadisə baş verib.

    Median.Az bildirir ki, Ağdam rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Eyvazlı kənd sakini, Ağdam Sukanal İdarəsində elektrik işləyən, 1973-cü il təvəllüdlü Zahid Rəhim oğlu Nağıyev “Quzanlı-1” qəsəbəsində transformatorda təmir işləri apararkən elektrik enerjisi vurub.

    Nəticədə A.Nağıyev hadisə yerində dünyasını dəyişib.

    Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

    Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

  • “Gmail”də boşluq aşkarlandı

    Cinayətkarlar qrupu “Gmail” poçt servisinin xüsusiyyətlərindən istifadə etməklə 65 min dollar məbləğində kredit alıb. Həmçinin hakerlər sosial müavinətlər üçün onlarla saxta bəyannamə və ərizə təqdim ediblər. Bu barədə “Agari” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçılarının məlumatında deyilir.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, hakerlər tərəfindən “hesab nöqtəsi” kimi tanınan məşhur fırıldaqçılıq üsulu tətbiq edilib. O, istifadəçinin poçt ünvanında nöqtələri nəzərə almayan “Gmail” funksiyasına əsaslanır.

    Mütəxəssislər nümunə kimi “bad.guy007” adını qeyd ediblər: “Google” prinsiplərinə görə, belə ünvan həmişə “badguy007” kimi interpretasiya ediləcək. Bununla yanaşı, istifadəçi yeganə nöqtənin yerini dəyişə və ya yenilərini əlavə edə bilər.

    Lakin əksər servislər belə variantları müxtəlif ünvanlar kimi qəbul edir. Nəticədə bu boşluqdan çox vaxt fırıldaqçılar yararlanırlar. Onlar hesab adlarını seçməklə qurbanları müxtəlif saytlarda ödəniş və fərdi məlumatları təsdiqləməyə məcbur edirlər.

    “Agari” əməkdaşları bildirib ki, hakerlər bu şəkildə 56 ünvanı ələ keçirməyə nail olublar. Onlar kredit kartları üçün 48 sifariş verməklə bankdan böyük məbləğdə suda alıblar, eləcə də müxtəlif müavinətlər üçün çoxlu saxta vergi bəyannaməsi və ərizə təqdim ediblər.

  • İlham Əliyevdən plastik qablarla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılır:

    – bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

    – Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin.

    Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb

    Gəncə şəhərində 46 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1973-cü il təvəllüdlü Aytəkin Həmdəm qızı Qəhrəmanovanın üzərinə dəmir konstruksiya aşıb. Ağır xəsarət alan qadın xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sükan arxasında siqaret çəkən sürücülərlə bağlı YENİ XƏBƏR – FOTO

    Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib.

    Median.Az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

    Bildirilib ki, bu Qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

    Diqqətə çatdırılıb ki, Qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb.

    Həmçinin, bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Qaydaları pozan sürücülərin aşkar edilərək məsuliyyətə cəlb ediləcəyi barədə daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib. Bildirilib ki, bu kimi xətaların aşkar edilməsində həmçinin, sərnişinlərin təqdim etdikləri məlumatlar da diqqətlə araşdırılacaq. Yaxın 1 həftə ərzində sərnişinlər sükan arxasında tütün məmulatlarından istifadə edən sürücülər barədə müvafiq məlumatları Agentliyə təqdim etməklə onların məsuliyyətə cəlb edilməsi prosesində iştirak edəcəklər. Bu sahədə maarifləndirmə işlərinin tərkib hissələri olaraq müntəzəm xətt sürücüləri üçün, həmçinin, avtobus salonuna müvafiq məlumatları əks etdirən məlumatlandırıcı və maarifləndirici vasitələr də təqdim edilib.

    Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və bu sahədə sərnişinləri aktiv olmağa dəvət edir.

  • Президент Ильхам Алиев увеличил пенсии в Азербайджане – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев в четверг подписал распоряжение об индексации страховой части трудовых пенсий.

    Об этом передает Median.Az со ссылкой на Trend.

    Согласно распоряжению, министерству труда и социальной защиты населения поручено с первого января 2019 года обеспечить повышение страховой части всех видов трудовых пенсий в соответствии с темпами годового роста среднемесячной номинальной заработной платы в 2018 году, определенными Государственным комитетом по статистике; осуществить индексацию сумм пенсионного капитала, накопленного в страховой части индивидуальных счетов в системе персонального учета.

    Кабинету министров поручено решить вопросы, вытекающие из распоряжения.