Month: February 2019

  • Geomaqnit qasırğası olacaq

    Fevralın 7-8-də güclü geomaqnit həyəcanlaşması olacaq.

    Bu barədə oxu.az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Məlumatda bildirilib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş generasiya etməyə qadir deyil:

    “Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən, Yerə doğru yönəlmiş olur. Tac dəliyindən “əsən” Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir.

    Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə, hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş verib”.

    “Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir.

    Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir”, – deyə Şamaxı Astrofizika Rəsədxanasından qeyd edilib.

  • Эрдоган: Спасибо моему брату Ильхаму Алиеву

    Президент Турции Реджеп Тайип Эрдоган поблагодарил Азербайджан за выдачу ключевой фигуры террористической организацией Фетхуллаха Гюлена FETO.

    Как передает Median.Az, об этом он сказал в интервью телеканалу TRT, в котором рассказал, какие меры предпринимает страна для борьбы с данной организацией.

    Эрдоган отметил, что уже многие страны начали выдавать Турции лидеров FETO. «Спасибо моему брату Ильхаму Алиеву, недавно Азербайджан экстрадировал в Турцию ключевую фигуру этой организации. До этого тоже были подобные экстрадиции. Недавно нам передали семь преступников из Косово. Можете себе представить, что они настолько укрепились там, что уже могли свергнуть правительство?», – сказал Эрдоган.
    По его словам, Турция много раз обращалась к США с требованием выдать террористов FETO, которые находятся в Пенсильвании. «ФБР примет решение по данному вопросу после проведения расследований. Но нужно помнить, что FETO может влиять и на Конгресс США», – сказал президент Турции.

    Отметим, что на днях в Баку был задержан владелец издательства и газеты Zaman Ибрагим Е. Он был экстрадирован в Турцию, которая объявила его в розыск, как члена FETO.

  • В Закатале перевернулся “Hyundai”, погиб пассажир

    Как сообщает Median.Az, 2-го февраля примерно в 02 часа ночи на территории села Сувагил перевернулся автомобиль марки “Hyundai”, управляемый жителем района Иса Нухиевым, вследствии чего пассажир, житель Балакенского района Абдулла Мамиев скончался на месте происшествия.

    Водитель с различными травмами был помещен в Центральную районную больницу.

    В Закатальском РОП по факту ведется расследование.

  • Zaqatalada “Hyundai” aşıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, fevralın 2-i gecə saat 2 radələrində Suvagil kəndi ərazisində, rayon sakini İsa Nuhiyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

    Nəticədə sərnişin, Balakən rayon sakini Abdulla Mamiyev hadisə yerində ölüb, sürücü Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Zaqatala RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Главный инфекционист Азербайджана отрицает угрозу эпидемии кори в стране

    Несмотря на отдельные случаи заражения, в Азербайджане нет угрозы эпидемии кори и т.н. «свиного гриппа», заявляет главный инфекционист республики Джалал Исаев.

    «Случаи заражения обычно наблюдаются среди пожилых людей, студентов и учеников старших классов, и связано это с отсутствием своевременного вакцинирования», – сказал он в интервью агентству Report.

    «Однако серьезного роста распространения заболеваний не отмечается», – добавил Исаев, напомнив, что Минздрав Азербайджана заказал 160 тыс. доз вакцины против кори.
    Поскольку корь передается воздушно-капельным путем, люди должны уметь себя максимально обезопасить, сказал врач, отметив, что широкое распространение кори в соседних с Азербайджаном странах не может не иметь влияния на ситуацию в стране.

    Дж.Исаев также прокомментировал информацию о распространении в Азербайджане вируса A (H1N1), более известного как «свиной грипп», отметив, что на данный момент в стране смертельных случаев не зарегистрировано.

    «Это сезонный грипп. Его тяжелое течение обусловлено лишь тем, что заболевший человек не лечится», – сказал он, призвав всех к сознательности и обращению к врачу в случае заражения.

  • Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi – VİDEO

    Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulları ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Baku TV-yə azyaşlının anası Rahilə Dadaşova məlumat verib.

    Belə ki, hesabdan pulu çıxaran şəxs – Ramil Rüstəmov Azərbaycan vətəndaşıdır.

    Rahilə Dadaşova pulun geri qaytarılmasına sevinsə də, uşağın səhhətində yaranan digər problemlərə görə həkimlər onun müalicəsini dayandırıb. Anası deyir ki, Aylinin sağalması üçün 70 min dollar pula ehtiyac var.

    Qeyd edək ki, bir müddət öncə Moskvada yaşadığı deyilən azərbaycanlı şəxs ailəyə yardım məqsədilə onları aldadaraq, hesabda olan bütün pulları ələ keçirmişdi.

  • Türkiyədə azərbaycanlının cəsədi tapılıb – FOTO

    Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayevin yaşadığı evin hamam otağında cəsədi aşkar edilib.

    “Habertürk” xəbər verir ki, onun cəsədi dostunun anası tərəfindən tapılıb.

    Məlumatlara görə, qadın dərhal polisə məlumat verib.

    S.Abdullayevin turizm sektorunda işlədiyi bildirilib. Onu sonuncu dəfə bu gün səhər saatlarında itini gəzdirdikdən sonra evə gələndə görüblər.

    Faktla bağlı araşdırmalara başlanılıb. S.Abdullayevin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

  • В Грузии будет построен новый морской порт регионального значения

    В грузинском городе Поти будет построен новый морской порт.

    Как передает Median.Az со ссылкой на Report, в связи с этим в Тбилиси между группой компаний PACE и Корпорацией частных зарубежных инвестиций (OPIC) правительства США был подписан договор.

    Согласно документу, на строительство терминала будут выделены инвестиции в размере 50 млн долларов. Наряду с морским терминалом будет увеличена глубина акватории, после чего станет возможным принятие судов грузоподъемностью около 50 тыс. тонн.

    На церемонии подписания приняли участие президент Грузии Саломе Зурабишвили, премьер-министр Мамука Бахтадзе, представители дипломатического корпуса и другие гости.

    Новый терминал в Поти будет располагаться на территории бывшего Судостроительного завода. Общая стоимость проекта, который состоит из двух этапов, составляет 120 млн долларов. Общая инвестиционная стоимость первого этапа оценивается в 93 млн долларов. Из этой суммы 50 млн долларов выделит OPIC.

    Выступивший на церемонии М.Бахтадзе назвал подписание контракта очень важным событием: «Новая портовая инфраструктура является очередным шагом для превращения Грузии в транспортный коридор между Европой и Азией».

  • “Lady Sharm”ın rəhbərləri həbs olundu – Saxta etiket vurublar… (FOTO)

    Daxili İşlər Nazirliyi (DİN) “Lady Sharm” mağazalar şəbəkəsində keçirilən xüsusi əməliyyatla bağlı rəsmi açıqlama yayıb.

    DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan açıqlamada bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

    Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

    Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

    Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

    Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

    Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.








  • Mir Şahin: “Bu gün Sevinc Osmanqızı-Qənimət Zahid-Əli Kərimli üçlüyü gülməli vəziyyətdədir” – VİDEO

    …Bu gün Sevinc Osmanqızı Əli Kərimlinin liderliyini qəbul edərək ona açıq dəstək verməkdədir və burda ən küt adama da bəllidir ki, Osmanqızı artıq jurnalistikada deyil, bəlkə də özünü az qala gələcək spiker hesab edir. Və bu adam nədənsə İskəndər Həmidovun üzərinə gedir. Axı İskəndər Həmidov və Əli kərimli eyni siyasi platformanın artıqlarıdır. Biri yaşlı, biri yaşsız. Və Sevinc Osmanqızı İskəndər Həmidovun nə vaxtsa jurnalisti döydüyünü ona irad tutur, hətta heç vaxt İskəndər Həmidova rəğbət bəsləməyəcəyini deyə bilir, amma bu mövzuda susur ki, 1992-ci ilin sentyabrında dövlət katibi Əli Kərimli yeganə məmur oldu ki, Həmidovun həmin hərəkətini pisləmədi.

    Hətta Elçibəy belə jurnalistlərin ona müraciətinə cavab verdi. Bu hadisədə mətbuatın tərəfini saxladı. Əli Kərimli isə öz qorxaq xarakterindən irəli gələn susqunluqla gizləndi. Mənim sualıma isə, təxminən belə cavab verdi ki, hərəkatdakı xidmətləri İskəndər Həmidova bəzən belə şıltaqlıqlar etməyə əsas verir. Sitatın sonu. Sevinc bunu bilmir? Bilmirəm. Amma cavabın “hə”si də “yox”u da onun xeyrinə işləmir.

    Və bu gün Sevinc Osmanqızı-Qənimət Zahid-Əli Kərimli üçlüyü gülməli vəziyyətdədir. Bu adamlar xalqa gələcək vəd edirlər. O gələcək ki, fərt eləyib İskəndər Həmidovun burnundan düşüb. Deməli o gələcək İskəndər Həmidova oxşayacaq. Başqa tərəfdən də Əli-Sevinc-Qənimət İskəndərlə vuruşur, deməli həmin o gələcəklə. Və ən qəribəsi də budur ki, bu gün mən cəmiyyətdə Sevincin yox, İskəndərin üzərinə daha çox gedildiyini görürəm, baxmayaraq ki, İskəndərin təhlükəsi keçmişə aiddir, Sevicin təhlükəsi gələcəyə.

    İndi özünüz qərar verin, hansı daha təhlükəlidir? Absurd teatr. Ümumiyyətlə, xaos müxalifətinin fəaliyyətini bütöv bir təzadlar sistemi şərtləndirir. Məsələn, yanvar ayının 26-a mitinq təyin edirlər. Amma mitinqə icazə verilmir. Mitinqə çıxmırlar, 20-30 adam nəyəsə cəhd edir, onları da saxlayırlar və bununla da hər şey bitir. Xaos müxalifətinin qabaqda gedən zənglisi Əli Kərimli bəyan edir ki, iqtidar mitinqdən qorxdu. Baxmayaraq ki. icazəsiz mitinqdə ala biləcəyi zərbələrdən qorxan özü və ətrafıdır.

    Bir az keçir, Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin yubileyinə bütün Məhəmməd Əmin sevərləri dəvət edir. Və tədbirə min adam belə qatılmır. Bu mövzuda susulur. Axı ətdirsə, pişik, pişikdirsə ət sualı həmişə aktualdır. Nə yaxşı ki, Azərbaycanı xaricdə ləyaqətli insanlarımız da təmsil edir. Məsələn, Ukraynada bir ailəni ölümdən xilas edənlərimiz kimi. Azərbaycanın kənardan imici yaxşı ki, Sevinc və Qənimət, Qurban və Emin kimilər hesabına formalaşmır.