Month: February 2019

  • Seyid Şuşinskinin 130 illik yubileyi keçiriləcək

    2019-cu ilin aprel ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur.

    Prezident İlham Əliyev Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Mədəniyyət Nazirliyinə Xalq artistinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabineti isə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb.

    Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib.

    Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

  • Azərbaycanda binaların dam örtükləri təmir ediləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Azərbaycanın beş şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 21 milyon 685 min 830 manat müvafiq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Хади Раджабли: Подросткам надо запретить входить в отель без родителей

    Вопросы, касающиеся отелей, регулируются их внутренними правилами, а также правилами и уставом Государственного агентства по туризму Азербайджана.

    Об этом заявил председатель Комитета по труду и социальной политики Милли меджлиса, профессор Хади Раджабли в упоминании о регулировании вопросов об отелях новым законодательством «О туризме».

    Отметим, что за последние несколько месяцев произошло несколько случаев изнасилования, в том числе на днях были совершены насильственные действия сексуального характера в отношении 14-летней девочки со стороны одного из служащих отеля, что вызвало большой резонанс и в обществе, и в СМИ.

    Стоит отметить, что, учитывая тот факт, что при регистрации в отелях у людей требуют удостоверение личности, у пар – свидетельство о браке, остается загадкой то, как и в каких условиях происходят подобные случаи.

    «Это вызывает огромное сожаление и беспокойство. Отели должны принять серьезные меры, они должны пресекать возможность подобных случаев. Конечно, нельзя это отнести ко всем отелям.

    Такие случаи нельзя допускать. Вопросы, касающиеся отелей, регулируются их собственными уставами и правилами, этот вопрос не является предметом законодательства о туризме.

    Во многих уголках мира в отелях от супругов требуют предъявлять удостоверения личности и свидетельство о браке. В некоторых странах свидетельство о браке не требуется. Но во всех случаях непременно должна вестись регистрация посетителей отеля.

    Кроме того, нужно запретить несовершеннолетним входить в отель без сопровождения родителей. Они должны входить и оставаться в отеле только в присутствии родителей.

    Но тем не менее я считаю, что последний случай является преступлением, все виновные должны предстать перед законом и понести наказание», – добавил председатель комитета.

  • В Баку житель Агдама сдал в полицию оружие и боеприпасы

    Как сообщает Median.Az, житель Агдамского района З.Зейналов добровльно сдал в Главное управление полиции (ГУП) г.Баку пулемет марки “Калашников”, 4 обоймы и 145 патронов.

    Он показал, что нашел оружие и боеприпасы.

    Ведется расследование.

  • Bakıda Ağdam sakini polisə silah-sursat təhvil verib

    Bakıda Ağdam sakini polisə silah-sursat təhvil verib

    Median.Az xəbər verir ki, Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü Bakı şəhər Baş Polis İdarəsinə (BPİ) təhvil verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Antalyada 34 yaşlı azərbaycanlının meyiti hamamda tapıldı

    Türkiyənin Antalya şəhərində yaşayan 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayev vəfat edib.

    Median.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gəncin cəsədi otaq yoldaşının anası tərəfindən aşkarlanıb.

    Hadisə dördmərtəbəli evin birinci mərtəbəsində baş verib. S.Abdullayevin 4 gün əvvəl Adanaya gedən otaq yoldaşının anası günorta saatlarında evə gəlib.

    Gəncin hamamda hərəkətsiz uzandığını görən qadın polisə məlumat verib. Hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları azərbaycanlı gəncin artıq öldüyünü görüblər.

    Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

    Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

  • В WhatsApp появилась новая функция

    WhatsApp ввел дополнительную систему защиты для пользователей Apple.

    Как передает Median.Az, приложение выпустило обновление для IOS, которое позволит пользователям разблокировать мессенджер с помощью Touch ID или Face ID.

    Таким образом, посторонний человек не сможет зайти в чужое приложение WhatsApp, даже получив доступ к телефону.

    «Для этого нажмите «Настройки» —> «Учетная запись» —> «Конфиденциальность» — и включите блокировку экрана», – говорится в описании новой версии мессенджера в App Store.

    Систему защиты можно активировать и отключать по своему усмотрению.

  • Gəmi ilə gətirilən mallar saxlanıldı – Fotolar

    Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.

    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan məlumata görə, idarənin “Hövsan Dəniz” gömrük postuna İran İslam Respublikasından göndərilən döşəmə üçün plitələr və kafel yüklü “Adrina” gəmisi daxil olub.

    İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.

    Yuxarıda qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar “Hövsan Dəniz” gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1590170 kq. çəkidə olan 58688.25 m2 (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə “Adrina” gəmisi vasitəsilə idxal olunan və 58688.25 m2 kimi bəyan olunan malların sənədlərdə göstərilən miqdardan 17721.99 m2 artıq, toplam 76410.24 m2 olduğu məlum olub.

    Bu səbəbdən də yuxarıda ad və sayları qeyd edilən mallar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Hövsan Dəniz” gömrük postunun ərazisində saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.




  • Спрос на доллары в банках резко вырос

    В 2018 году действующие в Азербайджане банки нарастили доход от торговли инвалютой. Об этом говорит и рост объема обменных операций, в частности покупки и продажи долларов и евро.

    Как передает Median.Az со ссылкой на данные Центробанка Азербайджана, в прошлом году кредитные организации продали 3 млрд 406 млн 108,7 тыс. долларов (рост на 93,6% по сравнению с 2017 годом) и 661 млн 712,1 тыс. евро (рост на 25,6%).

    В 2018 году банки также нарастили покупку инвалюты у населения. В частности, банки купили 2 млрд 37 млн 197,1 тыс. долларов (рост на 17,5%), 302 млн 501,4 тыс. евро (рост на 48,1%). Хотя в 2017 году банки уменьшили объем продажи долларов на 41,4%, а покупки – на 32,3%.

    В 2018 году средний обменный курс доллара составлял 1,6999 AZN/1 доллар (в 2017 году 1,7145 AZN/1 доллар), евро – 2,0004 AZN/1EUR (в 2017 году 1,9672 AZN/1EUR).

  • İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin satılması mexanizmini açıqladı

    Median.Az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat xidməti Trend-in suallarını cavablandırıb

    – Əhaliyə kirayə evlər nə vaxtdan veriləcək?

    – Bildiyiniz kimi, 25 yanvar 2019-cu il tarixdə “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edildi. Fərmanda cənab Prezident tərəfindən Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərmana uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməlidir ki, bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar. Qeyd edilən məsələlərin həlli müəyyən vaxt tələb etsə də, Fond tərəfindən işlər sürətləndirildiyi üçün mümkün qısa vaxtda vətəndaşlar mexanizmin imkanlarından faydalana biləcəklər. Bu barədə Fond ictimaiyyətə əlavə məlumat verəcək.

    – Yeni mexanizmin indiyədək mövcud olan ipoteka və güzəştli mənzillər mexanizmindən fərqi nədədir?

    – Ümumiyyətlə, bu məhsulların hər birinin əsas məqsədi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Dünya təcrübəsi də göstərir ki, bu məhsullar, demək olar, bir-birilərini tamamlayır. Çünki hər məhsulun mənzil şəraitini yaxşılaşdırmaq istəyən şəxsin tələblərinə uyğun gələn xüsusiyyəti və üstünlükləri var. Satmaq öhdəliyi ilə kirayənin ipoteka kreditləşdirməsindən əsas fərqlərindən biri yaşayış sahəsinin Fondun mülkiyyətində olması və ödəniş tam başa çatdıqdan sonra kirayəçinin mülkiyyətinə verilməsidir. İpoteka kreditləşməsi mexanizmində Fondun vəsaiti hesabına alınmış yaşayış sahəsi borclunun mülkiyyətinə əvvəlcədən verildiyi və yalnız ipoteka ilə təmin edildiyi üçün yaş məhdudiyyəti, gəlirlərin təsdiqi və ilkin ödənişlə bağlı ciddi tələblər mövcuddur. Satmaq öhdəliyi ilə kirayə mexnizmində isə yaşayış sahəsi ödəniş tam başa çatana kimi Fondun mülkiyyətində saxlanıldığı üçün kirayəçilərin əmək stajının, gəlirlərinin və s. təsdiq edilməsi nəzərdə tutulmur. Məhz bununla əlaqədar olaraq, satmaq öhdəliyi ilə kirayədə vətəndaşın qabaqcadan ödəniş yükü daha aşağıdır. Kirayəçi onunla müqavilə bağlanıldıqdan sonra aylıq ödəniş məbləğinin 12 misli miqdarında pul vəsaitini Fondun hesabına köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Bundan başqa, bu mexanizmdə yaşayış sahələri tam təmirli və sığortalı şəkildə vətəndaşlara təqdim olunur.

    – Hansı evlərin kirayəyə verilməsi nəzərdə tutulur? Konkret ünvan varmı?

    – Qaydalara əsasən satmaq öhdəliyi ilə kirayəyə 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış, tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş mənzillər və yaşayış evlərinin verilməsi nəzərdə tutulub. Sözsüz ki, əhalinin maraqları nəzərə alınmaqla yaşayış sahələrinin müxtəlif zonalarda və müxtəlif tipli binalarda seçilməsi təmin ediləcək.

    – Kirayə evlər kimlərə veriləcək? Bu, hər kəs üçün əlçatan olacaq, yoxsa xüsusi kateqoriyalar üçün nəzərdə tutulub?

    – İlk növbədə qeyd etmək lazımdır ki, satmaq öhdəliyi ilə kirayədən yalnız Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Qaydaların tələblərinə əsasən yaşayış sahələri müraciət tarixinə banka və ya digər təşkilata vaxtı keçmiş borcu olmayan və vətəndaş qüsursuzluğuna malik şəxslərə verilir. Bundan başqa, qaydalarda Fonda kirayəçilər üçün əlavə tələblər də müəyyən etmək səlahiyyəti verilib.

    – Binanı və mənzilləri kim seçir – kirayəçi, yoxsa Fond?

    – Qaydalara uyğun olaraq satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin yerləşdiyi ünvanı, binanı, mərtəbəni, sahəsini, otaqların sayını Fond müəyyən edir və alış qiyməti və aylıq ödənişlərin təxmini qiyməti də göstərilməklə elektron sistem vasitəsilə əhaliyə təklif edir. Bu zaman əhaliyə tələbatına uyğun yaşayış sahəsini seçərək elektron sistem vasitəsilə kirayə üçün müraciət etmək hüququ verilir.

    – Bəs kirayə müqaviləsi bağlanan şəxsin yaş məhdudiyyəti nəzərdə tutulurmu?

    – Qanunvericiliyə uyğun olaraq, müqavilə bağlamaq üçün fəaliyyət qabiliyyətli istənilən yaşda olan şəxs satmaq öhdəliyi ilə kirayəyə görə Fonda müraciət edə bilər və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Qaydalar kirayəçiyə kirayə müqaviləsi üzrə hüquqlarını üçüncü şəxsə ötürmək imkanı verir, habelə kirayəçi vəfat etdikdə onun satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquqlarının vərəsələrə ötürülməsinə yol verir. Təbii ki, əgər vərəsə kirayə münasibətlərini davam etdirmək, habelə vəfat etmiş kirayəçinin Fond qarşısında olan borclarını ödəmək istəyərsə.

    – Qaydalardan anlaşılan odur ki, kirayəyə veriləcək yaşayış sahələrinin sığortalanması Fond tərəfindən həyata keçirilicək. Bu o deməkdirmi ki, Fond kirayəçinin bütün sığorta xərclərini öz üzərinə götürür?

    – Kirayəyə veriləcək yaşayış sahələrinin bazar qiymətindən az olmamaqla sığortalanması qaydaların əsas tələblərindəndir. Bununla əlaqədar olaraq, kirayəyə veriləcək yaşayış sahələri sığorta şirkətləri tərəfindən sığortalanacaq. Bu zaman sığorta haqqının ödənişi Fond tərəfindən həyata keçiriləcək və yaşayış sahəsinin sığortalama xərci kirayəçinin aylıq ödənişlərinin hesablanmasında nəzərə alınacaq. Satmaq öhdəliyi ilə kirayədə həyat sığortası tələb olunmur.

    – Kirayəçi yaşayış sahəsinin alış qiymətini vaxtından əvvəl ödəyə bilərmi?

    – Yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayə müqaviləsi minimum 3 il və maksimum 25 il müddətinə bağlanır. Kirayəçi kirayə müqaviləsinin bağlanmasından yalnız 3 il keçdikdən sonra alış qiymətini vaxtından əvvəl tam ödəyə bilər. Əgər kirayəçi alış qiymətini vaxtından əvvəl tam və ya qismən ödəyəcəksə, Fond tərəfindən kirayəçiyə alış qiymətinin məbləğinə güzəşt tətbiq ediləcək. Kirayəçi güzəştlərin tətbiq edilməsi qaydası ilə kirayə müqaviləsində tanış ola biləcək.

    – Yeni kirayə üsulu ilə mənzil almaq neçəyə başa gələcək və ümumiyyətlə, bu sərfəlidirmi?

    – Qaydalardan da göründüyü kimi, aylıq ödənişdə Fondun mənfəəti nəzərdə tutulmayıb və yalnız yaşayış sahəsinin satın alındığı qiymət, satınalma ilə bağlı xərclər, bu məqsədlə cəlb edilən vəsaitin dəyəri, yaşayış sahəsinin saxlanması, idarəetməsi və sığortalanması kimi zəruri xərclər nəzərə alınır. Yaşayış sahəsinin alış qiyməti və aylıq ödənişlər yaşayış sahəsinin yerləşməsi və sahəsindən asılı olaraq dəyişəcək. Qaydalarda vətəndaşlara kirayə üçün müraciət etmədən öncə bu məlumatlarla elektron sistemdə tanış olmaq imkanı veriləcək. Vətəndaşlar bu məlumatlarla tanış olduqdan sonra istənilən evin seçilməsini azad şəkildə həyata keçirmələri təmin ediləcək.