Month: February 2019

  • Глава ЦБА заявил о полном страховании вкладов

    Центробанк Азербайджана (ЦБА) считает целесообразным продлить политику полного страхования вкладов.

    По словам председателя правления ЦБА Эльмана Рустамова, в период действия этой политики планировалось завершить все работы, однако уложиться в срок не удалось.

    «Поэтому полагаю, что целесообразно продлить (политику полного страхования вкладов) на некоторое время», – заявил он.

    С 1 марта 2016 года система страхования распространяется на весь объем вкладов населения (ранее застрахованными считались вклады до 30 тыс. манатов). Единственное условие – процент по вкладу не должен быть выше лимитов, установленных Азербайджанским фондом страхования вкладов (ADIF). В соответствии с этим, вклады населения в нацвалюте по ставке выше 15% годовых и в инвалюте по ставке выше 3% годовых не подпадают под страхование.

  • В регионах в связи с незаконным оборотом наркотиков задержаны 7 человек

    Как сообщает Median.Az, сотрудники Агджабединского РОП задержали жителя поселка Хиндарх Х.Асадова, у которого при личном осмотре изъяли наркотическое вещество – героин. При обыске у него в доме полицейские обнаружили дополнительно 1 кг. 660 грамм марихуаны.

    Кроме этого, сотрудники Ленкораньского РОП в результате проведенной операции задержали жителя города Р.Калантарова, у которого при личном осмотре изъяли 460 грамм марихуаны.

    Кроме этого, сотрудники Масаллинского РОП в ходе проведенной операции задержали жителя села Тезе Алвады, ранее судимого З.Агаева, у которого обнаружили 350 грамм марихуаны.

    Сотрудники Сальянского РОП задержали жителя села Марышла, ранее судимого Э.Алескерова, у которого изъяли 415 грамм марихуаны и жителя села Кюргарагашлы, ранее судимого Эльшана Агабейова, у которого обнаружили 460 грамм марихуаны.

    Сотрудники Хызынского РОП задержали жителя поселка Алтыагадж Р.Багирова, у которого обнаружили 445 грамм марихуаны.

    Cотрудники Евлахского РОП задержали жителя села Марзылы А.Мусаева, у которого изъяли 135 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела.

  • Regionlarda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının Hindarx qəsəbə sakini X.Əsədov saxlanılıb, şəxsi axtarış zamanı ondan narkotik vasitə – heroin aşkar edilib.

    Onun yaşadığı evdən, əlavə olaraq 1 kq. 660 qram marixuana götürülüb.

    Bundan başqa, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Kələntərov saxlanılıb, şəxsi axtarış zamanı ondan 460 qram marixuana götürülüb.

    Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılıb, şəxsi axtarış zamanı ondan 350 qram marixuana götürülüb.

    Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağabəyovdan şəxsi axtarış zamanı ondan
    460 qram marixuana, rayon sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərovdan 415 qram marixuana götürülüb.

    Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Altıağac qəsəbə sakini R.Bağırovdan 445 qram marixuana götürülüb.

    Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Marzılı kənd sakini A.Musayevdən 135 qrama yaxın marixuana aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxslərlə bağlı YENİ XƏBƏR

    Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    “Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.

    İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

    M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

    Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

    Həmin şəxslər, ümumilikdə, cinayət yolu ilə əldə edilmiş 5 milyard 500 milyon manat pulu leqallaşdırıblar.

    Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

  • Центробанк снизил учетную ставку

    Правление Центробанка Азербайджана (ЦБА) приняло решение снизить учетную ставку на 0,5% – с 9,75% до 9,25%.

    По словам председателя Центробанка Эльмана Рустамова, снижение учетной ставки свидетельствует о наличии макроэкономической стабильности в стране, и данный шаг был сделан с учетом положительного сальдо платежного баланса.

    По прогнозам Центробанка, в 2019 году профицит счета текущих операций платежного баланса Азербайджана планируется на уровне 10% от ВВП.

    Напомним, что 26 декабря прошлого года руководство структуры приняло решение сохранить неизменными параметры процентного коридора. Согласно решению, учетная ставка была сохранена на уровне 9,75%, верхний предел процентного коридора установлен на уровне 11,75%, нижний предел – 7,75% (± 2% симметричный диапазон).

  • Azərbaycanın bölgələrində yeni hərbi obyektlər tikilir – Video

    Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, cəbhəboyu zonada olan nazirliyin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

  • Мехрибан Алиева приняла участие в открытии детсада в Баку – ФОТО

    Первый вице-президент Азербайджана, президент Фонда Гейдара Алиева Мехрибан Алиева 1 февраля приняла участие в открытии детского сада №6 Министерства внутренних дел, недавно построенного в Хатаинском районе Баку.

    Первый вице-президент разрезала ленту, символизирующую открытие детского сада.

    Вице-президент Мехрибан Алиева сфотографировалась с детьми на память.






















  • Mehriban Əliyeva Bakıda uşaq bağçasının açılışında – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 1-də Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib.

    Birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

    Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, 6 saylı uşaq bağçasının inşasına 2017-ci ilin dekabrında başlanılıb.

    Əsasən əlahiddə çevik polis alayında çalışanların övladları üçün nəzərdə tutulan məktəbəqədər təhsil müəssisəsində 4-ü Azərbaycandilli, 3-ü isə rusdilli bölmə olmaqla 7 qrup fəaliyyət göstərəcək.

    Burada balacalara ingilis dili də öyrədiləcək. Uşaq bağçasında bir yaş yarımdan beş yaşadək 140 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq.

    Şahmat, rəsm dərnəklərinin də fəaliyyət göstərəcəyi ikimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib.

    Bir sözlə, uşaq bağçasının əsas binasının planlaşdırma quruluşu uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununa uyğun həll olunub.

    Binada təhlükəsizlik məsələləri də ən yüksək səviyyədə həll edilib. Belə ki, videomüşahidə, yanğınxəbərverici, həmçinin qeydiyyata giriş-çıxış sistemləri quraşdırılıb. Uşaq bağçasında akt və idman zalları, geniş yeməkxana da tikilib.

    Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək.

    Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir.

    Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir.

    Bu gün uşaq bağçalarında yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi böyüməsində əhəmiyyətli rol oynayır.

    Altı saylı uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib, işıqlandırılma işləri yerinə yetirilib. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı quraşdırılıb.

    Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkanlar yaradılıb.

    Yeni inşa edilən bağça ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin işinə uğurlar arzulayıb.

    Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.






















  • Осуждены жители Гусара, обвиняемые в краже и разбое

    Как сообщает Median.Az, сотрудники Гусарского РОП задержали жителя района Бахруза Нуруллаева, который 28-го августа украл из частного дома золотые украшения. В ходе разбирательства выяснилось, что он вместе с жителями города, ранее судимым Надим Агахановым и Шихзада Шихиевым проникли в еще один частный дом, вследствии чего ранив хозяина ножом забрали с собой золотые украшения на сумму 1200 манатов.

    В ходе оперативно-розыскных мер Н.Агаханов был задержан, следствию стало известно, что Ш.Шихиев скончался в марте прошлого года из-за болезни на территории России.

    Cуд приговорил Н.Агаханова к 9, Б.Нуруллаева к 8 годам лишения свободы.

  • Oğurluq və quldurluq törədən Qusar sakinlərinə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində basqın etməkdə təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin CM-nin 177.1-ci (oğurluq) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 28-də rayon ərazisindəki evldən qızıl əşyalar oğurlayan rayon sakini Bəhruz Nurullayev saxlanılıb. Araşdırma zamanı onun Qusar şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nadim Ağaxanov və Şıxzada Şıxıyevlə birgə rayon ərazisindəki daha bir evə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetirib, oradan 1200 manat dəyərində qızıl əşyalar aparmaları müəyyən edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə N.Ağaxanov saxlanılıb, Ş.Şıxıyevin isə 2017-ci ilin may ayında Rusiya Federasiyası ərazisində xəstəlikdən ölməsi müəyyən edilib.

    Məhkəmə hökmü ilə N.Ağaxanov 9, B.Nurullayev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.