Month: February 2019

  • Uşaq bağçasından oğurluq edildi

    Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, rayonun Seyfəli kəndi ərazisindəki uşaq bağçalarının birindən 2 ədəd kompyuter, 2 ədəd DVD və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Seyfəli kənd sakini M.Qurbanov saxlanılıb.

    Faktla əlaqədar cinayət işi başlanıb.

  • “Nargilə dairəsi”ndə dəyişiklik olacaq

    Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin Mais Ağayev məlumat verib.

    Verilən məlumata görə, hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması “Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur.

    Layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin “Nargilə dairəsi”nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

    Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerləri təşkili və Ramiz Quliyev küçəsin alternativ yerni yolun salınması da nəzərdə tutulub.

    Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.

    Layihənin icrası “Nargilə dairəsi” adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.

    Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq.

  • В столице за совершение краж задержаны 7 человек

    Как сообщает Median.Az, сотрудники 7-го отделения полиции Бинагадинского РУП в ходе проведенной операции задержали жителя столицы Р.Новрузова, который украл из одного автомобиля 250 манатов и документ, а также у трех граждан велосипеды.

    Кроме этого, сотрудники 6-го отделения полиции Бинагадинского РУП задержали жителя Хачмазского района, ранее судимого И.Абдуллаева, который 3-го февраля украл из магазина в поселке Бинагади диски лагунды на сумму 120 манатов.

    Сотрудники 36-го отделения полиции Хатаинского РУП задержали жителя Шарурского района Ш.Джафарова, который 31-го января украл из офиса телевизор и 2 камеры.

    Сотрудники 20-го отделения полиции Насиминского и 26-го отделения полиции Ясамальского РУП в результате совместной операции задержали жителя Евлахского района, несовершенолетнего М.А, который украл из автомобиля марки “ВАЗ 2107” магнитофон. Кроме этого, он украл вместе с двумя знакомыми из одного цеха, офиса, ресторана, фотостудии деньги, одежду, предметы быта и у одной женщины мобильный телефон.

    Сотрудники 16-го отделения полиции Наримановского РУП в результате проведенной операции задержали жителя столицы С.Гасанова, находящегося в розыске по статье 177 (кража) УК. Выяснилось, что кроме этого, он украл из сумок трех женщин деньги, мобильный телефон и документ.

    Сотрудники 20-го отделения полиции Насиминского РУП задержали жителя Астаринского района, ранее судимого И.Ализаде, который 26-го октября прошлого года украл из одного автомобиля 2 мобильных телефона.

    Сотрудники 25-го отделения полиции Низаминского РУП задержали жителя столицы Д.Аббасова, который 23-го января украл у жителя столицы Р.Ибишова 450 манатов.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda oğurluq edən 7 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 avtomobildən 250 manat və sənəd, habelə 3 nəfərə məxsus velosipedləri oğurlayan Bakı şəhər sakini R.Novruzov saxlanılıb.

    Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Binəqədi qəsəbəsindəki mağazadan
    120 manat dəyərində laqunda diskləri oğurlayan Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılıb.

    Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 31-də rayon ərazisindəki ofislərin birindən televizor və 2 ədəd kamera oğurlayan Şərur rayon sakini Ş.Cəfərov saxlanılıb.

    Nəsimi RPİ 20-ci və Yasamal RPİ 26-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlayan Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma zamanı, onun daha iki nəfərlə birlikdə 1 sexdən, ofisdən, restorandan, fotostudiyadan pul, geyim və məişət əşyaları, habelə bir qadının mobil telefonunu oğurlaması müəyyən edilib.

    Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Həsənov saxlanılıb. Araşdırma zamanı, onun 3 nəfərin çantalarından pul, mobil telefon və sənəd oğurlaması məlum olub.

    Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları tərəfindən ötən il oktyabrın 26-da 1 avtomobildən 2 ədəd mobil telefon oğurlayan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əlizadə saxlanılıb.

    Nizami RPİ 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 23-də paytaxt sakini R.İbişovun 450 manat pulunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В Азербайджане психически больной четвертовал и повесил кота – СУД

    В Бакинском суде по тяжким преступлениям 7 февраля продолжился процесс по делу Виталия Колосова, обвиняемого в убийстве.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на процессе под председательством судьи Рамеллы Аллахвердиевой в качестве потерпевшей выступила сестра подсудимого Самира Рзаева.

    C.Рзаева заявила, что ее брат два раза пытался поджечь своего дядю:

    «Однажды он поджег сарай, в котором запер дядю. В другой раз, будучи пьяным, облил его ноги бензином. Дома он избивал мать и брата. Когда я была в Турции, то позвонила маме и спросила, как она себя чувствует. Мама ответила, что очень плохо, что он (Виталий) избивает брата. Я поняла, что ситуация серьезная, и вернулась. Я обратилась в полицию, заявив о его выходках. Полицейские порекомендовали отправить его в психбольницу. Однажды, находясь в доме, я услышала доносящийся со двора хрип своей матери. Выйдя, увидела, что он ее душит. Я стала звать на помощь».

    C.Рзаева добавила, что не раз хотела поместить брата в психиатрическую больницу, но тот не соглашался:

    «Он ломал дома все. Не раз совершал поджог. Четвертовал кошку и повесил ее. Ситуация была невыносима. Мы все-таки поместили его в психбольницу, но он оттуда сбежал».

    Судебный процесс продолжится 13 февраля.

    Отметим, что преступление было совершено 22 июля 2018 года в Хазарском районе Баку. На улице Демирйол произошел пожар, в результате которого Нина Соловейкина 1959 года рождения и ее 16-летний сын Вадим Соловейкин получили ожоги различной степени тяжести.

    Оба были госпитализированы в Республиканский ожоговый центр. Однако 24 июля В.Соловейкин скончался.

    Расследование показало, что старший сын семьи Соловейкиных – Виталий Колосов 1993 года рождения – поджег дом, когда его близкие спали.

    Выяснилось, что В.Колосов страдает психическим расстройством и состоит на учете в психиатрической больнице.

  • Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı – MƏHKƏMƏ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilən şəxsin bacısı Samirə Rzayeva ifadə verib.

    S.Rzayeva bildirib ki, qardaşı iki dəfə dayısını yandırmaq istəyib:

    “Bir dəfə tövlədə qapını bağlayıb yandırıb. Bir dəfə də yolda içkili olan zaman ayaqlarına benzin töküb və od verib. Evdə anamı, qardaşımı döyürdü. Mən Türkiyədə olanda anama zəng edib vəziyyəti soruşdum. Anam dedi ki, vəziyyət çox pisdir, uşağı döyür. Mən də vəziyyətin ciddi olduğunu bilib qayıtdım. O, evdə nə hərəkət edirdisə, polisə məlumat verdim. Polis gəlib dedi ki, bunu ancaq dəlixanaya aparmaq olar. Bir dəfə evdə olanda gördüm ki, anamın həyətdən xırıltılı səsi gəlir. Çıxdım ki, anamı boğur. Qışqırıb köməyə qaçdım. Sonra mənim arxamca düşdü”.

    S.Rzayeva qeyd edib ki, qardaşını dəfələrlə dəlixanaya yerləşdirmək istəyiblər. Amma o, bunu qəbul etməyib:

    “Getmək istəmirdi. Artıq hər yeri, hər şeyi dağıdırdı. Dəfələrlə evi yandırıb. Pişiyi dörd yerə bölüb evdən asırdı. Deyirdi ki, bu, yaxşı şeydir. Artıq dözülməz vəziyyət idi. Dəfələrlə evdən qaçıb. Biz məcbur olub onu dəlixanaya apardıq. Oradan da qaçmışdı. Qaçandan sonra neçə gün onu tapa bilmədik. Sonra onu dəmiryolunun kənarından tapdıq. Evə gələndə aqressiv idi. Deyirdi ki, məni niyə dəlixanaya salırsınız? Amma biz bacara bilmirdik”.

    Məhkəmə prosesi fevralın 13-də davam etdiriləcək.

    Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib.

    Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

    Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

    Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.
    //oxu.az

  • Gömrükdən rüsumsuz nə qədər mal keçirmək olar? – SİYAHI

    Bu yaxınlarda xaricdən dönən yaxın adamlardan birinə Dubay aeroportunda iki nəfər həmyerlimiz yaxınlaşaraq, iki mobil telefonu keçirməyə kömək etməsini xahiş edib. O razılaşmayıb və daha maraqlı hal Bakı aeroportunda yaşanıb.

    Belə ki, Bakı aeroportunda həmin adamın gözü önündə bir nəfərdən üç telefon çıxıb və onun malları müsadirə edilib. Sonra o da gömrük baxışından keçməsi üçün xüsusi otağa çağırılıb. Yoxlamalar nəticəsində məlum olub ki, hər şey qaydasındadır, onu buraxıblar və bu vaxt soruşublar:

    “Dubayda sizə də telefon keçirməyi təklif etdilərmi?”

    “Bəli”, – deyəndə isə bu cavabı eşidib:

    “Yaxşı ki götürməmisiniz”.

    Beləliklə, bu hadisələr son vaxtlar çox təkrarlandığından “Fiziki şəxs kimi xaricdən gömrük rüsumu ödəmədən nə gətirmək və neçəsini gətirmək olar?”, – sualı tez-tez yaranır.

    Median.Az bu siyahını artıq beş ildir ki, qüvvədə olan Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən sizə təqdim edir.

    Qaydalara görə, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

    Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı iki ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

    – Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;

    – Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

    – Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

    – Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

    – Müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;

    – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);

    – Aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;

    – Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

    – Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;

    – Əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.

    – Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən, avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

    – Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödənilir.

    – Fiziki şəxslər xarici valyuta sərvətlərini Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrindən “Valyuta tənzimi haqqında“ Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydaya əsasən keçirə bilərlər.

    Dövlət Gömrük Komitəsindən bildirdilər ki, eyni markalı eyni maldan üçüncüsü aşkar edildikdə bu, artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab edilir, ona görə də malların hamısı (qaydalarla icazə verilən iki ədəd də daxil olmaqla) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.

    Ya da həmin fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiləşdirməli, gömrük rüsumlarını ödəməlidir.

    Başqa bir variant isə həmin üç eyni əşyanın şəxsi istifadə üçün gətirildiyini sübuta yetirməkdir, bu isə əlavə vaxt itkisidir və siz sonda mənfi cavabla da üzləşə bilərsiniz.

    //oxu.az

  • Azərbaycana 10 ton dərman preparatı keçirmək istədilər – FOTO

    Bakı Baş Gömrük İdarəsi tərəfindən külli miqdarda dərman preparatları müsadirə edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Belə ki, “City Farm” MMC-nin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 000 kq, 12500 ABŞ dolları dəyərində “Yodex S Povidon” adlı dərman preparatları Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb.

    Məlum olub ki, Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib.

    Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.

    Azərbaycan Respublikasının vətəndaşı Həsənov Pərviz Telman oğluna Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.





  • AzTV-də daha bir – TƏYİNAT

    Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.

    7-ci Muğam Televiziya Müsabiqəsinin münsifləri heyətinə Xalq artisti Əlibaba Məmmədov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

    Müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək.

    Hazırda müsabiqə iştirakçılarının seçim turu davam edir. Bərdə, Gəncə, Şəki və İsmayıllıda regional dinləmələr başa çatıb. Fevralın 8-dən 11-nə qədər isə Bakıda – Beynəlxalq Muğam Mərkəzində seçim turu keçiriləcək və müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi yekunlaşacaq.

    Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

  • Bu il Bakıda qar olmayacaq – AÇIQLAMA

    Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim normasından yüksəkdir.

    Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

    Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda qarın yağması bölgələrdə gözlənir:

    “Fevralın 9-da Bakıda və Abşeron yarımadasında yağış, ayın 8-12-də dağlıq və dağətəyi ərazilərdə qar yağması gözlənir. Hazırda sinoptik şəraitlə əlaqədar ölkə ərazisinə soyuq hava kütlələrinin daxil olması üçün əlverişli şərait yoxdur. Ona görə, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur ki, havanın temperaturu iqlim normasından yüksəkdir”.

    Baş hidroloq Bakıda qarın yağmadığı illəri də açıqlayıb:

    “Qar yağmasını son illərlə müqayisə etdikdə, 2009, 2013, 2018-ci ildə Bakıda qar olmayıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2012-ci ildə müşahidə edilib.

    Hələ ki, fevral ayı yeni başlayıb. Havanın kəskin dəyişməsi barədə xəbər olarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bakıda 2011, 2012, 2017-ci illərdə qar yağıb. 2017-ci ilin fevralında Bakıda yağan qarın hündürlüyü 29 santimetr olub. Hava şəraiti elədir ki, atmosferdə tez-tez dəyişikliklər baş verir. Bunun üçün hava barədə daha dəqiq xəbər sutkalıq proqnozlardır”.

    Asif Verdiyev əlavə edib ki, Bakıda 1955-ci ildə 27, 2002-ci ildə 23,5 dərəcə isti olub.