Month: February 2019

  • Abşeronda cibgirlik edən Sumqayıt sakinləri saxlanılıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev saxlanılıb.

    Məlum olub ki, o yanvarın 31-də Masazır qəsəbəsi ərazisində xətt marşrutlarının birində qadının, içərisində 222 manatı və sənədləri olan pulqabısını çantasından oğurlayıb.

    Bundan əlavə, Abşeron RPİ–nin əməkdaşları əməliyyat-axtarış tədbirlədi nəticəsində rayon sakini K.Məmmədovanın mobil telefonunu oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Şəmsiyev saxlanılıb.

    RPİ İstintaq şöbəsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В Уджаре “Toyota” сбила насмерть пешехода

    Как сообщает Median.Az, 1-го февраля примерно в 23 часа на территории г.Уджар автомобиль марки “Toyota”, управляемая жителем города Эльчин Мамедовым сбила насмерть жителя города Фейруза Ибрагимова.

    В Уджарском РОП по факту ведется расследование.

  • Ucarda “Toyota” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, fevralın 1-i saat 23 radələrində Ucar şəhərində, şəhər sakini Elçin Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə həmyerlisi Feyruz İbrahimovu vurub

    Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Ucar RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Baxçalarda qızılca və “donuz qripi” qeydə alındı? – RƏSMİ AÇIQLAMA

    Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (“donuz qripi”) yoluxma faktı qeydə alınmayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib.

    Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.

  • В Карабахе произошло землетрясение

    На оккупированной территории Азербайджана в Нагорном Карабахе произошло землетрясение.

    Подземные толчки были зарегистрированы 4 февраля в дневное время. Эпицентр землетрясения магнитудой 2,5 балла находился в шести км к востоку от Кяльбаджара, на глубине 10 км под землей.

    Сила подземных колебаний составила 3 балла.

    Напомним, что вчера в 09:30 по местному времени в Кяльбаджаре произошло землетрясение магнитудой 3,3 балла.

  • Qarabağda zəlzələ – YENİLƏNİB

    Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində son 24 saat ərzində ikinci zəlzələ baş verib.

    Yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb.

    Maqnitudası 2,5 bal olan zəlzələnin episentri Kəlbəcər rayonundan 6 kilometr şərqdə, yerin 10 kilometr dərinliyində olub.

    Zəlzələ Kəlbəcər rayonunda 3 bala gücündə hiss edilib.

    Xatırladaq ki, dünən yerli vaxtla saat 09:30-da Kəlbəcərdə 3,3 bal gücündə zəlzələ olmuşdu.

    * * * * *

    Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.

    Bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Yerli vaxtla saat 09:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub.

    Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

  • Ərdoğan: “Çox önəmli şəxs bizə təslim edildi”

    Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan dünən axşam TRT-nin xüsusi buraxılışında bir çox sualları cavablandırıb.

    İki saata yaxın davam edən verilişdə Türkiyə prezidenti bələdiyyə seçkiləri, 15 iyul 2016-cı ildə törədilən çevriliş cəhdi, Qaşıqçı cinayəti və digər məsələlərdən danışıb.

    FETÖ-dən danışan Ərdoğan dünyanın bir çox ölkələrindən bu terror təşkilatının liderlərinin Türkiyəyə təslim etdiklərini açıqlayıb: “Ən son Azərbaycandan yenə çox-çox önəmli şəxsi bizə, sağ olsun İlham Əliyev qardaşım, təslim etdi”.

    Türkyə prezdenti FETÖ-nün ABŞ Konqresinə qədər uzanan ayaqlarının olduğunu deyib.

    Ərdoğan FETÖ-yə qarşı çox əməliyyatın keçiriləcəyini də açıqlayıb: “Dövlətin içində, dövlətin müxtəlif qurumlarında, polisdə, orduda, hər yerdə var. Onun üçün asan deyil. Bu, metastaz verib”.

    Canlı yayımda Ərdoğan HDP ilə PKK əlaqələrini də dəyərləndirib: “HDP bərabərdir PKK, bərabərdir YPG. Heç sağa, sola qaçmamalarının anlamı yoxdur”.

  • Yevlaxda ağacların dibinə dizel yanacağı tökülüb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağının tökülməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Nazirliyin mətbuat xidməti “Report”a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə 5 müxtəlif cinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkar olunub.

    Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Yevlax şəhər Polis Şöbəsinə müraciət edilib.

    Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.

  • Mebel anbarından oğurlaq edən keçmiş məhkum saxlanıldı

    DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.

    Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

  • “Lady Sharm” kimin qəzəbinə tuş gəlib? – Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq…

    Son günlər Bakıda məşhur “Lady Sharm” mağazalar şəbəkəsinin bağlanması haqda məlumatlar yayılıb. Bildirilir ki, şəbəkənin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

    Həbsə səbəb mağazalar şəbəkəsinin bazara məşhur brendlərin saxtalaşdırılmış çeşidlərini çıxarmasıdır.

    Median.Az xəbər verir ki, “Yeni Müsavat” bununla bağlı məlumatlar dərc edib. Qəzet yazır ki, məşhur brendlərin saxta çeşidləri Bakıda və xaricdəki sexlərdə hazırlanıb. Bu haqda hüquq mühafizə orqanlarına məlumat daxil olandan sonra “Lady Sharm” mağazalar şəbəkəsinin ayrı-ayrı ticarət nöqtələrində əməliyyatlar keçirilib, məşhur brendlərin saxtalaşdırılmış çeşidləri maddi sübut kimi yük maşınları ilə xüsusi anbara daşınıb.

    “Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. Amma onların Bakıdakı işçilərindən xeylisi həbs edilib. Deyilənə görə, şəbəkənin əsas sahibi regional TV-lərdən birinin sahibinin kürəkənidir.

    Məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxınp çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. İddialara görə, hətta bunun üçün bəzi müxalifət partiyalarının rəhbərlərindən böyük məbləğ müqabilində arayış almaq variantı da gözdən keçirilir.

    Şəbəkənin rəhbərliyinin qəzəbə gəlməsinin səbəbi kimi nüfuzlu şəxslərin aldadılması olub. Bildirilir ki, “Lady Sharm” mağazalarından alver edən məşhurların arasında çox nüfuzlu şəxslər də olub, onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb.

    “Lady Sharm” mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri “Gənclik Mall”da, digəri isə “28 May Mall”da yerləşir.

    “Lady Sharm” mağazalar şəbəkəsinin “Neftçilər” metro stansiyasının yaxınlığındakı mağazası da hazırda bağlıdır. Yaxınlıqdakı mağazaların satıcıları deyiblər ki, buradakı “Lady Sharm” bir neçə gün əvvəl bağlanıb və nə vaxt açılacağı da bilinmir.