Month: February 2019

  • Vergilər Nazirliyi Cahangir Hacıyevə qarşı mülki iddia qaldırdı – 1,6 milyonluq

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən C.Hacıyevin hüquqlarını müdafiə etmək üçün daha bir vəkil -Fəxrəddin Mehdiyev qoşulub.

    Hakim bildirib ki, zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, mülki iddiaçı qismində isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı ilə Vergilər Nazirliyi tanınıb.

    Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdıqlarını elan edib. O, həmin pulun C.Hacıyevdən tutulub, dövlətin büdcəsinə köçürülməsini istəyib.

    Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib, lakin iclasda fasilə yaranıb.

    Məhkəmə iclası günün ikinci yarısında davam etdiriləcək.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

    Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

  • Пожар в «звездном доме» Москвы: число жертв растет – ВИДЕО (ОБНОВЛЕНО)

    Число погибших в результате крупного пожара в жилом доме в центре Москвы увеличилось до шести, передаёт Median.Az со ссылкой на РИА Новости.

    «При разборе завалов на месте пожара обнаружены тела еще двух погибших», — сказал представитель экстренных служб столицы.

    Таким образом, общее число жертв составляет шесть человек.

    * * * * * *

    В ночь на понедельник в центре Москвы загорелся жилой дом 1912 года постройки. Деревянные перекрытия способствовали распространению огня, в результате площадь пожара увеличилась в десять раз, достигнув 2 тыс. кв. метров, пишет газета Взгляд.

    Согласно информации, погибли четыре человека, еще несколько пострадали.

    Отмечается, что пожар начался в квартире дочери известного музыканта Юрия Башмета, сама женщина не пострадала.

    По данным Telegram-канала Mash, в здании также находятся квартиры актрисы Ингеборги Дапкунайте, художника Никаса Сафронова и оперной певицы Любови Казарновской.

  • Hadi Rəcəbli: Yeniyetmələrin valideynsiz hotelə girişi belə qadağan olunmalıdır

    Hotellərlə bağlı məsələni onların öz qaydaları, Dövlət Turizm Agentliyinin müəyyənləşdirdiyi qaydalar, onun əsasnaməsi tənzimləyir.

    Bu məsələ turizmlə bağlı yeni hazırlanmış qanun layihəsinin birbaşa predmeti deyil. Yəni, yeni qanun layihəsində hotellərlə bağlı müəyyən məqamlar nəzərdə tutulsa da, amma bu məsələ adıçəkilən qanunla tənzimlənməyəcək.

    Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli hotellərlə bağlı məsələnin parlamentin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş “Turizm haqqında” yeni qanun layihəsi ilə tənzimlənib-tənzimlənməyəcəyi məsələsinə aydınlıq gətirərkən bildirib.

    Qeyd edək ki, son bir neçə ayda Azərbaycanın bir sıra məşhur hotellərində zorlanma hadisələri, xüsusilə, yetkinlik yaşına çatmayan 14 yaşlı qıza hotel əməkdaşlarından biri tərəfindən təcavüz edilməsi olayı yaşanıb və bu, cəmiyyətdə, mediada geniş rezonansa səbəb olub.

    Onu da qeyd edək ki, ailəli şəxslərin, ərlə arvadın hotellərdə qalması üçün onlardan şəxsiyyət vəsiqəsinin və nikah kağızının tələb edilməsi fonunda, bu cür halların hansı və necə şəraitdə baş verməsi, onların önlənməməsi cəmiyyətdə, medaiada haqlı narazılıq və suallar yaradıb.

    H. Rəcəbli də hotellərdə zorlanma, cinsi istismar hallarının, o cümlədən, son günlərin müzakirələrinə çevrilən yetkinlik yaşına çatmayan qızın hotellərdən birinin əməkdaşı tərəfindən təcavüzə məruz qalmasının artıq cinayət faktı, cinayət hadisəsi və bunun daha çox cinayət qanunvericiliyinin predmeti olduğunu bildirib.

    “Bunlar çox böyük təəssüf və narahatçılıq doğurur.

    Hər birimiz bundan narahatıq. Hotellər bu məsələdə çox ciddi ölçülər götütməlidirlər, hotelçiliyə yaraşmayan halları aradan qaldırmalıdırlar. Təbii ki, bunu bütün hotellərə şamil etmək olmaz, bunlar istisna təşkil edir.

    Amma bütövlükdə belə hallara yol verilməməlidir. Eyni zamanda, hotellərlə bağlı məsələni onların öz əsasnaməsi və qaydaları daha çox tənzimləyir, yəni, bu məsələ turizmlə bağlı qanun layihəsinin predmet deyil.

    Dünyanın bir çox yerlərində hotellərdə ərlə arvadın orada qalması üçün həm kimlikləri, həm də nikah kağızları tələb olunur. Bəzi ölkələr də var ki, orada ərlə arvaddan nikah sənədləri tələb edilmir. Amma bütün hallarda hotelə daxil olan, orada qalan insanların qeydiyyatı mütləq şəkildə olmalıdır.

    Onlar mütləq kimliklərini göstərərək, qeydiyyatdan keçməlidirlər. Bununla yanaşı, yeniyetməlik yaşına çatmayanların valideynlərin iştirakı olmadan hotelə girişi belə qadağan olunmalıdır. Onlar ancaq valdeynlərinin iştirakı ilə hotelə daxil olmalı və ya orada qalmalıdırlar.

    Ancaq bununla belə hesab edirəm, son hadisə artıq cinayət hadisəsidir və bunda günahı olanlar hamısı qanun qarşısında cavab verməli, sərt şəkildə cəzalandırılmalıdırlar”, – deyə, komitə sədri əlavə edib.

  • Полад Бюльбюль-оглы: На творчество времени не остается

    Народный артист Азербайджанской ССР, чрезвычайный и полномочный посол Азербайджана в России Полад Бюльбюль-оглы 4 февраля отмечает свой День рождения.

    Ему исполняется 74 года, однако, как признается посол, он не ощущает себя на тот возраст, который указан в паспорте.

    «Может быть, потому, что много работаю, мне и некогда об этом думать. К тому же у меня много друзей по всей России и в Азербайджане. Надо поддерживать с ними отношения. Словом, жизнь бьет ключом», – сказал он в интервью изданию «Вечерняя Москва».

    По словам П.Бюльбюль-оглы, он сейчас находится в Баку, и в его жизни происходит очень много событий, а потому на творчество времени почти не остается.

    Народный артист добавил, что уже сейчас стал задумываться о творческой встрече с москвичами и бакинцами, чтобы вместе отметить свой 75-летний юбилей.

  • Polad Bülbüloğlu: Yaradıcılığa vaxt ayıra bilmirəm

    Bu gün Azərbaycan SSR Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkarı və müğənni Polad Bülbüloğlunun 74 yaşı tamam olur.

    Rusiyanın “Veçernaya Moskva” nəşrinə danışan P.Bülbüloğlu hazırda Bakıda olduğunu, həyatında çoxlu işlər və hadisələr olduğu üçün yaradıcılığa vaxt ayıra bilmədiyini deyib.

    “Növbəti ildə 75 yaşım tamam olacaq. Ona görə də indidən yubileyimi mokvalılar və bakılılarla birlikdə keçirmək haqqında düşünürəm. Bu, konsert və ya televiziya verilişi formatında ola bilər. Hələlik qərar verməmişəm. Düzünü desəm, özümü pasportumda göstərilən yaşda hiss etmirəm. Rusiya və Azərbaycanda çoxlu dostlarım var. Onlarla münasibətləri qorumaq lazımdır. Həyat davam edir”, – o əlavə edib.

  • Пожар в космическом центре в Иране: погибли ученые

    В пожаре, произошедшем в иранском государственном Центре космических исследований (ЦКИ), погибли трое сотрудников.

    Как передаёт Median.Az, об этом сообщает информационное агентство ISNA.

    В сообщении приводятся слова министра телекоммуникаций Мохаммада Джавада Азари Джахроми о том, что три исследователя погибли в результате возгорания в ЦКИ.

    «В одном из филиалов Центра космических исследований Ирана произошел пожар. К сожалению, на возгорание отреагировали поздно, в результате чего погибли трое ученых центра», – сказал министр.

    Также он добавил, что пока не может раскрыть детали инцидента.

  • İranda kosmik mərkəzdə yanğın: üç alim öldü

    İranın Dövlət Kosmik Tədqiqatlar Mərkəzində baş vermiş yanğın nəticəsində üç nəfər həyatını itirib.

    Bu barədə ISNA agentliyi məlumat yayıb.

    Ölkənin telekommunikasiya naziri Məhəmməd Cavad Azəri mərkəzdə baş verən yanğının qurbanlarının tədqiqat aparan alimlər olduğunu açıqlayıb.

    “İranın Kosmik Tədqiqatlar Mərkəzinin filiallarından birində yanğın meydana gəlib. Təəssüflər olsun ki, alışmaya gec reaksiya veriblər. Nəticədə, mərkəzin üç alimi həyatını itirib”, – deyə nazir bildirib.

    İnsidentin təfərrüatı hələlik mətbuata açıqlanmır.

  • Почему в Азербайджане подорожали молочные продукты?

    В Азербайджане наблюдается рост цен на молоко и молочную продукцию.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, цены выросли в основном на продукцию компании Milla, а также AzərSüd и PalSüd.

    Если говорить конкретно, то стоимость молока Milla выросла с 1,74 до 1,94 маната за литр (2,4%), сметаны Milla – с 1,56 до 1,77 маната, а затем до 1,96 маната за 300-граммовую пачку (20%). Сметана с 25% жирностью подорожала с 1,60 до 2,15 маната. Atena (2,4%, 1 литр) теперь стоит 1,95 маната, PalSüd (2,4%, 1 литр) – 2,07 маната, AzərSüd (1,5%, 1 литр) – до 1,79 маната.

    Другими словами, за последние несколько месяцев местная продукция подорожала на 10-20 гяпиков. Так в чем же причина?

    Если учитывать, что большая часть местной молочной продукции изготавливается из молочного порошка, то следует отметить, что молочный порошок не дорожал, а курс доллара в Азербайджане стабилен, то есть на местном рынке никаких изменений не произошло.

    Причина может заключаться в том, что в стране ужесточен контроль над содержанием молочной продукции. Если раньше производители использовали пальмовое масло, то сейчас, чтобы соответствовать официальным параметрам качества, увеличили производственные расходы, что сказывается на стоимости.

    Кроме того, в Азербайджане существуют проблемы с кормами для животных, это влияет на себестоимость продукции из натурального молока. Однако стоит учесть, что частные фермы в районах не поднимали цены на молоко. В Ширване, например, розничная цена литра молока составляет 60 гяпиков, а оптовая – 50 гяпиков, за последние несколько месяцев стоимость не менялась. Определенную роль может играть только сезонный фактор, т.к. зимой объем производства молока снижается.

    Следует отметить, что на молочном рынке Азербайджана имеются признаки монополии.

    Как нам удалось выяснить в Gilan Holdinq, бренд Milla им уже не принадлежит. У Gilan Holdinq остался лишь бренд AzərSüd. В компании заявили, что не знают о росте цен, но пообещали провести проверку.

  • Azərbaycanda süd məhsulları bahalaşdı – SƏBƏB

    Azərbaycanda süd və süd məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir.

    Bahalaşma xüsusən “Milla” məhsullarında daha çox nəzərə çarpır, eyni zamanda, “AzərSüd”, “PalSüd” məhsullarının qiyməti də qalxıb.

    Konkret olaraq, “Milla”nın qiyməti (2,4%-lik, 1 litr) 1.74 manatdan 1.94 manat qalxıb. “Milla” xamaları (20%-lik, 300 qram) yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb.

    Həmin xamanın 25%-liyinin qiyməti isə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. “Atena” (2,4%, 1 litr) 1,95, “PalSüd” (2.4%, 1 litr) 2.07, “AzərSüd” (1,5%, 1 litr) 1.79 manatdır.

    Başqa sözlə, son 1-2 ayda yerli məhsullar təxminən 10-20 qəpik bahalaşıb. Bəs bunun səbəbi nədir?

    Nəzərə alsaq ki, yerli istehsalın böyük bir hissəsi quru süddən hazırlanmış məhsulların payına düşür, o zaman qeyd edək ki, buna təsir edə biləcək amillər çox azdır. Çünki quru süd bahalaşmayıb, Azərbaycanda dolların məzənnəsi sabitdir, yerli bazarda hər hansı dəyişiklik yoxdur.

    Təbii ki, ilkin olaraq, mal və məhsulların qeydiyyatı, yəni uçotun şəffaflaşdırılması amilinin bazardakı qiymətlərə təsiri diqqətə çarpır. Uçotun düzgün qurulması bu sahədəki istehsalçıların “kölgə gəlirləri”nə müəyyən dərəcədə təsir etməyə başlayıb.

    Bundan başqa, ölkədəki məhsulların tərkibi ilə bağlı da nəzarət gücləndirilib. Belə ki, məhsulların etiketlərində qeyd edilən yağlılıq dərəcəsi və digər qatqıların yerində olması da istehsalçıları bir qədər “əziyyətə” salıb. Xüsusən süd və süd məhsullarının yağlılıq dərəcəsi üzrə göstəricilər və istifadə olunan yağların mənşəyi ilə bağlı məsələlər də məhsulların qiymətinə təsir edib.

    Əvvəllər daha çox spred yağlardan, yəni palma yağlarından istifadə edən istehsalçılar, indi göstərdikləri rəsmi keyfiyyət parametrləri üzrə məhsul istehsal edərkən xərcləri artdığından bu da qiymət artımına təsir edib.

    Bundan başqa, Azərbaycanda heyvandarlığın yem problemi var və bu da öz növbəsində təbii süddən hazırlanan məhsulun maya dəyərinə təsir edir. Amma o da faktdır ki, rayonlardakı fərdi təsərrüfatlarda südün qiyməti qalxmayıb.

    Məsələn, Şirvanda südün 1 litri pərakəndə halda 60 qəpikdən, topdan isə 50 qəpikdən satılırdı və ötən 1-2 ayda qiymətlər dəyişməyib. Burada yalnız mövsümi amil, yəni qışda süd istehsalının aşağı düşməsi müəyyən qədər rol oynayır.

    Qeyd edək ki, Azərbaycanın süd məhsulları bazarında müəyyən qədər inhisarçılıq əlamətləri də var və bunu qiymətlərin artım tendensiyasını izləməklə görmək olar.

  • Арас Агаларов: Я даю знахарские рецепты

    «Основа любой экономики – стабильность. Когда вы находитесь в условиях меняющихся параметров, вы никогда не сможете ничего ни спрогнозировать, ни спроектировать. А основа любой стабильности – это курс национальной валюты».

    Как передаёт Median.Az, об этом в эфире радио «Комсомольская правда» сказал российский бизнесмен азербайджанского происхождения Арас Агаларов.

    По его словам, курс национальной валюты должен быть стабильным.

    «Не может курс национальной валюты находиться в состоянии волатильности. Это обычный тремор (медицинский термин, обозначающий дрожание тела – ред.) у кардиологического больного», – добавил бизнесмен.

    Также А.Агаларов отметил, что дает «знахарские рецепты» по улучшению экономики.

    «Мое предложение построено на том, что ничего менять не надо, ничего выдумывать не надо. Надо просто сделать очень простую корректировку.

    Чем отличаются знахари от хирургов? Хирурги все вырезают, отрезают. Непонятно, чем это кончается. А знахари травами чуть-чуть подправят, и все налаживается.

    Я даю знахарские рецепты», – заключил бизнесмен.