Month: February 2019

  • Xətaidəki qətllə Sabunçudakı intihar arasında şok bağlantı

    Yanvarın 30-u gecə saat 02:20 radələrində Bakıdakı bağ evlərindən birində, 45 yaşlı İsmayılova Məlahət Adıgözəl qızının cəsədi tapılıb.

    Median.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

    İsmayılova Pirşağı sakini Səlimov Ruslan Qəzənfər oğlunun bağ evində kəndirlə asılmış vəziyyətdə tapılıb. İlk baxışdan elə görünə bilər ki, bu, adi intihardır. Lakin heç də məsələ bu qədər sadə deyil. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin qadının adı Xətai Rayon Prokurorluğunda araşdırılan bir cinayət işi ilə bağlıdır.

    Xətai rayonunun hüquq-mühafizə orqanları Sputnik Azərbaycan-a İsmayılovanın cinayətdə iştirakı ilə bağlı informasiyanı etiraf ediblər. Bununla yanaşı, məlum olub ki, məhz İsmayılovanın asılması ilə bağlı izlər 83 yaşlı Patimat Kucayevanın xüsusi amansızlıqla qətlə yetirilməsinə aparıb çıxarır.

    Daha əvvəl Sputnik Azərbaycan xəbər vermişdi ki, yanvarın 27-si axşam saat 20:00-da İnqilab İsmayılov küçəsindəki 52 nömrəli evdə qoca qarının cəsədi aşkarlanıb. Qatil öz qurbanının baş, üz və boyun nahiyəsinə 20-dək bıçaq zərbəsi endirib.

    O da məlum olub ki, qətl cəsədin tapılmasından iki ay əvvəl baş verib. Asayiş keşikçilərinin ehtimalına görə, Bakı şəhərinin yaşlı sakininin qatili qadın ola bilər.

    İstintaq-əməliyyat qrupunun üzvləri səhv etməyiblər. Qətli İsmayılovanın törətməsindən şübhələniblər. Çünki o, qoca qarıdan müəyyən məbləğdə borc pul alıbmış (məbləğ məlum deyil) və onu qaytarmayıb.

    İlkin ehtimala görə, İsmayılova müntəzəm olaraq narkotik qəbul edirmiş. Kucayeva İsmayılovadan borcunu qaytarmağı tələb edib. Borcu qaytarmaq isə borclunun planına daxil deyilmiş. Bununla da qadınlar arasında münaqişə yaranıb. İndi aydın olur ki, niyə Kucayeva tanışı olan İsmayılovanı öz mənzilinə buraxıb və niyə qətldən sonra evin qapısı bağlı olub.

  • Жуткие кадры из США: число жертв аномальных морозов возрастает

    По меньшей мере двадцать человек погибли в результате аномальных холодов в США. Смотрите на видео, как аномальные морозы сковали Чикаго.

    Арктический циклон принес на Средний Запад полярные вихри – в Чикаго похолодало до -33°C. По прогнозам синоптиков, погода улучшится ближе к выходным.

  • Çaylarda suyun səviyyəsi yenə dəyişdi

    Çaylarda suyun səviyyəsi dəyişib. Median.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

    Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 kub/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 155 kub/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

    Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70,0 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

    Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 8, Surrada 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım müşahidə olunub.

    Hazırda Surra məntəqəsində suyun səviyyəsi 426 sm (2018-ci il fevralın 1-də 389 sm), Şirvanda 313 sm (2018-ci il fevralın 1-də 279 sm), Salyanda 276 (2018-ci il fevralın 1-də 233 sm), Bankədə 241 sm (2018-ci il fevralın 1-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2018-ci il fevralın 1-də 128 sm) təşkil edir.

  • Bəşər tarixinin ən zəngin insanının adı açıqlandı

    ABŞ-ın Şimal-Qərb Universitetinin qalereyasında orta əsrlərə aid “Katalon atlas”ı əlyazmasının reproduksiyası təqdim edilib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən əlyazmada dünya tarixinin ən zəngin insanı təsvir edilib.

    Əlyazma 1375-ci ildə Malyorka adasında hazırlanıb. Əlyazmada ticarət yollarının qovşağında əlində qızıl sikkə tutan Qərbi Afrika kralı Mansa Musanın təsviri yer alıb.

    Mansa Musa IX əsrin birinci yarısında 30 il Mali dövlətini idarə edib. Sərginin kuratoru Ketlin Bikford Berzokun sözlərinə görə, Musa regiondakı qızıl istehsalını bütünlükdə öz əlində cəmləşdirib. Qiymətli metal isə bu ərazidə daha saf olduğundan bazarda buna çox böyük tələbat olub.

    “Kiminsə bu gün belə bir sərvətə sahib olduğunu düşünmək çətindir”, – Berzok bildirib.

  • 450 min dollarlıq dələduzluqda təqsirləndirilən şəxsə 9 il cəza verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində 450 min dollarlıq dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə B.Babayev 9 il azadlıqdan məhrum edilib.

    İttihama görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyev qarşı ümumilikdə 450 min dollarlıq dələduzluq edib. O, həmin şəxslərə istilik sistemlərinin satışı ilə məşğul olacağını, əldə ediləcək qazancdan onlara da pul verəcəyini vəd edib. Onların etibarını qazanmaq üçün bir neçə mağaza da göstərərək özünün olduğunu, bizneslə məşğul olduğunu söyləyib. Lakin B.Babayev qısa bir müddət pul aldığı şəxslərə müəyyən qədər vəsait versə də, sonradan vədinə əməl etməyib. Qeyd edək ki, B.Babayev məhkəmənin hazırlıq iclasında həbs edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib.

  • Asiya Kubokunun qalibi məlum oldu

    Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, kubokun finalında Qətər və Yaponiya milliləri qarşılaşıb.

    Qətər komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunu qazanıb.

    Qətər millisində Almoez Ali (12), Abdulaziz Hatem (27) və Akram Afif(83, pen.) fərqlənib. Yaponiya millisinin qolunu isə Takumi Minamino (69) vurub.

  • Пятикратный чемпион мира предстал перед судом

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу руководителя отдела кикбоксинга спортивного клуба «Нефтчи», президента спортивного клуба «Ходжалы», пятикратного чемпиона мира по кикбоксингу, обладателя президентской премии Эхрама Меджидова.

    Как передает Median.Az, на судебном заседании были уточнены анкетные данные обвиняемого, согласно которым 40-летний Э.Меджидов ранее не был судим.

    После уточнения анкетных данных обвиняемого потерпевшая сторона подала гражданский иск в суд. В свою очередь адвокат Э.Меджидова подал ходатайство в суд.

    По словам адвоката, лица, которые были непосредственными свидетелями инцидента между Эхрамом Меджидовым и его тестем, должны быть допрошены. Он отметил, что инцидент произошел в Бинагадинском районном исполнительном отделе. Однако сотрудники исполнительного отдела и службы охраны, которые присутствовали во время инцидента, не были допрошены.

    В свою очередь Э.Меджидов не согласился с предъявленным ему обвинением и попросил вернуть дело на предварительное следствие.

    Суд не удовлетворил ходатайство. Судебное разбирательство назначено на 12 февраля.

    Отметим, что Эхрам Меджидов обвиняется в избиении своего тестя 66-летнего Бахруза Дильбази. В отношении него выдвинуты обвинения по статьям 126.2.3 («Умышленное причинение тяжкого вреда здоровью, совершенное с особой жестокостью, в отношении лица, заведомо для виновного находящегося в беспомощном состоянии») и 126.2.4 (умышленное нанесение тяжкого вреда здоровью) УК Азербайджана.//haqqin.az

  • Kral gəlini haqda şok iddia – Hamilə deyil, silikon qarın taxıb

    İngiltərə şahzadəsi Harri ilə ailə qurduqdan sonra gündəmdən düşməyən Meqan Markl haqda yeni iddia irəli sürülüb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, Meqanın sinəsinin balaca olması və qarnının gah böyük, gaha da balaca görünməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

    Bir çox izləyici Marklın hamilə olmadığını və övladını daşıyıcı ana vasitəsilə dünyaya gətirəcəyini, qarnındakının isə silikon olduğunu qeyd edib.

    Sevənləri qədər sevməyənləri də çox olan kral gəlini hələ ki, üzləşdiyi bu iddia ilə bağlı heç bir açıqlama verməyib.

    Qeyd edək ki, analoji proqnoz kral ailəsinin böyük gəlini Keyt Middlton haqda da səslənmişdi. Keytin hamilə vaxtı da baxımlı olması övladının daşıyıcı ana vasitəsilə ilə dünyaya gətirəcəyi haqda iddianın yayılmasına səbəb olmuşdu.

  • Şamaxı Azərbaycanın Gənclər Paytaxtı seçildi

    Şamaxı şəhəri 2019-cu ilin Azərbaycanın Gənclər Paytaxtı seçilib.

    Median.Az xəbər verir ki, www.genclerpaytaxti.az saytı vasitəsi ilə yanvarın 25-dən onlayn keçirilən səsvermə yanvarın 31-də saat 23:59-da başa çatıb və Şamaxı şəhəri 30,1% səslə birinci yeri tutub.

    Səsvermə zamanı digər rayonların topladığı səslər belə olub:

    Lənkəran rayonu 25.6%
    Kürdəmir rayonu 11.5%
    Tovuz rayonu 7.3%
    Masallı rayonu 4.1%
    Şirvan şəhəri 3.8%
    Şəki şəhəri 2.9%
    Sumqayıt şəhəri 2.1%
    Mingəçevir şəhəri 1.6%
    Astara rayonu 1.6%
    Sabirabad rayonu 1.5%
    Ağcabədi rayonu 1.3%
    Xaçmaz rayonu 1.1%
    Zaqatala rayonu 1.0%
    Oğuz rayonu 0.8%
    Ağstafa rayonu 0.7%
    Qax rayonu 0.6%
    Qəbələ şəhəri 0.6%
    Qusar rayonu 0.6%
    Gədəbəy rayonu 0.6%

    Səsvermənin nəticəsi 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə təşkil olunacaq tədbirdə rəsmən elan ediləcək.//oxu.az

  • Bakıda dələduzluq edən saxta polis peyda olub – FOTO

    Bakıda dələduzluqla məşğul olan saxta polis üzə çıxıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, zərərçəkən vətəndaşlardan biri Ruslan Nəsiblinin sözlərinə görə, özünü polis kapitanı kimi təqdim edən Əhmədov Kənan Böyükağa oğlu insanların inamından sui-istifadə edərək, onların pulunu dələduzluq yolu ilə mənimsəyir.

    İddiaya görə, zərərçəkənlər arasında Azərbaycanın xalq artisti Alim Qasımovun kürəkəni də var. Əhmədov Kənan Qasımovun kürəkənini işə düzəltmə adı ilə aldadaraq ondan 30 min manat pul alıb.

    Yenicag.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov zərərçəkmiş vətəndaşların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edib.