Month: February 2019

  • Azərbaycanı “Eurovision”da Çingiz təmsil edəcək? – YENİLƏNİB

    Ötən gün sosial mediada “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsində müğənni Çingiz Mustafayevin Azərbaycanı təmsil etməsi ilə bağlı yayılan xəbər yayılıb.

    Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova Instagram hesabında məlumatları təkzib edib:

    “Dostlar, sizə xəbərim var – “Eurovision-2019” Azərbaycan təmsilçisi hələ də seçilməyib. İctimai Televiziya həm iştirakçı, həm mahnı seçımlərini hələ də davam etdirir. Səbirli olun. Yalan və təsdiqlənməmiş məlumatları bizim dostlarımız “İnfe Azərbaycan”a çatdıran adamlara isə ar olsun ”.

    * * * * *

    “Eurovision 2019” mahnı yarışması üçün Azərbaycan seçimləri yekunlaşıb. Ölkəmizi bu nüfüzlu beynəlxalq müsabiqədə təmsil edəcək finalçının adı açıqlanıb.

    Bu haqda müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” məlumat dərc edib.

    Ölkəmizi bu il İsraildə gənc və istedadlı müğənni Çingiz Mustafayev təmsil edəcək.

    2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

    “Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzulamağa cürət et”) olacaq. İsrail təmsilçisi Netta Barzilay “Toy” (“Oyuncaq”) mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.

    Qeyd edək ki, ölkəmizi bəynəlxalq yarışmada təmsil edəcək Ç. Mustafayev ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olub. İfaçı məhz bu yarışmadan sonra peşəkar və böyük səhnəyə ayaq açıb.

    O, oxumaqla yanaşı qitarada məharətlə ifa edir. Bir neçə il öncə isə Mustafayev Kiyev şəhərində keçirilən “Qolos Kraini” səs yarışmasına qatılıb. Sözügedən müsabiqədə ifa etdiyi “Bamboleo” bəstəsi Çingizə böyük uğur qətirib və o, yarışmanın növbəti mərhələsinə addımlayıb.

    Çingiz Mustafayev özünü bəstəkar kimi də sınayır. O, repertuarında olan bir çox mahnıları özü bəstələyib.
    //oxu.az

  • Задержаны лица, ограбившие оператора АЗС в Геранбое

    Как сообщает Median.Az, cотрудники Геранбойского РОП в ходе оперативно-розыскных мер задержали жителей Товузского района, ранее судимого Р.Гулиева и И.Гасанова.

    Установлено, что 1-го февраля примерно в 23 часа Р.Гулиев находясь за рулем автомобиля марки “Subaru”, а И.Гасанов в качестве пассажира приехали на автозаправочную станцию (АЗС) в г.Далимамедли. Они заполнили бензин на 10 манатов, но обманув оператора тем, что у них нет мелких денежных купюр, заведомо взяли у потерпевшего 90 манатов, пообещав, что дадут ему 100 манатов и уехали.

    В связи с этим руководство АЗС 3-го февраля обратилось в полицию.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 180 (грабеж) УК Азербайджана.

  • Goranboyda YDM-nin operatoruna qarşı soyğunçuluq edənlər tutulub

    Median.Az xəbər verir ki, fevralın 3-də Goranboy RPŞ-nə daxil olmuş müraciətdə, fevralın 1-i saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq
    90 manat pulunu aldığı bildirilib.

    Araşdırma zamanı “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub, xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alıb, hadisə yerini tərk etmələri müəyyən edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quliyev və İ.Həsənov saxlanılıblar.

    Göranboy RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Азербайджане начальнику тюрьмы угрожают расправой

    В Азербайджане начальнику тюрьмы поступило письмо с угрозами покушения.

    Как сообщили в Пенитенциарной службе, последние дни пользователь соцсети, представляющийся под именем Зумруд Йагмур, вновь начал делиться ложными сообщениями клеветнического характера о том, что заключенные Гобустанской тюрьмы Талех Багирзаде и Аббас Гусейн подвергаются побоям и пыткам со стороны начальника учреждения Афтандила Агаева, лишены законных прав, из-за чего, в знак протеста, проводят акцию голодовки.

    Сообщается, что некоторые СМИ, публикуя подобные ложные сообщения со ссылкой на вышеуказанного пользователя, вводят в заблуждение общественность, в результате, некоторые лица публикуют в разделе комментариев этих сайтов угрозы и оскорбления в адрес начальника тюрьмы А.Агаева и членов его семьи. А.Агаеву было отправлено даже письмо с угрозами покушения.

    Пенитенциарная служба Минюста отмечает, что подобные противозаконные действия носят провокационный характер, а тем лицам следует осознавать свою ответственность.

    В связи с этим Пенитенциарная служба Минюста направила обращение в в правоохранительные органы.

    «В находящихся в ведении Пенитенциарной службы исправительных учреждениях осужденные не подвергаются пыткам или иным незаконным действиям, в настоящее время со стороны заключенных никаких акций голодовки не проводится.

    Сотрудники Аппарата Омбудсмена, а также члены Общественного комитета при министре юстиции регулярно навещают как вышеперечисленных осужденных, так и других заключенных в подведомственных Минюсту исправительных учреждениях и следственных изоляторах, знакомятся с условиями их содержания и защитой их прав», – говорится в сообщении.

  • Azərbaycanda həbsxana rəisi ölümlə hədələndi

    Həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.

    Penitensiar xidmətdən oxu.az-a verilən məlumata görə, son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb.

    Bildirilir ki, bəzi informasiya saytları həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə, ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi A. Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A. Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər.

    Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidir.

    Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib.

    “Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir.

    Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq.

    Ombudsman aparatının əməkdaşları, habelə ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olaraq baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar”, – deyə məlumatda bildirilir.

  • Komitə sədri: “Hər üç qadından biri zorakılığa məruz qalır”

    “Məişət zorakılığı qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır”

    Median.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər” sərlövhəli məqaləsində yazıb.

    O, bildirib ki, zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir.

    “Təhlillər göstərir ki, gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir”.

    Komitə sədri qeyd edib ki, ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır: “Bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qısqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin”.

  • Ramiz Əzizbəyli : “Yanıma gəlmək olmaz”

    “Özümü yaxşı hiss edirəm. Hələ ki, yataqdayam. Yanıma gəlmək olmaz”.

    Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında bir müddət əvvəl əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli deyib.

    Xalq artisti ayağındakı problemlə bağlı bunları deyib: “Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələ ki, fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələ ki, biz onların cavabını gözləyirik”.

    Xalq artistinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı kəsilməyəcək.

    R.Əzizbəyli səhhətindəki ümumi vəziyyətdən də danışıb: “Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır”.

    Xatırladaq ki, ötən ilin dekabrında Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. Xalq artistinin qızı isə saytımıza açıqlamasında atasının digər ayağında bənzər riskin yaranmaması üçün Ramiz Əzizbəylinin yenidən əməliyyat oluna biləcəyini söyləmişdi.

  • SON DƏQİQƏ: Bakıda zəlzələ oldu – VİDEO

    Bakıda zəlzələ oldu. 

    ​Y​​​eraltı təkanlar saat 23:30 radələrində baş verib. 

    Zəlzələ yüksəkmərtəbəli binalrada hiss olunub. 

    Xatırladaq ki, bu gün saat saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. 

    Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 19 km olub. //Baku.ws

  • Azərbaycanda 60 yaşlı ruhi xəstə özünü bıçaqladı

    Azərbaycanda ruhi xəstə özünü bıçaqlayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün Gəncə şəhərində baş verib. Şəhər sakini 1969-cu il təvəllüdlü İyəddin Məmmədov bıçaqla özünə xəsarətlər yetirib.

    Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan İ.Məmmədova ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, xoşbəxtlikdən bıçaq yaşlı kişinin qarın boşluğunu zədələyib.

    Hazırda özünə xəsarət yetirən şəxs polis nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır.

  • Как пили чай в Азербайджане – АРХИВНЫЕ ФОТО

    Чай – это национальный напиток в Азербайджане. В любом азербайджанском доме гостю первым делом предлагался чай. Он известен в стране с XII века – именно в это время в поэмах великого поэта и мыслителя Низами встречаются первые упоминания о чае, передает Median.Az со ссылкой на echo.az.

    Войдя прочным образом в национальную культуру, чай и церемония чаепития не могла не “выплеснуться” из домов на улицы. И возникли чайханы.

    В Азербайджане не было, наверное, ни одного селения, а в городе – ни одного квартала, где не имелось бы чайханы. В известном смысле это было заведение, призванное сохранять стабильность в обществе.

    Предлагаем вам посмотреть на эти уникальные архивные фотографии: