Month: February 2019

  • В азербайджанской детской сказке используются фразы 18+ (ФОТО)

    В одной из выпускаемых в Азербайджане книг с детскими сказками используются фразы, не соответствующие возрасту читателей. 

    Как передаёт Median.Az, обратившиеся в milli.az молодая семья отмечает, что в книге детских сказок, которые они приобрели для своего ребенка, используются фразы «18+».

    Представляем вам снимки страниц этой книги: 



  • Sumqayıtda polislər yaşlı ananı ölümdən xilas etdilər

    Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları – polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə vətəndaşların həyatını xilas ediblər.

    H.Z.Tağıyev qəsəbəsində yaşayan Sahib Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb.

    Qapıda polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, heç demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.

    Yağınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin növbətçi hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

    Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirir, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.

  • Azərbaycanda narkotik satışında ittiham edilən jurnalistə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    N.Məmmədov son sözündə məhkəmədən ədalətli qərar çıxarmasını istəyib.

    Heç bir zaman narkotikdən istifadə etmədiyini deyən N.Məmmədov bildirib ki, həbs edilənə qədər də narkotikə qarşı mübarizə aparıb:

    “Mən gənclərimizi, gələcəyimizi məhv edən narkotikin istifadəçisi, satıcısı necə ola bilərəm? Özüm buna qarşı daim mübarizə aparmışam. Mən həmişə dövlətin, dövlətçiliyin yanında olmuşam. Heç vaxt ola bilməz ki, mənim dövlətinə, qanunlarımıza qarşı hansısa bir əməlim olsun. Mən məhkəmənin ədalətli qərar verəcəyinə inanıram. Çünki bu ittiham əsassızdır. Siz hakimlər ölkədə ədaləti, doğrunu ortaya çıxarırsınız”.

    Məhkəmə müşavirədən sonra hökmü elan edib.

    Hökmə əsasən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlama maddəsi satışı) maddəsi 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlama və istifadə etmə) maddəsinə tövsif edilib.

    Hökmə əsasən, N.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Xatırladaq ki, ittihamda göstərilir ki, N.Məmmədov 2018-ci il aprelin 16-da Xətai rayonu, Məhəmməd Hadi küçəsində övladlarının kirayə yaşadığı binanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onun üzərindən 5 qram heroin aşkar olunub.

    N.Məmmədov uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyini, Cənub Regional Ovçular İttifaqının sədri vəzifəsində çalışdığını deyir.

  • Эта дорога будет частично закрыта на ремонт

    С завтрашнего дня начинаются ремонтно-восстановительные работы на автомобильной дороге Ходжасан-Локбатан в Баку.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сообщили в Государственном агентстве автомобильных дорог.

    Работы проводятся в связи регулированием безопасного движения автомобилей на этой дороге.

    Госагентство призывает водителей быть внимательными во время движения по этой дороге, соблюдать правила дорожного движения и следовать временным указателям, установленным на этой дороге во время ремонта.

  • Bakıda 1 ədədi 8 manata alça satılır – Foto

    Sosial şəbəkənin gündəmini bu dəfə qış fəslində Bakıda satılan alçanın qiyməti zəbt edib.

    Median.Az-ın Axşam.az-a istinadən əlumatına görə, Bakının məşhur marketlərindən birində 1 ədəd alça 8 manata satışa çıxarılıb.

    Hazırda mövsümü olmayan alçanın xarici ölkədən gətirildiyi güman edilir.

  • Bakıda uşaq bağçasında yanğın – Təxliyə olunanlar var

    Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Hadisə Xətai rayonunda baş verib. Belə ki, uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.

    Yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.

  • Azərbaycan uşaq nağılında 18+ ifadələr: Evə arvad gətirdi, dodaqlarından öpdü – FOTO

    Ölkədə uşaq nağıl kitablarına daha bir rüsvayedicisi əlavə olunub.

    Median.Az xəbər verir ki, milli.az-a müraciət edən gənc ailə, uşaqları üçün aldıqları 5 nağıldan ibarət kitabda “18+” ifadələrin olduğunu bildiriblər.

    Hansı nəşriyyatda çap edildiyi göstərilməyən kitabdan sözügedən ifadələrdən bəzilərini təqdim edirik:


  • Makqreqor və Nurməhəmmədovun ikinci döyüşünün şərtləri açıqlandı

    UFC rəhbəri Deyn Uayt rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı mümkün döyüşün şərtlərini açıqlayıb.

    D.Uayt bu barədə EPSN televiziya kanalının efirində açıqlama verib.

    Onun fikrincə, hər iki idmançı əvvəlcə oktaqonda digər rəqiblərlə qarşılaşmalıdırlar. O, K.Makqreqora uyğun gələn rəqib olaraq amerikalı Donald Serroneni görür. 30 yaşlı H.Nurməhəmmədov isə oktaqona amerikalı Toni Ferqyusonla çıxmalıdır.

    “Bu iki döyüşdən sonra Makqreroqla Nurməhəmmədov arasında revanş döyüşü keçirmək olar”, – deyə D.Uayt bəyan edib.

    Yanvarın 29-da UFC 229-da baş verən insidentlə bağlı Nevada ştatının Atletik komissiyasının qərarı məlum olub. H.Nurməhəmmədov doqquz aylıq diskvalifikasiya olunub və 500 min dollar məbləğində cərimə ödəməlidir. K.Makqreqor isə altı aylıq kənarlaşdırılıb və 50 min dollar məbləğdə cərimələnib.

    35 yaşlı D.Serrone K.Makqreqorla döyüşməkdə maraqlı olduğunu artıq açıqlayıb. Döyüşçülər sosial şəbəkələrdə mesajlaşıblar. T.Ferqyusonu isə dəfələrlə H.Nurməhəmmədovun potensial rəqibi kimi göstəriblər.

    Qeyd edək ki, 2018-ci ilin oktyabrın 7-də H.Nurməhəmmədov UFC-nın yüngül çəki üzrə çempionu adı uğrunda döyüşdə K.Makqreqora qalib gəlib. Rusiyalı idmançı döyüşdən sonra oktaqonun səddini aşaraq irlandiyalının məşqçisi Dillon Denisə hücum edib. Oktaqonun daxilində isə K.Makqreqor və H.Nurməhəmmədovun köməkçiləri arasında qarşıdurma yaşanıb.

  • Bakıda betonqarışdıran maşın aşdı: sürücü öldü

    Nəsimi rayonunun 20 Yanvar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Yanvarın 31-də saat 21:00 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsində Bakı şəhər sakini Ə.Həşimov idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili aşırıb və hadisə yerində ölüb.

  • Двум депутатам дали новые должности

    В Комитеты Милли меджлиса избраны заместители председателей.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, депутат Шахин Исмаилов избран зампредседателя Комитета по вопросам молодежи и спорта, Малахат Ибрагимгызы – зампредседателя Комитета по вопросам правовой политики и государственного строительства.