Month: February 2019

  • İki millət vəkilinə vəzifə verildi

    Milli Məclisin (MM) komitələrinə sədr müavinləri seçilib.

    Deputat Şahin İsmayılov Gənclər və idman komitəsinin, Məlahət İbrahimqızı isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini seçilib.

    Qeyd edək ki, layihə səsə qoyularaq qəbul edilib.
    //oxu.az

  • Объем находящихся в обороте 200-манатных купюр составил 5%

    В Азербайджане объем находящихся в обороте 200-манатных купюр составляет лишь 5%.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в настоящее время в обороте находится 400 млн манатов такими купюрами.

    В целом есть несколько причин их незначительного количества.

    По словам председателя Центробанка Эльмана Рустамова, одна из них связана с тем, что 200-манатная купюра не используется для выдачи заработной платы в банкоматах.

    В то же время связь между наличным денежным оборотом и безналичным оборотом очень слабая. Это означает, что денежная масса не обновляется. Из банковского сектора не поступают заказы на 200-манатные купюры.

  • 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb

    Azərbaycanda dövriyyədə olan 200 manatlıq əskinaslar pul dövriyyəsinin ancaq 5%-ni təşkil edir.

    Hazırda dövriyyədə 400 milyon manat həcmində 200 manatlıq əskinaslar var.

    Ümumiyyətlə, dövriyyədə 200 manatlıqların az olmasının bir neçə səbəbi var.

    Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bunlardan biri odur ki, bu əskinas bankomat sistemində əmək haqlarının ödənilməsi üçün istifadə olunmur.

    Eyni zamanda nağd pul dövriyyəsi ilə qeyri-nağd pul dövriyyəsi arasında əlaqə çox zəifdir, yəni pul təzələnmir. Bank sektorundan 200 manatlıqlara sifarişlər gəlmir.

    “Bank sektorundan sifariş gəlmirsə, deməli iqtisadiyyatdan gəlmir. Ən böyük məsələ də budur ki, niyə gəlmir? Hesab edirəm ki, iqtisadiyyatın buna tələbatı var. Xüsusilə də nağd iqtisadiyyatdakı pul başlıca olaraq ödəniş funksiyasını yerinə yetirir. Ödəniş funksiyalarında isə daha iri nominallar tələb olunur, amma niyə bu tələb yoxdur haqqında bizim versiyalarımız var. Burada dramatik bir faciə yoxdur, amma daha çox iqtisadi səbəblər var. Bu, kölgə iqtisadiyyatı ilə əlaqədardır”.

    Daha sadə dillə ifadə etsək, dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırıldı. Kölgə iqtisadiyyatı isə əlindəki nağd pulu dövriyyəyə çıxartmır, əgər çıxartsaydı bu zaman 200 manatlıqlara ciddi tələbat yaranardı.

  • В Насиминском районе за мошенничество задержаны 2 человека

    Как сообщает Median.Az, cотрудники 22-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя Масаллинского района А.Самедова, который 25-го января путем мошенничества присвоил у жительницы столицы Н.Алмардановой 120 манатов и мобильный телефон.

    Кроме этого, сотрудники 22-го отделения полиции Насиминского РУП в результате проведенной операции задержали жителя г.Мингячевир Э.Исмайылова, совершившего мошенничество в отношении жителя столицы Д.Гусейнова.

    В ходе разбирательства выяснилось, что кроме этого он путем обмана присвоил у трех граждан мобильные телефоны.

    По фактам возбуждены уголовные дела по статье 178 (мошенничество) УК Азербайджана.

  • Nəsimi rayonunda dələduzluğa görə 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 25-də Bakı şəhər sakini N.Əlmərdanovanın 120 manat pulunu və mobil telefonunu dələduzluq yolu ilə ələ keçirən Masallı rayon sakini A.Səmədov saxlanılıb.

    Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Hüseynova qarşı dələduzluq edən Mingəçevir şəhər sakini E.İsmayılov saxlanılıb.

    Araşdırma zamanı onun, daha 3 nəfərin mobil telefonlarını dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.

    Faktlarla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Названо число азербайджанцев, вступивших в брак с иностранцами

    В прошлом году 2 тыс. 256 граждан Азербайджана заключили брак с иностранцами.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Министерстве юстиции.

    Сообщается, что в 2018 году было расторгнуто 149 браков. В целом статистика не показывает динамику роста.

    Психолог Тарана Кязымлы сказала Oxu.Az, что в большинстве случаев граждане Азербайджана вступают в брак с иностранцами с целью получить гражданство другой страны.

    «За последние 10 лет число таких браков возросло. Причина в желании работать и жить за рубежом. Это скорее брак по расчету,

  • Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı – RƏSMİ

    Ötən il 2 min 256 Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb.

    Bu barədə Ədliyyə Nazirliyindən oxu.az-ın sorğusuna verilən cavabda qeyd edilib.

    Bildirilir ki, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış nikahların sayı 2 min 256, həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 nəfər təşkil edir. Ümumi olaraq, statistik rəqəmlərdə artım müşahidə olunmur.

    Son 5-6 il ərzində azərbaycanlı qadınların və kişilərin daha çox hansı ölkə vətəndaşları ilə ailə qurduğuna dair dəqiq məlumat yoxdur.

    Statistik rəqəmlər 2017-ci illə müqayisədə, əcnəbilərlə evlənən vətəndaşların sayının azaldığını göstərsə də, psixoloqlar bu faktları yaradan səbəblərin hələ də güclü olduğunu deyir.

    Psixoloq Təranə Kazımlı Oxu.Az-a verdiyi açıqlamasında əcnəbilərlə nikah bağlayan vətəndaşların məqsədinin əksər hallarda başqa ölkənin vətəndaşlığını qəbul etmək olduğunu deyib:

    “Son 10 il ərzində bu nikahların sayı artıb. Vətəndaşların əcnəbilərlə evlənməsinə səbəb xarici ölkələrdə işləmək, yaşamaq və o ölkənin vətəndaşı olmaq istəyidir. Bir növ sevgi evliliyi yox, məntiq və planlaşdırılmış evlilikdir.

    İnsanlar azadlıq axtarır, rahatlıq axtarır və buna görə də mentalitet cəhətdən bizdən fərqlənən xarici ölkə vətəndaşları ilə ailə qurmağa maraq göstərirlər. Təəssüf ki, boşanma hallarının sayı da az deyil. İstisna hallar hər zaman var, amma təəssüf ki, bu evliliklərin böyük hissəsi sevgi üzərində qurulmur”.

    Boşanma hallarının adi hal aldığını deyən psixoloq əcnəbi olmayan vətəndaşlarla evliliklərin də uzunömürlü olmadığını deyir:

    “Təəssüf ki, öz vətəndaşlarımız arasında da boşanma halları artıb. Sosial faktorlar, liderlik həvəsi, səbirsizlik ailənin dağılmasına gətirib çıxarır.

    Hər iki halda bu evliliklərin uğursuz olması gələcəkdə həmin ailələrdə dünyaya gələcək uşaqların taleyinə ziyan vurur. Bu baxımdan, istər əcnəbi vətəndaşlarla, istərsə də öz vətəndaşlarımızla ailə qurarkən, düzgün seçim edilməlidir”.

    Ümumilikdə, 2018-ci ildə ölkəmizdə bağlanmış nikahların sayı 62.501, pozulmuş nikahların sayı isə 14.991 təşkil edir.

  • Parlamentin komissiyalarının tərkibi dəyişdirilib – ADLAR

    Milli Məclisin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.

    İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər – Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

    Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

    Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

    Qanunverici orqanın Hesablayıcı komissiyasının tərkibi olduğu kimi qalıb.

    Belə ki, komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.

    Xatırladaq ki, komissiyanın tərkibindən çıxarılan Kamran Nəbizadənin bir müddət öncə sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilmişdi ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.

  • Deputat sosial şəbəkələri qanunla tənzimlənməsini istəyir

    Deputat Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsinin tərəfdarıdır.

    Deputat bununla bağlı təklifi yaz sessiyasının ilk plenar iclasında səsləndirib:

    “Hesab edirəm ki, təkcə onlayn media deyil, həmçinin, sosial şəbəkələr də qanunla tənzimlənməlidir. Ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir. Çünki xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”.
    //oxu.az

  • Deputatlar 38 məsələni müzakirə edəcək

    Bu gün Milli Məclisin (MM) növbəti – 2019-cu il yaz sessiyası öz işinə başlayır.

    Sessiya öz işinə dövlət himninin səslənməsi ilə start verəcək.

    Həmçinin, spiker Oqtay Əsədovun son – 2018-ci il payız sessiyasının yekunları ilə bağlı hesabatı dinləniləcək. İclasda yaz sessiyasının qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.

    Ümumiyyətlə, yaz sessiyasının ilk plenar iclasında 38 məsələ müzakirə olunacaq.

    Yaz sessiyası may ayının 31-də başa çatacaq.