Month: February 2019

  • “Könüllülər” prokurorluq orqanlarında….

    Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.

    Baş Prokurorluqdan Qaynarinfo-ya daxil olan məlumata görə, 2018-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin ediliblər.

    Son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Baş prokuror tərəfindən 6 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilib. Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulub.

    Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.

  • Азербайджан готовит дорожную карту развития пенсионной системы

    В Азербайджане разрабатывается дорожная карта развития пенсионной системы, сообщает в среду Trend со ссылкой на министерство труда и социальной защиты населения, передает Median.Az.

    С этой целью для подготовки соответствующих предложений в министерстве действует рабочая группа, к этим работам привлечены международные эксперты. Согласно поручению главы государства, одним из направлений проводимых реформ также является продолжение роста минимальной и средней пенсии.

    Отметим, что в Азербайджане зарегистрировано 1,3 миллиона пенсионеров. 58,3 процента из них получают пенсии по возрасту, 30,1 процента – по инвалидности, 11,6 процента – в связи с потерей кормильца. В прошлом году среднемесячный размер трудовой пенсии повысился на 6,8 процента, а размер трудовой пенсии по возрасту – на 7,3 процента.

  • Suraxanıda evli kişi qonşusu olan 13 yaşlı qızı zorladı

    Bakıda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
    Hakimlər kolelgiyasının hökmünə əsasən T.Ismayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Cinayət işində zərərçəkmiş qismində Y.V.Sergeyevna, qardaşı və atası tanınıb.

    İttiham aktına görə, 2018-ci ilin sentyabr ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə kirayədə qalan 2005-ci il təvəllüdlü şəxs rayon prokurorluğuna müraciət edərək bildirib ki, eyni həyətdə yaşadığı İsmayılov Taleh Valeh oğlu onu zorlayıb.

    Qeyd edək ki, azyaşlı Ağstafa rayon sakinidir, Bakıda isə ailə üzvləri ilə birgə kirayədə qalır. Taleh İsmayılov da həyat yoldaşı ilə birgə eyni həyətdə kirayədə yaşayıb. Onlar arasında qonşu kimi münasibətlər yaranıb və Taleh, 13 yaşlı qızın ailə üzvlərinin evdə olmamasından istifadə edərək, onu zorlayıb.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və İsmayılov Taleh Valeh oğlu təqsirləndirilən şəxs qismində həbs edilib.

  • Sumqayıtda ÜDM istehsalı 35 faiz artıb, 7 min yeni iş yeri yaradılıb

    Sumqayıtda ümumi daxili məhsul (ÜDM) istehsalı 35 faiz artıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

    Qeyd olunub ki, 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılıb, muzdla işləyən işçilərin orta aylıq əməkhaqqı 500 manat həddini ötüb.

    Ötən ilin iyul ayında dövlət başçısı ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polimer” MMC-nin Polipropilen istehsalı zavodunun açılışında iştirak edib. Kanada və Avstriya texnologiyası əsasında ildə 180,0 min ton məhsul istehsalı edəcək zavodda 500 nəfər işlə təmin edilib.

    Prezident İlham Əliyevin Sumqayıta noyabrda növbəti səfəri zamanı Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faizli xarici investisiya hesabına inşa edilmiş ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək İnşaat kimyəviləri zavodunun, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək, investisiya dəyəri 51 milyon dollar olan Əlvan metallar və ferroərintilər zavodunun və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabrikinin açılışlarında iştirak edib. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılıb.

    Həmçinin qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun bu il yanvarın 16-da ölkə rəhbərinin iştirakı ilə açılışı olub. Zavodda 500 nəfər daimi işlə təmin ediləcək. Bu, müstəqillik tarixində Sumqayıtda ən böyük layihədir.

    Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezidenti üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb. Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatıb. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır.

    Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ÜDM istehsalı 2,6, sənaye məhsulu istehsalı 2,9, investisiya qoyuluşu 3,5 dəfə artıb, 32 819 yeni iş yeri yaradılıb. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb.

    Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 456 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 2,5 dəfə və ya 276 milyon manat artım deməkdir.

    Ötən dövr ərzində ticarət dövriyyəsi 912 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.

    İqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirlərinin proqnozu 112,3 faiz, xərc isə 100 faiz icra olub.

    Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalıb, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 2520 nəfər işlə təmin olunub. Mövsümi işlərə 1590 nəfər cəlb edilib.

  • Президент отменил решение Кабмина по лесному хозяйству

    Президент Ильхам Алиев с учетом поступающих с мест обращений дал указание Кабинету министров отменить изменения в решение №636 от 27 декабря 1993 года «О правилах привлечения к материальной ответственности за ущерб, нанесенный лесному хозяйству».

    Об этом сообщает АЗЕРТАДЖ.

    Отметим, что лицо, без законного основания собравшее фрукты в лесном хозяйстве, обязано вернуть их обратно. В случае, если это невозможно, нанесенный ущерб возмещается по регулируемым государством ценам, а если государство не регулирует цены – по свободным продажным ценам.

    Напомним, что согласно изменениям в решении, были введены штрафы за сбор фруктов в лесу без разрешения. Изменения, внесенные Кабмином, предусматривали значительное повышение выплат за сбор фруктов и растений без законного основания.

  • Cəlilabadda 3 otaqlı ev yanıb

    Cəlilabadda yanğın olub.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Şəkidə yol qəzası baş verib, yaralananlar var

    Şəki rayonunda yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Şəki rayonunun İbrahim kənd sakini, 1994-cü il təvəllüdlü Simral Rüfət oğlu Mirzəmmədov idarə etdiyi “Ford” markalı minik avtomobilini yol kənarındakı ağaca vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Rəvan Rafiq oğlu Əhmədli və Şəki şəhər sakini 1993-cü il təvəllüdlü Yasin Şahin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan Y.Sadıqov daha sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralılar – S.Mirzəmmədov və R.Əhmədlinin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Мурад Ширалиев покинул Межбанк

    Заместитель председателя правления ОАО «Международный банк Азербайджана» (МБА) Мурад Ширалиев уволился с должности.

    Как передает Median.Az, М.Ширалиев получил назначение на пост директора компании Solaris GmbH.

    По сообщению, М.Ширалиев написал заявление об увольнении в декабре 2018 года.

    На его место еще в декабре прошлого года был назначен Васиф Ахмедов.

    Отметим, что сын министра здравоохранения Азербайджана Мурад Ширалиев был заместителем председателя правления МБА с июля 2015 года.

  • Murad Şirəliyev “Beynəlxalq Bank”dan işdən çıxdı

    “Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Murad Şirəliyev işdən çıxıb.

    M.Şirəliyevin “Solaris GmbH” şirkətində direktor vəzifəsinə təyinat aldığı bildirilir.

    Məlumata görə, M.Şirəliyev 2018-ci ilin dekabr ayında işdən ayrılmaqla bağlı ərizə yazıb.

    Onun yerinə elə ötən ilin dekabrda Vasif Əhmədov təyin edilib.

    Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay – 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub.

  • Yüzlərlə avtomobilin şüşəsini sındıraraq oğurluq edənlər tutulub – FOTO

    Paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar.

    Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.

    Araşdırmalar zamanı onların başqa cinayətlərinin də üstü aşılıb.

    Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub.

    Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

    Faktla bağlı cinayət işi açılıb.//oxu.az