Month: February 2019

  • İtaliyada məhbuslar yaxınları ilə “Skype” vasitəsilə ünsiyyət qura biləcəklər

    İtaliyada həbsxana həyatı yaşayanlar “Skype” vasitəsilə videozənglər edərək yaxınları ilə ünsiyyət qura biləcəklər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkənin penitensiar müəssisələrinin yeni administrativ kodeksində əksini tapıb.

    Müvafiq qərar ölkədəki müxtəlif həbsxanalarda aparılan bir sıra pilot layihələrindən sonra Ədliyyə Nazirliyi tərəfindən verilib. Kommunikasiya texnologiyaları və internetdən istifadə xarici aləmlə əlaqə saxlamağa imkan yaradır. Bu, əsasən də məhbusların digər regionlardakı həbsxanada saxlandığı zaman ailə üzvləri ilə görüşü çətinləşdiyindən daha çox əhəmiyyət daşıyır.

    Bununla yanaşı, məhbusların hamısı bu imkandan istifadə edə bilməyəcək. Həbsxana administrasiyası belə ünsiyyət imkanlarını qiymətləndirən zaman təhlükəsizliyin təmin olunmasını və barmaqlıqların hər iki tərəfindəki insanların psixoloji vəziyyətini prioritet kimi götürəcək. Həmçinin “Skype” vasitəsilə əlaqə imkanları ağır cinayətlərə görə həbs olunan və xüsusi rejimli həbsxanalarda saxlanılan məhbuslara şamil edilməyəcək.

  • “WhatsApp”da silinən mesajlar geri qaytarılır

    Artıq bir müddətdir ki, “Whatsapp” yazışmalar zamanı bir şəxs tərəfindən göndərilən mesaj oxunmayıbsa, onu silmək üçün imkan mövcuddur. Bir çox hallarda qarşı tərəf silinən mesajın mahiyyətindən xəbərsiz olur. Lakin bu mesajın qutudan silinməsi, heç də hər şeyin sonu demək deyil. Həmin silinmiş mesajın məzmunu ilə tanış olmaq üçün istifadəçi asanlıqla “WhatsApp” proqramını yenidən yükləyərək depolanmış məlumatları əldə edə bilər.

    Bundan başqa silinən mesajların oxunması üçün “WhatsApp”ın əlavə tətbiqlərinin də olduğu bildirilir. Lakin bu proqramların nə qədər etibarlı olub-olmaması haqda konkret fikir açıqlanmır.

  • Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar

    Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub

    İstanbulda son 4 ildə azərbaycanlılar arasında baş verən silsilə qətllərin arxasında “qan davası” olduğu müəyyən edilib. Median.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı şübhəli hesab edilən Sahib Məmmədov həbs edilib.

    İstanbul polisi müəyyən edib ki, Məmmədovlar və Əliyevlər arasında qan davası uzun müddətdir ki, davam edirmiş.

    Belə ki, ilk cinayət 2015-ci ildə dekabrın 19-da baş verib. Bu zaman Ramil Məmmədov gülələnərək öldürülüb. Araşdırmalar zamanı Ramil Məmmədovun Natiq G. və atası Yapon G. tərəfindən öldürüldüyü, sifarişin Əliyevlər tərəfindən verildiyi müəyyən edilib.

    Daha sonra 2017-ci ilin yanvar ayının 15-də Əliyevlər ailəsinin nümayəndəsi Misirxan Əliyev güllələnərək öldürülüb. Bu cinayətin Sahib Məmmədov və iki yaxını tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub.

    Sahib Məmmədov qardaşını qisasını almaq üçün Misirxan Əliyevin qardaşı Gəncəli Əliyevi də 2018-ci il avqustun 8-də öldürüb.

    Bu cinayətdən sonra bu dəfə Əliyevlər ailəsinin üzvü Asif Əliyev 2018-ci il avqustun 22-də Məmmədovlar ailəsinin daha bir üzvünü – Rahil Məmmədovu öldürüb. Asif Əliyev həbs edilib. Amma qan davası bununla bitməyib. Qan davasının son qurbanı 2018-ci il oktyabrın 7-də öldürülən Ruhil Ağayev olub. Ağayevi öldürənlər hadisə yerindən qaçıdığı üçün onları müəyyən etmək mümükün olmayıb.

    Baş verən cinayətlərlə bağlı araşdırmalar aparan İstanbul polisi hadisələrdə şübhəli sayılan Sahib Məmmədovu ötən gün həbs edib.

  • Около 30 килограммов наркотиков задержаны на границе с Ираном

    В период с 15 по 23 января пограничники Азербайджана на различных участках азербайджано-иранской границы предотвратили контрабанду более 26 килограммов наркотических веществ, говорится в сообщении на официальной странице Государственной пограничной службы АР в пятницу.

    В сообщении отмечается, что на участке госграницы с Ираном в Ярдымлинском районе Азербайджана в результате поисковых работ вблизи села Арус было обнаружено более 22 килограммов героина и опиума, а также около двух килограммов метамфетаминов и более 6,7 тысячи таблеток метадона.

    На территории Физулинского района был задержан житель Бейлаганского района страны Эльмаддин Гахраманов, нарушивший границу. При осмотре у него обнаружено более килограмма кокаина и марихуаны.

    Также пограничники не дали провезти в Азербайджан незаконно наркотики гражданину Ирана. При проверке на пограничном пропускном пункте “Астара” Бани Байрами Резаи было изъято более 200 граммов метамфетаминов и героина. Позже было установлено, что заказчиками наркотических веществ являлись житель Масаллинского района Микаил Гусейнов и Эльдар Алиев.

    Также сотрудниками береговой охраны ГПС в территориальных водах на маршруте плавательного средства-нарушителя, скрывшегося в южном направлении, в пакете было обнаружено и изъято около килограмма опиума.

  • H1N1 virusu məktəblərdə tədrisə təsir edəcəkmi?

    Xəbər verdiyimiz kimi Azərbaycanda xəstəxanalara müraciət edənlərdən 16 nəfərə H1N1 virusu diaqnozu qoyulub. Maraqlıdır, virusun yayılması ilə əlaqədar olaraq məktəblərdə tədris dayandırılacaqmı? Təhsil Nazirliyi Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunub ki, bu məsələ nazirliyə aid deyil.

    Səhiyyə Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq dərslərin dayandırılmasına ehtiyac duyulmadığı qeyd olunub: “Epidemioloji vəziyyət nəzarət altındadır, ona görə də dərslərin dayandırılmasına ehtiyac duyulmur”.

  • Müğənninin həyat yoldaşı qəza törətdi: avtomobilin nömrəsini çıxarıb apardılar… (FOTOLAR)

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın unikal.org-a istinadən məlumatına görə, paytaxtın Heydər Əliyev prospektində üzü “Koroğlu” metrosu istiqamətində 90 OZ 919 dövlət nömrə nişanlı “Hyundai İX 35” markalı nəqliyyat vasitəsi qarşısındakı sərnişin avtobusunu ötmək istəyərkən qəza törədib. Belə ki, sükan arxasında olan sürücü idarəetməni itirərək səkiyə çıxıb və orada olan işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobilin qabaq hissəsinə ziyan dəyib.

    Əldə etdiyimiz məlumata görə, sözügedən avtomobil müğənni Elnar Xəlilovun həyat yoldaşına məxsusdur. Maraqlısı odur ki, qəza yerinə yaxınlaşan 90 LN 612 dövlət nömrə nişanlı “Mitsibuşi” markalı avtomobildən düşən şəxslər avtomobilin üzərində olan dövlət nömrə nişanın çıxarıblar.

    Sonra isə avtomobil evakuator vasitəsilə hadisə yerindən aparılıb.

  • Последними уходят львы: из Бакинского зоопарка вывезли всех животных

    В Баку закрылся на ремонт единственный на территории столицы зоопарк. Всех обитателей, а это свыше 1000 животных, перевезли в специально отведенный участок, расположенный в Гарадагском районе, сообщил Sputnik Азербайджан директор Бакинского зоопарка Азер Гусейнов.

    Завершение реконструкции зоопарка запланировано на конец 2019 года. В течение этого времени за животными будут ухаживать работники зоопарка, но уже на территории поселка Локбатан.

    Гусейнов отметил, что животные хорошо перенесли транспортировку. Даже не пришлось использовать специальные препараты, чтобы они проспали всю дорогу до пункта назначения.

    Последними зоопарк покинули львы и верблюды. “Я вам скажу – здесь, на новом месте, условия даже лучше, чем были у нас раньше”, – сказал директор.

    Что касается реконструкции зоопарка, то она началась в 2018 году при поддержке Общественного объединения IDEA. К завершению работ территория зоопарка должна увеличиться в два раза — до 4,25 гектара, также будут улучшены условия содержания животных – их приблизят к естественной среде обитания.

    Для детей на территории зоопарка появится “Любимый уголок” с домашними животными (Pet Farm) и “Дом бабочек”. Также планируется строительство реабилитационного центра для раненых и больных животных.

    Бакинский зоологический парк был открыт в 1985 году в Наримановском районе столицы.

  • Meksikada güclü zəlzələ oldu

    Meksikada güclü zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, yeraltı təkanların gücü 6,6 bal təşkil edib.

    Bildirilir ki, zəlzələnin episentri 67 kilometr dərinlikdə, Puerto-Madero yaşayış məntəqəsindən 14 kilometr şimal-şərqdə yerləşib.

    İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur.

  • Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur

    Kardiogen şok ürəyin nasos funksiyasının çatışmazlığı nəticəsində yaranan qan dövranının kəskin pozulmasıdır. Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur. Bununla belə o, nadir hallarda digər səbəblərdən – ürəyin ritminin pozulması, ağciyər və beyin patologiyaları, yəni insult, həmçinin ağciyər emboliyası, travmalar, boğulmalar, zəhərlənmələr zamanı inkişaf edə bilər.

    Kardiogen şokun əmələ gəlməsi infarktın ölçüsündən asılıdır. Miokard infarktının ölçüsü nə qədər böyük olarsa, kardiogen şokun əmələgəlmə ehtimalı da bir o qədər çoxalır. Miokard infarktından ölüm hallarına təqribən 20 faiz halda rast gəlmək olur. Kardiogen şokla fəsadlaşan miokard infarktı zamanı xəstənin itirilmə şansı daha böyükdür. Bu ona göstərilən ilkin tibbi yardımın səviyyəsindən asılı olaraq dəyişir. Ev şəraitində göstərilən tibbi yardım zamanı ölüm faizi yüksək olur.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vəsadət Əzizov məlumat verib.

    Professor infarktın əlamətlərindən danışaraq bildirib: “Miokard infarktı ürəyi qidalandıran tac damarların trombozu nəticəsində yaranır və döş sümüyünün arxasında və ya ürək nahiyəsində deşici, yandırıcı xarakterli dözülməz ağrılarla müşahidə edilir. Bu vəziyyət kəskin koronar sindrom kimi qiymətləndirilir. Xəstədə ağrı başlayan zaman infarkt olmasına şübhə yaranarsa, mütləq ilk növbədə təcili tibbi yardıma müraciət edilməlidir. Təcili yardım briqadası gələnə qədər xəstənin dilinin altına ağrıkəsici, yəni nitroqliserin qoyulmalı və aspirin verilməlidir. Təcili yardım briqadası xəstənin ürəyinin elektrokardioqramını çəkməlidir. Elektrokardioqram zamanı infarktı təsdiq edən əlamətlər aşkar edildikdə ilkin tibbi yardım göstərilməli və xəstə ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılmalıdır. Sonrakı mərhələdə ixtisaslı həkimlər kəskin koronar sindromun konkret formasını dəqiqləşdirməli, göstərişə uyğun olaraq xəstədə invaziv koronar müdaxilə və ya trombolizis aparılması barədə qərar qəbul etməli və onu həyata keçirməlidirlər”.

    Kafedra müdiri bildirib ki, kardiogen şok üçün iki əsas əlamət xarakterikdir: “Onlardan birincisi qan təzyiqinin kəskin enməsi, yəni hipotenziyadır. Belə ki, sistolik təzyiqin 90, bəzi alimlərə görə 80 millimetr civə sütunundan aşağı olması adətən üzv və toxumalarda qan təchizatının kəskin zəifləməsinə, yəni hipoperfuziyaya səbəb olur. Bu rəqəm bir qədər nisbi xarakter daşıyır. Çünki elə qan təzyiqi aşağı olan insanlar var ki, onlar bu cür aşağı təzyiqə asanlıqla adaptasiya olunurlar. Bu insanlarda sistolik təzyiqin 90 millimetr civə sütunundan qismən aşağı olması hipoperfuziyaya gətirib çıxartmır. Ona görə də bəzi mütəxəssislər haqlı olaraq hipotenziya həddini arterial təzyiqin normal orta arterial təzyiqdən 30 millimetr civə sütunu və daha çox aşağı olması halı kimi dəyərləndirirlər.

    Kardiogen şoka səbəb olan ikinci əlamət üzv və toxumaların qan təchizatının kəskin zəifləməsidir. Hipoperfuziya vəziyyəti bir neçə klinik əlamətlərlə müşahidə olunur: psixik statusun pozulması – narahatlıq, həyəcan, huşun qaralması; soyuq tərlə örtülmüş yapışqan dəri; sutkalıq sidik ifrazının azalması. Əksər kardiogen şoklu xəstələrdə nəbzin sürətlənməsi və tənəffüsün sayının artması ilə əlaqədar təngnəfəsliyə də rast gəlinir.

    Kardiogen şok zamanı təcili ürək-ağciyər canlandırılması – reanimasiya tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə ürəyin qapalı masajı və süni tənəffüs aiddir. Reanimasiya tədbirlərindən sonra dərman müalicəsi və ya defibrilyasiya aparılması tələb olunur”.

  • Gənc oğlan binanın üstünə çıxıb, özünü atmaq istəyir: Bakıda gərgin anlar (FOTOLAR)

    Bakıda “Kratos” şadlıq sarayının yaxınlığında gənc oğlan hündürmərtəbəli binaya çıxaraq intihara cəhd edir.

    Median.Az ölkə.az”a istinadən xəbər verir ki, insident Şövkət Məmmədova və Süleyman Sani Axundov küçəsinin kəsişməsində yerləşən binada qeydə alınıb.

    Məlumata əsasən, artıq polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib. Hazırda xilasedicilər xilasetmə döşəyinə hava doldurular.
    Gənc oğlanın tələbi məlum deyil.

    Polis ərazini nəzarət götürüb.