Month: February 2019

  • В Хырдалане загорелся дом: есть жертва

    В городе Хырдалан Абшеронского района произошел пожар.

    Как передает Median.Az, об этом oxu.az сообщили в Министерстве по чрезвычайным ситуациям.

    Сообщается, что во время пожара погиб Константин Кузьмов 1973 года рождения.

    Пожар был потушен, тело погибшего передали по назначению. Соответствующие органы расследуют инцидент.

  • Xırdalanda ev yandı: ölən var

    Abşeron rayonu Xırdalan şəhərində ev yanıb.

    Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yanğın zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviç yanaraq ölüb.

    Hadisə zamanı ümumi sahəsi 37 m² olan birmərtəbəli, ikiotaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb.

    Yanğının kəşfiyyatı zamanı K.K.Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. K.Kuzmovun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • При ИВ Баку создана новая структура

    При Исполнительной власти города Баку создано ООО «Бакинское городское строительство и ремонт».

    Как передает Median.Az, соответствующий приказ подписал премьер-министр Новруз Мамедов.

    Численность сотрудников организации определена в 16 штатных единиц.

  • “Formula-1” Azərbaycanda qalır: daha üç il

    Bu gün “Formula-1” ilə Bakı Şəhər Halqası arasında yeni müqavilə bağlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

    Yeni müqavilə üç ili əhatə edir.

    Belə ki, 2020-ci ildə başa çatacaq köhnə müqavilə 2023-cü ilədək yenilənib.

    Xatırladaq ki, “Formula-1” yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.

    Cari mövsümdə Azərbaycan Qran-Prisi 26-28 aprel tarixində baş tutacaq.

  • Devalvasiya xofu dollarla əmanətləri artırıb

    2018-ci ilin dekabr ayında maliyyə nazirinin məlum çıxışından sonra yeni bir devalvasiya xofu yaşayan əhali dollar satışını kəskin artırıb. Bu, özünü dekabr ayında banklara qoyulan depozitlərin həcmində də göstərib.

    Median.Az xəbər verir ki, depozitlər dekabrda 301,9 mln. manat artaraq, 8 mlrd. 375,4 mln. manata qalxıb.

    Depozit artımında 119,8 mln. milli valyutanın, 182,1 mln. manat xarici valyutanın payına düşüb.

    Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.

    Ümumilikdə 2018-ci ildə əhalinin bank əmanətləri 10,8% – 8 mlrd. 375,4 mln. manatadək artıb. Əhalinin xarici valyutada əmanətləri 4,1% – 5 mlrd. 233,2 mln. manata çatıb və bütün əmanətlərin 62,5%-ni tutur.

    2018-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 24,1% – 3 mlrd. 142,2 mln. manatadək yüksələrək, bütün əmanətlərin 37,5%-ni əhatə edib.

    31 dekabr 2018-ci il tarixinə rezidentlərin (təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda Azərbaycan Respublikasının ərazisində olan) bank əmanətlərinin həcmi 7 mlrd. 611,6 mln. manat, qeyri-rezidentlərin (xarici diplomatik nümayəndələrin işçiləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri) – 763,8 mln. manat təşkil edir.

    2019-cu il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 870,4 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur.

  • Paytaxtda ağır qəza: ikinci qrup əlil piyadanı vurdu – VİDEO

    Gecə saatlarında Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında piyadanın vurulması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, “VAZ-2107” markalı, 90 XF 122 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zəkiyev Racı Mirbala oğlu yolu keçmək istəyən Musayev Həsən Asif oğlunu vurub.

    Qəza nəticəsində H.Musayev ağır yaralanıb və təcili olaraq Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda vəziyyəti kafidir.

    Qeyd edək ki, H.Musayev yaxınlıqda yeraltı piyada keçidi olduğu halda ondan istifadə etməyib və nəticədə, bu hadisə yaşanıb.

    Sürücü Zəkiyev Racı ikinci qrup əlildir.

  • Bakıda qadın özünü bıçaqladı – VİDEO

    Gecə saatlarında Bakının Keşlə qəsəbəsində bıçaqlanma hadisəsi olub.

    Median.Az xəbər verir ki, 1987-ci il təvəllüdlü Abbasova Nazilə Baloğlan qızı özünü bıçaqlayaraq intihara cəhd edib.

    Qadın təcili olaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    N.Abbasovaya qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradıldı

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edilib.

    Median.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən, Azərbaycan Respublikası prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən, BŞİH-i başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Qurumun işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

    Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etmək üçün tapşırıq verilib.//oxu.az

  • В Гахском районе за совершение краж задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Гахского РОП в ходе оперативно-розыскных мер задержали жителя района З.Зурабашвили, который
    15-го января украл из дома 200 манатов, мобильный телефон, фотоапарат и часы.

    Кроме этого, сотрудники РОП задержали жителя района В.Джанашвили, который 5-го января украл из недостроенного здания средней школы стройматериалы и жителя района Н.Зурашвили, укравшего из дома предметы быта.

    В Следственном отделе РОП по фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Qax rayonunda oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərin birindən 200 manat, mobil telefon, fotoaparat və qol saatı oğurlayan rayon sakini Z.Zurabaşvili saxlanılıb.

    Bundan başqa, Qax RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 5-də Əlibəyli kəndi ərazisində, inşası başa çatmamış məktəbin ərazisindən inşaat materialları oğurlayan kənd sakini V.Canaşvili, rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlayan rayon sakini N.Zurabaşvili saxlanılıblar.

    RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.