Month: February 2019

  • Parisdə iğtişaşlar başladı

    Parisdə keçirilən etiraz aksiyası zamanı iğtişaşlar başlayıb.

    RİA “Novosti” agentliyinin məlumatına görə, bir qrup maskalı şəxs bankın və “Mcdonald`s” restoranının vitrinlərini sındırıb.

    Etirazçılar həmçinin bankomatı yandırıblar, valyuta dəyişmə məntəqəsini dağıdıblar.

    Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyaya ilk dəfə “sarı jiletlər” qoşulub. Aksiya iştirakçıları minimal əmək haqqının 20 faiz artırılması, qadın və kişilər üçün bərabər əmək haqqı, vergi islahatlarının aparılması və digər tələblər irəli sürüblər.

  • Bakıda böyük peşə təhsili kompleksi tikiləcək

    Bakıda böyük peşə təhsili kompleksi tikiləcək.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə millət vəkili İsa Həbibbəyli deyib.

    Millət vəkili bildirib ki, peşə təhsili sahəsində Cənubi Koreya ilə birgə layihə hazırlanır. Bu layihə ilin sonuna kimi başa çatdırılacaq.

    İsa Həbibbəyli qeyd edib ki, ölkədə “Peşə təhsili haqqında” qanunun tətbiqinə başlanılıb. Hazırda paytaxtda və bölgələrdə peşə təhsili sektoru da sürətlə genişləndirilir və inkişaf etdirilir. Bu sahədə böyük rəqabət mühiti də yaranıb.

    İsa Həbibbəyli vurğulayıb ki, peşə təhsilinin həm praktiki, həm də digər cəhətlərdən dünya təcrübəsinə sahib olması üçün güclü maddi-texniki baza yaradılır.

  • Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı

    Bakıda bəzi mağazalarda sellofan torbalar artıq pulla satılır.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, mağazadan aldığın əşyanı qoymaq üçün əvvəllər pulsuz verilən sellofan torbalara görə indi minimum 20 qəpik ödəyirsən. Məqsəd ekologiya üçün ciddi təhlükə sayılan polietilen torbalardan istifadəni minimuma endirməkdir.

    Mağaza sahibi İskəndər Cəbiyev deyir ki, torbaların pulla satışına 1 həftədir başlayıblar.

    İskəndər Cəbiyevin sözlərinə görə, onların bu addımına əksər alıcının münasibəti müsbət olub.

    Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilən torbaların məhdudlaşdırılması ilə bağlı tədbirlər planı hazırlayıb. Tədbirlər planında plastik tullantılardan, xüsusən də polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

  • Беспорядки в Париже

    Беспорядки начались на акции протеста в Париже, группа молодых людей, скрывающих лица за масками, разбила витрины банка и одного из ресторанов сети быстрого питания Mcdonald’s на улице Риволи, передает корреспондент РИА Новости.

    Хулиганы также подожгли банкомат, разгромили пункт обмена валют. Полиции в этот момент рядом не было.

    В настоящее время видны усиленные наряды правоохранительных органов, которых провоцируют протестующие, выкрикивая в их адрес оскорбления и бросая камни.

    Акция, организованная французскими профсоюзами, к которой впервые присоединились “желтые жилеты”, началась после 14.00 во французской столице.

    В числе требований участников акции – повышение минимальной оплаты труда на 20%, равная зарплата для женщин и мужчин, проведение налоговой реформы, развитие государственных служб, справедливая экологическая реформа.

  • Çoxmənzilli binaların dam örtüyü yenilənir

    Sumqayıt şəhərində 263 binanın tol örtüklü damları kirəmit örtüklə dəyişdirilir. Ötən gün prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın icrasına başlanılıb. Sərəncamda nəzərdə tutlan digər şəhərlərdə də təmir işləri aparılır.

    Sumqayıtda 263 çoxmənzilli binanın toldan olan dam örtüyü yenilənəcək.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bütün binaların damı müasir görünüşlü kirəmit örtüklə əvəzlənəcək.

    Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Rövşən Fərəcov bildirib ki, artıq binalarda təmir işilərinə başlanılıb.

    Binaların dam örtüyünün dəyişdirilməsi sakinlərin də ürəyincə olub.

    Dam örtüyü təmir ediləcək 379 çoxmənzilli binadan 50-i Gəncənin payına düşür. Artıq şəhərin mərkəzi hissəsindəki beşmərtəbəli binalarda işə start verilib. Sakinlər dam ötüklərinin dəyişdirilməsi təşəbbüsünü məmnunluqla qarşılayırlar.

    Təmir işləri çoxmərtəbəli binalardan başlayaraq mərhələli şəkildə həyata keçiriləcək. Ümimilikdə, ötən ilin oktyabr ayında imzalanan sərəncamla təmir edilən binalarla birlikdə Gəncədə 200-dək binanın dam örtüyü dəyişdirilmiş olacaq.

    Bundan əlavə, Şirvanda 30, Şəkidə 28, Qazaxda isə 8 çoxmənzilli binanın dam örtüyü təmir ediləcək.

  • Hamilələr qışda bunlara diqqət etməlidir – İki nəfərlik qidalanmayın!

    Qış aylarında daha sağlam və gümrah hamiləlik keçirmək üçün bir sıra məqamlara diqqət edilməlidir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, qış mövsümündə soyuq və qrip infeksiyaları ən çox hamilələrə təsir edir. Buna görə də bəzi onlar daha çox diqqətli olmalıdırlar.

    Yetərincə havalandırılmayan otaqlar hamilə qadınlar üçün böyük təhlükə yaradır. Qış mövsümündə evin qapalı qalması səbəbindən təbii qaz, toz, tütün tüstüsü hamilə qadınların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən də evi hər gün havalandırmaq lazımdır.

    Bağlı yerlərdə çox qalmayın. Qrip infeksiyasının artdığı qış aylarında qapalı məkanlar xəstəliyə yoluxmaq üçün ən əlverişli mühitdir. Buna görə də alış-veriş mərkəzləri kimi yerlərdən kənar qalmaq məsləhətdir.

    İnsanlarla yaxın təmasdan çəkinin. Gələcək analar əllə salamlaşmaqdan, qucaqlaşmaqdan və öpüşməkdən mümkün qədər uzaq durmalıdırlar. Əllər tez-tez isti su və sabunla yuyulmalıdır.

    Əsasən pambıq və hava keçirən geyimlər istifadə edilməlidir. Sintetik, hava keçirməyən və tərlədən geyimlər göbələk infeksiyasına səbəb ola bilər.

    Yaxşı olardı ki, hamilə qadınlar tək qatdan ibarət qalın geyimlər əvəzinə, bir neçə qatdan ibarət pambıq və ya yun geyimlərə üstünlük versinlər.

    Ayaqların isti olması üçün isə pambıq və yun corablar geyinilməlidir.

    Hamiləlikdə kolbasa məhsulları istifadə etmək olmaz. Hamiləlik zamanı iki nəfərlik qidalanmayın. Belə ki, gələcək analar əlavə olaraq 9-12 kq çəki ala bilərlər. Bundan artığı ana və körpəyə zərər verə bilər.

    Kolbasa məhsullarının tərkibindəki qatqı maddələri orqanizmdə toksik maddələrin yaranmasına səbəb olur ki, bu da həm ana, həm də körpə üçün çox təhlükəlidir.

    Şirin qazlı içkilərdən uzaq durun, bu, çəki almağınıza səbəb ola bilər.

    Hamiləlik boyunca yüksək miqdarda kofein qəbulu körpələrin beyin inkişafına zərər verə bilər. Buna görə də kofein istifadəsinə diqqət yetirilməlidir.

  • Velosipedlə dünya turuna çıxan polşalı turist Tovuzda

    Polşalı turist Lukas Oqonovski iti ilə birgə dünya turuna çıxıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, əslən polyak olan 38 yaşlı Lukas Oqonovski velosipedlə dünya turuna başlayıb. Bu vaxta qədər dünyanın 10-dan çox ölkəsində olan turist 56 ölkəni gəzməyi planlaşdırıb. İndiyədək velosipedlə 52 min kilometr məsafə qət edib. İti isə ona dünya səyahətinə Gürcüstanın Kabuleti şəhərindən yoldaşlıq edir. Belə ki, yoldan keçərkən ac və susuz vəziyyətdə tapdığı iti elə Gürcüstan ərazisində baytara apararaq ona lazımi vaksin vurdurub, sonra isə sənədləşmə işinə başlayıb. İtə pasport alınmasına 300 dollar vəsait xərcləyib. Yol yoldaşına isə “Nuniya” adını qoyub.

    Polşalı turist ölkəmizə ilk dəfə səfər etdiyini deyib.

    Turist Tovuzdan sonra Gəncə və Yevlax şəhərlərindən keçərək Bakıda olacaq. Oradan isə dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdırır. Polşalı turist Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür.

  • Play Station Network перестала работать в нескольких странах

    Сбой в работе сервиса загрузки мультимедийного контента и проведения сетевых многопользовательских игр Playstation Network наблюдается во вторник в ряде стран мира. Об этом, как передает Trend со ссылкой на ТАСС, сообщает сервис Downdetector, отслеживающий работу популярных интернет-ресурсов.

    “Проблемы в работе Playstation Network наблюдаются с 11:33 по времени Восточного побережья США”, – говорится в сообщении.

    Больше всего на неполадки жалуются пользователи в Великобритании, Германии, Франции и Австрии. С проблемами также столкнулись в США, Италии, Норвегии и Японии.

  • Məktəb direktorlarının yerləşdirilməsinə başlanılır

    Sabahdan məktəb direktorlarının işə qəbulu üzrə müsahibə mərhələsində uğur qazanan namizədlərin yerləşdirilməsinə başlanılacaq. Müsahibə mərhələsindən keçən, lakin təklif olunan vakant yerdə işləmək istəməyən namizədlərin təyinatı növbəti vanaksiyalarda nəzərə alınacaq.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

    O bildirib ki, müsahibə mərhələsindən keçən namizədlərə təklif olunan yerlər onların nəticələrinə əsasən seçilir.

    Müsabiqə prosesi uzun olduğundan, bu müddət ərzindən yaranan yeni vakant yerlər namizədlərə eklektron ərizlərərini dolduran zaman təklif olunur. Yerdə qalan vakant yerlər isə direktor müavinlərinə və ya məktəbin səriştəli müəllimlərindən birinə həvalə edilir. Həmin şəxslər də növbəti müsabiqəyə qatılaraq uğur qazandığı təqdirdə təyinatına baxılır.

    Direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edən 1500 namizəddən 730 nəfəri keçid balını toplayıb. Onlardan a 228 nəfəri müsahibə mərhələsində müsbət qiymətləndirilib.Hazırda nazirlik tərəfindən müsabiqənin yekun-yerləşdirmə mərhələsi həyata keçirilir. Sabahdan etibarən uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək.

  • Biləsuvarda çay sahili zibilxanaya çevrilib

    Biləsuvar rayonunun Bolharı çayının sahili zibilxanaya çevrilib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, mövsümün qış, havanın soyuq olmasına baxmayaraq, məişət tullantılarının üfunəti kənardan hiss olunur.

    Burada sahil boyu it və qoyun leşlərinə, uşaq bezlərinə və hər cür məişət tullantılarına rast gəlmək mümkündür.

    Sakinlərin sözlərinə görə, məişət tullantılarını çaya elə sakinlərin özləri atırlar. Səbəb kimi isə ərazidə zibil qutularının olmaması göstərilir.

    Onu da öyrəndik ki, sözügedən ərazidə əvvəllər zibil qutuları qoyulubmuş. Sonradan iki küçənin sakinləri arasında baş verən mübahisə səbəbindən qutular ordan götürülüb.

    Məsələ ilə bağlı Biləsuvar Şəhər Kommunal Kombinatının iş icraçısı Qeyrətəli Məmmədov bildirdi ki, həmin ərazidə dəfələrlə təmizlik işləri aparılıb. Amma sakinlər məişət tulantılarının daşınması üçün kombinatla müqavilə bağlamaqdansa, zibilləri çay sahilinə tökməyə üstünlük verirlər.

    Kombinatdan bildirdilər ki, buna baxmayaraq, qısa vaxt ərzində problem aradan qaldırılacaq.