Month: February 2019

  • Bakıda ŞOK OLAY – Taksi sürücüsü sərnişinə HÜCUM ÇƏKDİ – VİDEO

    Bakıda taksi sifariş edən şəxs sürücünün hücumuna məruz qalıb.

    Median.az xəbər verir ki, hadisə paytaxt sakini Elvin Ağayevin başına gəlib.

    Zərərçəkmiş sərnişin deyir ki, bir neçə gün əvvəl taksi şirkətlərindən birindən sifariş verib. Elvin Ağayev operator xanıma metronun ”Neftçilər” stansiyası yaxınlığından Babək prospektinə gedəcəyini deyib. Operator gedişhaqqının 2 manat 90 qəpik olduğunu bildirdikdə, o, taksinin həmin ünvana gəlməsini istəyib.

    ”Taksi gəldi. Məni həmin əraziyə yox, başqa yerə apardı. Sonra gətirdi məni həmin dediyim ünvana. Mən həmin məbləğin üstünə də əlavə 2 manat qoyub verdim. Başladı ki, “pulu belə niyə atırsan. İt qabağına atmırsan” deyib mənim üstümə hücum elədi. Mənə dedi 7 manat verəcəksən. Dedim axı qız 2.90 deyib, mən də əlavə 2 manat verirəm. Sonra başladı əl-qol atmağa”.

    Sürücünün Elvin Ağayevə hucum edib döyməsinə ətrafda olan insanlar mane olub. Onlar sərnişin Elvin Ağayevi tez yaxınlıqdakı obyektə salıblar ki, çölə çıxmasın. Sürücü getdikdən sonra o çıxıb və sifariş etdiyi taksi şirkətinə bu barədə məlumat verib.

    Sözügedən taksi şirkətinin icraçı direktoru Anar Ağayev ”Xəzər Xəbər”ə bildirdi ki, həmin sürücü ofisə çağırıldı və səhvi ona izah olunduqdan sonra işdən azad edildi.

  • Azərbaycanlı Avropa çempionu azarkeşlərə müraciət edib

    Fevralın 16-da Bakıda start götürəcək batut gimnastikası və tamblinq üzrə “AGF Trophy” Dünya Kuboku ərəfəsində azərbaycanlı Avropa çempionu Mixail Malkin azarkeşlərə müraciət edib.

    “Report”un Azərbaycan Gimnastika Federasiyasının rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı tamaşaçı dəstəyinə ehtiyacının olduğunu bildirib.

    Malkin bu dəstəkdən ruhlandığını açıqlayıb:

    “Yarışdan əvvəl əhvalımı yaxşı saxlamaqdan ötrü dostlarımla görüşür, şəhərdə gəzişirik ki, başımı qatım və fikrim yalnız yarışda olmasın. Yaxşı nəticələrdən sonra uğurlarımı yaxınlarımla qeyd edirəm. Bu, məni digər yarışlara motivasiya edir. Tamaşaçı dəstəyi mənim üçün çox vacibdir. Bu dəstəkdən güc və enerji alıram. Gəlin, milli komandamıza dəstək olun”.

    Qeyd edək ki, 11 ildir tamblinqlə məşğul olan Mixail Malkin ötən il Avropa çempionu olaraq, ən böyük uğuruna imza atıb. 31 ölkənin qatılacağı “AGF Trophy” iki gün davam edəcək.

  • Mağazadan oğurluq edən şəxs saxlanılıb

    Şəmkir rayonunda oğruluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Məlumata görə, Şəmkir rayon sakini Polad Qasımov Şəmkir rayon Polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyat hissələri satılan mağazasına yanvarın 31-dən fevralın 1-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 3000 manat pulu və təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurlayıb.

    Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli şübhəli qismində saxlanılıb.

    İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və əldə etdiyi pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.//milli.az

  • Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrinə görə, palma yağınının istehlakı piylənmə və ürək xəstəliklərinə səbəb olur.

    Təəssüf ki, hal hazırda ucuz palma yağı bir çox hazır məhsullara əlavə olunur. Bu yağ xüsusilə şirniyyatlar və süd məhsullarının istehsalında çox geniş istifadə olunur. Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

    Median.Az saglamolun.az-a istinadən məhsulda palma yağının olub-olmadığını müəyyən etmək üçün bəzi tövsiyələri təqdim edir:

    1. Palma yağı əlavə olunmuş məhsulun saxlanma müddəti bu yağ əlavə olunmamış məhsuldan daha çoxdur.

    2. Palma yağı ucuzdur və bu səbəbdən bu yağ əlavə olunmuş məhsul digər oxşar məhsullarla müqayisədə daha ucuz qiymətə satılır.

    3. Palma yağı əlavə olunmuş məhsulun adı da başqa ola bilər: məsələn, “kəsmik” deyil, “kəsmikli məhsul” (“творожный продукт”) və ya “kəsmikli kütlə” (“творожная масса”), “pendirli məhsul” (“сырный продукт”). Burada “məhsul” sözü ona işarə edir ki, tərkibində bitki yağı var.

    4. Təbii süd məhsulunun tərkibində bitki yağı ola bilməz. Əgər hər hansı süd məhsulunun etiketində “bitki yağı” sözü varsa, çox güman ki, ona məhz palma yağı əlavə olunub. Mütləq məhsulun etiketini oxuyun!

    5. Təbii kəsmik ev temperaturunda qalanda tez bir zamanda turşumağa başlayır, onun iyi və dadı dəyişilir. Palma yağı əlavə olunmuş kəsmik hətta ev temperaturunda uzun müddət xarab olmur və onun üzərində sarı qat əmələ gəlir.

    6. Palma yağı əlavə olunmuş xama və ya kəsmiyi yeyəndən sonra ağızda və dilin üzərində xoşagəlməz yağlı dad qalır.

    7. Təbii dondurma ev temperaturunda tədricən yumşalır və öz formasını saxlayır, tam əriyəndə ağ süd kimi maye alınır. Palma yağı əlavə olunmuş dondurma uzun müddət ərzində əriyir və əriyənda yarımşəffaf mayeyə çevrilir.

    8. Palma yağı əlavə olunmuş pendir “sabun” dadı verir, çətinliklə kəsilir (rezin kimi) və ya ovulur. Açıq havada süni pendir tez quruyur və üzərində çatlar əmələ gəlir.

    Gün şüalarının altında qalan təbii pendir tez yumşalır, palma yağı əlavə olunmuş pendir isə əksinə bərkiyir və onun üzərində yağ damcıları əmələ gəlir.

    9. Palma yağı əlavə olunmuş kərə yağı daha ucuz qiymətə satılır. Onu yeyəndən sonra dilin üzərində sanki yağlı qat yaradır. Təbii kərə yağını yeyəndən sonra ağızda çox xoş südlü-qaymaqlı dad qalır.

    10. Təbii kərə yağının yağlılığı 82,2%-dən aşağı ola bilməz. Yağın üzərində, məsələn, 72% yazılıbsa, bu təbii yağ deyil.

    11. Təbii “squşonka”-nın tərkibində yalnız süd və şəkər tozu olmalıdır. Heç bir bitki yağı burada ola bilməz.

    12. Dükanlarda satılan şirniyyatların (peçenye, vafli, keks və s.) əksəriyyətinə palma yağı əlavə olunur. Bu səbəbdən mütəxəssislər belə məhsulları yeməyi və xüsusilə də uşaqlara verməyi tövsiyə etmirlər.

  • «Молодежной столицей» Азербайджана выбрали Шамаху

    Шамаху выбрали «Молодежной столицей» Азербайджана в 2019 году. Голосование, которое проводилось с 25 января посредством сайта www.genclerpaytaxti.az, завершилось 31 января в 23:59.

    По итогам голосования Шамаха с 30,1% голосов заняла первое место. На втором месте расположилась Ленкорань с 25,6% голосов, на третьем – Кюрдамир (11,5%).

    Результаты голосования будут официально объявлены 2 февраля на мероприятии, посвященном Дню молодежи.

    Выбор «Молодежной столицы» Азербайджана проводится в два этапа. На первом этапе оргкомитет на основе представленных документов составляет список регионов, которые примут участие в голосовании, на втором этапе путем голосования выбирается «Молодежная столица».

  • Afrikada rusiyalı dənizçilər 9,5 ton kokainlə tutuldu

    Kabo-Verdedə (Qərbi Afrika) narkotik qaçaqmalçılığında şübhəli bilinən 11 rusiyalı dənizçi saxlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın sözügedən ölkədəki səfirliyindən bildiriblər.

    Qeyd olunur ki, ESER gəmisində polis əməkdaşları 9,5 ton kokain aşkar ediblər. Gəminin ekipajı saxlanılıb, gəmi Praya limanında qalmaqdadır.

    Rusiya səfirliyindən bildiriblər ki, məsələ nəzarətdədir.

    Panama bayrağı altında üzən gəmi Panamadan Mərakeşə doğru irəliləyərkən ekipaj üzvlərindən biri ölüb. Bu üzdən də gəmi Kabo-Verde limanına daxil olmaq məcburiyyətində qalıb.

  • Prezident: “İslahatlar davam etdiriləcək”

    “İslahatlar davam etdiriləcək”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.

    “Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük”, – deyə dövlət başçısı qeyd edib.

    Prezident İlham Əliyev bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir: “Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq. İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, – əlbəttə ki, əgər bu, təmənnasızdırsa, – biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq”.

    “Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük – özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik”, – deyə dövlət başçısı vurğulayıb.

  • ÜST qızılca ilə bağlı: Azərbaycanda gözləniləndən daha artıq yoluxma var

    Azərbaycanda qızılcaya yoluxma gözləniləndən daha artıq müşahidə edilir.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən məlumat verilib.

    Nümayəndəlikdən bildirilib ki, hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Həmin ölkələr onlayn sistem vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatını mövcud vəziyyətlə bağlı daimi şəkildə məlumatlandırırlar:

    “Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib”.

    ÜST-dən qeyd edilib ki, Səhiyyə Nazirliyi vəziyyəti nəzarətdə saxlayır və xəstəlik halları daha çox müşahidə edilən yaş qrupları və bölgələr üçün əlavə peyvənd tədbirlərinin aparılmasını nəzərdə tutur:

    “Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin nəzarətdə saxlanılması məsələsində Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Övladınızı epidemiyalardan qorumaq üçün peyvənd çox önəmlidir. Səhiyyə Nazirliyi tərəfindən uşaq poliklinikalarına paylanan peyvəndlər ÜST-nin təsdiqlənmiş peyvəndlər siyahısına daxildir və yüksək keyfiyyətlidir”.

    Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə bildirmişdi ki, Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından, əsasən böyüklər arasında qeydə alınmağa başlayıb.

    Qızılcaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər uşaqlarını peyvənd etdirsinlər.

  • Ətraf mühiti çirkləndirməyən yanacaqlar

    Zaman keçdikcə müxtəlif enerji mənbələrinə münasibət dəyişir. Atmosferin çirklənməsi və onun fəsadları dünya ölkələrini daha təhlükəsiz yanacaqlardan istifadə haqqında düşünməyə vadar edir. Yaxın gələcəyin yanacaqları sırasına metanol, hidrazin və hidrogen daxildir.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

    Mütəxəssis bildirib ki, sintetik qazların sırasına daxil olan metanoldan istifadə daxili yanma mühərriklərində bir az dəyişikliklər aparılmasını tələb edir: “Neftin ağır karbohidrogenlərinin yanması ilə müqayisədə yüngül karbohidrogenlərin yanması daha tam baş verir. Metanolun istifadəsi ətraf mühit üçün təhlükəsizdir. Çünki yanacaq kimi istifadə etdikdə havanın digər qazlarla çirklənməsi baş vermir.

    Hidrazinin xassələri onun yanacaq kimi tətbiqi üçün əlverişlidir. Otaq temperaturunda hidrazin rəngsiz, qoxusuz mayedir. ABŞ-da yük avtomobilləri üçün yanacaq kimi tətbiq olunur. Hidrazinin üstünlüyü onun istehsalı üçün istifadə edilən xammalların əlverişli olmasıdır. Belə ki, onun istehsalında havada olan azot və sudan alınan hidrogendən istifadə olunur. Hidrazinin çatışmayan cəhəti digər yanacaqlarla müqayisədə qiymətinin baha olmasıdır. Müasir dövrdə hidrazinin alınması onun oksidinin sulu məhlulundan alınmasına əsaslanır. Sulu məhluldan birbaşa istifadə onun qiymətini ucuzlaşdırır. Çatışmayan cəhəti kanserogenliyi və parçalanması zamanı ammonyakın alınmasıdır.

    Nəqliyyat üçün hidrogendən yanacaq kimi istifadə təklifi çoxdan məlumdur. Lakin onun yanacaq kimi tətbiq imkanlarından başqa, digər məqsədlərlə, məsələn, uzaq məsafəyə enerji ötürücü vasitəsi, məişət və sənayedə enerji mənbəyi kimi istifadəsinin mümkünlüyü də məlumdur. Bu halda hidrogen müasir dövrdə istifadə olunan təbii qaza və benzinə yaxşı alternativ ola bilər. Mənfi xüsusiyyəti qiymətinin baha olması və partlayış təhlükəsinin mövcudluğudur. Hidrogen hava ilə 18-59 faiz həcm nisbətində qarışarsa, partlayış ola bilər. Metandan da güclü partlayış təhlükəsinə malikdir. Lakin açıq havada belə qarışıq əmələ gətirmir. Ona da diqqət yetirmək lazımdır ki, təbii qaz-hava qarışığına nisbətən hidrogen-hava qarışığının partlayış gücü 3 dəfə azdır. Hidrogendən hibrid sxemlər əldə etmək olar. İlk növbədə hidrogen-elektrik yanacaq elementi yaratmaq olar. Bu da yüksək sürət tələb olunmayan şəhərlərdə istifadə üçün yararlı ola bilər. Hərəkətin sürətlənməsinə azhəcmli və azkütləli hava-dəmir batareyalarının köməyi ilə nail olmaq mümkündür”.

    A.Hüseynli elektrik enerjisi ilə işləyən elektromobillərin 2000-ci ildən sonra daha etibarlı hesab olunduğunu qeyd edib: “Enerji mənbəyi kimi elektrikin elmi, texnoloji və sosioloji üstünlükləri çoxdur. Elektrik enerjisi ətraf mühiti çirkləndirmir, o, nüvə və ya günəş enerjisindən hasil edilə bilər. Ancaq elektrik enerjisinin avtomobillərdə yanacaq kimi istifadəsinin bir neçə mənfi xüsusiyyəti var. Bu, ilk növbədə, yeni avtomobil sənayesinin yaradılmasını tələb edir. Elektrik enerjisi ilə işləyən avtomobillər bir sıra xarakteristikalarına görə müasir daxili mühərriklərdən geri qalır. Elektromobillərin rahat istifadəsi üçün yüksək enerji tutumlu batareyalar tətbiq olunmalıdır”.

    Mütəxəssis gələcəkdə nəqliyyat üçün ətraf mühiti çirkləndirməyən yanacaq seçiminin texniki məsələ olduğunu da diqqətə çatdırıb. O, bu yanacaqların istifadəsi, qiyməti və digər xarakteristikalarının gələcəkdə elm-tədqiqat işlərinin intensivliyindən asılı olduğunu vurğulayıb.

  • Депутаты помогли азербайджанцам, садящимся за руль за рубежом

    Парламентарии Азербайджана утвердили изменения в законодательстве, которые устранят препятствие на пути признания за рубежом водительских удостоверений, выданных в республике.
    Проект соответствующих поправок и дополнений был вынесен на заседание весенней сессии Милли Меджлиса (парламента) страны, где после обсуждений был принят.

    Предложенные изменения предполагают повторение сведений в водительских правах на английском языке во избежание недоразумений из-за использования в данных на азербайджанском языке таких букв, как “ə”, “ğ”, “ö”, “ü”, которых нет в английском алфавите. Наличие этих букв препятствует признанию водительских удостоверений Азербайджана за рубежом.

    Азербайджан является одной из порядка 80 стран, которые присоединились к Венской конвенции о дорожном движении. Страны-участницы конвенции признают национальные водительские удостоверения друг друга без необходимости получать международные удостоверения.//sputnik.az