Month: February 2019

  • Araz Ağalarov: Mən türkəçarə reseptləri verirəm

    İstənilən iqtisadiyyatın təməlində sabitlik dayanır. Dəyişən parametrlər şəraitində siz heç vaxt heç nəyi öncədən proqnozlaşdıra, və ya layihələndirə bilməzsiniz.

    İstənilən sabitliyin kökündə milli valyutanın məzənnəsi durur. Bizdə bununla bağlı daima dəyişişiklik baş verir. Gah 70-i vurub keçir, gah 65-ə qədər enir.

    Bunu “Komsomolski Pravda” nəşrinə Rusiyanın əslən azərbaycanlı iş adamı, “Krokus” şirkətinin prezidenti Araz Ağalarov deyib.

    “Rusiyada ticarət balansının müsbət saldosu var. Hər gün valyuta bazarından valyuta alırıq. Rublun məzənnəsinin sabitliyini nəzərə alıb bunu etmək olar. Belə olan halda məzənnə sabitliyinə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi, işçilərin maaşları da bağlı olur.

    İndi isə maaşlar dəyərdən düşən rublun məzənnəsi ilə ayaqlaşmır. Ötən il rubl 15 faizdən çox dəyərini itirib. Bütün bunlar neqativ ab-hava yaradır”, – deyə o bildirib.

    A.Ağalarov qeyd edib ki, Rusiya iqtisadiyyatı indiki göstəricilərlə, yəni 190 milyardlıq müsbət saldo ilə zirehli qatar kimi sarsılmaz ola bilərdi:

    “Hər şey ona uyğunlaşardı – həm maaşlar, həm məvaciblər, üstəlik, beynəlxalq investisiya da gələrdi.

    Çünki onlar 60 məzənnə ilə daxil olduqlarına və həmin məzənnə ilə çıxdıqlarına əmin olardırlar. Məzənnə sabit olsa, bizim banklarda depozit yatırımları (hazırda 7-8 faiz civarındadır), ilə bağlı təkliflər valyutada olacaq.

    Dünyanın hansı ölkəsində depozit əmanətə görə 7-8% faiz təklif olunur? Heç yerdə. Belə olan halda bizim depozitlərə pul yatırmaq istəyən xarici investorlar da ortaya çıxacaq”.
    A.Ağalarov həmçinin Rusiya iqtisadiyyatının gücləndirilməsi ilə bağlı təkliflər də verib:

    “Mənim təklifim belədir: heç nəyi dəyişmək, heç nə fikirləşib ortaya çıxarmaq lazım deyil. Sadəcə, çox bəsit düzəlişlər etmək lazımdır. Cərrahlar kəsib atır, axırının nə olacağı bilinmir. Türkəçarəçi isə otların köməyilə ora-burasını düzəldir və hər şey qaydasına düşür. Mən türkəçarə reseptləri verirəm”.

  • YouTube может лишиться кнопки “дизлайк”

    Разработчики популярного видеохостинга YouTube рассматривают возможность удаления кнопки “дизлайк” — негативной оценки под видео.

    Как передает Median.Az со ссылкой на life.ru, об этом сообщил директор площадки по управлению интернет-проектами Том Леунг.

    По его словам, команда разработчиков стремится убрать возможность дизлайк-спама и флеш-ботов, при помощи которых группы пользователей могли бы специально занижать рейтинги конкретных видеороликов для нанесения вреда авторам и их каналам.

    В рамках этой идеи рассматривается возможность предоставления выбора для владельца канала, отображать “дизлайк” под его видеороликами или нет. Также рассматривается вариант, при котором тот, кто хочет поставить плохую оценку, будет вынужден пройти небольшой опрос, где бы он пояснил свой выбор. Так предполагается бороться с теми, кто на импульсивной волне дизлайкает ролики без разбора. Самым радикальным решением может стать удаление “дизлайка” совсем.

  • Sabahın havası açıqlandı

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,

    əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında fevralın 5-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza görə, fevralın 5-6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Pirallahıda əmisinin arvadını öldürən şəxsin işi üzrə apellyasiya məhkəməsi başlayıb

    В Бакинском Апелляционном суде начался судебный процесс на основании апелляционной жалобы жителя столицы Расула Гусейнова (1983-го года рождения), осужденного по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 17-го июля этого года cотрудники Пираллахинского РОП на основании поступившей информации в квартире по улице С.Багирова, 14 с признаками насильственной смерти обнаружили тело жительницы столицы Марии Гахрамановой (1974-го года рождения).

    В качестве подозреваемого был задержан ее родственник, ранее судимый Расул Гусейнов, который на почве инцидента нанес женщине удар кулаком в область головы. Тяжелая травма послужила смерти М.Гахрамановой.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к 13 годам лишения свободы.

    В связи с назначенным сроком заключения осужденный подал апелляционную жалобу.

    О решении Бакинского Апелляционного суда будет дана соответствующая информация.

  • Мужчина осужденный за убийство жены дяди подал апелляционную жалобу

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəsul Hüseynovun (1983-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, ötən il iyulun 17-də Pirallahı RPŞ və rayon prokurorluğunun əməkdaşları Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 14 ünvanında Bakı şəhər sakini Mariya Qəhrəmanovanın meyitini aşkar ediblər.

    Araşdırma zamanı, həmin gün səhər saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verməsi və sonuncunun, onun baş nahiyəsinə yumruqla zərbə vuraraq, qətlə yetirməsi müəyyən edilib.

    Keçirilmiş əməliyyat tədbiri nəticəsində R.Hüseynov saxlanılaraq, istintaqa təhvil verilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verib.

  • Bərdədə atılan uşaqlarla bağlı KOMİTƏDƏN AÇIQLAMA

    Bərdə rayonunda Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Osmanova tərəfindən iki uşağın atılması faktı ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası rəy verəcək.

    Median.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

    Onun sözlərinə görə, araşdırmanın nəticələrinə uyğun olaraq, valideynlik hüququndan tam məhrumetmə, məhdudlaşdırma və ya inzibati cərimənin tətbiqi ilə bağlı qərar veriləcək: “Valideyn hüquqlarının məhdudlaşdırılması yerli icra hakimiyyətinin də qərarı ilə mümkündür. Hər bir halda istənilən qərar verilərkən uşaqların mövqeyi müdafiə edilməlidir. Amma qərarın verilməsi üçün, ilk növbədə, uşaqların təkbaşına saxlanılmasının səbəbləri üzə çıxarılmalıdır. Əgər valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, onda məhkəmə 1-2 ay ərzində qərar verir”.

  • Bakıda 14 yaşlı qıza təcavüz edən şəxsin məhkəməsi baş tutmadı

    Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində çıxarılan məhkəmə qərarından verilən şikayət üzrə iclas təxirə salınıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə kollegiyası cinayət işi materialları ilə tanış olmaq üçün prosesi fevralın 5-dək təxirə salıb.

    Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə N.Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Lakin zərərçəkmiş tərəf məhkəmə qərarının dəyişdirilməsini və N.Əhmədovun həbs edilməsini tələb edir.

    İddiaya görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

    Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.

    Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib.

    Ekspertizanın rəyi alınanadək isə N.Əhmədovun həbs edilməsi ilə bağlı polis və zərərçəkmiş şəxs tərəfindən vəsatət verilib.

    Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb.

    Məhkəmənin qərarı ilə qarşı tərəfə ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduğunu bildirir.

    N. Əhmədov barəsində Cinayət Məcəlləsinin 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Bakıda qəbiristanlıqda kişi meyiti tapıldı

    Bakıda qəbiristanlıqda kişi meyiti tapılıb.

    Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 3-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlığn yaxınlığında naməlum kişi meyitinın aşkar olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.

    Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində meyiti tapılan şəxsin, 1972-ci il təvəllüdlü Məmmədov Rasim Oruc oğlu olması müəyyən edilib.

    Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.v

  • “Narkotik tərkibli dərmanlar sifariş etdim” – Mirkamildən şok açıqlama (VİDEO)

    Xalq ulduzu” yarışmasının laureatı Mirkamil Kamilov Səhiyyə Nazirliyini məhkəməyə verəcəyini açıqlayıb.

    Median.Az-ın “Ölkə.Az”a istinadən verdiyi məlumatına görə, sənətçi bildirib ki, onun narkotik əleyhinə olan dərmanları almasına problem yaradılır:

    “Narkotik asılılığından çıxmağım üçün qəbul etdiyim dərmanları əldə etməyimə mane oldular. Allah canlarını sağ eləsin. Mən o qədər də dəli deyiləm. Öz həkimimə narkotik vasitə olan dərman sifariş etdim. İnsanın beynini, ağlını əlindən ala biləcək dərmanı mənə satdılar. Əgər bu dərman satılırsa və ölümlə nəticələrənə bilərsə – niyə satılır və mənə xeyri olan digər dərmanı almağıma niyə maneçilik törədilir. Tutaq ki, mən deyiləm, başqa bir insandır. Cavab versinlər ki, adam öldürən dərmanı niyə satırlar?”

    Qeyd edək ki, M.Kamilov bir müddət öncə narkotik qəbul etdiyini özü açıqlayıb.

  • Bərdədə 2 körpəsini atan ana – “Günə 2 manat kirayə pulunu vermədiyimə görə gecə ilə uşaqları qoyub qaçdım”

    Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıblar.

    Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

    Bərdə rayonunda işləyən Y.Osmanova report-a uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: “Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o aparan evə iş yoldaşıma verib”.

    Faktla bağlı araşdıma aparılır.

    Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

    Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.