Month: February 2019

  • Qazaxıstanda şaxtadan donaraq xəsarət alanlar var

    Qazaxıstanda hava şəraiti kəskin dəyişib. Şaxtalı hava şəraitinin kəskin surətdə dəyişməsi nəticəsində təcili tibbi yardım məntəqələrinə soyuqdan donmuş insanlar gətirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Pavlodar şəhərində 8 nəfər şaxtadan donub.

    Evsiz – “bomj” həyatı sürən şəxslər üçün xüsusi sığınacaq yeri təşkil edilib. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna olunmur.

    Qazaxıstan Hava məlumatı bürosunun yaydığı xəbərə görə, fevralın 6-9-da ölkənin şimal, şərq və mərkəzi hissələrində 40-45 dərəcə şaxta gözlənilir. Sinoptiklər bu qış mövsümünün son illərin ən sərt keçən qışı olacağını bildirirlər.

    Bununla əlaqədar müvafiq qurumlar tərəfindən əhaliyə zərurət yaranmayacağı təqdirdə küçələrə çıxmamaq, şəxsi nəqliyyat vasitəsindən istifadə etməmək tövsiyə edilib.

  • Ученые рассказали о самом опасном алкоголе

    Профессор Казанского государственного университета, эксперт ВОЗ Владимир Менделевич рассказал, что алкоголь входит в пятерку психоактивных веществ, способных вызвать у человека зависимость.

    По мнению эксперта, по этому параметру «тяжелее» алкоголя героин, крэк и кокаин. К этому списку профессор также отнес табак.

    «По смертности алкоголь оставляет далеко позади себя все», – приводит слова Менделевича РИА «Новости».

    Он уточнил, что на возникновение зависимости у человека влияние оказывают как внешние, так и внутренние факторы – частота употребления веществ и наследственность. Отмечается, что зависимость, как правило, появляется у людей с такими особенностями, как инфантилизм, травмирующее влияние «серости жизни».

    Исследователи из медицинской школы университета Индианы отмечают, что на выброс дофамина сильнее всего воздействует пиво. А максимальный эффект наблюдается у тех, чьи родственники страдали алкоголизмом.

    Работу мозга, отмечают ученые, меняют алкогольные напитки с кофеином – энергетики. В России их запретили продавать в прошлом году. Их действие сходно с кокаином, они вызывают нарушения в работе так называемой системы внутреннего подкрепления.

    При этом, подчеркивает Менделевич, человек может стать алкоголиком независимо от того, какой напиток он пьет.

    «Количество же выпиваемого, как и качество, не относится к диагностическим критериям. Ранжирования алкогольных напитков по степени привыкания в современной науке нет», – рассказал нарколог.

  • Bakıda quldurluq edən şəxslər saxlanılıb

    Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.

    DİN-dən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

    31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

    Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.

    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.//milli.az

  • Qubada müəllim işləyən bakılı qız – VİDEO – FOTO

    Quba rayonunun ümumtəhsil məktəblərində son illər fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda rayonun təhsil ocaqlarında 3 mindən çox pedaqoq şagirdlərə elmin sirlərini öyrədir. Onlardan 120 nəfəri ötən il müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanaraq Qubaya işləməyə gələnlərdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı şəhərindən olan gənc müəllim Nigar Bəşirova artıq ikinci tədris ilidir ki, Quba rayonundakı İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində çalışır.

    Gənc pedaqoq Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. Nigar Bəşirova işini sevdiyini, yolun uzaqlığının onun üçün ciddi çətinlik yaratmadığını deyir. Doğma şəhərindən uzaqda müəllimlik etməsi ilə qürur duyur.

    “Şəhərdə böyümüş bir qız üçün yeni bir mühitə uyğunlaşmaq istər-istəməz müəyyən çətinliklər yaradır. Amma səbir və inamla istənilən problemin öhdəsindən gəlmək mümkündür. Müəllimlik müqəddəs, eyni zamanda, yaradıcı işdir. Müəllimlik peşəsi məsuliyyət tələb edir. Xüsusilə də biz gənc müəllimlər daha diqqətli olmalıyıq. Çünki biz cəmiyyətimizin sabahı olan nəsillə işləyirik və səhvə yol verməməliyik”, – deyə N.Bəşirova bildirir.

    Gənc müəllim tarix fənnini fərqli üslubda tədris edir. Onun sözlərinə görə, bunun sayəsində şagirdlər bu dərsə böyük maraq göstərirlər. Nigar Bəşirova bütün bacarıq və istedadından istifadə edərək şagirdlərinə tarix fənnini sevdirməyi bacarıb.

    O deyir ki, kənddə yaşaması üçün lazımi şərait yaradılıb. “İşlə təmin olunduqdan sonra əsas məsələ kənddə yaşayacağım evi müəyyənləşdirmək idi. Hazırda mən məktəbimizə adı verilən şəhid İbrahim Şahmərdanovun ailəsi ilə birlikdə yaşayıram. Şahmərdanovlar ailəsində ilk gündən hörmət və qayğı ilə əhatə olunmuşam. Evdə hər cür şərait var. Rahat şəkildə sabahkı günün dərslərinə hazırlaşa bilirəm. Bu gün tək Qubada deyil, respublikamızın hər yerində bizim kimi gənc müəllimlər işlə təmin olunurlar. Vaxt var idi bölgələrdə, xüsusən də ucqar kəndlərdə fənn müəllimləri çatışmırdı. Hazırda dövlət səviyyəsində bu çətinliyin aradan qaldırılması üçün davamlı işlər görülür. Əvvəllər hətta rayon və kəndlərdən olan gənclər ali məktəbi bitirdikdən sonra geri qayıtmaq istəmirdilər. İndi isə dövlət tərəfindən bir sıra güzəştlər tətbiq edilir, gənclərə həvəsləndirici imtiyazlar verilir. Bu isə mənim kimi gənc müəllimlərin ucqar yaşayış məntəqələrində yerləşən məktəblərdə həvəslə çalışmağımıza stimul yaradır”, – deyə gənc müəllim vurğulayıb.

    İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində 415 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 35 pedaqoq məşğul olur. Qəçrəş kəndində 600 yerlik müasir məktəb binası Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının ikinci mərhələsi çərçivəsində inşa edilib.

  • В армии Азербайджана проводится учение

    Согласно утвержденному министром обороны, генерал-полковником Закиром Гасановым плану боевой подготовки на 2019 год, в Центре военных игр Вооруженных сил стартовало командно-штабное учение при компьютерной поддержке.

    Как передает Median.Az со ссылкой на Минобороны, основной целью учения ставится практическое применение командирами и штабными офицерами сил и ресурсов в различных условиях, возникших в ходе организации и ведения боя.

    Личный состав, привлеченный к учениям, с помощью симуляционных средств совершенствует знания, способности и навыки непрерывного, умелого и решительного управления подразделениями.

  • “Qadınlarımız dövlət sektorunda işləmək arzusundadırlar”

    Tədqiqatların analizi də onu göstərir ki, Azərbaycanda qadınlar dövlət sektorunda işləmək arzusundadırlar.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

    Komitə sədrinin sözlərinə görə, texniki, innovativ, neft sənayesi və digər sahələrdə qadınların sayı artmaqdadır.

    H.Hüseynova əlavə edib ki, işləyən qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda fəaliyyət göstərir:

    “Qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları fərqi aradan qaldırmaq məqsədilə yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Dövlət Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlib. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu, pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq”.

  • Karl Marksın məzarına vandal hücumu olub

    Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına vandal hücumu olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları siliblər. Qəbiristanlıq müdiriyyətindən bildiriblər ki, məzarın başdaşını bərpa etmək çətindir və yaxın aylarda bu mümkün olmayacaq.

    Highgate qəbiristanlığının idarəçisi İan Dangevel deyib ki, Marksın məzarına bir neçə dəfə bu cür hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir. “Son illərdə də başdaşının üzərindən Marksın başı olan heykəlin qoparılması və onun rənglənməsi cəhdləri göstərilib. Son insident daha məyusedicidir. Çünki məzarın üzərindəki ağ mərmər lövhə oğurlanıb. Bu əməlləri törədənlər çox sərsəm adamlardır”, -deyə Dangevel əlavə edib.

  • В Азербайджане пресекли незаконную перевозку сигарет

    В Главное оперативно-следственное управление Государственного таможенного комитета Азербайджана поступила информация о незаконной перевозке, хранении и реализации табачных изделий без акцизных марок, сообщает в среду Trend со ссылкой на госкомитет, передает Median.Az.

    В результате совместных оперативных мероприятий, проведенных сотрудниками оперативных управлений Главного оперативно-следственного управления и Главного южного территориального управления Госкомитета, был задержан гражданин Азербайджана Алиев Ибрагим Азим оглу. У него были обнаружены и изъяты 5000 сигарет Marlboro Gold, 2200 сигарет Marlboro Flavor Code, 9600 сигарет Kent İnfina, 7800 сигарет Kent White, 19200 сигарет Kent Silver, 6000 сигарет Cavallo, 1600 сигарет Senator – в общей сложности 51400 сигарет.

    По факту ведется расследование.

  • Президент дал поручение в связи с землетрясением

    Президент Азербайджана Ильхам Алиев дал поручения в связи с устранением последствий вчерашнего землетрясения.

    Как передает Азертадж, согласно поручению главы государства, руководители соответствующих структур встретились с гражданами, понесшими ущерб в результате стихии, ознакомились с последствиями подземных толчков.

    Жителям была оказана своевременная помощь и созданы условия для их временного размещения.

    В связи с землетрясением на горячую линию МЧС поступило 73 обращений по четырем районам.

    В обращениях отмечается отсутствие серьезных последствий. В домах сильных разрушений не произошло. В стенах домов внутри и снаружи образовались определенные трещины.

    В регион из соответствующих структур МЧС

    оперативно были привлечены 118 сотрудников, 15 единиц техники и специально обученные собаки.

    Согласно поручению главы государства, для оценки обстановки и устранению последствий глава МЧС генерал-полковник Кемаледдин Гейдаров, директор Республиканского центра сейсмослужбы Гурбан Етирмишли, глава ИВ Шамахинского района Тахир Мамедов и другие руководящие лица министерства ознакомились с состоянием поврежденных зданий, побеседовали с местными жителями.

    Согласно указанию президента Ильхама Алиева, ситуация взята под полный контроль.

  • Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”

    “Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir”.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını “Facebook” səhifəsində belə dəyərləndirib.

    “Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, – deyə o yazıb.

    Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək.