Month: February 2019

  • Leyla Abdullayeva: “Paşinyan anlamalıdır ki, münaqişənin həlli…”

    Paşinyan anlamalıdır ki, münaqişənin həlli ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq.

    Median.Az bildirir ki, bunu Ermənistanın baş naziri N.Paşinyanın Almaniyaya səfəri çərçivəsində “Azərbaycan tərəfinin güzəştləri; münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi fikirlərinə münasibət bildirərkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

    L.Abdullayeva bildirib: “İlk növbədə xatırlatmaq istərdim ki, münaqişə nəticəsində, məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib”.

    Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT TŞ-nin 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir:

    “Onu da bildirmək istərdim ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq” yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. Yekunda qeyd etmək istərdim ki, Ermənistanın baş naziri kimi cənab Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq yeni siyasi vəziyyəti yaradacaq”.

  • Angela Merkel: “Qarabağ münaqişəsinin həllində…”

    “Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq”.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

    “Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır”, – deyə Almaniyanın hökumət başçısı vurğulayıb.

  • Меркель удалит свою страницу в Facebook

    Канцлер Германии Ангела Меркель решила удалить личную страничку в Facebook. Об этом она заявила в видеообращении, распространенном в пятницу, передает Median.Az со ссылкой на ТАСС.

    Она объяснила свое решение тем, что до недавнего времени вела аккаунт в качестве председателя Христианско-демократического союза (ХДС). Уйдя с этой должности в конце прошлого года, необходимости в личной страничке политик больше не видит.

    “Вы знаете, что я больше не являюсь главой ХДС. Поэтому я удалю свою страничку в Facebook “, – сказала Меркель. Тем, кто хочет следить за ее политической жизнью через соцсети и дальше, она рекомендовала подписаться на аккаунт федерального правительства Германии.

    На личную страничку Меркель в Facebook подписаны более 2,5 млн пользователей.

  • 6 milyarda yaxın pulu necə leqallaşdırdılar? – Şok ittiham

    Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi başlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
    Proses fevralın 6-da davam etdiriləcək.

    M.Əliyev 2017-ci ildə 1,7 milyard manat pulu leqallaşdırmaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 9 saylı cəzaçəkmə müəssisində çəkir.

    R.Vəliyev isə istintaqdan yayındığı üçün 2015-ci ilin dekabr ayından “İnterpol” vasitəsilə axtarışa verilib.

    İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələrinin olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Azər Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

    Malik Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib Malik Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

    Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

    Digər təqsirləndirilən Rüfət Vəliyev də oxşar əməllərlə cinayət yolu ilə əldə edilmiş 3 milyard manat pulu leqallaşdırıb.

  • İmişlidə YANĞIN – VİDEO

    İmişli rayonunda fərdi yaşayış evi yanıb.

    “Report”un verdiyi məlumata görə, hadisə rayonun Yalavac kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini Ceyhun Eldar oğlu Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

    Hadisəyə elektrik naqillərində qısaqapanma səbəb olduğu ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Almaniyada azərbaycanlılara HÜCUM – XƏSARƏT ALANLAR VAR

    Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.

    “Report”un Berlin bürosunun verdiyi məlumata görə, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.

    Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.

  • Prezident Şirinov qardaşları ilə görüşdü – FOTO/VİDEO

    Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər.

    Median.Az xəbər verir ki, dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.

    Şirinov qardaşlarını salamlayan Prezident İlham Əliyev deyib:

    – Vətənə xoş gəlmisiniz. Sizi təbrik edirəm. Çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz. Mən sizi dəvət etdim və sizi dövlət mükafatı ilə – “İgidliyə görə” medalı ilə təltif edirəm.

    Sonra Prezident İlham Əliyev medalları təqdim edib.

    Daha sonra Şirinov qardaşları hadisə barədə danışıblar.

    Umud Şirinov deyib:

    -Biz işdən qayıdırdıq, yolda yük maşınının qoşqusu aşmışdı, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər keçdik, az qala özümüz də qəzaya düşmüşdük. Biz yanan “KİA” maşınını görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış adamlara iradımızı bildirdik ki, niyə xəbərdaredici nişan qoymamısınız. Heç yarım dəqiqə keçməmişdi ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox çökəklik idi, görünmürdü. Uşaq səsi eşidəndə baxıb gördüm ki, bir maşın yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı. Dedim bəs niyə dayanmısınız? Dedilər ki, qapıları aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var, partlaya bilər, cəhd edə bilmədik, məsləhət görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış. Biz maşının qapılarını heç cür aça bilmədik. Gördük maşın təmiz yanır. Uşağın atası və anası yıxılı vəziyyətdə idi. Üç yaşlı uşaq qışqırırdı. Biz avtomobilin yük yerinin qapısını qırdıq, uşağı və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz balonu partlaya bilər. Mən uşağı çıxaranda kömək istədim. Yolda 25-30 nəfər dayanmışdı. Kömək istədim, heç kim yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim də övladımız var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların arasında sıxılmış vəziyyətdə qalmışdı. Biz oturacaqları qırdıq. Sağ olsun qardaşım, dedi ki, gəl risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da deyirdi ki, xahiş edirəm atamı da xilas edin. Artıq biz özümüz haqqında düşünmürdük, həyatımızı riskə qoyub kişini də çıxardıq. Bundan dəqiqə yarım sonra qaz balonu partladı.

    Prezident İlham Əliyev: Siz doğrudan da qəhrəmanlıq göstərmisiniz. Mən bunu eşidəndə dedim ki, mütləq sizi dəvət etsinlər, görüşək, mən sizi “İgidliyə görə” medalı ilə təltif edim.

    Şirinov qardaşları: Çox sağ olun, cənab Prezident.

    Prezident İlham Əliyev: Sizin kimi gənclər bizim fəxrimizdir.

    Şirinov qardaşları: Siz də bizim fəxrimizsiniz.

  • Bakıda sürücü piyada zolağını zəbt etdi – VİDEO

    Bakıda dayanma-durma və parklanma qaydasını pozan sürücü piyadalara çətinlik yaradıb.

    Median.Az-ın xəbərinə görə, 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini düz piyada keçidinin üzərində saxlayıb.

    Sürücünün avtomobilini düzgün park etməməsi piyadaların hərəkətinə mane olub.

    Qeyd edək ki, görüntülər “Dj.Turalla AvtoStop” “Facebook” səhifəsində paylaşılıb.

  • Минэкологии Азербайджана о загрязнении Каспийского моря

    Загрязняют Каспийское море в основном сточные воды.

    Об этом в пятницу на пресс-конференции сказал заведующий отделом министерства экологии и природных ресурсов Азербайджана Мирсалам Ганбаров, передает Median.Az со ссылкой на Trend.

    По его словам, некоторые структуры сбрасывают сточные воды в Каспийское море.

    Завотделом также сказал, что сточные воды должны попадать в море после очистки и обезвреживания.

    “Но на некоторых предприятиях используют системы, не отвечающие международным стандартам и сделанные примитивным способом, и называют их очистным сооружением. В настоящее время существуют технологии, очистные сооружения для очистки сточных вод, которые очень просты и легки в управлении. На некоторых предприятиях нашей страны также используются данные технологии”, – добавил завотделом.

    Ганбаров сказал, что для предотвращения загрязнения Каспийского моря министерство призывает предприятия в ближайшее время установить модульные и стационарные сооружения, отвечающие современным стандартам, которые просты в управлении, а также выгодны с финансовой точки зрения.

    “Наши эксперты будут контролировать процесс управления сточными водами. Сегодня через СМИ мы еще раз призываем и рекомендуем установить в ближайшее время эти сооружения”, – добавил Ганбаров.

  • Baş nazirin müavininin oğluna yüksək vəzifə verildi

    Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.

    Median.Az bildirir ki, bəzi saytlarda Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılaraq sərəncama götürülməsi barədə məlumatlar yayılıb.

    Bununla bağlı “Report”un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək daha yüksək vəzifəyə – DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.