Month: February 2019

  • Начался суд над лжеполицейским, совершавшим в столице грабежи

    В Бакинском суде по тяжким преступлениям начался судебный процесс в отношении жителя столицы Шабана Мамедова, обвиняемого по статье 180.2.2 (грабеж, совершенный повторно) УК Азербайджана.

    Как сообщает Median.Az, 30-го октября прошлого года cогласно сообщению МВД, житель столицы Ульви Абдуллазаде, обратившись
    в Хатаинский РУП заявил, что в парке возле Украинского круга к нему приблизился незнакомец и, представившись сотрудником полиции, отобрал у него 100 манатов.

    В результате оперативно-розыскных мер сотрудники полиции задержали Шабана Мамедова.

    Следствие установило, что Мамедов представлялся сотрудником полиции, не являясь таковым в действительности, и в результате аналогичным путем ограбил еще четырех граждан.

    О завершении судебного процесса будет дана соответствующая информация.

  • Vətəndaşlara qarşı soyğunçuluqlar törədən saxta “polisin” məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şaban Məmmədovun CM-nin 180.2.2-ci (soyğnuçuluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 30-da DİN məlumat yayıb ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai RPİ-nə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şaban Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. Araşdırma zamanı onun, daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etməsi məlum olub.

  • Azərbaycandan gəmiylə 9600 dollar çıxarmaq istəyənlər saxlanıldılar – FOTO

    Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən “Berkarar”Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistan Respublikasına getmək istəyən “Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar.

    Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.

    Lakin hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı “Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9600 ABŞ dolları aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mehriban Xanlarovadan kişilərə nəsihət: Hansısa yaxşı oğlanın bacısı…

    Aktrisa Mehriban Xanlarova kişilərə müraciət ünvanlayıb.

    Əməkdar artist “İnstagram” paylaşımında zərif cinsin nümayəndələri barədə artıq-əskik danışan güclü cinsin nümayəndələrinə belə bir nəsihət verib:

    “Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün o qızı mövzu olaraq istifadə edib, artıq-əskik söhbətlər etməyin. Ola bilsin, o qız sənin yaxının deyil, ola bilsin sənin dostlarından kiminsə bacısı deyil, amma hansısa yaxşı oğlanın bacısı ola bilər. Ən əsası isə o qızdan sənin də evində var. Evində yoxdursa, dayıngildə var, dayıngildə yoxdursa əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var. Buna görə də, hansısa qızın haqqında artıq-əskik danışmadan bunları düşünün”!

  • GÖMRÜK: “Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq”

    Azərbaycandan xaricə səfər edən ölkə vətəndaşları ölkəyə qayıdarkən alıb gətirdikləri əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyətlər və qadağalarla üzləşiblər. 

    FED.az-a müraciət edən şəxslər bildirib ki, şəxsi istifadə olunan bir neçə kiçik əşyaların gətirilməsi zamanı gömükdə onların keçirilməsinə icazə verilməyib və bildirilib ki, şəxsi istifadə üçün gətirilən malların sayı və məbləği, eyni zamanda həm qiymət, həm də say limiti ilə məhdudlaşıb.

    Dövlət Gömrük Komitəsində FED.az-a belə bu məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün yalnız 2 ədəd gətirmək olar. 3-cü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub.

    «Həmin qaydalara görə, xaricdən gələnlər özləri ilə şəxsi istifadə üçün eyni əşyadan maksimum 2 ədəd gətirə bilərlər»-deyə Komitədən bildirilib. Maraqlıdır ki, bu qayda istənilən təyinatlı və istənilən qiymətə olan əşyalara aiddir. Məsələn, hətta qiyməti bir neçə dollar olan suvenirlər və ya kitabların eynisindən cəmi 2 ədəd gətirilməlidir.

    «Bir əşyadan 3-ü gətirilsə necə?» sualının cavabında Komitədən bildirilib ki, həmin əşyadan 3-cüsü olsa, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.

    Komitədə bildirilir ki, əşyaların sayı 3-dən artıq olduqda fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiəşdirməlidir. Və həmin mallardan vergi rüsumlar tutulacaq. Komitədən bildirilib ki, əşyaların sayı 3 və ya ondan artıq olduqda onların kommersiya məqsədli sayılıb sayılmamasına gömrük işçiləri qərar verəcəklər. Bu zaman şəxsin sərhədi nə qədər tez-tez keçməsi, bundan əvvəlki hallarda xaricdən gələrkən hansı malları gətirməsi və sair məsələlər nəzərə alınacaq: “Ola bilər ki, gömrük işçiləri bu amilləri nəzərə alaraq həmin 3 əşyanı şəxsi istifadə üçün gətirilən kimi qəbul etsinlər və onun keçirilməsinə icazə versinlər, amma ola bilər ki, buna icazə verilməsin. Sadəcə qərarda 1-2 ədəd ifadəsi yer aldığı üçün vətəndaşlar buna bilməlidirlər”.

    Xaricdən gələn şəxs limiti keçdiyi halda gətirdiyi əşyaları hətta vergisini ödəyib gətirmək istəsə də bunu etmək çox çətindir. Problem ondadır ki, həmin əşyaların rəsmiləşdirilməsi ilə bağlı çox qəribə, hətta anlaşılmaz qaydalar mövcuddur. Belə ki, qaydalara görə, xaricdən mallar kommersiya məqsədilə gətiriləndə (hətta 2-3 ədəd olsa da) onun rəsmiləşdirilməsi üçün yük daşınma kağızı (karqo sənədi) tələb olunur. Belə ki, Nazirlər Kabinetinin 2014-cı il tarixli 263 saylı qərarına görə, malın bəyan edilməsi zamanı, onun daşınma xərcləri də göstərilməlidir.Daşınma xərcinin göstərilməsi üçün isə karqo sənədi tələb olunur. Bu yük şirkətinə verilən sifarişin surəti və sair ola bilər. Bu sənəd olmasa, həmin malları rəsmiləşdirmək mümkün deyil, nəticədə həmin malların nəinki icazə verilən 2 ədəddən artıq olan hissəsi, ümumiyyətlə hamısı müsadirə edilərək anbara vurulacaq, sonradan geri qaytarılacaq. 

    Xaricə səyahət gedən və ölkəyə qayıdanda özü üçün bir neçə əşya alan şəxslər isə aldıqlarını özləri ilə gətirdiyinə görə (yəni 2-3 suveniri və əşyanı karqo ilə gətirmək mənasızdır), bu malları ümumiyyətlə rəsmiləşdirə bilməyəcək, çünki onların təbii olaraq karqo sənədi mövcud deyil. Yalnız ölkəyə təyyarə ilə gələn şəxslər özlərilə gətirdikləri əşyaları təyyarədə ayrıca yük kimi gətirsələr və yük talonunu göstərsələr həmin əşyalar kommersiya məqsədi ilə gətirilən kimi rəsmiləşdiriləcək. Qalan hallarda onların ölkəyə buraxılmasında problem ola bilər.

    Komitədən bildirilir ki, eyni problem xaricdən aldıqları əşyaları şəxsi avtomobilində və ya avtobusla gətirənlərə də aiddir. Belələri hətta həmin əşyaları maşında daşımağa imkan olsa da, onların daşınma sənədi olmadığına görə, belə malları rəsmiləşdirmək də mümkün deyil: «Sizin avtomobiliniz minik maşınıdırsa, o beynəlxalq daşımalarda iştirak edə bilməz, ona görə də ona əlavə sənəd tələb olunur».

  • Bakıda arvadından boşanan kişi insanların gözü qarşısında intihar etdi

    Bakının Xətai rayonunda insanların gözü qarşısında 40 yaşlı kişi dəhşətli şəkildə intihar edib.

    Əhmədli metrosu yaxınlığında, Telnov küçəsində yerləşən qəbirsanlıqda bir nəfər sirkə turşusu içib.

    Bu barədə Bakı şəhər Təcili Tibbbi Yardım Stansiyasına məlumat verilib. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə təcili yardım hkimləri cəlb olunub. Araşdırmalar zamanı sirkə turşusu içən şəxsin

    Bakıda intihar hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Elnur İdris oğlu Əliyev olduğu məlum olub. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, E.Əliyevin ailə həyatında problemlər olub. O, bir müddət əvvəl həyat yoldaşından boşanıb.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
    //Baku.ws

  • 19 yaşlı gəncin 36 yaşlı iki uşaq anasına qoşulub qaçmasının ƏSL SƏBƏBİ bəlli oldu – VİDEO

    Sabirabadda 19 yaşlı gəncin 36 yaşlı Aygün adlı iki uşaq anasına qoşulub qaçan Elsevərin ata-anası yenidən “Səni axtarıram” proqramına gələrək oğullarının geri qayıtmasının tələb ediblər.

    Elsəvərin atası nəyin bahasına olursa olsun, oğlunu evə geri qaytaracağını bəyan edib.

    Ailənin tək oğul övladı olan Elsevərin anası göz yaşları ilə oğluna yalvararaq evə geri dönməsini istəyib.

    Xoşqədəm Hidayətqızı üzünü gəncin atasına tutaraq, oğlunun bu addımında onu günahlandırıb.

    Belə ki, Elsevərin atası sevdiyi qızı ona almayıb. Ən dəhşətlisi isə budur ki, ata həmin qızdan ayırmaq üçün Elsevəri döyürmüş. Gənc özündən 17 yaş böyük və iki uşaq anasına qoşulub qaçmaqla valideynlərindən qisas aldığını açıqlayıb.

    Elsevərin atası ilə Aygünün atası qohumdurlar. Onların bu münasibəti qohumlar arasında da düşmənçilik yaradıb.

    Xatırladaq ki, Sabirabad rayonunda 19 yaşlı gəncin 36 yaşlı iki uşaq anası ilə eşq yaşaması oğlanın valideynlərinin sərt etirazına səbəb olub. Onların bərabər yaşamasını qəbul etməyən Elsevərin ata və anası “Səni axtarıram” proqramına gələrək dekabrın 25-dən itkin düşən oğullarının geri qayıtması üçün Xoşqədəmdən kömək istəyiblər. “Səni axtarıram” verilişi cütlüyü tapıb, efirə gətirib.

    Ata öncədən demişdi ki, əgər oğulları həmin qadınla efirə çıxarsa, onu oğulluqdan siləcək. Buna baxmayaraq, oğul sevgilisinin əlindən tutaraq efirə gəlib. Valideynlər onları bir yerdə görərkən daha da qəzəbləniblər. Elsevərin valideynləri qadına hücum edib, onu döymək istəyiblər. Xoşqədəm onların bu cəhdinin qarşısını araya girməklə alıb.

    Elsevər atasının bu sözlərinə etiraz edərək, Aygünlə öz xoşu ilə bərabər olduğunu, ondan ayrılmaq istəməyən gənc ata-anasından imtina etdiyini deyib. Bundan sonra ata oğlunu yoldan çıxaran Aygünün biri rəsmi, digərləri qeyri-rəsmi olmaqla 4 dəfə ərdə olduğunu açıqlayıb.

    Onu da qeyd edək ki, qohumluq əlaqələri olan 19 yaşlı Elsevərlə 36 yaşlı Aygünün bu münasibəti 2 il əvvəl – Elsevərin 17 yaşı olarkən başlayıb.
    //Baku.ws

  • Azərbaycan efirində 18+ şeir: “Meylini abırsız şeylərə saldın” (VİDEO)

    Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı anlar baş verib.

    Verilişə qonaq olan bir gənc iki gənc arasındakı münasibətə həsr olunmuş şeirini oxuyub. Səsləndirilən şeir tamaşaçıların bir xeyli marağına səbəb olub.

    18+ şeirdə Facebook-da bir oğlan tərəfindən aldadılan qızın fikirləri qeyd olunub. “Bəs demişdin ancaq çay içəcəyik?!” sözləri ilə başlayan şeir sosial şəbəkələrdə tənqid atəşinə tutulub.
    //Baku.ws

  • Ramil Usubov polis rəisinin yerini dəyişdi

    Emin Musayev Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib.

    Nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

    Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur.(avtosfer.az)

  • Deputat: “14 yaşlı qızın hoteldə nə işi olub?”

    Hesab edirəm ki, bizim qanunvericilik, xüsusilə cinayət qanunvericiliyimiz xeyli sərtləşdirilməlidir. Gənc, yeniyetmə, yetkinlik yaşına çatmayan qızların cinsi istismara, təcavüzə məruz qalması ilə bağlı qanunvericiliyimizdə daha sərt maddələr nəzərdə tutulmalıdır.

    Median.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı son zamanlar yetkinlik yaşına çatmayan, gənc, yeniyetmə qızların cinsi istismara məruz qalması hallarının artması, həmçinin, 14 yaşlı qızın hotel əməkdaşı tərəfindən təcavüzə uğraması məsələsinin cəmiyyətdə, mediada geniş rezonansa və kəskin etirazlara səbəb olmasına münasibətini bildirərkən deyib.

    Komitə sədri bu məsələlərin hər kəsi, o cümlədən, xalqın təmsilçiləri olan millət vəkillərini ciddi narahat etdiyini bildirib və qeyd edib ki, yaxın zamanlarda parlamentdə məhz bu məsələlərlə bağlı növbəti geniş dinləmələrin keçirilməsi nəzərdə tutulur.

    A.Naxçıvanlı bu məsələlərdə təbliğata, maarifləndirmə işlərinin sürətləndirilməsinə, ailələrlə, valideynlərlə mütəmadi işlərin aparılmasına ciddi ehtiyac duyulduğunu bildirib.

    Qeyd edib ki, elə məsələlər var ki, onları təkcə qanunlarla tənzimləmək olmur, mümkün deyil, burada mənəviyyat, əxlaq qanunları da rol oynamalı, öz sözünü deməlidir:

    “14 yaşlı qızla bağlı məsələyə gəlincə, bu, çox ürəkağrıdıcı və qandondurucu bir hadisə, cinayət əməlidir və bunu edənlər hüquqi yolla ən sərt şəkildə cəzalandırılmalıdır. Amma bu məsələnin kökünü də bilmək gərəkdir.

    Axı bu 14 yaşlı qızın hoteldə nə işi olub, o, necə ora gedib, nə üçün gedib? İş məqsədiləmi ora gedib, yoxsa ailəsindəmi hansısa problemlər yaşanıb, olub, var? Necə olub ki, hotelə getməsindən onun ailəsinin, valideynlərinin xəbəri olmayıb? Onlara hara baxıblar, baxırlar?
    Bilirsiniz, çox dəhşətli bir mənzərədir, sanki ailələr, valideynlər öz övladlarından ayrı düşüblər… Bir çoxları artıq öz övladlarının bu gününü, gələcəyini taleyin amansız axarına buraxıblar. Ailə, valideyn olmaq təkcə övlad dünyaya gətirmək deyil, bununla iş bitmir, ailə, valideyn olmaq həm də məsuliyyət, dünyaya gətirdiyi övlada sahib çıxmaq deməkdir.

    Bir çoxları sanki bunu unudublar. Eyni zamanda, burada məktəblərin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu məsələdə ciddi cavabdehlik daşıyırlar və daşımalıdırlar. Məktəb təkcə təhsil demək deyil, həm də təlim-tərbiyə deməkdir. Hesab edirəm ki, məktəblərdə təlim-tərbiyə məsələlərinə, nizam-intizama ciddi riayət etməlidirlər.

    Axı 14 yaşlı qız məktəb yaşlı qızdır, o, məktəbə gedirmi, getmirmi, necə olub ki, təhsildən yayınıb, bunun kökü nədən, ailədən, yoxsa kənar amillərdən başlayır, bunlar bilinməlidir.

    Yadınıza gəlirsə, əvvəllər məktəblərdə ailə komitələri vardı, onlarla məktəblərlə, müəllim kollektivləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərir, əməkdaşlıq edir, təlim-tərbiyə işlərinin düzgün qurulmasında öz töhfələrini verirdilər”.
    Komitə sədri hesab edir ki, məktəblərdə belə komitələrin yenidən yaranmasına, bərpasına ehtiyac var.

    “Siz bu faktı xatırlatdınız, bir neçə gün öncə Azərbaycanın bölgələrindən birində daha bir dəhşətli hadisə yaşandı, ana iki uşağını atıb getdi, indi nə qızın anası, nə də qayınanası onlara yaxın durur.

    Bu, çox dözülməz məsələdir. Bunu da təkcə maddi-sosial durumla əlaqələndirmək düzgün deyil. Axı sən bu uşağı dünyaya gətirmək üçün əzab-əziyyətə qatlaşırsan, doqquz ay onu bətnində gəzdirirsən, dünyaya gətirirsən, sonra onlardan imtina etməyə, küçənin ortasına atmağa necə ürəyin qıyır, əlin gəlir?

    Axı övlad üçün burnunun ucu göynəyən insanlar, ailələr, valideynlər var. Onlar illərlə, on illərlə çalışırlar, bütün müalicə-müayinələrdən, həkimlərdən keçirlər ki, övladları olsun.

    Amma sən götürüb övladını, canından bir parçanı küçənin ortasına atırsan…

    Bilirsiniz, bir qədər sərt çıxmasın, bəzi insanlar sanki hər şey unudublar, heç nə veclərinə deyil, abır-həya, ar-namus nə olduğunu yadlarından çıxarıblar. Bizim leksikonumuzda abır, həya, ar, namus, ismət sözləri var.

    Bunlar artıq az qala unudulub, leksikonumuzdan çıxarılıb. Biz nə edirik, biz hara gedirik bununla? Axı bizim öz əxlaqi, milli-mənəvi dəyərlərimiz var, onları necə tapdalamaq, ayaqlar altına atmaq olar?

    Bununla belə, mən heç də o fikirdə deyiləm ki, bizdə belə hallar çoxdur. Dünyanın hər yerinə baxsaq, görərik ki, bizdəkindən də betər hallar, hadisələr var. Amma eyni zamanda, bizdə belə hallar nəinki az olmalı, ümumiyyətlə, olmamalıdır.

    Bu, yolverilməzdir. Bizi başqa xalqlarla qarışdırmaq, eyniləşdirmək olmaz. Bizim öz əxlaqımız, öz dəyərlərimiz var və bu dəyərlər daha üstün şəkildə qorunub, saxlanılmalı, gələcək nəsillərə ötürülməlidir.

    Burada həm çəmiyyət, həm valideynlər, həm təhsil müəssisələri əl-ələ verib birgə fəaliyyət göstərməli, milli-mənəvi dəyərlərimizə zidd halların aradan qaldırılmasına çalışmalıdırlar. Çünki dediyim kimi, hər bir məsələni təkcə qanunlarla tənzimləmək olmur”, – A.Naxçıvanlı əlavə edib.