Month: February 2019

  • Əmək pensiyalarının sığorta hissəsi artırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, həmçinin fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Azərbaycanda “yol kabusu”nun statistikası açıqlandı

    2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə, 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq, 2433 nəfər olub.

    Median.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 722-si həyatını itirib, 1711-i isə yaralanıb.

    Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

    Yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində olub və bu hadisələr nəticəsində ölənlərin sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

    Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı:

    Göstəricinin adı 2018-ci il, vahid 2017-ci ilə nisbətən, faizlə
    Bütün yol-nəqliyyat hadisələri – cəmi 1817 99,1
    Məkanına görə:
    magistral avtomobil yollarında 182 80,9
    yaşayış məntəqələrində 1635 101,7
    İşıqlılıq vəziyyətinə görə:
    gündüz vaxtı 744 93,4
    toran vaxtı 370 108,8
    gecə vaxtı 703 101,0
    Yol örtüyünün vəziyyətinə görə:
    quru yol örtüyü 1701 97,1
    digər (yaş, buz və s.) 116 141,5
    Zərərçəkənlərin sayı, nəfər 2433 98,5
    ölənlər 722 96,3
    yaralananlar 1711 99,5

    Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

    Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib.

    Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib, nəticədə, 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi avtomobillərin sürücüləri tərəfindən törədilib.//oxu.az

  • Azərbaycan kibertəhlükəsizlik üzrə ölkələrin reytinqində

    Böyük Britaniyanın “Comparitech” şirkəti kibertəhlükəsizlik üzrə ölkələrin reytinqini hazırlayıb.

    Şirkətin saytında yer alan siyahıda Azərbaycan 60 ölkə arasında 19-cu yeri tutub.

    Bu göstərici ilə ölkəmiz Rumıniya, Yunanıstan, Çin, Ukrayna, Peru kimi ölkələri qabaqlayıb.

    Siyahıda birinci yerdə Yaponiya, son yerdə isə Əlcəzair göstərilib.

    Ən yaxşı kibertəhlükəsizliyə sahib ölkələr sırasında Fransa, Kanada, Danimarka, ABŞ, İrlandiya, İsveç, Birləşmiş Krallıq, Hollandiya, Sinqapur və Avstriya da var.

    Ən zəif kibertəhlükəsizlik isə İndoneziya, Vyetnam, Tanzaniya, Özbəkistan, Banqladeş, Pakistan, Belarus, İran və Ukraynada qeydə alınıb.

    Zəifdən güclüyə doğru ölkələrin sıralandığı siyahıda Rusiya 38-ci, Türkiyə 47-ci isə yerdə qərarlaşıb.

    Reytinqdə kompüterlərin və mobil avadanlıqların viruslara yoluxma, ölkələrin haker hücumlarına hazırlıq və həmin ölkələrin qanunvericiliyində kibertəhlükəsizlik sahəsi ilə bağlı müasirlik faizləri qeydə alınıb.

  • В столице за попытку кражи из аптеки задержан ранее судимый

    Как сообщает Median.Az, накануне в 04.22 часа в Насиминское районное управление охраны (РУО) с аптеки, расположенного по улице Г.Саидзаде, 16 поступил сигнал тревоги.

    Выехавшие на место происшествия в ходе оперативных мер задержали мужчину, пытавшегося украсть деньги из кассы и доставили его в 19-е отделение полиции Насиминского РУП. Выяснилось, что им является житель столицы, ранее судимый Анар Рашидзаде.

    По факту ведется расследование.

  • Bakıda aptekdən oğurluğa cəhd edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, gecə saat 04:22-də Nəsimi Rayon Mühafizə İdarəsinə (RMİ) H.Seyidzadə küçəsi 16 ünvanında yerləşən aptekdən “həyəcan” siqnalı daxil olub.

    Dərhal hadisə yerinə yollanan əməkdaşlar aptekin kassasından oğurluq etməyə cəhd edən şəxsi saxlayıblar və aidiyyattı üzrə Nəsimi RPİ 19-cu polis bölməsinə təhvil veriblər.
    Onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Rəşidzadə olması məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Молодожены развелись через три минуты после свадьбы

    В Кувейте молодожены развелись через несколько минут после заключения брака.

    Как передаёт Median.Az со ссылкой на РИА Новости, после свадебной церемонии невеста споткнулась.

    Жених начал насмехаться над девушкой и назвал ее глупой. В итоге невеста расплакалась и потребовала развести ее с мужем там же, где состоялось торжество.

    Официально пара была в браке всего три минуты. Этот союз стал самым коротким в истории страны.

  • В Ясамальском районе мужчина избив, отобрал у женщины планшет

    Как сообщает Median.Az, в 29-е отделение полиции Ясамальского РУП обратилась женщина, сообщившая о том, что 6-го февраля на улице М.Гасанов неизвестный избив, отобрал у нее планшет и скрылся.

    В результате оперативно-розыскных мер сотрудники полиции задержали Ш.Набиева, у него изъяли планшет, приобретенный путем преступления.

    В Следственном отделе Ясамальского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Yasamalda qadını döyüb, planşetini ələ keçirən şəxs tutulub

    Median.Az xəbər verir ki, Yasamal RP 29-cu polis şöbəsinə müraciət edən qadın, fevralın 6-da M.Həsənov küçəsində naməlum şəxsin onu döyərək, planşetini əlindən aldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən Ş.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, əldə etdiyi planşet ondan maddi sübut kimi götürülüb.

    Yasamal RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakının brend mağazaları təşviş içində – “Müğənni zəng vurub deyir ki, biabır olmuşam…” – FOTO

    Xəbər verildiyi kimi bu günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda “brend mallar” mağazası kimi məşhurlaşmış “Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup əməkdaşı saxlanılıb. Bəlli olub ki, Çindən gətirilən mallara gizli sexlərdə “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Christian Dior” kimi tanınmış firmaların saxta etiketi vurulandan sonra mağazalarda dəyərindən dəfələrlə baha qiymətə satılırmış. Habelə bu mafiozlar özləri Bakıda gizli sexlər açaraq geyimlər istehsal edib, onların üzərinə məşhur brendlərin etiketlərini vuraraq maya dəyərindən on dəfələrlə baha satıb.

    Qeyd edək ki, yerli telekanallarda hər gün reklam edilən mağazalar şəbəkəsinin müştəriləri arasında şou-biznes əhli də var. Belələləri hər gün “efirlərdə”, müxtəlif iyrənc şou proqramlarda “Lady Sharm” mağazalarından aldıqları “bahalı” geyimləri ilə öyünürdülər.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, uzun illərdir müştəriləri aldadan mağazalar şəbəkəsi “Bandotdel”in keçirdiyi əməliyyata baxmayaraq hələ də fəaliyyətdədir, sex malları müsadirə edilsə də, tanınmış brendlərin reklamları vitrinlərdən yığışdırılmayıb.


                   “Gucci” çantası 100 manata?

    …Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Lady Sharm” mağazasında bütün mallara hazırda 50 faiz endirim təklif edilir. Satıcılar deyirlər ki, “Chanel”, yaxud “Christian Dior” firmasından olmasa da, geyimlər İtaliya və Türkiyədən gətirilib. “Sexlərdə etiketi dəyişdirilmiş mallar artıq yığışdırılıb”, – mağazanın özünü təqdim etməyən satıcısı bizi müştəri zənn edib məlumat verir.

    Ayaqqabı və çanta bölməsində məşhur brendlərin reklamları sökülməyib, satıcı bununla bağlı sualımıza bir qədər sərt cavab verir: “Guya bilmirdiz ki, 100 manata “Gucci” çantası olmaz? Yaxud 50 manata təmiz dəri ayaqqabı almaq istəyirdiz? Nə fərqi var, əsas keyfiyyəti yaxşı olsun”.

    Alıcılardan biri yun köynəyi noyabrda 157 manata aldığını, indi isə 35 manata endirilmə səbəbini soruşur. Satıcı deyir ki, payız-qış mövsümünün mallarına endirim var, yeni mallar gətirilməlidir.

    “Siz bizim mağazalardan mal almısız”,- satıcı müştərini sakitləşdirmək üçün bizdən kömək gözləyir. Cavab veririk ki, bu mağazada brend mallar satıldığına əmin olmamışıq.

    “Müğənni zəng vurub deyir ki, biabır olmuşam…”

    Satıcılardan biri səs-küylü xəbərlərdən şikayətlənir. Deyir ki, dünən mağazanın müştərisi olduğu müğənnilərdən biri zəng vurub biabır olduğunu deyib. “Baxırsan, yalnız brend firmaların adını eşidiblər, amma biabrıçılıqdan danışırlar. Malın keyfiyyətinə fikir verin, brend olub-olmadığını neyləyirsiz”, -satıcı deyinir.


    Deyirlər ki, rəhbərliyin hansısa əməlinə görə satıcıları qınamaq, onlara əsəbləşmək doğru deyil. “Gedin, digər mağazalara da baş çəkin, hamı belə işləyir, etiket dəyişdirilib satılır, çünki Türkiyədən, İtaliyadan, Fransadan gətirilmiş tullantını Çinin fabrik mallarından üstün tuturlar”, -satıcı əlavə edir.

    47 manatlıq ayaqqabı 10 manata?

    Biz də satıcının tövsiyəsinə əməl edib digər mağazalara da baş çəkirik. “Neftçilər” metrosunun yaxınlığındakı bütün mağazalarda 50-70 faiz endirim elanları yapışdırılıb, hiss olunur ki, “Lady Sharm”dakı yoxlamalar təşvişə səbəb olub, hətta yeni yaz geyimləri belə aşağı qiymətə təklif edilir.

    Uşaq geyim mağzasında ötən ay 47 manata satılmış ayaqqabılar 10 manatadır. Satıcı Çindən də mal aldıqlarını gizlətmir, deyir ki, ən yaxşısı düzünü deməkdir.

    “LC Waikiki” mağazalar şəbəkəsinin isə həm metronun “Neftçilər”, həm də “28 May” stansiyasının yaxınlığındakı mağazalarına baş çəkirik. Mağazalarda malların ekoloji təmiz parçalardan hazırlandığı, gigiyenik sertifikatı olduğuna dair dayanmadan elanlar səsləndirilir. Amma satıcılar gigiyenik sertifikata baxmaq üçün baş ofislə əlaqə saxlamağımızı məsləhət görürlər. Halbuki gigiyenik sertifikat mağazanın özündə olmalıdır ki, müştəri istədiyi zaman sənədlə tanış ola bilsin.


    “Firmanın internetdə səhifəsi var, girib baxa bilərsiz, Türkiyədəki mağzalarda da eyni mallar satılır”, -satıcılar əlavə məlumat vermək istəmirlər.

    “Əsl brend mal istəyirsəndə get “Memi” mağazalarına…”

    Alıcılardan biri isə marağımızı görüb deyir ki, brend mal axtarırıqsa “Memi” mağzalarına baş çəkək. Geyinilmiş olsa da, təmiz firma malları yalnız orada satılır. 

    Azad İstehlakçılar Birliyininsədri Eyyub Hüseynov deyir ki, artıq uzun illərdir ki, saxta mallarla, o cümlədən “Lady Sharm” mağazasından alınan mallarla bağlı rəhbərlik etdiyi təşkilata xeyli sayda şikayət daxil olub.


    “Saxta mallar brend adı altında satılır. Mallar geri qaytarılmır, müştərilərə kassa çeki verilmir. Sahibkarlar üçün yaradılmış azad bazar şəraitindən sui-istifadə olunur. Bizə dəfələrlə bununla bağlı şikayətlər olunub, aidiyati orqanlara rəsmi müraciət etmişik, amma təəssüf ki, bu problemi həll etməyiblər”, -təşkilat rəhbəri deyib.

    Ekspert əlavə edib ki, Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada istehsal olunur: “Çindən və digər ölkələrdən mallar gətirilir, etiket varsa qoparılır, istədikləri etiketi yapışdırırlar. Ölkədə yerli etiket bazarı var, bunlar bahalı printerlərdə çap olunur. Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada tikilir. Məsələn, ayaqqabıların 70, kostyumların 25 faizi buradakı sexlərin məhsuludur. İstehlakçı isə məlumatı etiketdən alır, onun başqa imkanı yoxdur. Əslində isə, aldığı məhsulun ilkin qiyməti və digər sənədləri də soruşmaq hüququ var. Azərbaycanda satılan əmtəə mallarının 80 fazinin müvafiq sənədləri, məsələn ilkin qiymət sənədi yoxdur”.

    Qeyd edək ki, dünən yerli mətbuatda “Femina” xəz-dəri mağazasında da yoxlamalara başlandığı haqda məlumatlar yayılıb, amma mağaza rəhbərliyi məsələ ilə bağlı açıqlama verməyib. 

  • Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq

    Vergilər nazirliyi sosial şəbəkələrdəki gəlirlərdən vergi ödənilməsini təklif edir.

    Median.Az-in abc.az saytına istinadən xəbər verir ki, bununla bağlı Vergilər nazirliyinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev açıqlama verib.

    Onun sözlərinə görə, sosial şəbəkələrdə reklamdan gəlir əldə edən bir çox məşhur insanlar vergi ödəməkdən yayınır.

    “Qanunvericiliyə əsasən, bu insanlar da kommersiya fəaliyyəti ilə məşğul olan digərləri kimi, xüsusi ilə də fiziki və hüquqi şəxslər, 18% ƏDV-dən əlavə 10% gəlir vergisi ödəməlidir. Əgər bir şəxs vergi orqanlarında qeydiyyatdan keçməyibsə və sosial şəbəkədə nağdsız şəkildə reklamdan gəlir əldə edirsə, o zaman bank sözügedən əməliyyata görə 18% ƏDV tutur”, – deyə A. Quliyev bildirib.

    Onun sözlərinə görə, əgər reklam sifarişçisi xarici vətəndaş və ya şirkətdirsə, onda yerli rezidentlər də Azərbaycan vergilər qanunvericiliyənə əsasən vergi ödəməlidir.