Month: February 2019

  • Bakıda “Lady Sharm”ın məsul şəxsləri saxlanıldı

    “Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

    Median.Az AFN-ə istinadən xəbər verir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış:

    “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.

    Araşdırma zamanı o da məlum olub ki, həbsə səbəb nüfuzlu şəxslərin aldadılması olub: “Lady Sharm” mağazalarından alver edən məşhurların arasında olduqca nüfuzlu şəxslər də var və onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb”.

  • Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisinə vəsait ayrılıb

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

    Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • VVAQ üçün tələb olunan sənədlərin sayı azaldıldı

    Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

    Təklif edilən yeni dəyişikliyə əsasən isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.

    Dəyişikliklərin edilməsində məqsəd “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasını təmin etməkdir.

    Ailə Məcəlləsinə yeni dəyişikliklər səsə qoyularaq qəbul edilib.

  • Azerspace-2 приступил к коммерческой деятельности

    С сегодняшнего дня азербайджанский спутник Azerspace-2 приступил к коммерческой деятельности. По прогнозам, в первый год деятельности доход от спутника должен составить 16,5 млн. долларов США.

    Как передает Median.Az со ссылкой на «Азеркосмос», спутник Azerspace-2 охватывает Европу, Центральную и Юго-Западную Азию, Ближний Восток и Тропическую Африку.

    Спутник будет оказывать высококачественные телекоммуникационные услуги государственному и частному секторам стран, распложенных в зоне охвата.

    Напомним, что Azerspace-2 был запущен на орбиту 26 сентября 2018 года с космодрома Куру.

  • “Bir qəzeti 2000 nəfər oxumursa, onda kim üçün çap olunur?” – Əflatun Amaşov

    “İctimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşdırılır. Amerikada da, Avropada da, Asiyada da, o cümlədən Azərbaycanda da belədir. Düzdür, qəzetin özünəməxsus xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də, 200 il də qalır. Amma ictimai fikir indi qəzetlər, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn jurnalistika üzərindən formalaşır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

    O qeyd edib ki, hazırda insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefonla bir an içərisində dünyada nə baş verdiyini görürlər: “Köşkə gedib qəzet almaq, qəzet tapıb oxumaq problem yaradır. Belə olan halda artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar, qəzetlər müəyyən problemlərlə qarşılaşırlar, tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Belə olan halda əsas mövqedə onlayn media dayanır. Bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Artıq insanlar da onlayn mediaya üstünlük verirlər, Azərbaycan əhalinin təqribən 80 faizi internetdən istifadə edir, təxminən 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 ildir ki, fəaliyyət göstərir. Fondu yaradanda məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və əsasən də qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarlığının artmasına sərf olunsun. Artıq 10 il vaxt keçib və fondun son iclasında tələblər dəyişib, daha ciddi tələblər qoyulub. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq bu tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, bu qəzet onda kim üçün çap olunur? Bu tələblər artıb. Kimlər ki, bu tələblərə cavab verəcək, onlar yenə əvvəlki qayda ilə yardım alacaqlar, əvvəlki qayda ilə fəaliyyətlərini davam etdirəcəklər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq o qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyıtlərini necə qursunlar. Mən əminəm ki, əksəriyyəti onlayın versiyaya üstünlük verəcək və öz media qurumlarını möhkəmlədib inkişaf etdirəcəklər. Belə məlumatlar yayılır ki, qəzetlər bağlanır. Burada qəzetlərin bağlanmasından söhbət getmir, söhbət qəzetlərin fonddan aldıqları yardımdan gedir. Fond yaranana qədər qəzetlər çap olunurdu, yəqin ki, onlar Fonddan yararlanmayandan sonra da öz fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər”.

  • “Heç kim sizi zorla deputat seçməyib” – Oqtay Əsədov deputatlara əsəbiləşdi

    Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

    Spiker hər kəsə işində diqqətli olmağı tapşırıb:

    “Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornan millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”-, deyə O.Əsədov vurğulayıb.

  • Бакинский бульвар: назад в прошлое – ФОТО

    История Бакинского бульвара уходит корнями к началу XIX века.

    Как передает Median.Az со ссылкой на azerhistory.com, за превращение набережной в транспортную магистраль, а также в место отдыха и городской парк градоначальники взялись только в 1909 году, и эта дата считается официальным годом «рождения» Бакинского бульвара.

    Между тем, говорили, что в советские годы это была самая красивая набережная Советского Союза.









  • Депутат Милли Меджлиса обратился с просьбой к состоятельным людям

    «В селах не осталось библиотек. Кто будет посещать электронные библиотеки? Я не верю в это. Те, у кого дома есть компьютер или хотя бы телефон, не будут ходить в подобные библиотеки. Книга – это дыхание, как любимая девушка, это красота. Ты должен почувствовать книгу, ее тепло. Чтение электронной книги – это как нюхать розу, надев противогаз».

    Как сообщает Median.Az со ссылкой на Report, об этом на сегодняшнем пленарном заседании парламента заявил депутат Агиль Аббас.

    По его мнению, в регионах необходимо открывать как можно больше библиотек:

    «Книжные магазины закрыли, а на их месте действуют пункты по продаже мяса. Где желающие должны покупать книги? В свое время, за счет своего отца я построил в Агджабеди библиотеку, напротив которой был построен бюст Физули. Библиотека действует по сей день. Обращаясь к состоятельным людям, хочу попросить их построить библиотеки в родных селах. Они строят рестораны, это их дело. Но было бы хорошо также строить и библиотеки».

  • Nişanlarda dəyişiklik olundu: Sürücülərin diqqətinə!

    Bakıda parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişiklik olunur.

    Bakı Nəqliyyat Agentliyindən Bizimyol.info-ya verilən məlumata görə, bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.

    Bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər.

    Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır.

  • В Баку житель Агсу убивший любимую женщину осужден на 18 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя Агсуинского района Зафара Марданова (1994-го года рождения), обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 10-го августа этого года неизвестный нанес Сакине Гумбатовой (1994 года рождения) многочисленные удары ножом на улице перед ее домом в поселке Бузовна. В связи с поступившей информацией место происшествия было осмотрено сотрудниками Хазарского РУП и прокуратуры.

    По горячим следам полицейские задержали ранее судимого Зафара Марданова, которые после содеянного с места происшествия уехал на автомобиле марки “Mitsubishi”, который принадлежал его знакомой Зульфие Шириевой (1977-го года рождения). Отметим, что данная автомашина была обнаружена брошенной в поселке Шаган.

    З.Шириева также была задержана, следствие предъявило ей обвинение по статье 307 (недонесение о преступлениях и заранее не обещанное укрывательство преступлений) УК.

    В ходе предварительного следствия было установлено, что мотивом преступления стал отказ погибшей выйти замуж за Марданова. У Гумбатовой остался малолетний ребенок.

    Суд приговорил обвиняемого к 18 годам лишения свободы.