Month: February 2019

  • “Lady Sharm” mağazalarında çin malları brend mala belə dəyişdirilir – VİDEO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

    Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

    Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

    “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

    Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb.

    Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. araşdırmalar davam etdirilir.

    ///XəzərXəbər

  • Azərbaycanda 16 yaşlı qız küçədə bıçaqlandı

    Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.

    Median.Az report-a istinadən bildirir ki, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Makiyajsız fotosunda Röyanı tanımadılar

    Əməkdar artist Röya Ayxan bu dəfə makiyajsız fotosunu yayımlayıb.

    Müğənninin 1,6 milyonluq səhifəsində yayımladığı şəkli 11 mindən çox bəyəni toplayıb.

    Hər zaman səliqəli saç düzümündə və makiyajda şəkil qoyan Röya izləyicilərini təəccübləndirib. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti müğənnini tanımadıqlarını vurğulayıblar.

    Onlar Röyanın depressiyada olduğunu, hətta şəkli ağlayarkən çəkdirdiyini yazıblar.

  • Есть ли в Азербайджане «птичий грипп»? Результаты мониторинга

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) обнародовало результаты проведенного с 14 по 18 января на территории страны мониторинга в связи с высокопатогенным «птичьим гриппом».

    Как передает Median.Az со ссылкой на Report, в Агентстве сообщили, что в рамках мониторингов, проведенных с участием специалистов АПБА и региональных отделений, лабораторий Института продовольственной безопасности, Министерства сельского хозяйства, Министерства экологии и природных ресурсов, Министерства здравоохранения, не было обнаружено птиц с наличием признаков болезни или гибели птиц по причине названной болезни.

    В ходе проведенных мониторингов был проведен осмотр на Абшеронском полуострове, в национальных парках и заповедниках в Шабранском, Лянкяранском и Агджабединском районах, водно-болотных угодьях, а также на прибрежных территориях республики, собраны эпизоотологические материалы.

    Образцы крови выловленных на природе 32 голов диких птиц и 271 головы различной домашней птицы были обследованы в Центральной ветеринарной лаборатории Института продовольственной безопасности Азербайджана.

    В результате обследований штамма высокопатогенного вируса «птичьего гриппа» обнаружено не было.

  • В Азербайджане готовятся к переходу на электронные кассы

    В Азербайджане готовятся правила перехода на электронные кассы.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сообщил близкий к проекту источник.

    По словам собеседника агентства, все работы в этом направлении будут координироваться Кабинетом министров страны.

    «После того, как будут подготовлены правила и определены критерии, выяснится, когда и каким образом будет осуществлен переход на электронные кассы, будет ли переход поэтапным или массовым. Возможно, первоначально электронные кассы появятся в крупных торговых объектах, а затем в других объектах торговли. На данном же этапе пока трудно говорить о том, когда они появятся», – сказал источник.

    Что касается самих устройств (электронных касс), то, как сказал источник, не исключено, что поставщик будет выбран на тендерной основе.

    «На закупку касс должны быть выделены средства. Необходимо будет организовать тренинги по их использованию и т.д. То есть предстоит еще большая работа, и все детали должны быть предварительно учтены», – сказал источник.

    Как сообщалось ранее, в электронных кассах будет реализована функция POS-терминала и кассы. Используя электронные кассы, продавцу больше не придется вбивать чек в кассе и в POS-терминале. Эти операции будут производиться на едином устройстве, и покупателю будет выдан один общий чек.

    Электронная касса – устройство, которое способно не только печатать чеки, но и передавать информацию обо всех операциях в онлайн режиме напрямую в налоговую службу.

  • В лесах Азербайджана запретили собирать фрукты, орехи и даже листья

    В Азербайджане отныне запрещается собирать фрукты, орехи и лекарственные травы, растущие в лесах.

    Как передает Median.Az со ссылкой на Sputnik Азербайджан, об этом говорится в обновленных Кабинетом министров Правилах привлечения к ответственности за нанесенный ущерб лесному хозяйству.

    Это требование касается особо охраняемых территорий. Так, за каждый килограмм собранных в лесу, например, диких яблок, кизила, алычи или груш, можно понести штраф в размере одного маната.

    В список урожая, который теперь нельзя собирать в лесу, попали шиповник, все лекарственные растения, облепиха, каштан, семена бука.

    Также в законодательном порядке теперь запрещается собирать сухие опавшие листья, лесную почву, тростник и камыши.

    За нарушение этих правил предусматривается штраф в размере от одного до трех манатов.

    Примечательно, что лицо, незаконно собравшее фрукты в лесу, должно вернуть их на место. Если же сделать это не удается, то нарушитель должен возместить ущерб материально, в зависимости от рыночной стоимости продукта.

  • В Баку пропала 19-летняя девушка

    В Баку пропала без вести молодая девушка.

    Как передает Median.Az со ссылкой на Trend, житель Хатаинского района Баку Тарлан Расулов (1968 г.р.) обратился в полицию с заявлением о том, его дочь, проживающая с ним по одному адресу, Расулзаде Шемс Тарлан гызы (2000 г.р.) 1 февраля, около 13:00 вышла из дома и не вернулась.

    По факту ведется расследование.

  • Ильхам Алиев принял гендиректора Группы Формула-1

    Президент Азербайджанской Республики Ильхам Алиев 5 февраля принял генерального исполнительного директора Группы Формула-1 Чейза Кэри.

    Как передаёт Median.Az, об этом сообщает АЗЕРТАДЖ.

  • Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb?

    Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi səlahiyyətləri alınıb.

    Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli fərmanlarında və 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

    Dəyişikliklərə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi səlahiyyəti geri alınıb. Bu, müstəqil olaraq “Maliyyə Monitorinqi Xidməti”nə verilib.

    “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”ndan “lombardlara” sözü çıxarılıb.

    Maliyyə sahəsində tanınmış ekspert Samir Əliyevin Oxu.Az-a verdiyi açıqlamaya görə, Maliyyə Monitorinq Xidmətinin müstəqil quruma çevrilməsinin Palatanın fəaliyyətinə bağlılığı yoxdur. Nəticə olaraq Palatanın səlahiyyətləri azaldılıb. Addıma səbəb beynəlxalq təşkilatların, bir az da konkretləşdirsək, Eqmont Qrupunun tələbidir. Bu qurum çirkli pulların yuyulmasının qarşısını almaq üçün tədbirlər görür.

    Tələblərdən biri bu idi ki, Azərbaycanda müstəqil fəaliyyət göstərən maliyyə kəşfiyyat qurumu yaradılmalıdır. Azərbaycan hökuməti Maliyyə Monitorinq Mərkəzini (MMX) yaradıb və o zaman bu qurum Mərkəzi Bankın tabeliyində işə başlayıb. Azərbaycan 2009-cu ildə üzvlüklə bağlı Eqmont Qrupuna müraciət edib və 2011-ci ildə Qrupa tamhüquqlu üzv seçilib.

    Qrupun əsas tələblərindən biri bu idi ki, maliyyə kəşfiyyatını həyata keçirən müstəqil olmalı və hansısa qrupa tabe olmamalıdır. Azərbaycandakı MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Prezident sərəncamı da məhz bu problemi aradan qaldırmağa yönəlib.

    Məlumat üçün bildirək ki, Azərbaycan yenidən həmin quruma üzv olmaq üçün müraciət edib və 2018-ci ilin sonuna yaxın öz statusunu bərpa edib.

    Məlumat üçün bildirək ki, Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin Maliyyə Kəşfiyyat Bölmələri (Financial Intelligence Units) tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulub və hazırda 155 dövlətin maliyyə monitorinqi orqanları “Egmont” qrupunun üzvüdür.

  • Kanadada dəmiryolu qəzası: ölənlər var

    Kanadanın Britaniya Kolumbiyası bölgəsində ağır dəmiryolu qəzası baş verib.

    Bu barədə “Reuters” ölkənin Nəqliyyat Təhlükəsizliyi Şurasına (TSB) istinadən məlumat yayıb.

    Relsdən çıxan yük qatarının “Canadian Pacific Railway Ltd” şirkətinə məxsus olduğu deyilir. Yerli vaxtla 02:10-da baş vermiş qəza nəticəsində 60-a yaxın taxıl daşıyan vaqon aşıb. Qatarın üç işçisinin öldüyü bildirilir.

    TSB qəzanın səbəbini araşdırır.